“Uyğun şərait olsa, 57 saylı Xaçmaz şəhər seçki dairəsini düşünürəm” - Azər Həsrət
Tarix: 17-07-2024, 08:26 | Çap et
Bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Bu barədə iyunun 28-də Prezident İlham Əliyev sərəncam imzalayıb. Xatırladaq ki, iyunun 28-də Milli Məclisin növbədənkənar sessiyası başa çatıb. Bununla da 6-cı çağırış parlament işini başa çatdırıb. İctimaiyyət növbəti - VII çağırış Milli Məclisin yeni çağırışlara və yeni dövrün tələblərinə cavab verən deputatlardan təşkil olunacağını gözləyir. Şübhəsiz ki, növbədənkənar seçkilərdə namizədliyini irəli sürən müxtəlif simalar görəcəyik. Onların sırasında jurnalistlərin də olacağı istisna deyil. Əvvəllər seçkilərdə iştiraka meyl edən bəzi jurnalistlərlə əlaqə saxlayaraq onlardan namizədliyini irəli sürüb-sürməyəcəklərini soruşduq. “Yeni Müsavat” qəzetinin əməkdaşı, parlament müxbiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elşad Paşasoy “Sherg.az"a açıqlamasında deyib ki, seçkilərdə iştirak hər bir vətəndaşın konstitusion hüququdur: “2020-ci ilin 44 günlük müharibəsində, 7 fevral 2024-cü il tarixdə keçirilmiş növbədənkənar prezident seçkilərində olduğu kimi, qarşıdakı növbədənkənar parlament seçkilərində də kütləviliyimizi təmin etməklə, birliyimizi nümayiş etdirməliyik. Şəxsən mənə görə, zəfər qazanmış Azərbaycanın parlamentinə Xankəndidə, Xocalıda, Xocavənddə, Hadrutda, digər tarixi torpaqlarımızda qurulacaq seçki məntəqələrində sayılacaq bülletenlər, gələcək səslərin önəmi çox böyükdür və misilsizdir. Cənab Prezident ailə üzvləri ilə birlikdə Xankəndidə, prezident seçkilərində səsvermədə iştirak edəndən sonra bildirmişdi ki, “Xankəndidə verdiyim səs erməni separatçılarının tabutuna vurulan son mismar idi”. Hesab edirəm ki, Milli Məclisə budəfəki seçkilərdə azad Qarabağda, Şərqi Zəngəzurda veriləcək səs ümumilikdə erməniçiliyə, ərazilərimizi 30 il ərzində qoparmağa çalışan məkrli qüvvələrə, revanşçılara növbəti tutarlı cavab olacaq”. Seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı suala gəldikdə isə E.Paşasoy deyib ki, hakim partiyanın namizədlərinin açıqlanması seçki qərarının verilməsində mühüm əhəmiyyət kəsb edir: “700 mindən artıq üzvü olan, böyük potensiala malik hakim partiyanın namizədləri ilə rəqabət asan məsələ sayılmamalıdır. O mənada hələlik seçki qərarımı açıqlamağı məqsədəuyğun hesab etmirəm. Lakin parlament seçkilərində iştirak üçün müəyyən potensial qazanan şəxslərdənəm və bu prosesə töhfə vermək imkanlarım var. Xatırladım ki, indiyədək bir dəfə 2010-cu il parlament seçkilərində 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm və müəyyən nəticələr qazanmışam. Rəsmi protokollarda əksini tapan 2 minə yaxın səs bir gənc iddiaçının ilkin təcrübəsi baxımından pis nəticə deyildi. Buna görə etimad göstərən seçicilərimə təşəkkür edirəm. Sonrakı seçkilərdə müəyyən təkliflər, təşəbbüslər olsa da, namizədliyimi irəli sürməmişəm. Amma 2024-cü il növbədənkənar seçkilərin ərazi bütövlüyünü tam təmin etmiş ölkəmizdə keçirilməsi baxımından ilk olduğunu və dövlət başçımızın yeni dövrə qədəm qoymağımızla bağlı mövqeyini, daha böyük hədəflərimizi nəzərə alaraq, prosesdə iştirak arzuolunandır. Hər halda qazanılmış əlavə təcrübə, mümkün potensialın daha səmərəli şəkildə istifadəsi, xalqa, dövlətə fayda vermək baxımından arzu-istək amili də var. Yaxın günlərdə dostlarla, təcrübəsinə etibar etdiyimiz insanlarla məsləhətləşmələrdən, müəyyən təhlillərdən sonra, həmçinin seçicilərin təşəbbüslərini, mövqeyini nəzərə alaraq yekun qərar verəcəyik, inşallah! Yeri gəlmişkən, 2010-cu il parlament seçkilərindəki şüarım belə idi: “Elşad olmasa da, olar, təki El Şad olsun!”. Bu gün də o qənaətdəyəm, təki dövlətimiz, el-obalarımız nəticələrdən məmnun olsun, zəfərimizin davamında parlament seçkilərinə seçkilərimizin nəticələri də faydalı, düşərli olsun. Parlament seçkiləri mübarizədir, amma bununla belə hesab edirəm ki, hər kəs özünün layiq olduğu ünvanda fayda versə, daha yaxşıdır, nəinki kiminsə yerini tutmağa cəhd göstərməklə... Fərdi maraqlar ümummilli maraqlardan önə keçməməlidir, belə olarsa, biz daha güclü olacağıq, dostlarımız sevinəcək, qarşımızı kəsmək istəyən düşmənlərimiz məğlub olacaq. İstənilən halda, dövlətimizə, millətimizə xeyirli olsun!”. Əməkdar jurnalist, “Globalinfo.az” saytının təsisçisi Azər Ayxan isə deyib ki, növbədənkənar parlament seçkilərinin ətrafında çox ciddi müzakirələr gedir:
“Gözləntilər böyükdür! Hazırkı parlament heyətindən, xüsusən də Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputatların neçə faizinin dəyişəcəyi, kimlərin gedib, kimlərin qalacağı xüsusi maraq doğurur. Ən böyük gözlənti isə YAP-ın siyahısıdır. Partiya üzvlərindən kimlərin hansı dairədən namizəd olacağı deputatlığa namizəd olmaq istəyən digər şəxslər üçün son dərəcə əhəmiyyətli məsələdir. Bu da təbiidir. Adətən Yeni Azərbaycan Partiyasının namizədi namizədliyini irəli sürdüyü dairədə favorit olur və müəyyən səbəblərdən ona qalib gəlmək çətin olur. Hətta YAP-ın namizədi olmasa belə, partiya hansısa bir dairədən namizədliyini müstəqil verən şəxsləri dəstəkləyir. Ümid edirəm ki, növbədənkənar parlament seçkiləri, şəffaf və demokratik bir mühitdə baş tutacaq və layiq olan namizədlər seçicilərin səsini alaraq parlamentə mandat qazanacaqlar”. A.Ayxan hələ ki namizəd olub-olmayacağı ilə bağlı konkret qərarı və ya iddiası olmadığını deyib: “Sözsüz ki, özümüzü bu posta layiq bilirik və yaxşı millət vəkili olacağımıza, seçicilərimizi lazımi formada təmsil edəcəyimizə əminik. Lakin indiki məqamda belə bir iddiam yoxdur. Media nümayəndəsi olaraq yeni, 1 il 7 ay bundan əvvəl yaranmış bir saytın rəhbəri olaraq başlıca qayəm bu sahədəki nailiyyətlərimizi genişləndirməkdir. Hər hansı bir situasiya yaranarsa, növbədənkənar parlament seçkilərində namizəd olaraq iştirak etmək qərarımı gözdən keçirə bilərəm". Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadənin fikrincə, parlament seçkiləri hər bir xalqın taleyində mühüm rol oynayır. İnsanlar seçki vasitəsilə qanunverici orqanda 5 il onları təmsil edəcək şəxsləri seçirlər:
“Düşünürəm ki, bu prosesə son dərəcə diqqətlə yanaşmalı, ən layiqli namizədi seçməliyik. Azərbaycan jurnalistləri arasında deputat seçilməyə layiq olan, hətta buna haqqı çatan xeyli sayda qələm adamı var. Biz jurnalistlərin yaxşı deputat olduğunu "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşovun, mərhum Qənirə Paşayevanın, Əməkdar jurnalist Vüqar Rəhimzadənin, yazıçı-jurnalist Aqil Abbasın, Ali Media Mükafatı laureatı Aynur Camalqızının və digər həmkarlarımızın timsalında görmüşük. Əminəm ki, hazırda estafeti davam etdirməyə xeyli layiqli namizəd var. Rəşad Məcid, Rauf Arifoğlu, Akif Aşırlı, Umud Rəhimoğlu, Azər Həsrət, Aqil Camal, Elşad Paşasoy, Elxan Şükürlü çox yaxşı deputat ola, xalqa vəkillik edə bilərlər. Bu siyahını daha da genişləndirmək olar. Jurnalistlərin savadı, dünyagörüşü, təcrübəsi buna imkan verir. Jurnalist tanıyıram ki, 5 ildi əyalətdən seçilmiş bir deputatın adından məqalələr yazır, açıqlamalar verir. Azərbaycanda onlarla jurnalist var ki, heç bir kriteriya üzrə indiki deputatlardan geri qalmır. Bu adamların Milli Məclisdə təmsil olunması xalq üçün qazancdır". S.Verdizadə seçki marafonuna qoşulmaq niyyətində olmadığını bildirib. Qeyd edib ki, onun ən yaxşı bacardığı iş yazmaqdır: “Cəbrayılın çox savadlı, bacarıqlı, ləyaqətli, işgüzar deputatı var. İnanıram ki, hakim Yeni Azərbaycan Partiyası bu dəfə də millət vəkili Ceyhun Məmmədovun namizədliyini irəli sürəcək. O, mandatı ilə, mən isə qələmimlə xalqa xidmət edəcəyik”. Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət də son qərarını hələ verməyib:
“Amma uyğun şərait olsa, 57 saylı Xaçmaz şəhər seçki dairəsini düşünürəm. Təbii ki, alternativlər də var. İştirak edəcəyim təqdirdə onların hər birini diqqətlə nəzərdən keçirəcəyəm”. A.Həsrətin fikrincə, indiki mərhələdə seçki prosesi sakit bir ortamda davam edir: “Xəbərləri izləyirəm. Dairədən çoxsaylı müraciətlər alıram ki, namizədliyimi irəli sürüm. Belə baxanda proses yetərincə normal gedir. Bir də tənqidçi gözüylə baxırıq biz. Bu baxımdan da nəsə problem görə bilmirik. Ümid edirəm ki, sonadək belə davam edəcək və dövlətimiz üçün xeyirli nəticələr olacaq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO
Bu gün, 10:54 |
|
|
|
• Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... - BAĞLANMA QƏRARI VERİLDİ...
Bu gün, 10:52 |
|
|
|
• Əhməd Əliyev həbsdə öldü
Bu gün, 10:45 |
|
|
|
• İran İrəvan və Bakıdan təhdid istəmir - erməni politoloq
Bu gün, 10:41 |
|
|
|
• Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... - FOTO
Bu gün, 10:35 |
|
|
|
• Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:32 |
|
|
|
• Ermənistanın addımı Çini qəzəbləndirdi – “Buna dözməyəcəklər”
Bu gün, 10:29 |
|
|
|
• “Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” - Svyatoslav Boqdanov
Bu gün, 10:20 |
|
|
|
• Ötən gün həlak olan əsgər barədə DETALLAR - Atası rəhmətə gedib, bir bacısı var
Bu gün, 10:18 |
|
|
|
• Muxtar Babayev direktoru vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:16 |
|
|
|
• “5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” - İş adamı şikayətçidir
Bu gün, 10:15 |
|
|
|
• Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... - gələcəkdə “faydalı ola bilər”
Bu gün, 10:02 |
|
|
|
• Həbs olunan tiktokerlər azadlığa buraxıldılar
Bu gün, 09:55 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
Bu gün, 09:53 |
|
|
|
• İcra hakimiyyətlərinin dövrü çoxdan bitib - NƏ BAŞ VERİR?
Bu gün, 09:50 |
|
|
|
• Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:30 |
|
|
|
• Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... - Ekspert danışır...
Bu gün, 09:25 |
|
|
|
• Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... - "Newsgeorgia"
Bu gün, 09:19 |
|
|
|
• Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08 |
|
|
|
• Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56 |
|
|
|
• Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54 |
|
|
|
• Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52 |
|
|
|
• Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45 |
|
|
|
• Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37 |
|
|
|
• “Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35 |
|
|
|
• Rusiya Ermənistanı buna məcbur etdi - Simonyan
Bu gün, 08:31 |
|
|
|
• Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? - NƏ ETMƏLİ?
Bu gün, 08:29 |
|
|
|
• Elektron imtahana keçid: Test üsulu ləğv edilir? - ARAŞDIRMA
Bu gün, 08:27 |
|
|
|
• 3 minə yaxın şikayət məktubu yazıb... - AMMA...
Bu gün, 08:25 |
|
|
|
• Tramp praqmatik və rasional siyasətçidir - BUNA GÖRƏ DƏ...
Bu gün, 07:29 |
|
|
|
• Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Bu gün, 07:27 |
|
|
|
• "Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... - FOTO
Bu gün, 07:05 |
|
|
|
• “İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” - Başqa cür ola da bilməz...
Bu gün, 07:00 |
|
|
|
• BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Bu gün, 06:50 |
|
|
|
• “Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46 |
|
|
|
• Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40 |
|
|
|
• Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36 |
|
|
|
• Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32 |
|
|
|
• “Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29 |
|
|
|
• Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25 |
|
|
|
• Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21 |
|
|
|
• Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14 |
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
|