İLHAM ƏLİYEVDƏN ÖNƏMLİ QARABAĞ AÇIQLAMASI
Tarix: 29-05-2012, 12:12 | Çap et
“MÜHARİBƏ HƏLƏ BİTMƏYİB”
“Media forum” saytı prezident İlham Əliyevin Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Dağlıq Qarabağ münaqişəsi haqqında dediklərini təqdim edir:
- Ölkə qarşısında duran əsas vəzifə Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, bu istiqamətdə heç bir nəticə yoxdur. Ermənistan uzun illərdir ki, beynəlxalq hüququ kobudcasına tapdalayır, beynəlxalq hüquq normalarına riayət etmir. Dünyanın mötəbər, aparıcı beynəlxalq təşkilatlarının qətnamələrinə əhəmiyyət vermir, məhəl qoymur. Nə hərb, nə sülh vəziyyəti davam edir.
Müharibə hələ bitməyib. Müharibənin birinci dövrü başa çatıb. Biz hamımız arzu edirik ki, müharibənin ikinci dövrü başlamasın. Ancaq buna nail olmaq üçün Ermənistan beynəlxalq hüquq normalarına əməl etməli və işğal edilmiş torpaqlardan çıxmalıdır. Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı dörd qətnaməsi var. Bir neçə gün bundan əvvəl Çikaqoda keçirilən NATO zirvə görüşündə yenə bu məsələ ilə bağlı çox əsaslı və ədalətli qətnamə qəbul edilib, münaqişə ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və ərazi bütövlüyü orada yeganə prinsip kimi göstərilib. ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar münaqişə ilə bağlı kifayət qədər çox qətnamələr, qərarlar qəbul edib. Yəni məsələnin hüquqi müstəvidə həlli üçün əlavə heç bir addıma ehtiyac yoxdur.
Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi və indiki vəziyyəti uzatmaq cəhdləri hələ imkan vermir ki, məsələ həllini tapsın. Ancaq mən bu barədə dəfələrlə fikrimi bildirmişəm. Biz hər gün, hər an məsələnin həllinə yaxınlaşırıq. Bizi bu günə yaxınlaşdıran amillər həm siyasi, həm iqtisadi və digər sahələrlə bağlıdır. Siyasi sahədə bu gün Azərbaycan bölgənin lider dövlətidir. Bizim kifayət qədər güclü mövqeyimiz var. Dünya birliyində böyük dəstəyimiz var. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz dünya birliyinin bizə olan münasibətini göstərir və hazırda Azərbaycan Təhlükəsizlik Şurasına sədrlik edir.
Bölgədə mövqelərimiz möhkəmdir. İqtisadi sahəyə gəldikdə deyə bilərəm ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edir və bundan sonrakı illərdə bu rəqəm yalnız artacaq. Çünki uzunmüddətli inkişaf strategiyamız bizə imkan verəcək ki, növbəti on il ərzində, - yəni qarşıya belə hədəf qoyulub, - ümumi daxili məhsulumuzu iki dəfə artıraq. Müqayisəedilməz fərq var.
Məsələnin həlli üçün, əlbəttə, bütün diplomatik-siyasi imkanlardan istifadə edirik, eyni zamanda hərbi gücümüzü də artırırıq. Bu istiqamətdə də böyük addımlar atılıb. Təkcə onu demək kifayətdir ki, hazırda Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur. Əlbəttə, həm maddi-texniki təchizatımız böyük dərəcədə yaxşılaşır, həm də ordumuzun peşəkarlığı, döyüş qabiliyyəti artır. Bu gün Azərbaycan ordusu dünya miqyasında güclü orduların sırasındadır. Bundan sonrakı illərdə ordu quruculuğuna göstərilən diqqət daha da çox olacaq və biz daha da güclü orduya malik olacağıq.
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün digər vacib amillər də mövcuddur və bu amillər də Azərbaycanın mövqeyini gücləndirir. İqtisadi gələcəyimiz. Biz dəqiqliklə bilirik ki, gələcəkdə bizi nələr gözləyir. Çünki gələcəyimizi biz özümüz yaradırıq. Ermənistan isə gələcəyini başqa ölkələrdən verilən, yaxud da veriləcək və ya verilməyəcək ianələrlə bağlayır. Belə olan halda uzunmüddətli inkişafı proqnozlaşdırmaq mümkün deyil. Uzunmüddətli inkişafa nail olmaq üçün biz nə qədər işləmişik, nə qədər səfərbərlik işləri aparmışıq, proqramlar qəbul etmişik, layihələr icra etmişik. Yəni uzunmüddətli inkişafa nail olmaq üçün bir neçə il vaxt lazımdır. Bu gün yaranmış bu müsbət inersiya bizi qabağa aparır. Ona görə mən tam məsuliyyətlə deyə bilərəm ki, on il bundan sonra Azərbaycanın iqtisadi durumu təxminən necə olacaq. Amma Ermənistana gəldikdə, orada ümumiyyətlə iqtisadiyyat iflic vəziyyətindədir və heç bir iqtisadi perspektiv yoxdur. Ölkədən kütləvi şəkildə miqrasiya baş verir və əlbəttə, bu, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz rolunu oynayacaq.
Uzun illər biz yalnız siyasi, iqtisadi, hüquqi, hərbi amilləri nəzərdən keçirirdik. Deyə bilərəm ki, hazırda demoqrafik amillər də nəzərdən keçirilməlidir. Çünki bu amillər nəinki bizim bölgədə, artıq dünyada ön plana çıxır. Demoqrafik inkişaf, bəzi ölkələrdə müsbət, bəzi ölkələrdə tənəzzülə uğrayan demoqrafik proseslər, əlbəttə ki, bu gün təhlil mövzusudur. Azərbaycanda demoqrafik vəziyyət də çox müsbətdir. Bizim əhalimiz artır, 9 milyon 200 mindən çoxdur. Ermənistanda isə əksinə, əhali azalır. Yəni mən heç şübhə etmirəm ki, biz suverenliyimizi, ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik və vahid Azərbaycan uğurlu inkişafa davam edəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06 |
|
|
|
• Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02 |
|
|
|
• “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57 |
|
|
|
• Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53 |
|
|
|
• 26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53 |
|
|
|
• Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47 |
|
|
|
• Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39 |
|
|
|
• Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38 |
|
|
|
• Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35 |
|
|
|
• Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32 |
|
|
|
• ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29 |
|
|
|
• "Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22 |
|
|
|
• Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19 |
|
|
|
• “Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” - Keçmiş diplomat
Bu gün, 15:17 |
|
|
|
• Həyat yoldaşı Niyazi Mehdidən danışdı - Ayağı kəsilə bilər
Bu gün, 15:16 |
|
|
|
• Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar - BU NƏDİ BELƏ?..
Bu gün, 15:09 |
|
|
|
• Rusiyanın xəritə təklifini qəbul etmək olmaz - ÇÜNKİ...
Bu gün, 14:00 |
|
|
|
• Müəllimlər narazıdır: - "Elə nazirlikdə də qəribə proseslər baş verir"
Bu gün, 13:58 |
|
|
|
• Rusiyanın müttəfiqliyə zidd addımları: - Yaxud baltanı “öz ayağına vuranlar"
Bu gün, 13:12 |
|
|
|
• Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? - RƏSMİ AÇIQLAMA
Bu gün, 13:01 |
|
|
|
• Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var - ŞOK DETALLAR
Bu gün, 12:56 |
|
|
|
• Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51 |
|
|
|
• Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50 |
|
|
|
• Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33 |
|
|
|
• "Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29 |
|
|
|
• Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21 |
|
|
|
• Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08 |
|
|
|
• Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02 |
|
|
|
• Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00 |
|
|
|
• Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56 |
|
|
|
• Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52 |
|
|
|
• Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46 |
|
|
|
• DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41 |
|
|
|
• Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30 |
|
|
|
• Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26 |
|
|
|
• Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18 |
|
|
|
• Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12 |
|
|
|
• AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11 |
|
|
|
• Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08 |
|
|
|
• Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02 |
|
|
|
• AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54 |
|
|
|
• "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52 |
|
|
|
• Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50 |
|
|
|
• Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48 |
|
|
|
• Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39 |
|
|
|
|