“Ermənistan heç vaxt müstəqil olmayıb” - deputat
Tarix: 22-06-2024, 08:40 | Çap et
“Ermənistan adlı yarımdövlət modeli yarandığı gündən bu günə qədər heç vaxt müstəqil olmayıb”.
Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov “Cümhuriyət”ə açıqlamasında deyib.
O bildirib ki, bu görə də rəsmi İrəvan heç vaxt öz milli maraqlarına söykənən müstəqil siyasət yürüdə bilməyib:
“Bu da erməni toplumunda müəyyən komplekslər yaradıb. Digər qüvvələrin köməyi ilə ordusunu və iqtisadiyyatını quran, xaricdən maliyyələşən Ermənistanın təbii olaraq bugünkü dövlətlərlə qurduğu xarici siyasəti və münasibətləri anlaşılmazlığını qoruyub saxlayır.
Nəzərə almaq lazımdır ki, 44 günlük Vətən Müharibəsindəki qələbəmiz və uğurlu antiterror tədbirlərinin həyata keçirilməsi sayəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Nəticədə, yalnız iki ölkə arasında deyil, bölgədə yeni siyasi mənzərə formalaşdı. Üstəlik, Azərbaycan 2020-ci ildən sonra müharibə səhifəsini bağlayaraq, sülh müqaviləsinin imzalanması və bölgəyə əmin-amanlığın gəlməsi üçün bütün vacib addımları atdı. Rəsmi Bakı real sülhün əldə olunması üçün konkret tədbirlər və rasional siyasət həyata keçirdi. Ermənistan isə bu vaxta qədər sözdə bir fikir söylədi, əməldə isə başqa addım atdı”.
Millət vəkili qeyd edib ki, uzun müddət Rusiyanın çətiri altında yaşayan Ermənistan artıq öz siyasi vektorunu Qərbə doğru çevirmək yolunu tutub:
“Ermənistan post-müharibə dövründə də “ölmüş” ATƏT-in Minsk qrupunu yenidən “diriltmək” axtarışına çıxdı. Lakin Azərbaycan bunun da qarşısını aldı. Son proseslər də göstərdi ki, iki ölkə aralarındakı problemləri özləri həll edə bilərlər. Bununla bağlı müsbət nümunələr də ortaya qoyuldu. Qərb və Rusiya platformasında olan görüşlərdə müsbət fikirlər səslənsə konkret əməli addımlar atılmadı. Ona görə də rəsmi Bakı artıq iki ölkənin vasitəçisiz olaraq masaya oturmasını təklif etdi. Təbii olaraq müsbət addımlar atıldı, tərəflər bir neçə məsələdə razılaşdı. İki ölkə arasında delimitasiya və demarkasiya prosesi başladı, Qazax rayonun işğalda olan 4 kəndi Azərbaycana qaytarıldı. Lakin digər problemlərin də gələcəkdə həll olunacağını görən Fransa kimi məkrli qüvvələr sülh müqaviləsinin imzalanmaması üçün vicdansızcasına iki ölkə arasında nifaq salınması üçün hər şey etməyə çalışırlar”.
Vüqar İskəndərov vurğulayıb ki, Ermənistan artıq silahlanma siyasəti həyata keçirir:
“Zamanında “Bir aya Azərbaycanla sülh müqaviləsi imzalaya bilərik” deyən Ermənistanın Baş naziri Nikol Paşinyanın bəyanatlarında da bunun əksini görürük.
Deməli, Fransa tərəfindən Ermənistana konkret göstərişlər verilib. Artıq Fransa tərəfindən Ermənistana “Sezar” adlı özüyeriyən artilleriya qurğularının verilməyə başlaması, iki ölkə arasında müqavilənin imzalanması, habelə Hindistandan silahların alınması Paşinyan hakimiyyətinin sözdə sülhdən danışsa da, əməldə sürətlə silahlanmağa meyil göstərir.
Hal-hazırda iqtisadiyyatı acınacaqlı vəziyyətdə olan Ermənistan öz maliyyəsini bahalı silahlı xərcləməsi nə məna verir? Onları kimə qarşı istifadə edəcək? Bu suallara cavab verə bilmirlər. Amma təbii ki, cavab aydındır. Nə vaxtsa revanşistlər yenidən baş qaldırsa, bu silahlar Azərbaycan tərəfə çevriləcək. Lakin rəsmi Bakı bütün bu prosesləri diqqətlə izləyir və hər şey nəzarət altındadır.
Ermənistanın belə səyləri yalnız onun özünə çox dərin izlər qoyacaq”.
Deputat diqqətə çatdırıb ki, Ermənistanın addımları bölgədəki kövrək sülhə mane olur:
“Ona dəstək verən qüvvələr isə bölgədə “boz zona”nın saxlanılmasına cəhd edirlər. Azərbaycan bunların heç birinə imkan verməyəcək və heç bir qüvvənin bölgəyə soxulmasına razı olmayacaq. Düşünürük ki, qonşu dövlətlərin birgə fəaliyyəti bütün bölgəyə fayda gətirə bilər. Azərbaycan da bu siyasəti həyata keçirməkdədir.
Ermənistanın qeyri-rassional siyasəti və gülməli bəyanatları onlar üçün yaxşı heç nə vəd etmir. Bizim təkliflərimiz isə hələ də qüvvədədir. Yəni Ermənistan Konstitusiyasında və rəsmi sənədlərində dəyişiklik etmək üçün referendum keçirməlidir. Ondan sonra Azərbaycanla Ermənistan arasında çərçivə sazişi və yekun sülh müqaviləsi imzalana bilər.
Ümumiyyətlə, bu problemlərin geridə qalmasına və irəli baxmağa ehtiyac var. Bölgədə kommunikasiya xətlərinin açılması, Azərbaycan-Ermənistan sərhədlərinin tam delimitasiya olunması və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması lazımdır. Rəsmi İrəvan tarixdə qalan xülyalarını geridə qoymalı, reallıqları anlamalı və Ermənistanı dövlət halına salacaq siyasət həyata keçirməlidir. Əks təqdirdə, keçmişdə olduğu kimi şər qüvvələrə inanaraq onların dediklərini həyata keçirməyə çalışmaları Ermənistanın dövlət olaraq gələcək taleyini sual altına qoyacaq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Bu gün, 13:09 |
|
|
|
• Əyalət mollasından yeni sərsəmləmə
Bu gün, 13:04 |
|
|
|
• Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Bu gün, 12:58 |
|
|
|
• Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Bu gün, 12:39 |
|
|
|
• Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34 |
|
|
|
• Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30 |
|
|
|
• Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? - Bu sənədlər ləğv edildi
Bu gün, 12:24 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22 |
|
|
|
• ABŞ-də söz azadlığı: - illüziyaya çevrilən vədlər
Bu gün, 12:20 |
|
|
|
• Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir - Qazaxıstan Baş nazirinin müavini
Bu gün, 12:19 |
|
|
|
• Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... - GİLEY
Bu gün, 12:18 |
|
|
|
• Roşka yenidən həbs edildi
Bu gün, 12:05 |
|
|
|
• Ruslar keçmişin həsrəti ilə yaşayır - Putinin itaət formulu
Bu gün, 12:01 |
|
|
|
• Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR - TƏFƏRRÜAT
Bu gün, 11:54 |
|
|
|
• "Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." - Estetik klinikaların qalmaqallı sahibi məhkəməyə verilir
Bu gün, 11:51 |
|
|
|
• Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək
Bu gün, 11:40 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər - Kanat Bozumbayev
Bu gün, 11:38 |
|
|
|
• Məşhur iş adamı həbsin bir addımlığında - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:27 |
|
|
|
• Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş - Qadının avtomobilini qaçırıb
Bu gün, 11:25 |
|
|
|
• Abbas Əliyevə yeni vəzifə verildi - ƏMR
Bu gün, 11:19 |
|
|
|
• Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? - NARAZILIQ VAR...
Bu gün, 11:15 |
|
|
|
• Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:10 |
|
|
|
• İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA - dövlətin belə bir planı yoxdur...
Bu gün, 11:04 |
|
|
|
• İrəvanı qorxuya salan üç ssenari: - Mehridən Göyçəyə qədər...
Bu gün, 11:00 |
|
|
|
• Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO
Bu gün, 10:54 |
|
|
|
• Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... - BAĞLANMA QƏRARI VERİLDİ...
Bu gün, 10:52 |
|
|
|
• Əhməd Əliyev həbsdə öldü
Bu gün, 10:45 |
|
|
|
• İran İrəvan və Bakıdan təhdid istəmir - erməni politoloq
Bu gün, 10:41 |
|
|
|
• Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... - FOTO
Bu gün, 10:35 |
|
|
|
• Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:32 |
|
|
|
• Ermənistanın addımı Çini qəzəbləndirdi – “Buna dözməyəcəklər”
Bu gün, 10:29 |
|
|
|
• “Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” - Svyatoslav Boqdanov
Bu gün, 10:20 |
|
|
|
• Ötən gün həlak olan əsgər barədə DETALLAR - Atası rəhmətə gedib, bir bacısı var
Bu gün, 10:18 |
|
|
|
• Muxtar Babayev direktoru vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:16 |
|
|
|
• “5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” - İş adamı şikayətçidir
Bu gün, 10:15 |
|
|
|
• Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... - gələcəkdə “faydalı ola bilər”
Bu gün, 10:02 |
|
|
|
• Həbs olunan tiktokerlər azadlığa buraxıldılar
Bu gün, 09:55 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
Bu gün, 09:53 |
|
|
|
• İcra hakimiyyətlərinin dövrü çoxdan bitib - NƏ BAŞ VERİR?
Bu gün, 09:50 |
|
|
|
• Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:30 |
|
|
|
• Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... - Ekspert danışır...
Bu gün, 09:25 |
|
|
|
• Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... - "Newsgeorgia"
Bu gün, 09:19 |
|
|
|
• Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08 |
|
|
|
• Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56 |
|
|
|
• Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54 |
|
|
|
• Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52 |
|
|
|
• Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45 |
|
|
|
• Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37 |
|
|
|
• “Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35 |
|
|
|
|