“Bir addım geri çəkilsək, üstümüzə daha çox gələcəklər” - Partiya sədri
Tarix: 2-08-2023, 09:25 | Çap et
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən gün Türkiyəyə rəsmi səfər edib. Səfər çərçivəsində nazir Ceyhun Bayramov həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də xarici işlər naziri Hakan Fidan, eləcə də digər rəsmi şəxslərlə görüşüb. Görüşlərdə ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlər, regionda və dünyada baş verən hadisələr, Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması prosesinin gedişatı ətrafında geniş fikir mübadiləsi aparılıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan Laçın yolundakı son hadisələrlə bağlı Ermənistana mesaj ünvanlayıb: “Laçın yolu Azərbaycan torpağıdır. Azərbaycan nəyi lazım bilsə, onu da edə bilər. Azərbaycana qarşı ittihamlar əsassızdır”. Türkiyə lideri Zəngəzur dəhlizinin dərhal açılmasının və hərtərəfli sülh sazişinin tezliklə həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb: “Zəngəzur dəhlizi dərhal açılmalı və hərtərəfli sülh sazişi tezliklə həyata keçirilməlidir”. Türkiyə-Azərbaycan ticarət həcmini 15 milyard dollara çatdırmaq üçün səylərin davam etdirilməsini bildirən Prezident Ərdoğan enerji və nəqliyyat sahələrində birgə əməkdaşlığın hər iki ölkənin mənafeyinə uyğun olduğunu söyləyib. Transxəzər və Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətinə toxunan Ərdoğan bu yollardan daha səmərəli istifadənin vacibliyini əlavə edib. DİA.AZ-ın məlumatına görə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev "Sherg.az"a açıqlamasında deyib ki, bəzi ölkələr bölgə oyunlarına daxil olmaq və Azərbaycana təzyiq göstərmək istəyir. Partiya rəhbərinin sözlərinə görə, Cənubi Qafqaz regionu uğrunda açıq mübarizə gedir: "Əllərinə imkan düşüb ki, Ermənistan tərəfindən qurulmuş bir şouda iştirakçı olsunlar, mövqe qazansınlar. Bu savaşın "dəhliz" uğrunda olmadığı bəllidir. Türk dünyasına qarşı bir savaşın elementidir. Aysberqin görünən tərəfidir. Rusiyanın Türkiyəyə qarşı bəyanatları, problem yaratmaq istəkləri, Putinin son açıqlamaları göstərir ki, bir az qisasçılıq və Türkiyəni küncə sıxmaq niyyətləri var. Rusiya rəsmisi açıq şəkildə bəyan edir ki, bölgəyə NATO üzvü Türkiyənin gəlməsi regionda vəziyyəti gərginləşdirəcək və s. Yəni bölgədə həm Rusiyanın maraqları var, həm də Qərb regiona gəlmək üçün Ermənistandan maşa kimi istifadə edir. Bu məsələdə ziddiyyətli dövlətlər də artıq ortaq davranırlar. Bölgə uğrunda savaşda bəzi təxribatların olması, təzyiqlərin edilməsi mümkündür. Belə məqamda Azərbaycan şər qüvvələrin qarşısında tək dayanmalı deyil. Ona görə də indiyə qədər görülmüş profilaktik tədbir olaraq Türk Dövlətləri Təşkilatının ərsəyə gətirilməsi və xarici siyasətdə ortaq hərəkət etmə qərarları reallaşdı. Artıq kifayət qədər inteqrasiya olunmuşuq. Türk dövlətlərinin həmkarlar ittifaqları belə ortaq mövqedən çıxış edirlər. Cənab Ərdoğanın dediyi kimi, "biz gələcəyimizi ortaq müəyyənləşdiririk". Bütün potensialımızla birlikdəyik. Hər iki ölkə bir-biri ilə qarşılıqlı məsləhətləşmələr aparır". F.Quliyev vurğulayıb ki, Azərbaycana olan təzyiqlər lokal xarakter daşımır: "Bu, Türk Dövlətləri Təşkilatına, yeni dünya düzənində artıq güc elementinə çevrilmiş bloka qarşı olan davranışdır. Ona görə də möhkəm dayanmaq lazımdır. Artıq Türkiyənin də verdiyi mesajlar göstərir ki, israrlıyıq və geri çəkilməyəcəyik. Bir addım geri çəkilsək, üstümüzə daha çox gələcəklər. Haqlı olduğumuz yerdə geri çəkilməli deyilik. Həm cənab Hakan Fidan tərəfindən Laçın yolu ilə bağlı verilən mesaj, həm də hörmətli Ərdoğanın Zəngəzur dəhlizi və sülh prosesi ilə bağlı açıqlamaları çox önəmlidir. Kimsə bizə humanitar yardım gətirirsə, onun miqdarını, keçmə müddətini, təyinatını Azərbaycan özü müəyyənləşdirər. Dünyanın bütün dövlətləri də işə qarışsa, mənası yoxdur, daxili işimizə qarışa bilməzlər. Cənab Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı bəyanatı da göstərir ki, Ermənistan və dəstəkçiləri bizə nə qədər sıxıntı verməyə çalışsalar da, Azərbaycan və Türkiyə öz haqlı mövqeyindən dönməyəcək. Şübhə yox ki, qardaş ölkə rəhbərliyi və XİN başçısı Hakan Fidanla digər mühüm məsələlər də müzakirə olunub. Bütün hallarda hazırlığımızı görüb yolumuza davam etməliyik. Velosiped effekti deyilən bir anlayış var. Velosiped mütləq hərəkətdə olmalıdır, dayansa, yıxılar. Belə məsələlərdə daim irəli getməliyik. Yol xəritəmiz doğrudur. Bunun da "okey"ini Türkiyədən almışıq".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Bu gün, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Bu gün, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Bu gün, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Bu gün, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Bu gün, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Bu gün, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Bu gün, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Bu gün, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Bu gün, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Bu gün, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Bu gün, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Bu gün, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Bu gün, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Bu gün, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Bu gün, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06 |
|
|
|
• Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02 |
|
|
|
• “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57 |
|
|
|
• Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53 |
|
|
|
• 26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53 |
|
|
|
• Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47 |
|
|
|
• Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39 |
|
|
|
• Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38 |
|
|
|
• Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35 |
|
|
|
• Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32 |
|
|
|
• ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29 |
|
|
|
• "Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22 |
|
|
|
• Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19 |
|
|
|
• “Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” - Keçmiş diplomat
Bu gün, 15:17 |
|
|
|
• Həyat yoldaşı Niyazi Mehdidən danışdı - Ayağı kəsilə bilər
Bu gün, 15:16 |
|
|
|
• Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar - BU NƏDİ BELƏ?..
Bu gün, 15:09 |
|
|
|
• Rusiyanın xəritə təklifini qəbul etmək olmaz - ÇÜNKİ...
Bu gün, 14:00 |
|
|
|
• Müəllimlər narazıdır: - "Elə nazirlikdə də qəribə proseslər baş verir"
Bu gün, 13:58 |
|
|
|
|