MİRMAHMUD AĞADAN XOŞ SÖZLƏR
Tarix: 18-10-2011, 13:28 | Çap et
KXCP-NİN BAYRAM TƏBRİKİ
Klassik Xalq Cəbhəsi Partiyasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci il dönümü münasibəti ilə Azərbaycan Xalqına müraciət edib. Müraciətin tam mətnini təqdim edirik:
“Əziz həmvətənlər!
18 oktyabr 2011-ci il Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci il dönümü bayramıdır. Müstəqilliyin bərpası Azərbaycan Milli Azadlıq Hərəkatının nəticəsi idi.
Hər bir Hərəkatın istiqamətləndirici təşkilatı olmadan Hərəkat uğur qazana bilməz. Quzey Azərbaycanda zamanın yönləndirici təşkilatı Azərbaycan Xalq Cəbhəsi idi. 20-ci əsrin 80-ci illərinin sonunda yaranan Azərbaycan Xalq Cəbhəsinin 2 illik fəaliyyəti 18 oktyabr 1991-ci ildə Quzey Azərbaycanın müstəqilliyinin bərpasının təşkilatçısı və təminatçısı oldu. Azərbaycanın müstəqilliyinin bərpası və qorunub saxlanılmasında xalqımız minlərlə şəhid verdi.
İlk gündən bütün zorakılıq hallarından imtina edən, ölkədəki bütün milli azlıqları və etnik qrupları bərabər hüquqlu əməkdaşlığa və qardaşlığa çağıran Azərbaycan Xalq Cəbhəsi Respublikada sarsılmaz müstəqillik uğrunda mübarizəyə başlamış, məhz onuin başçılıq etdiyi və istiqamətləndirdiyi Xalq Hərəkatı nəticəsində respublikada müxtəlif siyasi dünyagörüşlü partiyalar və birliklər yaranmış, insan haqları uğrunda əsl mübarizə başlanılmış, müxtəlif ideya yönlü qəzet, jurnal və bülletenlər nəşr olunmuşdu. AXC-nin bu demokratik və dinc mübarizəsi qarşısında xalqın inamını itirmiş, nüfuzdan düşmüş Kommunist partiyası və Sovet orqanları məğlub olmuş, xalq onların hakimiyyətindən kütləvi şəkildə imtina etməyə başlamış, özünün təmsil olunduğu AXC rəhbərliyini hakimiyyətə gətirmişdi.
Hakimiyyətdə olduğu bir il müddətində demokratik yolla seçilmiş prezident Əbülfəz Elçibəy başda olmaqla AXC rəhbərliyi ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam müstəqil dövlətə çevrilməsi, xalqın rifahının yaxşılaşdırılması yolunda mühüm addımlar atmışdı. İlk olaraq bütün imkanlar ordu quruculuğuna səfərbər edilmiş, rus ordusu Azərbaycandan çıxarılmış, Sovet ordusuna məxsus Xəzər donanması Xəzəryanı dövlətlər arasında bərabər bölünmüş, sərhəd qoşunları yaradılmış, Azərbaycan gömrük sistemi və Ləl-Cəvahirat fondu yaradılmış, milli valyuta dövriyyəyə buraxılmış, ölkənin siyasi sistemini dəyişdirmək məqsədilə siyasi partiyalar və kütləvi informasiya vasitələri haqqında qanunlar qəbul edilmiş, “Milli Məclisə Seçkilər haqqında” qanun layihəsi hazırlanıb Milli Məclisə təqdim edilmiş, məhkəmələrin statusu, bazar iqtisadiyyatının formalaşması, özəlləşdirmə, banklar və bank fəaliyyəti, mülkiyyət, xarici investisiyaların qorunması, icarə, torpaq vergisi, aksizlər və Milli Dövlətin ən mühüm strateji sahələrindən biri olan təhsil haqqında qanunlar qəbul edilmiş, liberal iqtisadi islahatlara başlanılmış, bu məqsədlə Dövlət Əmlak Komitəsi, Torpaq komitəsi, Dövlət Antiinhisar siyasəti və Sahibkarlığa Yardım Komitəsi, İqtisadiyyat Nazirliyi və s. kimi yeni dövlət orqanları yaradılmış, ticarətin liberallaşdırılması, Dövlət ticarət müəssisələrinin kommersiyalaşdırılması, yarımçıq qalmış tikililərin icarəyə verilməsi, kiçik sahibkarlığa kömək və onun inkişaf etdirilməsi haqqında prezident fərmanları verilmiş, Özəlləşdirmə, sahibkarlığa yardım, fermer təsərrüfatlarının, emal sənaye sahələrinin inkişafı haqqında dövlət proqramları hazırlanmış, elm, təhsil və mədəniyyət sahəsində mühüm islahatlara başlanılmışdı.
“Təhsil haqqında” qanuna uyğun olaraq özəl müəssisələrin açılmasına icazə verilmiş, bir çox müstəqil təhsil ocaqları yaqradılmış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul ilk dəfə olaraq test üsulu ilə keçirilmiş, yüzlərlə gəncə xarici ölkələrdə dövlət hesabına nadir ixtisaslar üzrə təhsil almaq imkanı yaradılmış, müstəqil Azərbaycanın orta məktəbləri üçün Milli Dövlətin mənafeyinə uyğun yüzlərlə alim, müəllim və metodistin gərgin əməyi sayəsində qısa müddətdə yeni proqramlar və 90 adda yeni dərsliklər hazırlanıb latın qrafikalı Azərbaycan əlifbası ilə nəşr edilmiş, ölkənin maliyyə böhranı içərisində olduğuna baxmayaraq prezident Əbülfəz Elçibəyin göstərişi ilə 110 milyon manatlıq yardımla “Öyrətmən” adlı yeni nəşriyyat yaradılmış, dövlət idarələrində yeni Azərbaycan əlifbasından istifadəyə başlanılmışdı.
AXC-nin bir illik hakimiyyəti dövründə Milli Məclisdə xalqın xeyrinə 118 qanun, 160 qərar qəbul edilmiş, bununla Azərbaycanda müstəqil qanunvericiliyin əsası qoyulmuş, prezident Əbülfəz Elçibəy Milli Dövlət əhəmiyyətli bir çox fərman və sərəncamla yanaşı milli azlıqlar, azsaylı xalqlar və etnik qruplar haqqında da fərman vermiş, bu fərmandan sonra 30-a qədər milli mədəniyyət mərkəzi yaradılmış, onlar normal iş şəraiti ilə təmin edilmişdi.
AXC hakimiyyəti zamanı Azərbaycan beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutmuş, BMT-də, ATƏM-də (indiki ATƏT-də), İslam Konfransı Təşkilatında, Regional İqtisadi Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq birliklərdə bərabərhüquqlu dövlət kimi, təmsil olunmağa başlamış, Bakıda BMT-nin nümayəndəliyi açılmış, Rusiya, Türkiyə, İran, Ukrayna və Gürcüstanla bərabərhüquqlu əməkdaşlığın əsası qoyulmuş, Moldova, Qazaxıstan və Türkmənistanla iqtisadi sazişlər imzalanmış, ABŞ, İngiltərə, Almaniya, Belçika, Pakistan, Misir və İsraillə sıx əlaqələr yaradılmış, Türkiyə, Rusiya və Gürcüstanla dostluq və əməkdaşlıq haqqında iki tərəfli müqavilələr bağlanmış, BP, AMOKO, Yunokl, Statoyl, Pennzoyl və digər böyük şirkətlərlə neft sənayesi sahəsində sazişlər hazırlanmış, neftin Aralıq dənizinə, oradan da Avropa ölkələri və ABŞ-a daşınması haqqında ilkin sənəd imzalanmış, Qərbdə Azərbaycanın demokratik imici formalaşmış, bir sözlə, Azərbaycanın inkişafı üçün böyük perspektivlər açılmışdı.
Elçibəy başda olmaqla AXC iqtidarının apardığı geri dönməz Milli Dövlət siyasətindən təşvişə düşən xarici və daxili düşmənlər birləşərək Azərbaycanda hərbi qiyam təşkil etmiş, ölkədə vətəndaş müharibəsi yaratmağa səy göstərmiş, öz xalqını bu ağır faciədən qurtaran Əbülfəz Elçibəy 1993-cü ilin iyun ayında Bakını tərk etdi.
Vaxtilə Azərbaycanın müstəqilliyi əleyhinə gedənlərin, bu müstəqilliyi xəyal sayanların və ya bu mübarizədən ehtiyat edib kənarda duranların əksəriyyəti tarixi saxtalaşdıraraq AXC-nin bütün bu uğurlarını bir şəxsin adına yazmaqla bu müstəqillikdən maksimum bəhrələnməkdə, bu müstəqillik uğrunda şəhid olanların ailələrinə və bu mübarizəni qələbə ilə nəticələndirənlərə keçmişdə olduğu kimi bu gün də düşmən münasibət bəsləməkdədirlər. Çağdaş Azərbaycan ictimai-siyasi həyatına yön verən, yorulmadan bütün mənalı həyatını Azərbaycanın milli azadlığı və bütövlüyü uğrunda mübarizəyə həsr edən ümummilli lider Əbülfəz Elçibəyin davamçıları əmindir ki, Türk kimi yaşamaq, Türk olmanın mənəvi yükünü dərk etmək və bundan qürur duymaq, Elçibəy yolunu ləyaqətlə davam etdirmək hər bir şəxsin vəzifəsidir. Elçibəyin Bütöv Azərbaycan, Türkiyə-Azərbaycan Konfederativ birliyi və Ümumtürk Birliyi ideyaları gerçəkləşəcək. Rəsulzadə - Elçibəy yolunu seçən Elçibəysevərlər buna varlıqları qədər inanırlar.
Əziz həmvətənlər!
Dəyərli bacılar və qardaşlar!
Müstəqillik Bayramınızı təbrik edir, Milli demokratik dövlətçiliyimizin yenidən bərpası uğrunda mübarizədə Sizlərə uğurlar diləyirik! Tanrı yardımçınız olsun! Amin!”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Bu gün, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Bu gün, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Bu gün, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Bu gün, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Bu gün, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Bu gün, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Bu gün, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Bu gün, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Bu gün, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Bu gün, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Bu gün, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Bu gün, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07 |
|
|
|
• Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05 |
|
|
|
• Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03 |
|
|
|
• DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55 |
|
|
|
• "Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52 |
|
|
|
• ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49 |
|
|
|
• “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44 |
|
|
|
• "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38 |
|
|
|
• "Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37 |
|
|
|
• Qaradağın rəisi Suraxanıya təyinat aldı - ƏMR
Bu gün, 12:36 |
|
|
|
• Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... - Görünəni odur ki...
Bu gün, 12:31 |
|
|
|
• “Ferrum Kapital”ın departamentinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 12:28 |
|
|
|
• Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? - TƏFƏRRÜAT
Bu gün, 12:26 |
|
|
|
• Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
Bu gün, 12:18 |
|
|
|
• "Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 12:15 |
|
|
|
• Biz o terrorçunun edamını istəyirik - TƏLƏB!
Bu gün, 12:05 |
|
|
|
• Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... - aKOMEDİK ÇAX-ÇUX...
Bu gün, 12:01 |
|
|
|
• Zelenski Trampla görüşə razı deyil - "Bloomberg"
Bu gün, 11:40 |
|
|
|
• İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? – Kursu dəyişdirən səbəb
Bu gün, 11:38 |
|
|
|
• 36 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 11:35 |
|
|
|
• Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi
Bu gün, 11:32 |
|
|
|
• Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı, rəhbəri təyin edildi
Bu gün, 11:30 |
|
|
|
• Şəmsi Səmədzadə azadlığa buraxılıb - İŞ OLAN YERDƏ PROBLEMLƏR DƏ OLUR
Bu gün, 11:27 |
|
|
|
• Bank “BTB” ASC-də Satışlar departamentinə RƏHBƏR TƏYİN OLUB - BUNDAN SONRA...
Bu gün, 11:24 |
|
|
|
• Xırdalan məktəbi `AD ÇIXARIBMIŞ`... - TOTAL NARAZILIQ...
Bu gün, 11:17 |
|
|
|
• Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB – “Past”
Bu gün, 10:54 |
|
|
|
• Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... - İcazə verin şübhələnək...
Bu gün, 10:52 |
|
|
|
• Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ... - SİYAHI
Bu gün, 10:46 |
|
|
|
• Vuçiç Trampın “100 gün” planına şübhə ilə yanaşır
Bu gün, 10:36 |
|
|
|
• Ekstrasensdən qorxunc proqnoz: - Sabah dəhşətli olacaq!
Bu gün, 10:32 |
|
|
|
• Ermənistan-Azərbaycan sərhədində son durum: - “Başladılar”
Bu gün, 10:30 |
|
|
|
• Qiymətlər o qədər də qalxmayıbsa, niyə daha çox görünür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:28 |
|
|
|
• Mərkəzi Bank daha bir “exchange”ə lisenziya verib
Bu gün, 10:25 |
|
|
|
|