Moskva sıxışdırıldı, Ankara önə çıxdı... .....                     Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB .....                     `Azərpoçt` vətəndaşı çətin duruma salıb .....                     Adı DÖVLƏTİNDİR... dadı isə... .....                     Lukaşenko Belarusda keçirilən seçkilərdə .....                     "Mənim çəkim qədər pulunuz var..." .....                     Trampın 1 həftədə etdikləri... .....                     Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir .....                     “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər .....                     Məhkəmədəki etiraf aranı qarışdırdı .....                     İşdən çıxarılan müəllimə məhkəməni uduzdu .....                     Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər .....                     Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib .....                     "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" .....                     SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? .....                     Tramp Qrenlandiyanı satın almaq istəyirsə... .....                     Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı .....                     Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də .....                     Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür .....                     Söz bitdi, iş zamanıdır... .....                     Türkiyə PUA-sı Ermənistana daxil olub? .....                     “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” .....                     Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur .....                     COVID-19 qalmaqalı alovlanır .....                     Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır .....                     Baş nazirin "psixotrop" iddiaları... .....                     Cənubi Qafqaz Birliyi .....                     "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim" .....                     Paşinyan revanş mesajı verdi .....                     “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” .....                     Belarusda prezident seçkiləri baş tutmuş elan edilib .....                     Ərdoğan öz ad günündə Xocalıya gələcək… .....                     ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: .....                     "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar" .....                     Zaur Mikayılovun adamı istədiyini edirsə.... .....                     SEPAH süni intellektli raketləri kimə tuşlayıb? .....                     “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” .....                     Ətin qiyməti niyə artıb? .....                     Avropa Birləşmiş Ştatları... .....                     İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? .....                 

"Son 7-8 ayda Fransanın ölkəmizə qarşı təzyiqləri intensiv hal alıb" - ŞƏRH
Tarix: 22-02-2024, 08:11 | Çap et
"Son 7-8 ayda Fransanın ölkəmizə qarşı təzyiqləri intensiv hal alıb"
Politoloq Oqtay Qasımov bununla bağlı “Cebhe.info”-nun suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik.

- Oqtay müəllim, Ermənistanın Baş naziri Nikol Paşinyanın Fransaya rəsmi səfərinin arxasında hansı məqsədlər dayanır?

- Əlbəttə ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Münxen Təhlükəsizlik Konfransından sonra Fransaya səfər etməsi maraq doğurur. Baxmayaraq ki, bu səfərin məqsədi ilə bağlı yayılan məlumat çox da inandırıcı görsənmir. Bildirilib ki, Paşinyanın Fransaya səfər etməkdə məqsədi bu ölkədə yaşamış hansısa ermənin dənf mərasimində iştirak etməkdir. Amma bu qədər də ciddi təsir bağışlamır.

Çox güman ki, Nikol Paşinyan səfər zamanı Fransa Prezidenti Emmanuel Makron və Fransanın digər yüksək rütbəli rəsmiləri ilə görüşəcək. Paşinyan Makron ilə görüşündə, şübhəsiz ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kansleri Olaf Şoltsun vasitəçiliyi ilə keçirilən Azərbaycan-Ermənistan görüşə barədə məlumat verəcək.

Həmçinin Paşiyan Makronun təlimatlarını da dinləyəcək. Heç kəsə sirr deyil ki, Paşinyan Fransanın diktəsi ilə hərəkət edir. Fransanın Cənubi Qafqazdakı geosiyasi maraqları göz önündədir. Rəsmi Paris regionda, xüsusilə Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmamasında və gərginliyin uzun müddət qalmasında maraqlıdır.

Parisdə hesab edirlər ki, iki ölkə arasında gərginliyin intensivləşməsi Fransanın regionda təsir imkanlarının artırmasına imkan yaradacaq. Fransa hər vəchlə bu istiqamətdə addımlar atmağa çalışır.

Təbii ki, Fransanın Cənubi Qafqazla bağlı əsas geostrateji və geosiyasi maraqları Ermənistanı tam olaraq ələ keçirmək və Ermənistan üzərindən regionda öz mövqeyini möhkəmləndirmək, o cümlədən Zəngəzur dəhlizinə nəzarət etmək məqsədi daşıyır. Eyni zamanda Fransa Mərkəzi Asiyadakı uran ehtiyatlarına maraq göstərir və bu regiondan idxal edəcəyi uranı Cənubi Qafqaz üzərindən öz ərazisinə daşımaq niyyəti güdür.

Bildirim ki, bu səfər zamanı Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron arasında keçirləcək görüşdə ikitərəfli hərbi əməkdaşlığın perspektivləri, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi də müzakirə predmenti olacaq.

- Necə düşünürsünüz, sülh prosesinin intensivləşdiyi bir zamanda Makron Paşinyana Azərbaycana qarşı növbəti təxribatların törədilməsi ilə bağlı təlimat verə bilər?

- Hazırda Fransa Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. Son dövrlərdə rəsmi Paris müxtəlif mexanizmlərdən istifadə etməklə Azərbaycanı təzyiqlər altında saxlamağa çalışır. 44 günlük Vətən müharibəsində də buna şahidi olmuşuq. Amma son 7-8 ayda Fransanın ölkəmizə qarşı təzyiqləri intensiv hal alıb.

Avropanın müxtəlif institutlarında səsləndirilən anti-Azərbaycan bəyanatları, hətta Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı ədalətsiz qərarı buna sübutdur. Fransanın burada rolu danılmazdır. Fransa, habelə Azərbaycanda keçiriləcək beynəlxalq konfranslara da kölgə salır.

Bu baxımdan Fransanın hərbi-siyasi rəhbərliyinin Ermənistan hakimiyyətinə Azərbaycana qarşı təxribatların törədilməsi ilə bağlı göstərişlər verməsi istisna deyil.

- Nikol Paşinyan bir tərəfdən Rusiya, digər tərəfdən isə Qərblə, xüsusilə ABŞ və Fransa ilə hərbi-təhlükəsizlik sahəsində münasibətlər qurmağa çalışır. Belə demək olarmı, Paşinyan Fransanı Ermənistanın təhlükəsizliyinə zamin duran müttəfiq ölkə kimi görmək istəyir?

- Təbii ki, Ermənistan hakimiyyətinin Rusiyaya qarşı şantaj xarakterli bəyanatları davam edir. Bunun əsas səbəbi odur ki, Ermənistan tərəfi 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə İrəvan Rusiyanın onun əvəzinə Azərbaycanla savaşmasını istəyirdi. Amma bu, baş vermədi.

Bu səbəbdən Ermənistan onun təhlükəsizliyinə zamin duracaq alternativ ölkə axtarışına çıxıb. Ancaq İrəvan onu da yaxşı bilir ki, Rusiyanın təsir dairəsindən qopub, başqa ölkənin təsir dairəsinə keçmək o qədər də asan deyil. Buna baxmayaraq, Ermənistan ABŞ, Avropa İttifaqı və Fransa ilə münasibətləri möhkəmləndirməyə çalışır.

Onu da nəzərə almaq lazımdır ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsində Qərb dairələrinin çox ciddi rolu olub. Bu baxımdan Paşinyanın bu siyasəti anlaşılandır.

- Nə zamansa, Fransanın Ermənistanda hərbi bazasının əsasının qoyulması ehtimal olunur?

- Bildirim ki, qlobal dünyada ciddi siyasi dəyişikliklər baş verməkdədir. Dünyada yeni nizamın qurulmasına yönələn proseslərin yaşanmasına şahidi oluruq. Qeyd edim ki, hazırda davam edən Rusiya-Ukrayna müharibəsi Cənubi Qafqazda siyasi proseslərə ciddi şəkildə təsir edir. Bu müharibə nəticəsində regionla bağlı bir çox məsələlər özünü büruzə verəcək.

Fransanın Ermənistanda hərbi bazasının olub-olmayacağı ilə bağlı məsələyə gəlincə, yaxın gələcəkdə bunun baş verməsi qeyri-mümkündür. Xatırladım ki, 2012-ci ildə İrəvan ilə Moskva arasında imzalanan müttəfiqlik müqaviləsinə görə, rus hərbçilərinin Ermənistanda qalma müddəti 2044-ci ilə qədərdir. Məhz bunun mümkün olub-olmaması beynəlxalq və regional səviyyədə baş verəcək proseslərdən asılıdır.

- Ümumiyyətlə, Rusiya, Fransa, hətta İranın Ermənistanda birgə fəaliyyət göstərməsi nə dərəcədə mümkündür? Yəni, bu üç ölkə birlikdə Ermənistandan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edə bilər?

- Rusiya, Fransa və İranın bir araya gəlib Ermənistanda birgə fəaliyyət göstərməsi real görünmür. Doğrudur, bu üç ölkədən hər biri zamanla Ermənistandan bu və ya digər şəkildə Azərbaycana qarşı təzyiq alətə kimi istifadə etməyə çalışıblar, bundan sonra da çalışacaqlar.

Amma nəzərə almalıyıq ki, 200 il ərzində Cənubi Qafqaza hökmranlıq edən Rusiya regionda güc mərkəzi olaraq qalmaqdadır və regiondakı öz mövqeyini hər hansı ölkə ilə bölüşmək istəmir.
Rusiyanın Ermənistanda hərbi bazası var, bu ölkənin sərhəd ərazilərinin təhlükəsizliyini rus hərbçiləri nəzarət edir, habelə Ermənistanın bütün iqtisadi və enerji sektorları rus şirkətlərinin nəzarəti altındadır. Demək olar ki, Ermənistan iqtisadiyyatı tamamilə Rusiyadan asılıdır.

Bu baxımdan Fransanın Cənubi Qafqazda, ən əsası da Ermənistanda möhkəmlənmək üçün imkanları çox məhduddur. O ki qaldı İrana, təbii ki, Tehran hər zaman Ermənistanı dəstəkləyib. İran Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən heç də məmnun olmayıb.

Bildirim ki, Fransanın Cənubi Qafqazda yerləşməsi NATO-nun regionda olması anlamına gələ bilər. Hesab edirəm ki, Rusiya və İran Fransanın Ermənistanda təsir imkanlarının artmasında maraqlı olmayacaqlar. Daha doğrusu, hər ikisi buna mane olacaqlar. Ona görə ki, Rusiya və İran özünü Cənubi Qafqazda aparıcı güc mərkəzləri hesab edir, həmçinin regiona üçüncü bir qüvvənin gəlməsi Azərbaycan üçün də məqbul deyil.

Qeyd edim ki, bu yaxınlarda İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi Ermənistan Baş nazirinin müavini Mher Qriqonyanla görüşündə üçüncü qüvvələrin regiona gəlməsinin əlehinə olduğunu erməni tərəfinin diqqətinə çatdırıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskva sıxışdırıldı, Ankara önə çıxdı... - Bakının hesabına...
Bu gün, 09:03
Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB - Şahidə hücum etdi və...
Bu gün, 08:59
`Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49
Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42
Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33
"Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30
Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24
Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17
“TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15
Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35
İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32
Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28
Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22
"Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00
SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56
Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42
Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35
Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24
Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21
Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19
Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15
“Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12
Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07
COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30
Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26
Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03
Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58
"Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52
Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50
“Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06
Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03
Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08
ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38
"Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36
Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29
SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25
“İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 10:41
Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:36
Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Dünən, 10:30
İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:11
Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Dünən, 09:06
Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Dünən, 09:03
“Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Dünən, 07:45
'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Dünən, 07:41
"Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Dünən, 07:30
Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Dünən, 07:24
Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Dünən, 07:19
İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Dünən, 07:12
"ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Dünən, 06:44
İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Dünən, 06:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru