`Azərpoçt` vətəndaşı çətin duruma salıb .....                     Adı DÖVLƏTİNDİR... dadı isə... .....                     Lukaşenko Belarusda keçirilən seçkilərdə .....                     "Mənim çəkim qədər pulunuz var..." .....                     Trampın 1 həftədə etdikləri... .....                     Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir .....                     “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər .....                     Məhkəmədəki etiraf aranı qarışdırdı .....                     İşdən çıxarılan müəllimə məhkəməni uduzdu .....                     Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər .....                     Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib .....                     "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" .....                     SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? .....                     Tramp Qrenlandiyanı satın almaq istəyirsə... .....                     Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı .....                     Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də .....                     Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür .....                     Söz bitdi, iş zamanıdır... .....                     Türkiyə PUA-sı Ermənistana daxil olub? .....                     “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” .....                     Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur .....                     COVID-19 qalmaqalı alovlanır .....                     Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır .....                     Baş nazirin "psixotrop" iddiaları... .....                     Cənubi Qafqaz Birliyi .....                     "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim" .....                     Paşinyan revanş mesajı verdi .....                     “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” .....                     Belarusda prezident seçkiləri baş tutmuş elan edilib .....                     Ərdoğan öz ad günündə Xocalıya gələcək… .....                     ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: .....                     "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar" .....                     Zaur Mikayılovun adamı istədiyini edirsə.... .....                     SEPAH süni intellektli raketləri kimə tuşlayıb? .....                     “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” .....                     Ətin qiyməti niyə artıb? .....                     Avropa Birləşmiş Ştatları... .....                     İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? .....                     Araikin Bakıda etirafı Paşinyanı qorxutdu .....                     Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır .....                 

"Adına “məmur qısqanclığı” deyilən bir mərəz var"
Tarix: 8-03-2024, 10:04 | Çap et
"Adına “məmur qısqanclığı” deyilən bir mərəz var"
diaaz.space kult.az-a isttinadla Aqşin Yeniseylə müsahibəni təqdim edir:

- Aqşin, sizinlə son vaxtlar edilən müsahibələr eyni formatdadır. Hamı nə yazmaq, necə yazmaq kimi məsələlərdən danışır. İstəyirəm, “düşüncəmizin zirzəmilərində” danışılanları müzakirə edək.

- Anladım, "qara camaat"ın danışdıqlarını deyirsiniz. Danışaq.

- Hiss edirsiniz ki, sizə qarşı ictimai rəy son vaxtlar dəyişib? Sanki sizi həmişə müxalifətçi kimi görüblər, indi hansısa bir dövlət tədbirində görəndə də qınayırlar ki, Aqşin yaltaqlıq edir…

- Sovet dövründə hökumət xalqla kütləni birləşdirib “xalq kütlələri” deyə özü üçün qəribə bir kollektiv yaratmışdı. Bu xalq kütlələrinə lazım olan qəhrəmanları da özü yaradırdı. Kommunizm sistemi dağıldı, dərhal xalqla kütlə bir-birindən ayrıldı. İndi xalq və kütlə üçün heç kim qəhrəman yaratmır, xalq özünə lazım olan obrazı özü yaradır, kütlə də özünə lazım olan qəhrəmanı özü düz-qoş edir. Mənim də iki obrazım var, xalqın yaratdığı Yenisey və kütlənin yaratdığı YeniŞey. YeniŞeyin başına gətirilənlərlə demək olar ki, maraqlanmıram, “itaparan olsun” deyib bağışlamışam onu kütlə insanına. Kütlə insanı özü üçün yaratdığı bu YeniŞey obrazı haqqında nə istəsə, danışa, yaza bilər. Yeniseyi isə ona görə ittiham etmirlər ki, hakimiyyətə yaltaqlanır, ona görə ittiham edirlər ki, kütləyə yaltaqlanmır. Əgər doğrudan da sizin ağlınızca desəm, hakimiyyətə, yoxsa kütləyə yaltaqlanmaq seçimi qarşısında qalsaydım, hakimiyyəti seçərdim. Mədəniyyət tarixi mənim tərəfimdədir. Xalq isə bu məsələlərdə münsifdir.

- Özünüzün niyə şair kimi tükəndiyinizi elan elədiniz ki? Sizə elə gəlmir ki, nəsriniz şeirlər kimi yaxşı alınmadı?

- Mən şair kimi özümdən əvvəlki heç bir şairin bostanından oğurluq etmədim. Öz oxucumu özüm yaratdım. Eyni işi yazıçı kimi də görürəm. Mənə Azərbaycan nəsrinin yetişdirdiyi oxucu lazım deyil.

- Gənc vaxtlarınızda ədəbiyyatın məmur zümrəsinə qarşı olmusunuz. Amma indi onlarla eyni məclislərdə, tədbirlərdə görünürsünüz. Bu nə deməkdir? Yanlış etdiyini düşünmək, yoxsa həqiqətə çatıb bir yol tutmaq?

- Sosiologiyada adına “məmur qısqanclığı” deyilən bir mərəz var. Nədir “məmur qısqanclığı?” - vəzifə kimliyinin hakimiyyətin himayəsi altında böyüyərək inzibati sərhədləri aşıb elmin, sənətin, biznesin ərazilərinə təcavüz etməsi və bu ərazilərdə burnunun ovulmasının qisasını vəzifə səlahiyyətlərindən istifadə edərək əsl elm, sənət, biznes adamlarından almağa and içməsi. Bu cür adamlar ya sənətin, elmin, biznes mühitinin imkanlarından yararlanaraq vəzifə əldə edənlər olur, ya da vəzifə əldə etdikdən sonra sənətin, elmin, biznesin imkanlarına göz dikənlər. Baxın Azərbaycan elminə, ədəbiyyatına, biznes sektoruna - hər yerdə əsl alimi, əsl şairi, əsl biznesmeni özünün vəzifə səlahiyyətləri ilə əzib yox etməyə çalışan bir məmur-alim, məmur-yazıçı, məmur-biznesmen görəcəksiniz.

- Sizin bir yerdə göründüyünüz məmurlar belə deyil?

- Ümumiyyətlə, mədəniyyətimizin bugünkü durğunluğunun daha bir səbəbi də onun sovet dönəmində yoluxduğu “məmur qısqanclığı” xəstəliyindən əziyyət çəkməsinə bağlıdır. Mədəniyyətin əsl sahiblərinin taxtında məmur alimlərin, məmur şairlərin, məmur biznesmenlərin əyləşməsidir. Yaradıcılığın vacib şərti olan alçaqkönüllülük heysiyyatından min ağac uzaq olan bu tip “məmur-yaradıcılar”, adətən, yerini yarada bilmək potensialına sahib olmadıqları üçün mədəni mirasa sığınıb, onunla, bir növ, parazit münasibətdə olurlar. Buna görə də qidalandıqları mövcud mədəniyyətə yönəlik istənilən dəyişiklik cəhdini özlərinin məhvi kimi görürlər. Mədəni yeniliyi onları yox edəcək təhdid kimi dəyərləndirirlər. Hər vəchlə paraziti olduqları köhnəni qoruyurlar. Füzulinin, Cavidin, Hacıbəylinin və sairin mədəni avtoritetinin kölgəsində şəxsi məqsədlərini rahatlıqla gerçəkləşdirə bildikləri üçün mədəniyyətin yalnız keçmişdə yaradılan obrazının üstündə əsirlər. Və belə bir fikir formalaşdırırlar ki, Azərbaycan qadınları artıq Nizami Gəncəvi, Nəsimi, Seyid Əzim-filan doğa bilmirlər.

Mədəniyyət keçmişdə baş verən hadisədir. Əlimizdə olanlardan bərk-bərk yapışmalıyıq. “Xalq yazıçı”larının tez-tez cəmiyyətdən daha çox hökumətə eşitdirdikləri “daha ədəbi hadisə baş vermir” kərənayı da xalqın boynuna qoyduqları “mədəni qısırlığın” diaqnozudur. Yəni ey cəmiyyət, sənə deyirəm, ey hökumət, sən eşit, bir mahnıda deyildiyi kimi: “Bizdən bir də olmayacaq!” Onların özlərini mədəniyyət fədailəri kimi aparması artıq bioloji kimliklərinə xidmət edən özünüqoruma instiktidir. Mədəniyyətin inkişafına nail olmaq üçün ilk növbədə onun bu sosioloji mərəzini müalicə etmək lazımdır. Sözümün canı odur ki, Azərbaycanda kimin məmur, kimin şair olduğu hələ bəlli deyil.

- Tez-tez yazılır, tələb edilir ki, şair-yazıçı cəsarətli olmalıdır.

- Biz bunları yazanda soşial şəbəkələr yox idi. Biz o vaxt bu cür yazılarımızla ictimai mühitdə cəsarəti təmsil edirdik. İndi sosial şəbəkələrdə hər kəs bunları daha sərt yazır. Bizə ehtiyac yoxdur. Bu gün cəsarət deyilən yazıçı, şair hünəri, sadəcə, kütlə yaltaqlığıdır, kütlədən şöhrət ummaqdır. Bu gün dünyanın heç harasında yazıçı, şairin cəsarətinə ehtiyac yoxdur. Cəsarət missiyasını narsist kütlə və onun təmsilçiləri öz üzərlərinə götürüblər.

- Nəsildaşlarınız arasında sizi ən çox Seymur Baycan qınayıb, bəzən də mövqe dəyişməkdə ittiham edərək təhqir edib. Amma siz nədənsə, Seymura cavab vermirsiniz. Baş qoşmursunuz, ya necəsə razılaşdığınız məqamlar olur?

- Seymurun heç kimlə işi yoxdur, o, öz-özüylə dalaşır.

- “AYB Anar müəllimə atasından qalmış bir mülkdür” - Anar haqqında hələ də belə düşünürsünüz? AYB-yə qarşı mövqeyinizdə dəyişiklik yoxdur ki?

- Anar özünün “Sizsiz” kitabında yazır ki, Azərbaycan yazıçılarının III Qurultayı keçiriləndə qurultayın səhərisi gün xəstənaxaya anama baş çəkməyə gəldim. Hardansa anama söhbət gəlib çatmışdı ki, İmran Qasımovun yerinə təyin olunacaq namizədlər arasında mənim də adım var. Ona Mirzə İbrahimovun seçildiyini deyəndə anamın sifətinə çox məmnun bir təbəssüm qondu. Əlini uzadıb yastığının altından üç manat çıxardıb mənə uzatdı ki, gedəndə bunu nəzir ver, nəzir demişdim ki, o yerə səni qoymasınlar. Bu stalinizmin yaratdığı “Yazıçılar Birliyi şifrəsi”ni açan çox ciddi ana-oğul söhbətdir. Nigar Rəfibəyli oğlu Anarı Yazıçılar Birliyinin sədri qoymasınlar deyə, pulun pul vaxtı 3 manat nəzir götürübmüş. Çünki Mirzə İbrahimovdan 10 il əvvəl Nigar xanımın əri Rəsul Rza bu birliyə sədrlik etmişdi və Nigar xanım o birlikdə ədəbiyyatdan, mənəviyyatdan uzaq oyunların oynanıldığını, həm də tapşırıqla, telefon zəngləriylə və 3-5 manat, ev növbəsi-filan uğrunda nələr yaşandığını bilirdi. Ana ürəyi oğlu da bu çirkin oyunların zığına bulaşmasın deyə, onun sədr qoyulmaması üçün Allaha yalvarıb, nəzir deyibmiş. Amma Anar gözəl anası ilə gözəl Allah arasındakı səmimi müqaviləni sonradan pozdu, Yazıçılar Birliyinə nəinki sədr seçildi, onu bir ata mirası kimi özününküləşdirib şəxsi monastırına çevirdi. Bu gün mədəniyyətimizin “qara dəlik”lərindən biridir o birlik.

- Aqşin Yenisey dövlətdən xüsusi qayğı gözləyirmi? Məsələn, xalq şairi, yazıçısı adı?

- Əksinə, dövlətin ədəbiyyatla heç yoxmuş kimi davranmasını alqışlayıram. Bu bir dünyəvi seçimdir. Əgər cəmiyyətin ədəbiyyata ehtiyacı varsa, özü öz ədəbiyyatına qayğı göstərməlidir, yazıçılarının, şairlərinin kitablarının çıxmasında, satılmasında sinəsini qabağa verməlidir. Amma bu gün naşirlərin hökumətlə münasibətlərinə şair, yazıçılar mat-mat baxırlar. Bu gün naşirlər hökumətə yalvarırlar ki, bizi oxucuların umuduna buraxmayın, bunlardan kitab alan, kitab oxuyan olmaz, bizə büdcədən yardımlar ayırın. Dövlətin ədəbiyyatı qayğıdan məhrum etməsi həm də cəmiyyətin özü haqqında uydurduğu mifi dağıdır. Cəmiyyət elə bilir ki, Mirzə Ələkbər Sabirə heykəli özü qoyub. Halbuki bu və bu kimi heykəllər müstəmləkə siyasətinin mirasıdır. Azərbaycan cəmiyyəti müstəqillik illərində öz hesabına yalnız üç sahənin adamına heykəl qoyub: kriminal avtoritetlərə, meyxanaçılara və xırda çaplı şeyxnəsrullahlara. Bu, onu göstərir ki, mədəniyyəti cəmiyyətin umuduna buraxmaq olmaz. Dövlət mədəniyyətə sahib çıxmalıdır. Necə ki, dünyanın ən demokratik ölkələri olan ABŞ-da, İngiltərədə Reyqan, Tetçer bunu etmişdi.

- AYO zamanında qınandığınız bir məsələ də Kamal Abdulla ilə bağlı idi. Əsərini müzakirəyə çıxartdığınıza görə demişdilər, Aqşin yaltaqlıq edir. Ümumiyyətlə, Kamal Abdulla sizə görə necə yazıçıdır? Ona rəğbətiniz varmı? Düşünürsüz ki, o, çox böyük yazıçıdır?

- Kamal Abdulla Azərbaycan ədəbiyyatı üçün çox ciddi ədəbiyyat platformasıdır. Onun Azərbaycan romanına gətirdiyi mifologiya ilə müasirliyin sintezi məsələsi bizim üçün tamamilə yeni istiqamətdir. Başda sən olmaqla, gənc yazarların Kamal Abdulladan öyrənəcəyi çox şey var. Onun Dədə Qorqud mətnləri əsasında yazdığı mifolinqivistika haqqında kitabını oxuyun, indiki yazı dilinizdən utanacaqsınız.

- Bir zamanlar dünyəvi, kosmopolit tanınan Aqşin son vaxtlarda, xüsusi ilə İkinci Qarabağ savaşından sonra milliyyətçi kimi görünməyə başladı. Səbəb nədir? Müharibənin təsiri var, yoxsa elə əvvəl də beləydi, yanlış görülür?

- Deyəsən, bütün sualları qara camaatın özü şəxsən verir (gülür). Bütün suallar qara camaatın mövzuları oldu bu dəfə. Bunlar kimə maraqlıdır, getsin özü axtarıb oxusun.

- Müasir gənc nəsil yazarlardan razısınız? Həm sizə qarşı mövqelərindən, həm də ümumi olaraq. Gənclər ölüvay deyil ki? Düşünürsünüz ki indiki gənclərdə sizlər kimi olmalıdır, etirazçı ruhları çatışmır? Yoxsa, bunun da faydası yoxdur?

- Hər dövrün öz ruhu, öz şərtləri var. Bəzən 70-80 yaşlı ziyalılar olur, hamıdan öz uşaqlığının Bakısını tələb edirlər. O gün qədim bir ziyalı bir tədbirdə dava saldı ki, mən uşaq olanda bu binadan həmişə küftə-bozbaş qoxusu gəlirdi, indi niyə gəlmir. Mən hansısa gənc həmkarımdan öz gəncliyimi tələb edəcək qədər eqoist məxluq deyiləm. Bir yoldur gedirik, sonrası nə ola, ola...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
`Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49
Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42
Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33
"Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30
Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24
Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17
“TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15
Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35
İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32
Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28
Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22
"Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00
SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56
Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42
Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35
Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24
Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21
Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19
Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15
“Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12
Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07
COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30
Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26
Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03
Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58
"Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52
Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50
“Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06
Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03
Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08
ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38
"Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36
Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29
SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25
“İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 10:41
Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:36
Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Dünən, 10:30
İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:11
Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Dünən, 09:06
Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Dünən, 09:03
“Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Dünən, 07:45
'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Dünən, 07:41
"Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Dünən, 07:30
Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Dünən, 07:24
Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Dünən, 07:19
İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Dünən, 07:12
"ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Dünən, 06:44
İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Dünən, 06:38
Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Dünən, 06:33
Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Dünən, 06:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru