"Mollanın sözü olmasın, Ermənistanın müstəqilliyi vardı ki, onu da itirsin?" - deputat
Tarix: 21-02-2024, 10:23 | Çap et
Rəsmi İrəvan Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin hədəsinə hələ də rəsmi cavab verməyib. Xatırladaq ki, Qaluzin açıq şəkildə bəyan edib ki, “Ermənistanın Rusiyanın orbitindən çıxıb Qərbə doğru irəliləməsi onun varlığını şübhə altına ala bilər”. Rusiya xarici işlər nazirinin müavini Ermənistanın “geosiyasi dalğalanmaları” və KTMT-dən çıxmaq niyyətlərindən danışaraq, “belə siyasətin müstəqilliyin itirilməsinə səbəb ola biləcəyi” xəbərdarlığını edib.
Bununla belə, yüksək rütbəli rusiyalı diplomat Ermənistan üçün “kimliyini və müstəqilliyini itirmək” təhlükəsindən danışarkən nəyi nəzərdə tutduğunu açıqlamayıb. Yəni bilinmir ki, Ermənistan Qərbdən asılı vəziyyətə düşəcək, yoxsa Rusiya Ermənistanın indiki siyasətinə görə dövlət kimi mövcudluğuna son qoyacaq. Hakim partiyadan olan deputat, Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sarkis Xandanyan Qaluzinin bəyanatını “anlaşılmaz və qəribə” adlandırıb. “Ermənistan çoxlu tərəfdaşları ilə münasibətlərini dərinləşdirməyə çalışır və biz təhlükəsizlik və iqtisadiyyat sahəsində əlaqələrimizi şaxələndirmək yolu ilə gedirik”, - deyə Xandanyan bildirib. Deputat əlavə edib ki, Ermənistanın seçimi yoxdur: KTMT-dən çıxmaq, ya yox. Əksinə, KTMT-nin özü (oxu: Rusiya, red.) Ermənistanla münasibətlərini necə quracağı seçimi qarşısında qalıb. “Hesab edirəm ki, bu seçim Ermənistanın deyil, KTMT-nin qarşısındadır və Ermənistan KTMT ilə münasibətləri ilə bağlı mövqeyini çox açıq şəkildə ifadə edib və bizim münasibətlərdə mövcud olan bütün problem və narahatlıqları qeyd edib”, - Xandanyan vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyi Ermənistana qarşı getdikcə daha sərt ritorikadan istifadə etsə də, ölkənin siyasi dairələrində hələ də Moskva ilə İrəvan arasında mövcud gərgin vəziyyətin müvəqqəti olduğuna inanırlar. “Ermənistan və Rusiya arasında çətinliklər var, lakin tərəflər onları həll etməyə çalışırlar”, - deyə Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Kazbek Taisaev bildirib. Onun fikrincə, Ermənistanı Rusiyadan qoparmaq demək olar ki, mümkün deyil: “Ermənistan KTMT-nin üzvüdür, Rusiya hərbçiləri Ermənistan ərazisində yerləşdirilib və çox konkret vəzifələri var. Ölkələrimizin rəhbərləri arasında dialoq var və bu dialoq bizə yaranan problemləri, anlaşılmazlıqları həll etməyə imkan verir. Hesab edirəm ki, əgər hansısa uzunmüddətli prosesdən danışırıqsa, Ermənistanı Rusiyadan qoparmaq demək olar ki, mümkün deyil”, - rusiyalı senator qeyd edib. Paşinyan hakimiyyətinin Qərbə sığınması, anti-Rusiya davranışları iki ölkə arasında aylardır davam edən gərginliyi tətikləyir.
Deputat Sahib Alıyev “Yeni Müsavat”a bu mövzunu şərh edərkən əvvəlcə çox maraqlı bir lətifəni nəql etdi və olduqca yerində bir paralellik apardı: “Mən Qaluzinin Ermənistanın müstəqilliyini itirəcəyi haqda açıqlamasını eşidəndə Molla Nəsrəddinə arvadının yıxıldığı və ağlının başından çıxdığı deyiləndə onun reaksiyası yadıma düşdü. Molla bu xəbəri gətirənə "onun ağlı var idi ki, başından da çıxsın, görəsən, o çıxan nə olub" demişdi. Mollanın sözü olmasın, Ermənistanın müstəqilliyi vardı ki, onu da itirsin? Ermənistan müstəqil deyil, olmayıb və yeridilən siyasətdən də görünür ki, olmayacaq". Paşinyanın Rusiyadan uzaqlaşmaq məsələsinə gəldikdə, S.Alıyev bildirdi ki, quru sözdən başqa bu məsələ ilə əlaqədar ciddi hər hansı bir addım atıldığını müşahidə etmir: “Onun (Paşinyanın-red.) anti-Rusiya təsiri bağışlayan açıqlamaları, Ukraynaya qarşı savaşda sözügedən dövləti dəstəkləmədikləri kimi fikirləri daha çox görüntü yaratmaqdır. Rəsmi İrəvan Rusiyanı necə dəstəkləmir ki, Qərbin ora satışına qadağa qoyduğu ikili təyinatlı malların böyük əksəriyyəti amerikalıların araşdırmalarından da göründüyü kimi, ya Ermənistan üzərindən birbaşa, ya da Qazaxıstan, Qırğızıstan, Birləşmiş Ərəb Əmirliklərinə və digərlərinə satılmaqla, dolayı yolla çatdırılır. Yəni Qazaxıstan, Qırğızıstan və Birləşmiş Ərəb Əmirliklərindən Rusiyaya göndərilən sanksiyalı mallar Ermənistanın Qərbdən alıb onlara satdıqlarıdır”. S.Alıyev hesab edir ki, bir sözlə, bu gün Paşinyan hakimiyyətdən getməsi Ermənistanın Rusiyanın orbitindən çıxacağından daha real görünür: “Halbuki hələ heç Paşinyan da gedənə bənzəmir”.
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov isə münasibətlərin kritikləşəcəyini güman edir: “Ermənistanın davamlı demarşları əlbəttə ki, əvvəl-axır Rusiyanın "səbir kasasını" doldura bilər. Uzun müddət Rusiyanın forpostu rolunda olub, Rusiya ilə özünü strateji müttəfiqi kimi aparan Ermənistanın indi Rusiyaya qarşı bəzi hallarda düşmən münasibəti Kremli qıcıqlandırır. Ermənistan uzun illərdir ki, Rusiyanın hesabına ayaq üstə qalıb. Həm hərbi, həm iqtisadi, həm diplomatik sahədə misli görünməmiş dəstək alıb. İqtisadi və hərbi baxımdan Rusiyadan tam asılı bir dövlətdir. İndi də bu asılılıq qalır. Ermənistan hələ də Rusiyadan güzəştli şərtlərlə xammal və yanacaq almaqdadır. Ermənistanın əsas təsərrüfat sahələri, rabitə və kommunikasiyası demək olar tamamilə Rusiya dövlərinin və ya Rusiya kommersiya qurumlarının idarəçiliyindədir. Ermənistan Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan ən çox bəhrələnən dövlətdir. Rusiya ilə azad ticarət zonasında olmasından istifadə edərək, sanksiya tətbiq edən ölkələrdən alınan malların reeksportunu həyata keçirməklə külli miqdarda qazanc əldə edir... Ermənistan bu gün də Rusiya ilə birgə inteqrasiya olunduğu təşkilatlardan bəhrələndiyi halda onların işini boykot etməkdədir və hərbi blok olan KTMT-ni faktiki boykot edərək onun fəaliyyətini iflic edib və nüfuzuna zərbə vurub. Bu baxımdan Rusiya Federasiyasının yüksək vəzifəli məmurunun açıqlaması həqiqəti əks etdirir". STM icraçı direktoru bildirdi ki, Ermənistan Rusiyaya qarşı qeyri-dost hərəkətlərini artırdıqca, Rusiyanın səbri tükənə və əks tədbirlərə başlaya bilər: "Bu isə Ermənistan üçün yaxşı nəticə verməz. Yüksək vəzifəli şəxslərin sərt açıqlamalarına baxmayaraq yaxın dövrdə Rusiyanın Ermənistana qarşı sərt addımlar atacağını düşünmürəm. Fikrimcə, Rusiya hələ də səbr nümayiş etdirməkdə davam edəcək. Ermənistanın demarşları Rusiyanın maraqlarını ciddi təhlükə altına almayıb. Rusiya hələ də bu demarşlara Paşınyanın kaprizləri kimi baxmaqdadır. Ermənistanın xarici siyasətində ən ciddi səhflərdən biri də müstəqil olmadığı halda özünü müstəqil aparmağa cəhd etməsidir. Uzunmüddətli planda bu naşı siyasət ona baha başa gələ bilər. Azərbaycanla münasibətlərində də qeyri-stabillik nümayiş etdirməsi naşı siyasətlə bağlıdır. Belə demək mümkün olsa, Ermənistanın özünü Azərbaycan kimi aparması alınmayacaq. Azərbaycan əvvəldən müstəqil siyasət aparıb, heç bir dövlətdən nə siyasi, nə də iqtisadi asılılığı yoxdur. Rusiya da, digər dövlətlər də yaxşı bilirlər ki, heç bir dövlət, heç bir qüvvə Azərbaycan ərazilərini başqa dövlətlərə qarşı nə hərbi, nə siyasi, nə ideoloji, nə də iqtisadi baxımdan platsdarm kimi istifadə edə bilməyəcək və bu, mümkün deyil. Ona görə də Azərbaycandan ehtiyat etməyə dəyməz. Doğrudur, bəzi qonşularımız, o cümlədən İran bunu bəzən düzgün dəyərləndirə bilmir, amma zaman keçdikcə Azərbaycanın onlar üçün təhlükə olmadığını başa düşüb, sakitləşirlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• `Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49 |
|
|
|
• Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42 |
|
|
|
• Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33 |
|
|
|
• "Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30 |
|
|
|
• Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24 |
|
|
|
• Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17 |
|
|
|
• “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15 |
|
|
|
• Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35 |
|
|
|
• İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28 |
|
|
|
• Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22 |
|
|
|
• "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56 |
|
|
|
• Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42 |
|
|
|
• Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35 |
|
|
|
• Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24 |
|
|
|
• Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21 |
|
|
|
• Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19 |
|
|
|
• Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15 |
|
|
|
• “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12 |
|
|
|
• Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07 |
|
|
|
• COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30 |
|
|
|
• Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26 |
|
|
|
• Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03 |
|
|
|
• Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58 |
|
|
|
• "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52 |
|
|
|
• Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50 |
|
|
|
• “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06 |
|
|
|
• Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03 |
|
|
|
• Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08 |
|
|
|
• ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38 |
|
|
|
• "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36 |
|
|
|
• Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29 |
|
|
|
• SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25 |
|
|
|
• “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 10:41 |
|
|
|
• Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:36 |
|
|
|
• Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Dünən, 10:30 |
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Dünən, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Dünən, 09:03 |
|
|
|
• “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Dünən, 07:45 |
|
|
|
• 'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Dünən, 07:41 |
|
|
|
• "Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Dünən, 07:30 |
|
|
|
• Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Dünən, 07:24 |
|
|
|
• Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Dünən, 07:19 |
|
|
|
• İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Dünən, 07:12 |
|
|
|
• "ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Dünən, 06:44 |
|
|
|
• İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Dünən, 06:38 |
|
|
|
• Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Dünən, 06:33 |
|
|
|
• Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Dünən, 06:24 |
|
|
|
|