“Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” .....                     Ötən gün həlak olan əsgər barədə DETALLAR .....                     Muxtar Babayev direktoru vəzifəsindən azad etdi .....                     “5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” .....                     Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... .....                     Həbs olunan tiktokerlər azadlığa buraxıldılar .....                     QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib .....                     İcra hakimiyyətlərinin dövrü çoxdan bitib .....                     Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı .....                     Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... .....                     Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... .....                     Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? .....                     İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir .....                     Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? .....                     Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... .....                     Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… .....                     Referendum keçiriləcəyi xəbəri təsdiqlənir .....                     Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb .....                     “Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... .....                     Rusiya Ermənistanı buna məcbur etdi .....                     Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? .....                     Elektron imtahana keçid: Test üsulu ləğv edilir? .....                     3 minə yaxın şikayət məktubu yazıb... .....                     Tramp praqmatik və rasional siyasətçidir .....                     Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? .....                     "Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... .....                     “İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” .....                     BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir .....                     “Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” .....                     Ermənistanda keçmiş komitə sədri saxlanılıb .....                     Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... .....                     Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? .....                     “Ölənin arxasınca danışmayın, .....                     Azərbaycan-Ermənistan sərhədində nə baş verir? .....                     Şəhidin haqqında sərəncam niyə icra olunmur? .....                     Tramp Putinlə dərhal görüşmək istəyini bildirib .....                     “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” .....                     Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? .....                     Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında .....                     Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü... .....                 

Hakim partiya ağsaqqalları niyə deputat görmək istəyir? - HƏQİQƏTƏN DƏ...
Tarix: 19-07-2024, 06:59 | Çap et
Hakim partiya ağsaqqalları niyə deputat görmək istəyir?
Hakim Yeni Azərbaycan Partiyası (YAP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin adını açıqlayıb. 125 seçki dairəsinin hər birindən namizəd göstərən YAP-ın siyahısında müəyyən dəyişikliklər gözə çarpır. Bəzi köhnə YAP deputatlarının adı siyahıda yoxdur, bir çox yeni adlar var. Maraqlı məqamlardan biri də odur ki, hakim partiyanın siyahısında bir vaxtlar YAP-dan deputat olmuş, sonra başqa vəzifələrdə işləmiş qocaman siyasilər də var.

Bu günlərdə ölkənin siyasi həyatında ən çox müzakirə olunan məsələ də məhz YAP-ın namizədlər siyahısıdır. Bir çoxları hesab edirlər ki, əslində siyahıda dəyişən sadəcə adlardır, mahiyyət isə qalmaqdadır. YAP-dan əvvəlki çağırış Milli Məclisin deputatlarının adlarının yenidən yer alması da təəccüblə qarşınalmır. Amma qocaman YAP funksionerlərinin namizəd göstərilməsi də suallar yaradır.

Müxalif Milli İstiqlal Partiyasının (AMİP) funksioneri, siyasi icmalçı Əli Oruclu seçkilər və YAP-ın siyahısı, müxalifətin seçki yarışında iştirakı ilə bağlı AYNA-ya müsahibəsində deyib ki, cəmiyyət və cəmiyyətin fəal kəsimi, siyasi cameə parlament seçkiləri deyil, Konstitusiya ilə bağlı referendumun keçirilməsini gözləyirdi:

- Hazırlıqlar da təxminin bu istiqamətdə görülürdü. Lakin parlamentin buraxılaraq, növbədənkənar seçkilərə gedilməsi, özü də heç bir doğru-düzgün, əsaslandırılmış izahın verilməməsi bir sıra suallar doğurdu. Zamanın və dövrün tələbləri, yeni çağırışlar diqtə edirdi ki, Azərbaycan müasir və effektif idaetmə modelinə keçməli, siyasi sistem təkmilləşdirilməli, könhədən qalma streotiplər təzələnməlidir. Lakin bunların heç biri baş vermədən tələm-tələsik, yay mövsümündə, COP29 beynəlxaql tədbiri ərəfəsində ölkənin taleyində həlledici və mühüm rol oynamalı olan qanunvericilik orqanına seçkilərin keçirilməsi heç bir məntiqə sığmadı.

Görünür, ölkədə fundamental reformaların yarada biləcəyi təlatümlərdən ehtiyatlanaraq və risklər gözə alınaraq kosmetik dəyişikliklər uyğun bilindi. Ancaq bunu çıxış yolu hesab etmirəm. Müəyyən yaxın dövr üçün atılan bu addım müvəqqəti işə yaraya bilsə də, cəmiyyətin inkişafında, davamlı sabitliyin demokratik əsaslar üzərində əldə olunmasında, daxili və xarici siyasətin sinxronlaşdırılmasında ciddi pozitiv nəticələr verəcəyinə inanmıram.

2019-cu ildə Prezidentin apardığı islahatlarla ayaqlaşa bilmədiyini elan edərək özünü buraxan parlamentin ömrü gördüyünüz kimi heç 5 il olmadı və 2020-ci ildən ötən dövr üçün Milli Məclis müsbət mənada yadda qala bilmədi. Niyə? Çünki tərkib dəyişmədi. Parlamentarizm Azərbaycanda mövcud deyi. Formal olaraq Milli Məclis ancaq Prezident Administariysaından gələn qanunları qəbul etməkdən başqa cəmiyyət üçün, xalq üçün, seçicilər üçün demək olar ki, heç nə etmədi. Elə bir sistem qurulub ki, parlament icra qolunun təsiri altındadır. Seçki sistemi və seçkili institutlar gözdən salınıb, Konstitusiya ilə tanınan səaliyyətlərinin icrasına imkan verilmir. Azərbaycan bir ölkə olaraq belə bir vəziyyətdə, belə bir Konstitusiya və qanunlarla növbədənkənar parlament seçkilərinə gedir. Təəssüf ki, ölkənin ən əsas hakimiyyət qollarının birinə elə bir durumda gedilir ki, sanki parlament yox, muxtar seçkiləridir. Mən Qərbi deyil, yaxın qonşularımızı müqayisə üçün götürürüəm, qardaş Türkiyədə bələdiyyə seçkilərinin necə yüksək iştirakçılıq, bərabər rəqabət, kütləvilik, şəraitində, həyacanla, yüksək-əhval ruhiyyədə keçirildiyinin şahidi olduq. “Bir millət iki dövlət” şüarını hər zaman səsləndirsək də eyni millətin dövlətlərinin bir-birindən fərqliliyini görməzdən gəlirik. Cəmiyyətin əksər hissəsi, o cümlədən təşkilatlanmış siyasi kəsimi etiraf edir ki, ölkədə seçki sistemi sıradan çıxarılıb, ancaq çıxış yolu illər ərizndə kənarda axtarılıb.

- MSK prosedurları həyata keçirir, namizədlərin irəli sürülməsi, imzatoplama prosesi keçirilir. Bu, bərabər rəqabət deyil?

- Məsələ seçkilərə inamda, maraqdadır. Seçkilərin ən çətin mərhələsindən olan imzatoplama kampaniyası başlasa da, ictimai marağı bu vacib prosesə cəlb etmək mümkün deyil. Nümunə üçün bir dəfə demokratik, bərabər rəqabət şəraitində seçki keçirilmədiyinə görə, cəmiyyəti həvəsləndirə, inandıra, prosesin fəal iştirakçısına çevirə bilmirsən. Əvvəliki illərlə müqayisədə hökümət seçkidə iştirak etmək istəyən iddialılara süni əngəllər yaratmır. Hətta fəallıq görüntüsü yaratmaqdan ötrü namizədlərin sayının çox olması üçün inzibati təsir imkanları da işə salınır. Amma hazırkı seçki prosesi 2020-ci ilin fevralında keçirilən parlament seçkilərindən elə də fərqlənmir. Sakit, insidentsiz proses gedir.

- Hakim YAP namizədlərinin siyahısını açıqladı. Yeni adlara rast gəlirik, təxminən 35-40 faiz hakim partiya deputatlarını dəyişmək istəyində görünür. YAP-ın siyahısını necə qiymətləndirmək olar?

- YAP-ın seçki siyahısında 35-40 faiz dəyişikliklərin olması o anlamı vermir ki, parlamentdə təmsil olunacaq deputatların tərkibində böyük dəyişilklər baş verəcək. İrəli sürülən namizədlərin siyahısına diqqət yetirsək Milli Məclisdəki YAP-dan olan deputatların əksəriyyətinin yerində qalacağını söyləyə bilərik. Yenilərin də bəziləri elə köhnə yenilərdi.

- Maraqlı məqamlardan biri odur ki, YAP “köhnə qvardiyanı”, keçmişdə deputat olmuş şəxsləri də namizəd göstərib. Məsələn, siyahıda Əli Əhmədov, Səyyad Aran, Mübariz Qurbanlının adı var. Bu, nə ilə bağlıdır?

- Əli Əhmədov, Səyyad Aran, Mübariz Qurbanlı və bu kimi keçmiş deptatların yenidən YAP namizədlərinin siyasında irəli sürülməsi doğrusu mənə maraqlı gəldi. Ola bilsin ki, hakim partiyanın həmin şəxslərin parlamentdə təmsilçiliyinə ehtiyac duyulub. Hesab ediblər ki, parlamentdə daha yaxşı işləyəcəklər. Baş nazirin müavini Əli Əhmədovun yenidən parlamentə gətirilməsi hansısa hakimiyyətdaxili yeni kombinasiyaların qurulmasına da hesablana bilər. Əli Əhmədov Prezident Adminstrasiyasının etimadını qazanmış YAP-ın odioz fiqurlarından biridir. Ona həm də ona görə etimad göstərilir ki, iddialı deyil və yaxşı icraçıdır, sözəbaxandır, hakimiyyətdaxili intiriqalardan maksimum dərəcədə kənar durmağa çalışıb. Şəraitə uyğun tez bir zamanda adapdasiya oluna bilir. Səyyad Aran və Mübariz Qurbanlı da həmçinin. Publika ilə işləyə bilmələri də onlara üstünlük qazandırır, amma cəmiyyətin onlara inamı yoxdur. Bəlkə də YAP və hakimiyyət qarşısında xidmətləri olan və təhlükə törətməyən həmin şəxsləri incik salmaq istənilməyib. Məncə, həm keçmiş YAP-dan olan deputatların, istərsə də adları siyahıya daxil edilmiş məmurların namizədliklərinin irəli sürülməsinin birmənalı qarşılandığını, partiyaya da divident gətirdiyini düşünmürəm.

- Əvvəllər müxalif qüvvələr seçkilərə bloklarla gedirdilər. Amma bunu müşahidə etmirik. Əvəzində ayrı-ayrı partiyalar bir neçə dairədən namizəd göstərməklə seçkilərə qatılırlar. Ümumiyyətlə, müxalifət düşərgəsinin seçkidə iştirakını necə qiymətləndirmək olar?

- Keçirilən son seçkilərin demək olar ki, hamısında müaxlifət partiyaları prosesə fərdi qaydada, partiya şəklində qatılmağı üstün tutublar. Hər dəfə blok və birlik şəklində seçkilərdə iştirak edən müxalifət düşərgəsi seçki bitdikdən sonra bir-birlərinə qarşı kəskin ittihamlar səsləndirməkdən, qarşıdurma və gərginliklərə rəvac verməkdənsə, müstəqil şəkildə iştirak daha məqsədəmüvafiqdir. Partiyalar bir-birlərinə inanmadığından, bir-birlərinə etibar etmədiyindən və korporativ maraqlardan çıxış etdiyindən bolklaşmaya meyl göstərmirlər. Hər bir partiya çalışır ki, ancaq özünə olsun, nə əldə edə biləcək, nə qazana biləcəksə bölüşməsin. Açığı, ölkədə durum o həddə çatdırılıb ki, müxalifət partiyalarının da gözləntiləri hakimiyyətdədir. Partiyaların təmərküzləşmiş və yüksək təşkilatlanmış halda seçkiyə gedib mübarizə ilə uğur qazanacağına inamı demək olar ki yoxdur. Eyni zamanda, müxalifət partiyalarının potensialı tükənib, yoxdur. Nə maliyyə, nə insan, nə də digər resursları qalıb. Cəmiyyət siyasətdən və siyasi proseslərdən özünü kənar saxlayır. Fərdi qaydada seçicilər isə seçkini fürsət bilib, özü üçün xırda-para nəsə faydalanmağa daha çox həvəs göstərir. Fikirləşir ki, görüm hansı namizəddən nə qopara bilir. Ölkədə demokratik seçki mühiti nəinki yoxdur, ümumiyyətlə seçkilərə cəmiyyətdə bir antipatiya yaranıb. Passiv seçki hüququndan istifadə etmək istəyən şəxslərə rişxəndlə, incimiş halda, hətta bəzən qəzəblə yanaşılır.

Ölkədə az-çox çoxpartiyalı sistemin, ictimai fəallığın olduğu dönəmlərdə də seçkidə iştirak edən partiyalar ideoloji baxışlarına görə deyil, liderlərin şəxsi maraqlarına, yaxud münasibətlərinə uyğun şəkildə yaradılırdı. İdeal sayıla biləcək birlik, müttəfiqlik formatı heç vaxt alınmayıb. Qəribəsi də o idi ki, müxalifət daxili birliklər inteqrasiyanı deyil, qarşıdurmanı vı ziddiyyətləri daha da dərinləşdirirdi. Bir vaxtlar hakimiyyət uğrunda mübarizə aparan, hakimiyyətə gəlməyi qarşısına məqsəd qoyan, iqtidar nümayəndələri ilə hansısa təması top-tüfənglə qarşılayan müxalifət düşərgəsi elə duruma salınıb ki, prosesləri, ictimai-siyasi vəziyyəti idarə edə bilmir, özü idarə olunur. Bir çoxları özünü PA-dan asılı vəziyyətə salıb. Belə bir mənzərədə, belə bir reallıqlarda növbədənkənar parlament seçkilərinə vahid birliklərdə və bloklarda iştirak absurd səslənir. Siyasi müxalifətin güclü olması və dövlətin təhlükəsizliyi və varisliyi üçün vacib faktorlardan biri olduğu həqiqəti nə vaxt dərk olunacaq, o zaman da biz həm ölkədə siyasi təsisatları, həm seçkili institutların, həm də dövlət idarəçiliyinin normal məcraya salınacqğını o zaman görə biləcəyik.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” - Svyatoslav Boqdanov
Bu gün, 10:20
Ötən gün həlak olan əsgər barədə DETALLAR - Atası rəhmətə gedib, bir bacısı var
Bu gün, 10:18
Muxtar Babayev direktoru vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:16
“5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” - İş adamı şikayətçidir
Bu gün, 10:15
Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... - gələcəkdə “faydalı ola bilər”
Bu gün, 10:02
Həbs olunan tiktokerlər azadlığa buraxıldılar
Bu gün, 09:55
QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
Bu gün, 09:53
İcra hakimiyyətlərinin dövrü çoxdan bitib - NƏ BAŞ VERİR?
Bu gün, 09:50
Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:30
Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... - Ekspert danışır...
Bu gün, 09:25
Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... - "Newsgeorgia"
Bu gün, 09:19
Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08
Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56
Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54
Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52
Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45
Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37
“Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35
Rusiya Ermənistanı buna məcbur etdi - Simonyan
Bu gün, 08:31
Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? - NƏ ETMƏLİ?
Bu gün, 08:29
Elektron imtahana keçid: Test üsulu ləğv edilir? - ARAŞDIRMA
Bu gün, 08:27
3 minə yaxın şikayət məktubu yazıb... - AMMA...
Bu gün, 08:25
Tramp praqmatik və rasional siyasətçidir - BUNA GÖRƏ DƏ...
Bu gün, 07:29
Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Bu gün, 07:27
"Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... - FOTO
Bu gün, 07:05
“İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” - Başqa cür ola da bilməz...
Bu gün, 07:00
BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Bu gün, 06:50
“Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46
Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40
Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36
Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32
“Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29
Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25
Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21
Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14
“Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23
Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00
Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56
Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39
Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17
Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14
Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59
“Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55
Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36
Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32
Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10
“Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07
Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01
Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru