“AŞ PA öz saxta sanksiyasını, kiçik bir qrupun maraqlarına xidmət edən qərarını ləğv etməlidir” - deputat
Tarix: 3-02-2024, 09:54 | Çap et
“Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq”.
Bunu Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən deyib.
Prezident Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirib ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir.
Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlət başçısı diqqətə çatdırıb ki, nümayəndə heyətimizin hüquqları bərpa olunmayacağı təqdirdə Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.
Bu, Prezidentin AŞ PA-nın qış sessiyasındakı məlum qərarı barədə ilk açıqlaması, sərt reaksiyasıdır. Yəni ümumən Qərbə ünvanlanıb. Bəs AŞ PA-nın Bakının xəbərdarlığına cavabı nə olacaq? “Daşları” nə vaxt yığmağa başlayacaqlar?
Bunu həm də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirakdan tam imtinanın anonsu saymaq olarmı?
Deputat, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin və Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Asim Mollazadə “Yeni Müsavat”a deyib ki, Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi qəbuledilməzdir: “Azərbaycanla bu formada danışmaq olmaz. Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi, təbii ki, bizim bu təşkilatda qalmağımızı istisna edir. Oradakı fəaliyyətimiz mümkünsüz hala gətirilib. Bu baxımdan onlar öz saxta sanksiyalarını, kiçik bir qrupun maraqlarına xidmət edən qərarlarını ləğv etməlidirlər. Bundan sonra biz əməkdsaşlıq məsələsinə baxa bilərik”.
Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Musavat”a deyib ki, Azərbaycan müstəqillik qazanandan sonra Avropa Şurasının üzvü olub və o dövrdən 2020-ci ilin sentyabrına qədər münasibətlər normal idi: “Azərbaycanın qələbəsini həzm edə bilmədilər. Qarabağ məsələsi ilə bağlı 2020-ci ildə Vətən müharibəsi başlayana qədər 2 yanaşma vardı. Rusiya istəyirdi ki, mümkün qədər münaqişə uzansın, problem həll olunmasın. Həll olunmamış münaqişə üzərindən Azərbaycana və Ermənistana nəzarət etsin. Qərb isə istəyirdi ki, münaqişəni Ermənistanın xeyrinə həll etsin və Azərbaycanı ərazi itkisinə razı salsınlar. Bu planlar Azərbaycanın şanlı qələbəsi ilə pozulub və bunu həzm edə bilmirlər. Bu şəkildə Azərbaycana təzyiq göstərirlər. Azərbaycan çox düzgün mövqe tutub. Bu gün bizim Avropa Şurasında bu şəkildə olmağımızla olmamağımız arasında elə də ciddi bir fərq yoxdur. Bu qurumlar faktiki olaraq ölkəmizə təzyiq vasitəsi kimi istifadə olunur. Azərbaycanın daxili işlərinə qarışırlar”.
Partiya sədri deyib ki, bütün bunlara baxmayaraq Azərbaycanla Avropa Şurası arasında bu şəkildə qarşıdurma yaranması arzuolunan deyil: “Azərbaycanın suveren hüququna müdaxilə edirlərsə, öz iradələrini diqtə etməyə çalışırlarsa, Azərbaycan da öz qərarını verməlidir. Açıq-aşkar qərəzli mövqedən çıxış edirlərsə, heç bir əsas olmadan Azərbaycan nümayəndə heyətinin mandatını dayandırırlarsa, Azərbaycanı ümumiyyətlə bu qurumlarla fəaliyyətinə yenidən baxmağa sövq edirlər”.
Partiya sədri deyib ki, Azərbaycan baş verənlərə adekvat addımlarla cavab verməlidir: “Hesab edirəm ki, baş verənlərə adekvat reaksiya verməklə yanaşı Avropa qurumlarından tam təcridolma məqsədə uyğun deyil. İmkan daxilində münasibətlər saxlanılmalıdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? - AKTUAL
Bu gün, 23:22 |
|
|
|
• Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı - DETALLAR
Bu gün, 23:16 |
|
|
|
• "Xalq artistləri sakit durublar, mən də susacağam"
Bu gün, 21:34 |
|
|
|
• Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Bu gün, 21:32 |
|
|
|
• Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Bu gün, 19:10 |
|
|
|
• Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Bu gün, 19:02 |
|
|
|
• Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Bu gün, 19:00 |
|
|
|
• Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Bu gün, 18:58 |
|
|
|
• Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Bu gün, 18:17 |
|
|
|
• Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Bu gün, 18:11 |
|
|
|
• UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Bu gün, 18:07 |
|
|
|
• Tanınmış rejissora ağır itki
Bu gün, 18:02 |
|
|
|
• Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Bu gün, 18:00 |
|
|
|
• Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Bu gün, 17:59 |
|
|
|
• Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Bu gün, 17:52 |
|
|
|
• Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:47 |
|
|
|
• Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Bu gün, 17:40 |
|
|
|
• Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Bu gün, 17:31 |
|
|
|
• Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:18 |
|
|
|
• Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Bu gün, 17:11 |
|
|
|
• Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Bu gün, 17:07 |
|
|
|
• Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
• Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Bu gün, 17:01 |
|
|
|
• İsmayıllıda doğuş zamanı körpə ölüb
Bu gün, 16:51 |
|
|
|
• Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Bu gün, 16:50 |
|
|
|
• Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Bu gün, 16:49 |
|
|
|
• Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:42 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:34 |
|
|
|
• Suriya və Ermənistan arasında razılaşma - KİV
Bu gün, 16:28 |
|
|
|
• “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Bu gün, 16:14 |
|
|
|
• Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Bu gün, 16:13 |
|
|
|
• "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Bu gün, 16:04 |
|
|
|
• Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Bu gün, 16:03 |
|
|
|
• İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Bu gün, 15:58 |
|
|
|
• Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Bu gün, 15:57 |
|
|
|
• "Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Bu gün, 15:52 |
|
|
|
• Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Bu gün, 15:50 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb
Bu gün, 15:42 |
|
|
|
• Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib
Bu gün, 15:39 |
|
|
|
• Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib
Bu gün, 15:37 |
|
|
|
• Nəzrinlə bağlı ekspertiza və xəstəxana rəyləri niyə üst-üstə düşmür? - VİDEO
Bu gün, 15:35 |
|
|
|
• Həcc ziyarətinə gedən uşaqlar üçün qiymətlər necədir? - AÇIQLANDI
Bu gün, 15:24 |
|
|
|
• Elariz Məmmədoğlunun həbsdə olan kürəkəni özünü təqsirli bilməyib - TƏFƏRRÜAT
Bu gün, 15:21 |
|
|
|
• Aİ Rusiyaya qarşı sanksiyaları uzadıb
Bu gün, 15:18 |
|
|
|
• Paşinyan “erməni soyqırımı”nı inkar edir - Revanşist “Ayakve”
Bu gün, 15:15 |
|
|
|
• Teodoros Rosopulos yenidən AŞPA-nın prezidenti seçilib
Bu gün, 15:12 |
|
|
|
• Bank kartlarımızdan pul oğurlanır: nə etməli? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanda MTK ləğv olunur
Bu gün, 13:58 |
|
|
|
• FONTANA restoranı qanunlara ZİDD GETDİ VƏ...
Bu gün, 13:05 |
|
|
|
|