"Buta"-ya baxanda AZALA ŞÜKÜR... - NARAZILIQ!
Tarix: 23-02-2022, 11:54 | Çap et
Sosial şəbəkələrdə Bakıdan İstanbula “Buta Airways” loukosteri ilə biletlərin milli daşıyıcı olan AZAL-la uçuşlardan daha baha olması ilə bağlı fotofakt yayılıb. Belə ki, 22 fevral tarixində eyni şəhərə “Buta” ilə 289.80, AZAL-la isə 289.67 AZN-ə getmək olar.
Biletlərin qiymətini müqayisə etmək üçün biz də adıçəkilən hava yollarının saytında bilet axtardıq və eyni mənzərənin şahidi olduq. Fevralın 23-ü tarixinə eyni istiqamətə 23 kq baqaj daxil bilet AZAL-la 297.40, “Buta” ilə isə 318.80 AZN-ə göstərir. DİA.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, hər iki hava yollarının təklif etdiyi aviabiletlərin müqayisəli qiyməti müzakirələrə səbəb olub. Aşağı büdcəli aviaşirkətdən dəfələrlə ucuz bilet gözləntisi olsa da, bəzən eyni, bəzən isə hətta baha qiymət təklifi sərnişinlərdə narazılıq yaradıb. Bildirilir ki, insanlar loukosterlərə ucuz və münasib tariflə bilet almaq üçün müraciət edirlər. Nəzərə alsaq ki, aşağı büdcəli aviaşirkətdə yemək və digər xidmətlər AZAL-dan zəifdir, loukosterin daha baha olması sual doğurur.
Dəfələrlə bu məsələdə tənqid olunan milli aviadaşıyıcı isə bununla bağlı daha əvvəl də verdiyi açıqlamalarda qiymətlərin bu və ya digər istiqamət üzrə aviabiletin dəyərinin uçuş tarixindən və biletin alınma tarixindən, mövsümi uçuş cədvəlindən, uçuşların tezliyindən, həmçinin təyyarədə boş yerlərin sayından asılı olaraq dəyişməsi ilə əlaqələndirib. Şirkətin açıqlamalarında qeyd olunur ki, aviabiletin dəyəri ən aşağı tarifdən ən yüksək tarifədək əvvəlcədən müəyyən edilir: “Əvvəlcə ən ucuz tariflərlə aviabiletlər satılır və təyyarədə yerlər dolduqca hər növbəti aviabiletin dəyəri artır. Bu, sərnişinləri aviabiletləri öncədən almağa sövq edir, aviaşirkətlərə isə təyyarədə kifayət qədər sərnişinlərin olacağına zəmanət verir”.
İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə də biletlərin qiymətinin formalaşmasında tələb və təyyarənin doluluq səviyyəsi faktoru çox vacibdir. Ekspert saytımıza açıqlamasında deyib ki, bunun üçün bir sıra hava yolu şirkətləri avtomatlaşdırılmış proqramlar tətbiq edirlər: “Qiymətlər bu proqramlar tərəfindən sifarişlər, təyyarənin yüklülük səviyyəsi, müraciətlərin sayı nəzərə alınmaqla konkret alqoritmlər əsasında formalaşır. Ola bilsin ki, müəyyən uçuş tarixlərinə və reyslərə “Buta” üzrə tələb daha yüksək olub. Çünki bu, psixoloji faktordur, insanlar bilet alanda AZAL-ın xidmətlərinə deyil, alternativlərə, ən yaxşı halda, “Buta”ya müraciət edirlər. AZAL bu günədək bahalı xidmətlər təşkil edən hava yolu şirkəti kimi beyinlərdə qalıb. Bu səbəbdən “Buta”da tələb yüksəlir və qiymət qalxır. Eyni zamanda, əks proses AZAL-da baş verir. AZAL-ın çarter olmayan, mütəmadi, mütləq uçmalı olan reysinə yerlərin boş qalması maliyyə itkisidir. Məcburən AZAL dəyər-dəyməzinə bilet təşkil etməli olur. Düşünürəm ki, bu iki səbəbdən müvafiq vəziyyət ortaya çıxıb”.
Bəs qiymətin artması təyyarənin doluluğu ilə əlaqəlidirsə, bu halda loukosterin bilet qiymətlərinə ənənəvi hava yollarını keçməməsi üçün maksimum hədd qoyula bilərmi?
Bu sualın cavabına gəlincə isə, ekspert qiymətin liberal əsaslarla formalaşmasının tərəfdarı olduğunu deyir. Onun sözlərinə görə, biletə aşağı hədd qoyulmadığı kimi yuxarı hədd də qoyulmamalıdır: “Türkiyədə TL-nin sürətli dəyərsizləşməsi dövründə bununla bağlı problemlər ortaya çıxmışdı. Çünki onlarda qiymətlərdə yuxarı tavan müəyyən olunmuşdu. Mən hesab edirəm ki, problem “Buta”nın qiymətinin hansısa reys üçün AZAL-dan baha olmasında deyil, hava nəqliyyatı sahəsində bu gün həyata keçirilən dövlət siyasətindədir. Burada maraqlar konflikti var, hava nəqliyyatı infrastrukruru AZAL-ın tabeliyindədir. Bu, AZAL-ın ölkənin bütün hava nəqliyyatı infrastrukturunu öz maraqları çərçivəsində idarəetməsinə gətirib çıxarır. Loukosterlərin bazara gitməsi imkanlarını məhdudlaşdırır. Bəzi hallarda məlum olur ki, çarter reyslər üçün hətta daşınan sərnişin sayına görə rüşvət tələb edirlər. Bütün bunlar Azərbaycanda hava nəqliyyatı sahəsində sərnişindaşımanın sayını əhəmiyyətli şəkildə aşağı salır. Burada fundamental həll yollarına gedilməlidir, nəinki tavanın müəyyən edilməsi. Azərbaycan açıq səma prinsipləri əsasında öz hava nəqliyyatı siyasətini formalaşdırmalı, hava sərhədlərini həm loukosterlər, həm də digər hava yolları şirkətləri üçün açmalıdır. Rəqabətin artmasını, liberal hava nəqliyyatı siyasəti fonunda qiymətlərin formalaşmasını təmin etməlidir”.
Qeyd edək ki, bundan əvvəl də Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan “Buta Airways”in qiymətlərinin yüksək olması narazılıqlara səbəb olmuşdu. Ötən aydan etibarən isə aviaşirkət vətəndaşlar üçün qiyməti 29 avrodan başlayan "Büdcə" tarifini bərpa etdiyini açıqlasa da, qısa müddətdə həmin biletlər tükənmiş və az sayda vətəndaş onlardan yararlana bilmişdi. Eyni zamanda həmin tarifdə baqajın pulsuz daşınması nəzərdə tutulmurdu.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33 |
|
|
|
• "Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29 |
|
|
|
• Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21 |
|
|
|
• Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08 |
|
|
|
• Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02 |
|
|
|
• Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00 |
|
|
|
• Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56 |
|
|
|
• Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52 |
|
|
|
• Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46 |
|
|
|
• DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41 |
|
|
|
• Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30 |
|
|
|
• Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26 |
|
|
|
• Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18 |
|
|
|
• Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12 |
|
|
|
• AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11 |
|
|
|
• Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08 |
|
|
|
• Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02 |
|
|
|
• AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54 |
|
|
|
• "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52 |
|
|
|
• Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50 |
|
|
|
• Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48 |
|
|
|
• Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39 |
|
|
|
• "Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29 |
|
|
|
• “Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28 |
|
|
|
• Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24 |
|
|
|
• Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16 |
|
|
|
• Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06 |
|
|
|
• Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58 |
|
|
|
• Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54 |
|
|
|
• Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50 |
|
|
|
• "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46 |
|
|
|
• İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44 |
|
|
|
• Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38 |
|
|
|
• "Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31 |
|
|
|
• Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16 |
|
|
|
• Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13 |
|
|
|
• TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02 |
|
|
|
• Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52 |
|
|
|
• Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51 |
|
|
|
• Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46 |
|
|
|
• Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44 |
|
|
|
• Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43 |
|
|
|
• "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38 |
|
|
|
• "Biz seyrə balonlarla çıxmaq istəmirik..." - GİLEY
Bu gün, 08:30 |
|
|
|
• Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... - Ekspert danışır...
Bu gün, 08:18 |
|
|
|
• Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:29 |
|
|
|
• "Rəsmi İrəvan çox dəqiq anlayır ki..." - GƏLİŞMƏ
Bu gün, 07:23 |
|
|
|
|