Şəkidə vətəndaşın torpağı zorla əlində alınır? - NARAZILIQ!
Tarix: 1-10-2021, 12:15 | Çap et
Şəki Rayon Baş Göynük kəndinin sakini Fəttahov Azər Məmməd oğlu ona məxsus əkinə yararlı torpaq sahəsinin kəndin bələdiyyə sədri və icra nümayəndəsi tərəfindən zorla əlindən alındığını iddia edir. Bu barədə Yeniavaz.com-a danışan A. Fəttahov iddia edir ki, kəndin bələdiyyə sədri Yusif Hüseynəliyev və icra nümayəndəsi Rza Calalov Baş Göynük inzibati ərazi vahidində yerləşən Baş Şabalıd kəndində əkinə yararlı torpaqların bir qismini böyük maddi vəsait qarşılığında varlı sahibkara satdıqları üçün, onun torpağını əlindən alaraq Baş Şabalıd kəndinin sakinlərinə verirlər: fettahov-azer “Kənddən təxminən 25 kilometr məsafədə bizim əkin sahəmiz var. Sahəsi 1 hektar 29 sotdur. Həmin ərazinin yaxınlığında boş, kol-kosun bitdiyi təxminən 2-3 hektar bir ərazi var idi. 2018-ci ildə bundan əvvəlki bələdiyyə sədri Vüqar Məmmədovun yanına getdim və soruşdum ki, həmin ərazini təmizləsəm, müqavilə ilə mənə verərsinizmi, oranı əkib-becərim? Bildirdi ki, sən oranı təmizləsən, biz əlbəttə verərik. Mən də təxminən 5-6 min xərc çəkib həmin ərazini təmizlətdirdim və əkinə yararlı hala saldım. Çünki həmin ərazinin bir hissəsini sel yumuşdu, bir hissəsi daşlıq idi, bir hissəsində isə kol-kos bitmşdi. Elə həmin ilin yayında V. Məmmədov bələdiyyə sədrliyi vəzifəsindən getdi. Təəssüf ki, həmin vaxta qədər mən hələ ərazini normal hala sala bilmədiyim üçün müqavilə bağlaya bilmədik. Keçən il yayda həmin əraziyə taxıl əkmişdim. Getdim yeni bələdiyyə sədri Yusif Hüseynəliyevin yanına. Ona məsələni izah etdim, dedim, sizdən əvvəlki bələdiyyə sədri Vüqar Məmmədovla bu barədə razılaşmışdıq, bələdiyyə sədrinin müavini İslam Bəkirov da bunu təsdiqləyə bilər. İ. Bəkirov hər iki bələdiyyə sədrinin də müavinidir. Hazırda da bu vəzifəni icra edir. Yusif Hüseynəliyev də razılıq verdi. Ona 600 manat pul və şəxsiyyət vəsiqəmin surətini verdim, sənədləşməni tamamlamasını, rüsumları da bu vəsaitdən qarşılamasını istədim. Bildirdi ki, pul azdır. Dedim, azdırsa, bitəndə de, yenə verim. Razılaşdıq. Bu söhbətin üzərindən təxminən 10 gün keçdikdən sonra Y. Hüseynəliyev mənə zəng vurdu və bildirdi ki, torpağın ərazisini müəyyənləşdirmək üçün rayondan, əmlak komitəsindən adam gətirib. Mən də oğlumu göndərdim, əraziyə baxıb getdilər. Bir gün sonra isə özüm getdim bələdiyyə sədrinin yanına, vəziyyəti soruşdum. Bildirdi ki, alınacaq.
Bizim sahələrin yaxınlığında bir nəfər ferma tikib. Satan bir neçə adamın da torpaq payını alıb, fermasına qatıb. Baş Göynük kəndinin bələdiyyə sədri ilə icra nümayəndəsi həmin adama 60 hektar torpaq sahəsi vəd edərək 90 min manat pul alıblar. Həmin ərazidəki bələdiyyə torpaqlarını da fermanı tikən sahibkara verirlər. Amma mənim bu təmizləyib taxıl əkdiyim yeri ona birbaşa verə bilmirlər. Çünki ona uzaqdır və sərf etmir. Ona görə də həmin fermanın yaxınlığındakı pay torpaqlarını sürüşdürdülər mən tərəfə. Mənim də pay torpağımı saldılar bu sürüşmənin içinə. Heç bir əsas olmadan mənim pay torpağımı əlimdən alırlar. Əgər o torpaq kiməsə müqavilə ilə verilirsə, birinci mənə təklif olunmalıdır. Mənim atam, anam o torpağa gözünün nurunu töküb, indi əlimdən alırlar”. F. Azər bildirib ki, Baş Göynük bələdiyyəsi tərəfindən vergi borcunun ödənilməsi ilə bağlı ona və Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidməti tərəfindən yerquruluşu planının hazırlanması barədə Baş Göynük bələdiyyəsinə göndərdiyi sənədlərdə də, onun əkinə yararlı vəziyyətə gətirdiyi ərazi kollu örüş ərazisi kimi göstərilib. O sözügedən sənədləri redaksiyamıza təqdim edib:
F. Azər bildirib ki, indi həmin ərazini də Baş Şabalıd kəndinin sakinlərinə məxsus əkinə yararlı pay torpaqları kimi göstərirlər və onun özünə məxsus ərazinin də həmin kəndin sakinlərinə aid olduğunu bildirirlər.
Məsələ ilə bağlı Baş Göynük kəndinin bələdiyyə sədri Yusif Hüseynəliyevlə əlaqə saxladıq. Y. Hüseynəliyev sorğumuza rəsmi şəkildə cavab veriləcəyini bildirdi. Təqdim edəcəyini desə də, bələdiyyə sədri rəsmi sorğunu göndərmək üçün elektron poçt ünvanı təqdim edə bilmədi. Kəndin icra nümayəndəsi Rza Calalov isə məsələ ilə bağlı Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirib ki, F. Azərin iddiaları əsassızdır. R. Calalov hətta Azər Fəttahovun Baş Şabalıd kəndinin sakinlərinə məxsus torpaq sahəsini qanunsuz zəbt etdiyini bildirib. O qeyd edib ki, Fəttahov Azərdə sözügedən ərazinin ona məxsus olduğunu göstərən heç bir sənəd yoxdur: “Heç kimi rəsmi torpağını əlindən almaq mümkün deyil. Fəttahov Azərin iddiaları tamamilə əsassızdır”. Şəki Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəfail Mənəfov Yeniavaz.com-un iddialarla bağlı sorğusuna cavab olaraq bildirib ki, Azər Fəttahovun uzu illərdən bəri əkib becərdiyi torpaq Baş Şabalıd kəndinin 4 sakininə məxsusdur. R. Mənəfov bildirib ki, həmin şəxslər A. Fəttahovun onlara məxsus torpağı zəbt etməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər: “Fəttahov Azər həmin torpağı zəbt edib. Baş Şabalıd kəndində bir neçə ailəyə məxsus torpaq sahəsini zəbt edib. Fəttahov Azər isə iddia edir ki, həmin ərazilər ona məxsusdur. Deməli, həmin məsələ yer quruluşunun mütəxəssisləri tərəfindən yerində araşdırılıb və mərz nişanları qoyulub. F. Azərə bildirilib ki, məhz onun iddia etdiyi 4 hektara yaxın torpaq sahəsi Baş Şabalıd kəndinin sakinləri Oruc Ququşov, Nuru Baxışov, Mikayıl Abdullayev və Rəhim Quliyevə məxsusdur. Həmin sakinlər də F. Azərin onların torpaq sahəsində qeyri-qanuni əkin aparmasını əsas gətirərək hüquq-mühafizə orqanlarına müraciət ediblər. Həmin sakinlər iddia edirlər ki, F. Azərin oğlu tüfəngi götürüb torpaq sahəsini mühafizə edir və onlara sahəyə yaxınlaşmağa icazə vermir. Onlar bildirirlər ki, torpağın ona aid olmadığını mütəxəssislər də ona izah edib, lakin o bunu qəbul etmək istəmir. Azər Fəttahov Baş Şabalıd sakini deyil. Torpağın uzun müddətdir ki, Azər Fəttahov və onun ailəsi tərəfindən əkilib becərilməsinə gəldikdə isə, məsələ bundan ibarətdir ki, həmin ərazi uzun müddət başqasına icarəyə verilib. Ola bilsin ki, A. Fəttahovun da ailəsi həmin icarədarların şəriyi olub və beləliklə uzun müddət həmin ərazini əkib-becəriblər. Lakin indi icarə müddəti bitib və torpağın sahibləri öz torpaqlarını istəyirlər. Fəttahov Azərin iddia etdiyi əraziyə əsaslı sənədi yoxdur”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Bu gün, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Bu gün, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Bu gün, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Bu gün, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Bu gün, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Bu gün, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Bu gün, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Bu gün, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Bu gün, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Bu gün, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Bu gün, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Bu gün, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Bu gün, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Bu gün, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Bu gün, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06 |
|
|
|
• Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02 |
|
|
|
• “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57 |
|
|
|
• Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53 |
|
|
|
• 26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53 |
|
|
|
• Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47 |
|
|
|
• Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39 |
|
|
|
• Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38 |
|
|
|
• Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35 |
|
|
|
• Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32 |
|
|
|
• ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29 |
|
|
|
• "Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22 |
|
|
|
• Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19 |
|
|
|
• “Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” - Keçmiş diplomat
Bu gün, 15:17 |
|
|
|
• Həyat yoldaşı Niyazi Mehdidən danışdı - Ayağı kəsilə bilər
Bu gün, 15:16 |
|
|
|
• Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar - BU NƏDİ BELƏ?..
Bu gün, 15:09 |
|
|
|
• Rusiyanın xəritə təklifini qəbul etmək olmaz - ÇÜNKİ...
Bu gün, 14:00 |
|
|
|
|