Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... .....                     "Fransa erməni revanşizmini dəstəkləyir" .....                     Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Tramp BRİKS-i hədələdi .....                     Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ .....                     Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş .....                     Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb .....                     Paşinyan Trampla “səhər yeməyinə” qaçır .....                     Şahin Bağırov onların rütbəsini artırdı .....                     Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, .....                     DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib .....                     Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər .....                     Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... .....                     Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... .....                     Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi .....                     AŞPA özünü dərin böhrana sürükləyir .....                     Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... .....                     Daha iki il sərhədimizdə .....                     AŞPA-da meydan ermənilərə qalıb .....                     "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" .....                     Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... .....                     Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb .....                     Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... .....                     Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı .....                     "Bizdə internet niyə bu qədər bahadır?" .....                     “Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” .....                     Nərimanov sakinləri Elgin Həbibullayevi .....                     Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: .....                     Samir Şərifovun yerinə təyinat yubanır .....                     Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü .....                     Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU .....                     Qatillərin azad olunmasını istəyən AŞ PA... .....                     "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" .....                     İlyas İsmayılovun son vəziyyəti açıqlanıb .....                     Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı .....                     "Əli Qurbanov söz verdi, amma..." .....                     Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər .....                     Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… .....                     TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... .....                 

Seçki sisteminin dəyişməsi partiyaları hərəkətə gətirəcək - GƏLİŞMƏ
Tarix: 7-09-2023, 09:01 | Çap et
Seçki sisteminin dəyişməsi partiyaları hərəkətə gətirəcək
Ədliyyə Nazirliyi yenidən qeydiyyat üçün müraciət edən 27 siyasi partiyadan 8-ni artıq dövlət qeydiyyatına alıb. Həmin partiyalar bunlardır:

Yeni Azərbaycan Partiyası (YAP) - sədr İlham Əliyev;

AĞ Partiya - sədr Tural Abbaslı;

Vətəndaş Həmrəyliyi Partiyası - sədr Sabir Rüstəmxanlı;

Haqq Ədalət Partiyası - sədr Əli İnsanov;

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) - sədr Arzuxan Əlizadə;

Ümid Partiyası - sədr İqbal Ağazadə;

Milli Dirçəliş Hərəkatı Partiyası - sədr Fərəc Quliyev;

Ana Vətən Partiyası - sədr Fəzail Ağamalı.

Qeyd edək ki, Azərbaycanda müstəqillik dövründə 66 siyasi partiya dövlət qeydiyyatına alınıb. Daha sonra onların sayı tədricən azalıb. 1993-cü ildə iki partiya ləğv edilib. 2021-ci ildə isə 6 partiya hakim YAP-a birləşdiyini elan edib. Son vaxtlaradək ölkədə qeydiyyatda olan 58 siyasi partiya qalmışdı.

Bu il “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə mindikdən sonra bu qurumların daha 31-i özlərinin ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etdi. Bu, əsasən yeni qanunla qeydiyyat üçün lazım olan minimum üzv sayının 5 minə qaldırılması ilə izah edildi.

Hazırda yenidən qeydiyyatdan keçmək üçün sənədlərini təqdim etmiş 19 siyasi partiya Ədliyyə Nazirliyindən cavab gözləyir.

Siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi davam edir. “Siyasi partiyalar haqqında” Qanuna əsasən, partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı partiyaların təqdim etdiyi siyahıların bəzilərində qüsurlar, o cümlədən - üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Bir çox partiyalar üzvlük siyahılarındakı problemləri aradan qaldıraraq yenidən Ədliyyə Nazirliyinə müraciət edib. Artıq bir neçə partiya qeydə alınıb, bəziləri isə cavab gözləyir.

Onlardan Müsavat Partiyasının başqanı Arif Hacılı “AzadlıqRadiosu”na bildirib ki, partiyaların qeydiyyatı elə çətin prosedurlarla həll olunmalı deyil: ““Siyasi partiyalar haqqında" Qanuna edilən əlavələr və dəyişikliklər siyasi partiyaların fəaliyyətinə əlavə problemlər yaratmaq məqsədi daşıyır".

AXCP sədrinin müavini Ayaz Məhərrəmli deyib ki, AXCP-yə hələlik cavab verilməməsində qanun pozuntusu yoxdur, çünki sənədlərin göndərilməsi günündən bir ay ərzində cavab verilə bilər: “Bizdən əvvəl də hansısa partiyalara cavab verilməsi normaldır. Amma burada bir AXCP faktoru önə çıxır və görünür, partiyamızla bağlı hakimiyyət dairələrində hələlik yekdil rəy yoxdur, hansısa siyasi qərar gözləyirlər”.

Siyasi partiyalarla bağlı yeni qanunun qəbulundan sonra Azərbaycanda qarışıq (proporsional və majoritar) seçki sisteminə keçidlə bağlı müzakirələr də aktuallaşıb. Ölkəmizdə hazırda parlament seçkiləri majoritar qaydada keçirilir. Konstitusiyada təsbit edildiyinə görə qarışıq sistemə keçid üçün referendum keçirilməlidir.

Parlament seçkilərində qarışıq seçki sistemi 2002-ci ilə qədər mövcud olub. 1995 və 2000-ci illərdə keçirilən seçkilərdə parlamentin 20%-i (25 deputat) proporsional, 80%-i isə majoritar qaydada seçilib. Məlumat üçün bildirək ki, proporsional seçki sistemində seçicilər birbaşa namizədlərə deyil, partiyalara səs verir.

Partiyalar qazandıqları səslərə görə parlamentdə mandat qazanır. Majoritar seçki sistemində isə seçicilər birbaşa namizədə səs verir və ən çox səs toplayan namizəd deputat seçilir. Hər iki sistemin özünəməxsus üstünlükləri və çatışmazlıqları var.

Proporsional seçki sistemi siyasi partiyaların güclənməsinə və plüralizmin inkişafına təkan verir, majoritar sistemdə isə xalqla deputat arasında birbaşa əlaqə olur və deputat xalqın qarşısında məsuliyyət daşıyır. Türkiyə daxil olmaqla, bir çox Avropa ölkəsi tam proporsional, Böyük Britaniya, Azərbaycan, İran kimi ölkələr majoritar, Almaniya, Gürcüstan kimi ölkələr isə qarışıq seçki sistemindən istifadə edir.

Seçki sistemində proporsional qaydanın tətbiqi nələrə gətirib çıxara bilər? Partiyalar buna hazırdırmı?

DİA.AZ-ın məlumatına görə, AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, referendum keçiriləcəyi və proporsional seçki sisteminin bərpa ediləcəyi ilə bağlı uzun müddətdir söz-söhbət davam edir: “Hakimiyyətə yaxın dairələrdən də bu barədə açıqlamalar ara-sıra olur. Lakin hələ məsələ ilə bağlı praktiki rəsmi addım, qərar verilməyib. Biz referendum keçirilməsini və bu sırada proporsional seçki sisteminin bərpasını çox istəyirik. Həmçinin Milli Məclis üzvlərinin sayının artırılmasını vacib hesab edirik. Əgər biz çoxpartiyalı sistemin inkişafını istəyiriksə, ilk növbədə proporsional seçki sistemi bərpa edilməlidir. Proporsional seçki sisteminə keçid partiyaların cəmiyyətdə nüfuzunun artması, partiyalara cəmiyyətin diqqətinin artması, partiya üzvlərinin sayının artması, partiyaların daha çevik işləməsinə gətirib çıxaracaq. Ona görə də bu sistemə keçid çox vacibdir. Proporsional seçki sisteminə keçidin baş verməsi siyasətin peşəkarlaşmasını şərtləndirəcək, təsadüfi insanların parlamentə düşməsi kimi hallar aradan qalxacaq, parlament daha aktiv olacaq. Seçicilər şəxslərlə yanaşı, partiyalara səs verəcəklər. AĞ Partiya olaraq biz proporsional seçki sistemi ilə keçiriləcək seçkilərə hazırıq”.

Milli Dirçəliş Hərəkatı Partiyasının Fərəc Quliyev isə bildirdi ki, yeni qanuna görə, partiyaların qeydiyyatı partiyaların format olunmasıdır. Partiyalar sanki format olunur. Bu formatlanma partiyaların gələcək seçkilərdə uğurlu fəaliyyətinə təkan verəcək. Azərbaycan Konstitusiyasında bir sıra dəyişikliklərə, o cümlədən proporsional seçki sisteminin bərpa olunmasına zərurət var: “Artıq siyasi arenada qalan partiyalarda onlar üçün yeni dövr başlanır, meydan açılır. Təbii ki, yeni çətinliklər də olacaq. Proporsional seçkilər bərpa olunacağı halda partiyaların üzərinə daha böyük məsuliyyət, daha çox işləmək, daha çox təşkilatlanmaq, daha çox üzvləri cəlb etmək kimi böyük məsuliyyət düşəcək. Proporsional seçki sistemində insanlar fərdlərə deyil, düşüncəyə, partiyanın ideologiyasına, proqramına səs verəcək. Qarışıq sistem çox vacibdir. Referendum olacaqsa və proporsional seçki sistemi bərpa ediləcəksə, cəmiyyət, partiyalar bu dəyişikliyə səs verəcək. Proporsional seçkilər partiyaların iştirakçılığına təkan verəcək. Proporsional seçki sistemi təkcə partiyalara hüquq vermək deyil, həm də məsuliyyət verməkdir, onları yoxlamaqdır. Partiyalar yerli seçkili idarəetmə sistemində iştirakçılıq əldə edəndə cəmiyyət onların necə idarə etdiyini, bacarıqlarını əyani görəcək. Eyni zamanda proporsional seçki sistemi partiyadxili rəqabəti də artıracaq ki, bu da partiyaların güclənməsinə səbəb olacaq. Bütün bu qeyd olunanlar partiyaların proporsional seçki sisteminin şərtlərinə uyğun fəaliyyətini zəruri edəcək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33
"Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29
Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26
Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21
Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08
Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02
Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00
Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56
Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52
Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46
DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41
Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30
Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26
Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18
Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12
AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11
Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08
Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02
AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54
"Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52
Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48
Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42
Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39
"Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29
“Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28
Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24
Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16
Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06
Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58
Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54
Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50
"İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46
İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44
Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38
"Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31
Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16
Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13
TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02
Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52
Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51
Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46
Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44
Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43
"Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38
"Biz seyrə balonlarla çıxmaq istəmirik..." - GİLEY
Bu gün, 08:30
Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... - Ekspert danışır...
Bu gün, 08:18
Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:29
"Rəsmi İrəvan çox dəqiq anlayır ki..." - GƏLİŞMƏ
Bu gün, 07:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru