"Bizi həmin qondarma rejimin nə fikirləşdiyi maraqlandırmır" - Partiya sədri
Tarix: 22-09-2023, 09:07 | Çap et
Ağ Partiyanın sədri Tural Abbaslı Teleqraf.com-un suallarını cavablandırıb.
DİA.AZ onunla müsahibəni təqdim edir:
- Azərbaycan ordusunun lokal antiterror tədbirləri uğurla başa çatdı, separatçı və terrorçu ünsürlər təlsim oldular. Bundan sonra bizi nə gözləyir?
- Erməni sakinlərinin davranışından çox şey asılı olacaq. Şərtlərimiz aydındır, biz bütün ərazilərimizdə suverenliyimizi müdafiə edirik. Azərbaycan ərazisində “boz zona”ya imkan verməyəcəyik. Bu, istənilən suveren dövlətdə belədir. Yenə də nəsə etməyə çalışacaqlarsa, addımlar atılacaq, Azərbaycan ordusu yerindədir, tələblərimizi yerinə yetirəcək gücdədir.
İran və Rusiya da son antiterror tədbirləri zamanı ermənilərə onların göstərdiyi dəstəyi vermədilər, verə bilmədilər. Hər halda reallığı onlar da başa düşməlidir.
Bizim istəyimiz budur ki, Xankəndi və ətrafında yaşayan insanlar Azərbaycana reinteqrasiya olunsun. Bunun alternativi yoxdur. “Xüsusi imtiyaz”, yaxud “xüsusi status” müzakirə mövzusu ola bilməz. Bu, Azərbaycan Konstitusiyasına da ziddir. Bizim Konstitusiyada təsbit olunub ki, irqindən, dinindən, milliyyətindən asılı olmayaraq, heç bir vətəndaş digər vətəndaşdan üstün deyil. Bu, erməni əsilli vətəndaşlara da aiddir. Yəni hamı necə, onlar da elə, “xüsusi status” olmayacaq. Reinteqrasiya olunmalıdırlar, Azərbaycan qanunlarına tabe olaraq, bizim pasportları almalıdırlar.
Hesab edirəm ki, erməni icması ilə artıq başlayan danışıqlarda da reinteqrasiya yolları müzakirə edilir. Biz deyirik ki, bu olmalıdır, onlar da sadəcə hansı yolla olacağını soruşa bilərlər. İndi onlara reinteqrasiya ilə bağlı hazır yol xəritəsi izah olunur. Gözləntimiz budur ki, həmin ərazilərdə Azərbaycan qanunları tətbiq edilməlidir, bu da artıq başlayıb. İndi orada kimsə yaşamaq istəyirsə, Azərbaycan pasportu almalıdır.
- Qarabağ erməniləri reinteqrasiyaya necə yanaşa bilərlər? Sizcə, oradakı dinc ermənilərlə uzun illər onlara rəhbərlik etmiş separatçıların baxışlarında bir fərq varmı?
- Biz o qondarma rejimlə danışıqlar aparmırıq. Biz o rejimi terrorçu elan etmişik. Araik Arutyunyan və bu qondarma rejimin digər başçıları da İnterpolun axtarışındadır. Onlar Gəncədə, Tərtərdə, Bərdədə hərbi cinayətlər törədiblər. Bizi həmin qondarma rejimin nə fikirləşdiyi maraqlandırmır.
Biz həmin ərazilərimizdə yaşayan erməni əsilli vətəndaşlarımızla danışıqlar aparırıq. Aidiyyəti qurumlarımız hansısa ərazimizdə bir problem yarananda oranın sakinləri necə danışıqlar aparırlarsa, onlarla da belə edirlər. Separatçıların nə düşündüyü bizi maraqlandırmır. Öz ərazimizdə başqa subyekt tanımırıq.
Bizə öz sakinlərimizlə danışmaq üçün başqa vasitəçi lazım deyil. Buna görə dünyanın müxtəlif yerlərindən bizə qarşı bəyanatlar səsləndirilir, amma Azərbaycan dövləti öz işini səbirlə görür. Bu məsələdə heç kim bizimlə şərt və tələb dilində danışa bilməz.
- Fransa, Avropa Parlamenti və ermənilərə havadarlıq edən bir sıra ölkələrin mediaları bizi sanksiyalarla təhdid etməyə çalışırlar. Bu haqda necə düşünürsünüz, yəni belə bir ədalətsiz addım atarlarmı?
- Mən dünyanın ədalətinə çoxdan inanmıram. Elə bil qatili bir qırağa qoyub qurbanı mühakimə, ittiham edirlər. Fransa və Amerikanın tarixinə baxın, saysız-hesabsız bəşəri cinayətlər törədiblər. Onlar kimdir ki, bizə “humanizm dərsi” keçməyə çalışırlar?
Ətraflı Sanksiyalara gəlincə, ədalətdən yoxsul olanlar buna da əl ata bilərlər. Amerika hələ də bizə qarşı qəbul etdiyi “907-ci düzəliş”i ləğv etməyib. İldə bir dəfə bunun tətbiqini təxirə salır. Amerika vaxtilə Azərbaycanı “işğalçılıq”da, “Ermənistanı blokadaya almaq”da ittiham edərək, heç bir yardım etməmək haqda qərar vermişdi. Bu qərar hələ də qüvvədədir.
İndi Avropa Birliyi və ya başqası bizi sanksiyalarla hələləyəcək deyə, biz öz ərazilərimizdən, suverenliyimizdən və müstəqilliyimizdən vaz keçəsi deyilik. Ümumiyyətlə, sanksiyaların effektsiz olduğu sübut olunub. Məsələn, illərdir İrana, Rusiyaya, Çinə, Şimali Koreyaya və digər bir sıra ölkələrə sanksiyalar tətbiq edilir. İndi Rusiyaya tətbiq edilməyən sanksiya qalmayıb, az qala Avropada ruslara şalvar da satmırlar. Bəs nə oldu?
Rusiya yenə öz yoluyla gedir. Yəni sanksiyalardan çəkinmək lazım deyil. Üstəgəl, biz haqlı tərəfik, bu da bütün beynəlxalq hüquqi sənədlərdə təsbit edilib, yəni bunun üçün heç bir əsas yoxdur.
- Son gəlişmələr bizi Ermənistanla sülh müqaviləsinə nə qədər yaxınlaşdırdı? Baş nazir Nikol Paşinyanın sülhlə bağlı son açıqlamasını da müsbət hesab etmək olar.
- Qarabağı Ermənistanla məsələdən ayırmaq lazımdır. Bunun Ermənistana heç bir adiyyəti yoxdur. Paşinyanın Xankəndiyə, Xocalıya, Əsgərana, Xocavəndə, Ağdərəcə nə aidiyyəti var? Paşinyan, Ermənistan parlamenti kimdir?
Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi qətiyyən Qarabağı özündə ehtiva edə bilməz. Ermənistan öz ərazilərinə cavabdeh ola bilər. Biz, məsələn, Ermənistanla sərhədin delimitasiyası məsələsini müzakirə edə bilərik. Bunun da hələlik xəritəsi müəyyən olunmayıb. Yəni Qarabağ məsələsində Paşinyanlıq bir iş yoxdur. Ona görə də, bu məsələnin sülh müqaviləsinə necə təsir edəcəyinin müzakirəsini də doğru hesab etmirəm. Bu, Azərbaycanın daxili işidir, necə edəcəyini də özü bilər.
Dediyim kimi, biz Ermənistanla sərhəd məsələsini, Zəngəzur dəhlizini və Azərbaycanın tarixi torpaqlarını müzakirə edə bilərik. Bütün bunların əsasında sülh müqaviləsi imzalana bilər.
- Zəngəzur dəhlizindən söz düşmüşkən, bu məsələ son günlər Ermənistan, Azərbaycan, xüsusən də Türkiyə mediasında aktiv müzakirə olunur. Bu dəhlizin perspektivi haqda necə düşünürsünüz?
- Zəngəzur dəhlizi olmalıdır. Tarixə baxsaq görərik ki, bizi zorla oradan çıxarıblar və torpaqlarımız iki yerə bölünüb. Naxçıvan süni şəkildə bizdən uzaqlaşdırılıb. Terrorçu kommunist rejimi dönəmində Azərbaycan torpaqları xalqımızın iradəsi nəzərə alınmadan ondan qopardılıb və qanunsuz olaraq Ermənistana birləşdirilib. Bu azmış kimi, 500 mindən çox soydaşımız minillərlə yaşadığı dədə-baba torpaqlarından – Qərbi Azərbaycandan deportasiya edilib, etnik təmizləməyə məruz qalıb. İndi biz bunu tələb etməliyik. Əlbəttə, biz deməliyik ki, dünyanın heç bir praktikasında yoxdur ki, zorla sən dövləti iki yerə böləsən. Bu tarixi ədalət bərpa olunmalıdır.
“Turan qapısı” adlandırılan Zəngəzur dəhlizi həm türk dünyasını, həm də Şərqlə Qərbi, yaxud Çinlə Avropanı birləşdirəcək xətlərdən biri olacaq. Bu baxımdan, bizim bir çox ölkələrlə Zəngəzur dəhlizi ilə bağlı maraqlarımız üst-üstə düşə bilər. Düşməsə belə, bizim strateji hədəflərimizdən biri də Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı quru yolla bir-birinə bağlamaq olmalıdır. Çünki bu təhlükəsizlik məsələsidir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın müttəfiqliyə zidd addımları: - Yaxud baltanı “öz ayağına vuranlar"
Bu gün, 13:12 |
|
|
|
• Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? - RƏSMİ AÇIQLAMA
Bu gün, 13:01 |
|
|
|
• Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var - ŞOK DETALLAR
Bu gün, 12:56 |
|
|
|
• Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51 |
|
|
|
• Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50 |
|
|
|
• Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33 |
|
|
|
• "Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29 |
|
|
|
• Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21 |
|
|
|
• Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08 |
|
|
|
• Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02 |
|
|
|
• Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00 |
|
|
|
• Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56 |
|
|
|
• Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52 |
|
|
|
• Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46 |
|
|
|
• DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41 |
|
|
|
• Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30 |
|
|
|
• Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26 |
|
|
|
• Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18 |
|
|
|
• Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12 |
|
|
|
• AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11 |
|
|
|
• Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08 |
|
|
|
• Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02 |
|
|
|
• AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54 |
|
|
|
• "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52 |
|
|
|
• Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50 |
|
|
|
• Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48 |
|
|
|
• Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39 |
|
|
|
• "Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29 |
|
|
|
• “Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28 |
|
|
|
• Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24 |
|
|
|
• Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16 |
|
|
|
• Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06 |
|
|
|
• Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58 |
|
|
|
• Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54 |
|
|
|
• Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50 |
|
|
|
• "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46 |
|
|
|
• İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44 |
|
|
|
• Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38 |
|
|
|
• "Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31 |
|
|
|
• Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16 |
|
|
|
• Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13 |
|
|
|
• TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02 |
|
|
|
• Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52 |
|
|
|
• Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51 |
|
|
|
• Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46 |
|
|
|
• Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44 |
|
|
|
• Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43 |
|
|
|
|