Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... .....                     Vəziyyət o qədər ağırdır ki... .....                     Səlahiyyətsiz orqanlara sönük seçki: .....                     Müəllimlər üçün yeni “biznes”: .....                     Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... .....                     Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər .....                     UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər .....                     Tanınmış rejissora ağır itki .....                     Bakının həmləsi İrəvanı hərəkətə gətirdi .....                     Biz olmasaq, Ermənistan üçün çətin olacaq .....                     Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi .....                     Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? .....                     Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü .....                     Məmurdan aylıq 2000 manat aliment tələb olunur .....                     Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... .....                     Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? .....                     Gömrük Komitəsində təqaüd qalmaqalı .....                     Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? .....                     Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA .....                     İsmayıllıda doğuş zamanı körpə ölüb .....                     Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq .....                     Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı .....                     Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi .....                     Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Suriya və Ermənistan arasında razılaşma .....                     “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub .....                     Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? .....                     "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" .....                     Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI .....                     İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib .....                     Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... .....                     "Faizə pul vermişəm" .....                     Həmin sürücü maşının şüşələrini özü qırıb .....                     “Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb .....                     Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib .....                     Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib .....                     Nəzrinlə bağlı ekspertiza və xəstəxana rəyləri niyə üst-üstə düşmür? .....                     Həcc ziyarətinə gedən uşaqlar üçün qiymətlər necədir? .....                     Elariz Məmmədoğlunun həbsdə olan kürəkəni özünü təqsirli bilməyib .....                 

"Heç olmasa, strateji müttəfiqimiz olan Gürcüstanla sərhəddə dəhliz təşkil edək" - deputat
Tarix: 13-02-2024, 07:54 | Çap et
"Heç olmasa, strateji müttəfiqimiz olan Gürcüstanla sərhəddə dəhliz təşkil edək"
2023-cü ildə qonşu Gürcüstanın beynəlxalq turizmdən gəlirləri pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 26.2 faiz (856.7 milyon dollar) artaraq 4.1 milyard dollara çatıb. Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının məlumatında bildirilib. Qeyd olunub ki, təkcə ötən ilin dördüncü rübündə Gürcüstan turizmdən 873.67 milyon dollar gəlir əldə edib. Ötən ilin oktyabr-dekabr ayları ərzində Gürcüstanı 1.5 milyon nəfər ziyarət edib. Bunun təxminən 1.01 milyonunu beynəlxalq turistlər təşkil edib. Qardaş Türkiyənin turizm uğurları isə fantastikdir. 2023-cü ildə Türkiyəyə 57 milyon 700 min turist səfər edib. Türkiyənin turizmdən gəliri 54 milyard 300 milyon dollar olub. Müqayisə üçün qeyd edək ki, Azərbaycan 2023-də neft-qaz, neft məhsullarının satışından 30 milyard dollar vəsait qazanıb. Məlumat üçün bildirək ki, Azərbaycan 2023-cü ildə turizmdən cəmi 1,4 milyard dollar gəlir əldə edib. Ölkəmizə il ərzində 2 milyon 85 min turist gəlib və hər bir turist ortalama 671 dollar vəsait xərcləyib. Ümumiyyətlə, ölkəmizdə turizm sahəsi, bu sektorun maliyyə gəlirləri ən çox müzakirə olunan məsələlərdəndir. Əfsuslar ki, Azərbaycanda turizm sahəsində heç də ürəkaçan mənzərə yoxdur. Bəzi ekspertlərin fikrincə, ölkəmizdə turizmin potensialından lazımınca yararlanmır. Bir sıra başqa amillərin də bu sahənin inkişafına mənfi təsir göstərdiyi deyilir.

Millət vəkili Vahid Əhmədov "Sherg.az"a açıqlamasında deyib ki, Türkiyə, o cümlədən Gürcüstanda turizm sahəsinə diqqət böyükdür. Deputatın sözlərinə görə, həmin qonşu ölkələrə turist axını çox yüksəkdir:
"Gürcüstana turist axını niyə çoxdur? Ona görə ki, xarici turistlərlə bağlı problemlər öz həllini tapıb. Burada problem yaradan bir neçə məsələ var ki, onlar Turizm Agentliyi və turizm şirkətləri tərəfindən dərhal həll olunmalıdır. Birinci məsələ xidmət sahəsidir. Azərbaycanda Turizm İnstitutu var və həmin ali təhsil ocağının məzularının sayı kifayət qədərdir. Amma hələlik xidmət səviyyəsini yuxarı qaldıra bilməmişik. Xüsusilə, yerlərdə, regionlarda xidmət səviyyəsi aşağıdır. Digər məqam isə qiymətlərlə bağlıdır. Turizm xidmətlərində tətbiq olunan qiymətlər qonşu Gürcüstanla müqayisədə çox bahadır. Qiymətlər turistlər üçün sərfəli deyil. Ona görə də turistlərin ölkəmizə axını yoxdur. Xüsusən, pandemiya dövründən sonra turistlərin sayı xeyli azaldı. Azərbaycan Turizm Agentliyi bu sahənin inkişafına diqqət yetirməlidir. Çünki turizm ən az xərc tələb edən, əvəzində ən çox gəlir gətirən sahələrdən biridir".

Parlament üzvü bu istiqamətdə bir sıra addımların atılmasının zəruri olduğunu söyləyib:
"Demirəm ki, bütün qiymətləri tənzimləsinlər. Amma harada mümkündürsə, bunu həyata keçirmək olar. Nəzərə alaq ki, turizm insanların istirahəti, maraqlı yerləri gəzərək xoş zaman keçirməsi deməkdir. Azərbaycanda kifayət qədər gəzməli-görməli yerlər, tarixi abidələr, mənzərəli gəzinti yerləri var. Sadəcə, turistləri cəlb etmək lazımdır. Xüsusi proqramlar olmalı, qiymət siyasətinə və xidmət keyfiyyətinə yenidən baxılmalıdır. Turizm gəlirli sahədir. Azərbaycan da diqqətçəkən məkandır. Üstəlik, Qarabağda, işğaldan azad edilmiş ərazilərdə böyük işlər görülür. Turizm sahəsində imkanlar kifayət qədər böyükdür və ciddi irəliləyişə nail olmaq mümkündür".

V.Əhmədov əlavə edib ki, turistlər daha çox təyyarələrlə xarici ölkələrə səfər etsələr də, quru yollarından istifadə edənlər də var:
"Quru sərhədlərinin bağlı qalması da turizm sahəsinə, turistlərin ölkəmizə gəlişinə mənfi təsir göstərir. Amma sərhədlərin bağlı saxlanması siyasi məsələdir. Qonşularımızda Azərbaycanı istəməyən, dövlət başçısının apardığı müstəqil siyasəti qəbul etməyən qüvvələr, dairələr var. Yəni sərhədlərin bağlı qalmasında bir sıra məsələlər rol oynayır. Ancaq mən də razıyam ki, quru sərhədlər açılmalıdır. Hətta Milli Məclisdə bir neçə dəfə təklif etdim ki, heç olmasa, strateji müttəfiqimiz olan Gürcüstanla sərhəddə dəhliz təşkil edək və maşınların gediş-gəlişinə imkan yaradaq. Bu, uzun müddət davam edə bilməz. Azərbaycan-Ermənistan münasibətləri normallaşdıqca, sülh müqaviləsi imzalanandan sonra yəqin ki, bu məsələyə baxılacaq və quru sərhədləri açılacaq".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Bu gün, 19:10
Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Bu gün, 19:02
Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Bu gün, 19:00
Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Bu gün, 18:58
Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Bu gün, 18:17
Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Bu gün, 18:11
UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Bu gün, 18:07
Tanınmış rejissora ağır itki
Bu gün, 18:02
Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Bu gün, 18:00
Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Bu gün, 17:59
Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Bu gün, 17:52
Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:47
Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Bu gün, 17:40
Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Bu gün, 17:31
Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:18
Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Bu gün, 17:11
Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Bu gün, 17:07
Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 17:02
Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Bu gün, 17:01
İsmayıllıda doğuş zamanı körpə ölüb
Bu gün, 16:51
Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Bu gün, 16:50
Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Bu gün, 16:49
Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Bu gün, 16:47
Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:42
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:34
Suriya və Ermənistan arasında razılaşma - KİV
Bu gün, 16:28
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Bu gün, 16:14
Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Bu gün, 16:13
"Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Bu gün, 16:04
Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Bu gün, 16:03
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Bu gün, 15:58
Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Bu gün, 15:57
"Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Bu gün, 15:52
Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Bu gün, 15:50
“Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb
Bu gün, 15:42
Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib
Bu gün, 15:39
Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib
Bu gün, 15:37
Nəzrinlə bağlı ekspertiza və xəstəxana rəyləri niyə üst-üstə düşmür? - VİDEO
Bu gün, 15:35
Həcc ziyarətinə gedən uşaqlar üçün qiymətlər necədir? - AÇIQLANDI
Bu gün, 15:24
Elariz Məmmədoğlunun həbsdə olan kürəkəni özünü təqsirli bilməyib - TƏFƏRRÜAT
Bu gün, 15:21
Aİ Rusiyaya qarşı sanksiyaları uzadıb
Bu gün, 15:18
Paşinyan “erməni soyqırımı”nı inkar edir - Revanşist “Ayakve”
Bu gün, 15:15
Teodoros Rosopulos yenidən AŞPA-nın prezidenti seçilib
Bu gün, 15:12
Bank kartlarımızdan pul oğurlanır: nə etməli? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanda MTK ləğv olunur
Bu gün, 13:58
FONTANA restoranı qanunlara ZİDD GETDİ VƏ...
Bu gün, 13:05
Ermənistan Rusiyanın brokin mərkəzi funksiyasını yerinə yetirir - deputat
Bu gün, 13:05
Ermənistanda yeni 20 min dramlıq əskinas tədavülə buraxılıb
Bu gün, 13:02
Bakıda fantastik qiymətlərə mənzillər: - Son bir ildə daşınmaz əmlak nə qədər bahalaşıb?
Bu gün, 13:00
Rusiyanın məcburi müharibəyə apardığı azərbaycanlı haradadır? - AÇIQLAMA
Bu gün, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru