Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir .....                     Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... .....                     Əhməd Əliyev həbsdə öldü .....                     İran İrəvan və Bakıdan təhdid istəmir .....                     Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... .....                     Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü .....                     Ermənistanın addımı Çini qəzəbləndirdi .....                     “Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” .....                     Ötən gün həlak olan əsgər barədə DETALLAR .....                     Muxtar Babayev direktoru vəzifəsindən azad etdi .....                     “5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” .....                     Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... .....                     Həbs olunan tiktokerlər azadlığa buraxıldılar .....                     QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib .....                     İcra hakimiyyətlərinin dövrü çoxdan bitib .....                     Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı .....                     Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... .....                     Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... .....                     Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? .....                     İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir .....                     Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? .....                     Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... .....                     Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… .....                     Referendum keçiriləcəyi xəbəri təsdiqlənir .....                     Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb .....                     “Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... .....                     Rusiya Ermənistanı buna məcbur etdi .....                     Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? .....                     Elektron imtahana keçid: Test üsulu ləğv edilir? .....                     3 minə yaxın şikayət məktubu yazıb... .....                     Tramp praqmatik və rasional siyasətçidir .....                     Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? .....                     "Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... .....                     “İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” .....                     BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir .....                     “Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” .....                     Ermənistanda keçmiş komitə sədri saxlanılıb .....                     Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... .....                     Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? .....                     “Ölənin arxasınca danışmayın, .....                 

TQDK İLƏ TƏHSİL NAZİRLİYİNİN FƏRQİ
Tarix: 7-06-2012, 11:49 | Çap et
TQDK İLƏ TƏHSİL NAZİRLİYİNİN FƏRQİ

“BU İŞDƏ “ŞEYTAN BARMAĞI” OLDUĞUNU SÖYLƏYİRDİLƏR”

Əlövsət Osmanlı: “TQDK bilməlidir ki, təhsilimizin məzmununu dağıdan bu yırtıcılar üzümüzə gələn il üçün də xüsusi “planlar” üzərində işləyirlər”

DİA.AZ: - Bu il aprelin 19-da ölkə başçısının fərmanı ilə orta məktəblərdə buraxılış (attestasiya) imtahanlarının həyata keçirilməsi və dərsliklərin monitorinqi Təhsil Nazirliyindən alınaraq TQDK-ya həvalə edildi. Fərmanın birinci hissəsilə bağlı TQDK-da artıq xeyli işlər görülüb. Belə ki, ölkənin bir çox məktəblərinin 9, 11-ci siniflərində buraxılış imtahanları keçirilib, nəticələr də bəllidir. Çox qəribədir ki, fərmanın ikinci hissəsinin – dərsliklərin monitorinqi ilə bağlı işlərin nə yerdə olduğu barədə qurum tərəfindən heç bir məlumat verilmir. Fərmanın necə icra olunması ilə bağlı təhsil eksperti, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlıya müraciət etdik.

O, DİA.AZ-a açıqlamasında gecikmiş olsa da, fərmanın Azərbaycan təhsilinin xeyrinə olduğunu bildirdi: “Təhsil Nazirliyinin buraxılış imtahanlarını ədalətli və sivil qaydada keçirə bilməyəcəyi hamımıza məlum idi. Bu həqiqət lağlağıya çevrilmiş “məzun bazası”nın təhvil-təslimi zamanı bir daha təsdiqləndi. Bəlli oldu ki, Təhsil Nazirliyinin buraxılış imtahanlarındakı “nailiyyəti”, gülməli olsa da, dörd sınıq-salxaq kompüterdən və alayarımçıq siyahıdan ibarət imiş. Cəmiyyət də bəzi üzdəniraq məmurların moizələrinə uyaraq elə başa düşürdü ki, doğrudan da, nazirlik müasir bazaya malikdir. Vaxtilə biz deyirdik, hay-haray salırdıq ki, bu adamlara beş qoyun da etibar etmək olmaz, aparıb ya qurda-quşa yem edəcəklər, ya da ki, özləri həzm-rabedən keçirəcəklər...

TQDK-nın bu sahədə ilk addımları onu göstərdi ki, fərman bir çox pozitiv işlərə güclü təkan verəcək. Görürsünüzmü, vaxt darlığına və təhvil-təslimdən qaynaqlanan çətinliklərə baxmayaraq, komissiya qısa bir müddət ərzində bu işlərin öhdəsindən necə peşəkarlıqla gəldi: Cəmiyyət imtahanın hansı normativ-hüquqi sənədlər əsasında aparılacağı ilə tanış edildi; siyahılar yenidən dəqiqləşdirildi; lazımi təşkilati işlər görüldü; şəffaflıq olsun deyə, bu və ya digər səbəbdən imtahandan azad edilən bütün şagirdlərin siyahısı TQDK-nın saytında yerləşdirildi ki, kimin bu siyahıya şübhəsi varsa, buyursun bizə bildirsin, tədbirini qilaq və s. Bəs ötən illərdə necə idi? Nazirlik ümumi şəkildə imtahanlardan azad etdiyi şagirdlərin sayını bildirir, ən vacib informasiyanı – konkret olaraq kimlərin niyə azad edildiyini isə bildirmirdi. Ona görə də insanlar bu işdə “şeytan barmağı” olduğunu söyləyirdilər.

Ekspert bir çox məzunların kəsiləcəyi barədə yayılan şayiələrə ayrıca münasibət bildirdi: “Bəziləri bu fərmanın nazirlik və TQDK arasında intriqa yaradacağını, bir çox məzunların bunun qurbanı olacağını bildirirdilər. Nə baş verdi?! Məlum oldu ki, TQDK-nın məqsədi, nazirlikdən fərqli olaraq, imtahanlar zamanı məzunları “sıxma-boğmaya salmaq” yox, onların bilik və bacarıqlarını üzə çıxarmaqdır. Ona görə də tapşırıqları sadələşdirdi, imtahanlara hazırlıq üçün vaxt məhdudiyyətini nəzərə alaraq doğru cavablar şkalasını xeyli aşağı endirdi ki, bu il imtahandan keçməyən məzunlar günahı özlərində axtarsınlar. İndi sual edirəm: Hər il imtahandan sonra Təhsil Nazirliyi qarşısında keçirilən mitinqlər, piketlər, səs-küy, şamartı bu il niyə yoxdur? Qarğışları ərşə qalxan valideynlər niyə gözə dəymir? Çünki toplum TQDK-ya güvənir, onun keçirdiyi imtahanın ədalətli olduğuna inanır. Əslində bu, hamıya aydındır, xüsusilə də, özünü 7-dən 77-yə hamının gözündən salmış Təhsil Nazirliyi məmurlarının hər il törətdiyi əməllər fonunda...

Dərsliklərin monitorinqi ilə bağlı TQDK-da duyulan ləngliyə rəğmən ekspert belə dedi: “Mən də hesab edirəm ki, TQDK işinin çoxluğundan asılı olmayaraq, fərmanın ikinci hissəsi – dərsliklərin monitorinqi ilə bağlı üzərinə düşən vəzifələrin icrasına da vaxt ayırmalıdır. Çünki bu saat Təhsil Nazirliyində bəziləri hələ də bulanıq suda balıq tutmaqla məşğuldurlar. Bilirsiniz ki, həmişə olduğu kimi, bu il də dərsliklərin nəşri və çapı üzrə keçirilən tender baş tutmayıb. Qoltuq nəşriyyatlar bu gün məmurlarla “işbirliyinə girərək” dərslik lotlarını mal-pay etməklə məşğuldurlar. TQDK bilməlidir ki, təhsilimizin məzmununu dağıdan bu yırtıcılar üzümüzə gələn il üçün də xüsusi “planlar” üzərində işləyirlər. Ona görə də bu qurum indidən dərslik məsələsinə də əl qoymalıdır. Elə olmasın ki, iş işdən keçsin və gedən qatarın arxasınca baxıb gileylənək...”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO
Bu gün, 10:54
Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... - BAĞLANMA QƏRARI VERİLDİ...
Bu gün, 10:52
Əhməd Əliyev həbsdə öldü
Bu gün, 10:45
İran İrəvan və Bakıdan təhdid istəmir - erməni politoloq
Bu gün, 10:41
Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... - FOTO
Bu gün, 10:35
Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:32
Ermənistanın addımı Çini qəzəbləndirdi – “Buna dözməyəcəklər”
Bu gün, 10:29
“Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” - Svyatoslav Boqdanov
Bu gün, 10:20
Ötən gün həlak olan əsgər barədə DETALLAR - Atası rəhmətə gedib, bir bacısı var
Bu gün, 10:18
Muxtar Babayev direktoru vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:16
“5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” - İş adamı şikayətçidir
Bu gün, 10:15
Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... - gələcəkdə “faydalı ola bilər”
Bu gün, 10:02
Həbs olunan tiktokerlər azadlığa buraxıldılar
Bu gün, 09:55
QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
Bu gün, 09:53
İcra hakimiyyətlərinin dövrü çoxdan bitib - NƏ BAŞ VERİR?
Bu gün, 09:50
Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:30
Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... - Ekspert danışır...
Bu gün, 09:25
Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... - "Newsgeorgia"
Bu gün, 09:19
Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08
Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56
Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54
Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52
Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45
Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37
“Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35
Rusiya Ermənistanı buna məcbur etdi - Simonyan
Bu gün, 08:31
Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? - NƏ ETMƏLİ?
Bu gün, 08:29
Elektron imtahana keçid: Test üsulu ləğv edilir? - ARAŞDIRMA
Bu gün, 08:27
3 minə yaxın şikayət məktubu yazıb... - AMMA...
Bu gün, 08:25
Tramp praqmatik və rasional siyasətçidir - BUNA GÖRƏ DƏ...
Bu gün, 07:29
Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Bu gün, 07:27
"Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... - FOTO
Bu gün, 07:05
“İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” - Başqa cür ola da bilməz...
Bu gün, 07:00
BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Bu gün, 06:50
“Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46
Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40
Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36
Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32
“Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29
Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25
Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21
Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14
“Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23
Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00
Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56
Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39
Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17
Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14
Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru