“Caspian Service” gördüyü işin pulunu ala bilmir... - Ədalət gec də olsa qalib gələcəkmi?
Tarix: 5-10-2021, 10:36 | Çap et
Moderator.az tanınmış tikinti şirkəti “Caspian Service” ilə Azərbaycan Milli Konservatoriyası arasında yaranmış problemə artıq üçüncü dəfədir ki, münasibət bildirməkdə məqsədi yalnız dövlət strukturu ilə özəl şirkət arasında yaranmış problemin gedişatını gündəmdə saxlamaq, yeni məlumatlarla oxucunu tanış etmək deyil, həm də ədalət deyilən bir anlayışın niyə öz yerini çətinliklə tapmasını diqqətə çatdırmaqdır. Ədalətin təntənəsi bütün zamanlarda çətin olub, amma həqiqət açıq-aydın onun yanında olanda ədalətin qələbəsi uzun müddət çəkməməlidir. Təəssüf ki, yenidən müraciət etdiyimiz məsələdə ortada olan həqiqət və ədalət yeddi ildən çoxdur ki, öz yerini tuta bilmir. Niyə? Suala birbaşa cavab verməzdən əvvəl qeyd olunan məsələ barədə ilk dəfə cəmi iki ay əvvəl və növbəti dəfə də keçən həftə yazılar getməsinə baxmayaraq, çox qısa şəkildə məsələnin mahiyyətini bir daha xatırlatmaq yerinə düşər. Azərbaycan Milli Konservatoriyasının Tədris Korpusunun layihələndirilməsi və inşasına “Caspian Service” tərəfindən 2006-cı ildə başlanıb. İlkin layihədə Milli Konservatoriyanın inzibati-tədris binası 1 korpusdan ibarət planlaşdırılsa da sonradan rektor Siyavuş Kəriminin tikinti şirkətinə yazılı müraciətləri ilə sifariş olunan işlər artırılıb, yeni dövrün tələblərinə uyğun otaqların sayı artırılıb, əlavə inzibati-tədris korpuslarının, akt zallarının, xarici tələbələr üçün yataqxana komplesksinin, idman zalının, səsyazma studiyasının və s. işlərin layihələndirilməsi və tikintisi sifariş verilib.
Hələ 2007-ci ildə rektor xalq artisti Siyavuş Kərimi APA-ya açqılmasında bildirmişdi ki, sentyabr ayından etibarən hazırda tikintisi gedən binada fəaliyyət göstərmələri nəzərdə tutulsa da, inşaat yalnız 2008-ci ildə yekunlaşacaq: “Binamız 9 mərtəbədən ibarət olacaq. Tikintinin uzun sürməsinə səbəb isə maliyyə ayrılmasının gecikdirilməsi oldu”. 2006-cı ildən başlanan tikinti işlərinə bir neçə dəfə əlavə və dəyişiklər edilib. Nəticədə, 2006-cı ildə bir binadan başlanan sifariş 2014-cü ildə 4 binanın tikilməsinədək davam edib, sonuncu dəfə Milli Konservatoriyanın sifarişi ilə 2014-cü ildə yeni işlər və smetalar razılaşdırılıb. 2013-cü ilin sentyabrında Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi şirkət rəhbərliyinə bildirir ki, Tədris Korpusunun təhvili 2014-cü ilin fevral ayı üçün Respublika prezidentinin iştirakı ilə keçirilən obyektlərin açılışı proqramına daxil edilib. Rektor kompleksin tikintisi üçün büdcədə nəzərdə tutulmuş maliyyə vəsaitinin kifayət etmədiyi səbəbindən çatışmayan vəsaitin şirkət tərəfindən təmin edilməsini xahiş edir və açılışdan sonra görülmüş işlərin dəyərinin tam ödəniləcəyinə söz verir. Şirkət ciddi dövlət tədbirinin zamanında baş tutması üçün ağır kredit şərtlərinə girərək obyekti zamanında təhvil verir. O zaman Konservatoriyanın 3 (A,B,D) korpusu ümumən hazır olsa da, daxili tamamlama, avadanlıqla təchizat işləri hələ davam ediridi. 4-cü “E” korpusunda isə qaba tikinti işləri hələ də tamamlanmamışdı və rəsmi açılışdan sonra da Konservatoriyanın əlavə sifarişləri Şirkətin öz vəsaiti hesabına davam etdirilirdi. Tikinti işlərinin haqqının ödənilməsində həmişə ləngimələr və kəsirlər olsa da Şirkət birbaşa ölkə prezidentinin nəzarətində olan və xüsusi sərəncamı ilə inşa olunan Milli Konservatoriya binasının tamamlanması üçün bankdan götürdüyü kredit vəsaitini bütünlükdə bu obyektə sərf edib. Təəssüf ki, kommersiya qurumunun nümayiş etdirdiyi bu cür xoş mərama qarşı Milli Konservatoriyanın rəhbərliyi və aidiyyəti dövlət qurumları sonradan adekvat davranmayıblar. 2018-ci ildə son olaraq S.Kəriminin imzası ilə təsdiqlənərək bir daha etiraf olunan borc məbləğindən qalan 2 866 103 manat pul hələ də ödənilməyib. Problemin həlli üçün dəfələrlə Təhsil Nazirliyinə, Milli Konservatoriya rəhbərliyinə müraciət olunmasına baxmayaraq halal və heç bir mübahisə predmeti olmayan borc məbləği ödənilməyib. “Caspian Service” MMC-nin Bakı Kommersiya Məhkəməsində Milli Konservatoriyadan görülmüş işlərin dəyəri kimi 2 886 103 manat vəsaitin tutulmasına dair iddiası isə hər hansı ciddi dəlil və qanuni əsas gətirilmədən, sadəcə təmin edilməyib.
Belə ki, şirkətin dəlil-sübutları, rektorun məhkəmədə şəxsən iştirakı, məhkəmə-tikinti və məhkəmə-əmtəəşünaslıq ekspertizalarına dair vəsatətlərini Milli Konservatoriyanın nümayəndəsinin bir kəlmə etirazı ilə “kənara qoyan” hakim Leyla Əliyeva qətnamədə yazır ki, guya, “Caspian Service” MMC iddia etdiyi işlərin görülməsini sübut edə bilməyib. Sanki şirkətin istinad etdiyi müqavilələr, müvafiq dövlət orqanlarında təsdiqlənən layihə-eskizlər, rəylər, S.Kəriminin sifariş məktubları, sifarişçi və icraçı arasındakı iş həcmlərinə dair aktlar, layihələndirilən işlərin smetaları, H.Cavid prospektində 4 korpusdan ibarət inzibati-tədris binalarının faktiki mövcudluğu, 2018-ci ildə rektor Siyavuş Kəriminin imza-möhürü ilə işlərin və borc məbləğinin qəbul edilməsinə dair aktlar və nəhayət, S.Kəriminin 2018-2020-ci illərdə Təhsil Nazirliyindən başlamış, ölkə Prezidentinədək yazdığı, şirkətə olan borcunu ödəməyə və əlavə işlərin tamamlanmasına konkret filan məbləğdə pul lazım olmasına dair müraciət məktublarını xanım hakim iş materialında “görməyib.” Əslində, hüquqşünas olmadan da işlə tanış olan istənilən şəxsin gəldiyi ilk qənaət bu olar ki, axı bu iş növbəti məhkəmə instansiyasına niyə getməlidir? Bundan əvvəlki məhkəmə instansiyasının gəldiyi nəticə və çıxardığı qərar faktiki olaraq qanuna, ədalətə görə verilməyib. Məhkəmə hesab edir ki, hətta “əlavə işlərin görülməsi ehtimal edilsə belə” bu işlərin ödənişinin cavabdehdən tutulmasının qanuni əsası yoxdur. Bu necə hüquqi dəyərləndirmədir? Bu, açıq-aşkar məhkəmənin birtərəfli, qərəzli münasibətindən irəli gəlir. İş materiallarında olan sənədləri görməməyin başqa adı varmı? Məhkəmə nə vaxtdan “işlərin görülməsi ehtimalını”irəli sürməklə obyektiv araşdırmaya yox, “ehtimal nəzəriyyəsinə” görə qərar çıxarmağa başlayıb? Məhkəmənin vəzifəsi tərəflərin təqdim etdiyi dəlillər əsasında qəti mövqeyə sahib olmaq, hüquqi müəyyənlik prinsipinin tələbinə əməl edərək, hansısa ehtimal üzərində deyil, birbaşa məhkəmə araşdırması ilə qərar qəbul etməkdir. İşin həqiqi halını dəqiq müəyyən etməyən məhkəmə, təbii ki, ona tətbiq olunmalı hüququ düzgün təfsir edə bilməyəcək və əsassız qətnamə qəbul edəcəkdir. Məhkəmənin “ehtimalından” belə çıxır kiu, “Caspian Service” sifarişçinin razılığı olmadan əlavə işlər görmüş və bu halda görülmüş işlərin pulunu tələb etmək üçün əsası yoxdur. Məhz bu cür yanaşmalar yeddi ildən çoxdur ki, ədalətin öz yerini tutmasına imkan vermir. Baxmayaraq ki, Məhkəməyə araşdırma üçün vəsatətlər verilərək iş üçün əhəmiyyətli olan sübutların cavabdehdən, üçüncü şəxslərdən alınması, yerli baxış keçirilməsi və ən əsası, iş üzrə tikinti-texniki ekspertiza təyin edilməsi xahiş olunmuşdur, təəssüf ki, məhkəmə açıq-aşkar qərəzli mövqe nümayiş etdirərək bu vəsatətlərin heç birini təmin etməmişdir. Yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində (hakim Vüsalə Baxışovanın sədrliyi ilə Kommersya Kollegiyası) “Caspian Service” MMC-nin iddia ərizəsinə əsasən Bakı Kommersiya Məhkəməsinin çıxardığı qətnamədən şikayətə baxılacaqdır. Məhkəmə qərəzli olmasa, ədalətə yaxınlaşa bilər. Ümid edirik ki, bu dəfə ədalət zəfər çalacaq! P.S. Redaksiya qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Bu gün, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Bu gün, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Bu gün, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Bu gün, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Bu gün, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Bu gün, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Bu gün, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Bu gün, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Bu gün, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Bu gün, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Bu gün, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Bu gün, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Bu gün, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Bu gün, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Bu gün, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06 |
|
|
|
• Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02 |
|
|
|
• “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57 |
|
|
|
• Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53 |
|
|
|
• 26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53 |
|
|
|
• Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47 |
|
|
|
• Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39 |
|
|
|
• Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38 |
|
|
|
• Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35 |
|
|
|
• Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32 |
|
|
|
• ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29 |
|
|
|
• "Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22 |
|
|
|
• Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19 |
|
|
|
• “Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” - Keçmiş diplomat
Bu gün, 15:17 |
|
|
|
• Həyat yoldaşı Niyazi Mehdidən danışdı - Ayağı kəsilə bilər
Bu gün, 15:16 |
|
|
|
• Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar - BU NƏDİ BELƏ?..
Bu gün, 15:09 |
|
|
|
• Rusiyanın xəritə təklifini qəbul etmək olmaz - ÇÜNKİ...
Bu gün, 14:00 |
|
|
|
• Müəllimlər narazıdır: - "Elə nazirlikdə də qəribə proseslər baş verir"
Bu gün, 13:58 |
|
|
|
|