"0 cinayət" məmləkəti sayılan Naxçıvanda polislər nə işlə məşğul olurlar? - İLGİNC İDDİALAR...
Tarix: 8-12-2022, 11:08 | Çap et
DİA.AZ: - "Naxçıvan “0 cinayət” diyarıdır. Yəni bu diyarda Vasif Talıbovun dahiyanə siyasəti nəticəsində ildə uzağı 30 cinayət hadisəsi qeydə alınır, onun da yarısından çoxu təsadüfən baş verir. O zaman sual yaranır: Naxçıvan bu qədər cinayətsiz yerdirsə, onda o boyda MR DİN nəyə lazımdır? Naxçıvan polislərini niyə əmək qanunvericiliyinə zidd olaraq günaşırı 24 saat işləməyə məcbur edirlər ki, bu da Sədərəkdə polis üsyanı ilə nəticələnir? Ümumiyyətlə bu gün MR polisləri nə ilə məşğuldur?" DİA.AZ bildirir ki, bu açıqlama ilə tanınmış jurnlaist Heydər Oğuz çıxış edib. Jurnalist daha sonra bildirir: "Bu gün Naxçıvan polislərinin bütün dərdləri “xan” həzrətlərinin özünün və ailəsinin mülklərini qorumaqdan ibarətdir. Məsələn, Vasif “xan”ın rəsmi iqamətgahı sayılan Ali Məclisi, Rəşad İsmayılovun xüsusi göstərişinə əsasən, Naxçıvan Şəhər Polis İdarəsinin Cinayət Axtarışı şöbəsinin əməkdaşları mühafizə edir. Bəs “xan” həzrətləri hər gün evdən işə, işdən edə gedib-gələnəndə onun maşınını kim müşayiət edir, bilirsinizmi? - Naxçıvan DİN-nə məxsus 85 NP 011 dövlət qeydiyyat nişanlı xidməti avtomobil. Bəs bu avtomobili kim sürür? -Əlbəttə, Naxçıvan MR Daxili İşlər nazirinin müavini Zahid Gözəlovun şəxsən özü. Heç Zahid Gözəlov müəllim bu şərəfli işi başqasına buraxarmı? Bir sözlə, Naxçıvan Daxili İşlər nazirinin müavini cənab “xan” həzrətlərinin mühafizəçiliyini edir. Nazir Rəşad İsmayılovun da özünəməxsus işi var. O öz işçilərinə hədə-qorxu gələrək, polislərin Azərbaycan rəhbərliyinin Muxtar Respublikada apardığı islahatlara sevinib-sevinməməyinə nəzarət etmək funksiyasını yerinə yetirir. Təbii ki, ürəklərinə girmir, sadəcə ürəklərdəki hisslərin üzdəki inikasına baxır və kimin sevinib kimin üzüldüyünü bu şəkildə müəyyənləşdirir. “Rəşad İsmayılov işçilərə deyir ki, görürəm, sevinirsiz bu dəyişikliklərə. Sevinməyin. Çünki Naxçıvanın öz Daxili İşlər Nazirliyi və naziri var. Onu da cənab Ali məclisinin sədri təyin edir. Adam açıq-aşkar təxribatçılıqla məşğuldur”, - Qara Pişik deyir. “Rəşad müəllim həmçinin Muxtar Respublikada aparılan islahatları "vətən xainləri Naxçıvanımıza qarşı tədbirlər görür" kimi fikirlərlə səciyyələndirir. Başa düşmək olmur, bu adam “vətən xaini” deyəndə kimi nəzərdə tutur?”, - deyən Qara Pişik gecə-gündüz fikirləşsə də bu suala cavab tapa bilmir. Rəşad İsmayılovun göstərişi ilə 2022-ci il ərzində bir neçə polis zabitinin (hansı ki, o zabitlər Rəşad İsmayılovun gözündə "опасный" elan olunmuşdu) telefon danışıqları qanunsuz olaraq dinlənilib: “Həmin polis əməkdaşlarının adını açıqlasam, əmin olun ki, nazir birbaşa məhkəməlik olar. Çünki onun qanunsuz dinlədiyi həmin polis zabitləri elə şəxslərdir”. Uzun illər öncə “Qurdlar vadisi” serialını izləyən və bu filmdəki Muronun təsirinə düşüb humanistləşən Qara Pişik hələlik “lənət olsun içimdəki insan sevgisinə” deyib o adamların adını çəkməməyə üstünlük versə də, özündən də çox əmin deyil. Qorxur ki, bir gün dözə bilməyib bütün sandıqları açıb, pambıqları ortalığa töksün və Naxçıvan MR DİN-də aləm bir-birinə dəysin. Onun sözlərinə görə, Naxçıvanda hal hazırda Prezident İlham Əliyevin apardığı islahatlara yalnız “xan” həzrətləri və MR DİN qarşı çıxır. Daha doğrusu, nazir Rəşad İsmayılov və onun müavini, “xan” qoruqçusu Zahid Gözəlov. Sözsüz ki, Naxçıvanın digər polislərinin də çox mühüm görəvləri var. Bu görəvlərə “xan” həzrətlərinin və vəliəhd Seymur Talıbovun şəxsi mülkiyyətinin mühafizəsi də daxildir. Hətta elə polislər var ki, nazir Rəşad İsmayılovun mülklərinə qaraulluq edir. “Rəşad İsmayılov Naxçıvan şəhəri Çənlibel məhəlləsində özünə villa tikdirir. Sutkada 24 saat o yarı tikilinin qabağında Naxçıvan Şəhər Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün 2 əməkdaşı məcburi keşik çəkir. Seymur Talıbovun Naxçıvan şəhəri Evim AVM-in qarşısında qızıl dükanı var. Həmin qızıl dükanın qarşısında isə Naxçıvan Şəhər Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün 2 əməkdaşı məcburi olaraq xidmətə çıxarılır. Özü də xidmətə çıxan polislərə 2 ədəd karton parçası verirlər ki, gedin bardurun üstünə qoyub üzərində oturun. Guya polislərin oturacaq hissəsinin soyuq çəkəcəyindən ehtiyatlanırlar”, - deyən Qara Pişiyin bu yerdə Muroluğu tutur və əlini cibinə salıb dəsmalını çıxararaq göz yaşını silir: “Vallah, adamın yazığı gəlir. Billah, adamın yazığı gəlir. O post patrulda işləyən serjantların hamısının Naxçıvan Banka krediti var. Hamısı da ailə başçısıdır. Ailələrinə görə susurlar. Amma Seymur Talıbov, Rəşad İsmayılov və Zahid Gözəlov kimi şəxslər onları sındırırlar”. “Xan” həzrətlərinin digər mülklərinin də polislər tərəfindən gücə-gündüz mühafizə olunduğunu deyən Qara Pişiyi bu yerdə elə hönkürtü tutur ki, miyovultusundan bir şey almaq olmur. Hekayənin gerisini sonraya saxlamaq üzrə məndən ayrılır. Yenidən Naxçıvana qayıtmaq yolunu tutan Qara Pişik son olaraq onu dedi ki, gələcək söhbətlərində mənə Ordubad RPŞ-nin rəisi Əli Nəbiyev və Cinayət axtarış Bölməsinin rəisi Tural Hüseynov tərəfindən evinə narkotik qoyulub tutulan, sonra isə 7.000 manatı alınan Ramin Abbasov adlı vətəndaşın başına gətirilən müsibətlərdən danışacaq".
İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Şəhid qızıyam çarəsiz qalmışam, SƏSİMİ EŞİDƏN YOXDUR" - MÜRACİƏT
Bu gün, 10:09 |
|
|
|
• Əvəzçilik üzrə işləyən işçilərin... - Ekspert danışır...
Bu gün, 10:02 |
|
|
|
• “Kəsilmək” sırası plastik cərrahların özünə çatdı - son iki gün...
Bu gün, 09:58 |
|
|
|
• “Oğlum xəstə idisə, klinikada necə video çəkirdi?” - VİDEO
Bu gün, 09:57 |
|
|
|
• “İslamda olan salavatın Peyğəmbərdən başqasına dəxli yoxdur” - İlahiyyatçı
Bu gün, 09:46 |
|
|
|
• Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...
Bu gün, 09:43 |
|
|
|
• Zaur `yeməyə` NİYƏ TƏLƏSDİ?.. - Az yatsa da... `ÇOX YUXU GÖRÜB`...
Bu gün, 09:37 |
|
|
|
• Gürcüstanla quru sərhədi açılsa, ətin qiyməti ucuzlaşar - AKTUAL
Bu gün, 09:35 |
|
|
|
• Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində SƏS VERDİ
Bu gün, 09:29 |
|
|
|
• Paşinyan-kilsə savaşı yenidən qızışdı - bu dəfə TAM FƏRQLİ...
Bu gün, 09:27 |
|
|
|
• Rövşən Rzayevin rəhbərlik etdiyi şirkət hakim qarşısında: Keçmiş prezident nə istəyir? - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
Bu gün, 09:20 |
|
|
|
• Ermənistan kəşfiyyatının yalanları İFŞA EDİLDİ - DETALLAR
Bu gün, 09:12 |
|
|
|
• Ermənistana göndəriləcək ABŞ hərbçiləri “harda qaldı”? - Görünəni odur ki...
Bu gün, 09:11 |
|
|
|
• Şəhid Elfaq Nağıyevin xatirəsinə həsr edilmiş karate turniri keçirilib
Bu gün, 09:05 |
|
|
|
• “Rusiyaya ayıb olsun ki, öz vətəndaşlarını da öldürdükləri hadisədə belə mövqe tutur” - ETİRAZ
Bu gün, 08:55 |
|
|
|
• SOCAR-da VAKANSİYA ŞOUSU... davam edir... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:54 |
|
|
|
• Bakının Xəzər və Nizami rayonlarında səsvermə başlayıb - FOTO
Bu gün, 08:45 |
|
|
|
• Azərbaycanda məntəqələr bələdiyyə seçkilərində səsvermə üçün açılıb - DİQQƏT
Bu gün, 08:05 |
|
|
|
• XİN töhmət alan diplomatı niyə vəzifəyə təyin edib? - Rəsmi
Bu gün, 08:03 |
|
|
|
• Dörd qurum hərəkətə keçdi: iki gün sonra kim qalib gələcək? - AKTUAL
Bu gün, 07:38 |
|
|
|
• Metropolitenin "minnətli" qiymət artımı... - Sərnişindaşıma daha ucuz başa gəlsə də...
Bu gün, 07:16 |
|
|
|
• Kreml İrəvan üçün "oksigen balonudur" - FAKT BUDUR!
Bu gün, 07:13 |
|
|
|
• Tramp hökuməti artıq hər gün 1 milyard dollara qənaət edir
Bu gün, 06:47 |
|
|
|
• "Əgər dalaq və ödü yoxdursa, uşağım necə sağlam ola bilər?" - GİLEY
Bu gün, 06:43 |
|
|
|
• Suvarma Sistemləri İdarəsində “ailə“podratı - Rəis 4 ayda oğlunun vəzifəsini 3 dəfə dəyişib
Bu gün, 06:39 |
|
|
|
• "Bu şəxslər başa düşərlər ki..." - REAKSİYA
Bu gün, 06:26 |
|
|
|
• Həsənağa Turabovun xanımı VƏFAT ETDİ - 85 yaşında...
Bu gün, 06:21 |
|
|
|
• Tramp uşaqların cinsiyyətinin dəyişdirilməsi əməliyyatlarının maliyyələşdirilməsini qadağan edib
Bu gün, 06:19 |
|
|
|
• Sudan istifadə edənlər birliyinin əməkdaşları “peçat” hədəsi ilə işdən çıxarıldı? - ARAŞDIRMA
Bu gün, 01:27 |
|
|
|
• Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...
Bu gün, 01:23 |
|
|
|
• Kremlin "qara günləri" indi başlayır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:17 |
|
|
|
• Belarus, Lukaşenko və seçki imitasiyası... - UNİAN
Bu gün, 01:15 |
|
|
|
• BAŞLANDI: “Təmiz Qaz”da kütləvi ixtisarlar - “İşçilərin məhkəməyə müraciət etmək hüququ var”
Bu gün, 00:45 |
|
|
|
• Ölkənin baş gömrükçüsünün ABSURD İZAHATI... - Necə olur ki, texniki nasazlıq üç ay davam edir?”
Bu gün, 00:36 |
|
|
|
• "Rusiya tərəfi vaxtında Azərbaycandan üzr istəməli idi" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:32 |
|
|
|
• Ankara masanı böyüdür, Bakı susur... - NƏ BAŞ VERİR?
Bu gün, 00:28 |
|
|
|
• Moskvada Bakı sancısı: “Həm təyyarəmi vur, insanımı öldür, həm də...” - NƏ ETMƏLİ?
Bu gün, 00:25 |
|
|
|
• Ərdoğan Azərbaycana gəlir: - Xocalıda Türkiyə konsulluğu açıla bilərmi?
Bu gün, 00:16 |
|
|
|
• Zaur Hüseynovun mədəni "dilənçiliyi", ifşa olunan yalanlar - İLGİNC
Bu gün, 00:14 |
|
|
|
• "Bir türk və Qafqaz kişisi yalnız rəqs edərkən ya da bayraq qarşısında diz çökər..."
Bu gün, 00:12 |
|
|
|
• Bu gün Azərbaycanda seçkilərdir - DİQQƏT
Bu gün, 00:06 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyində XƏYANƏT - AXI NECƏ?..
Bu gün, 00:03 |
|
|
|
• Qida şirkəti “Delta Qrup C.O” ölkədən pul çıxarmaqda ittiham edilir - TƏFƏRRÜAT
Dünən, 19:00 |
|
|
|
• “Siyasi repressiya” anonsu: - “Vəzifəli şəxs tutulanda əl çalırıq, amma…”
Dünən, 18:17 |
|
|
|
• Quql Meksika körfəzinin adını dəyişdi
Dünən, 18:14 |
|
|
|
• Makronu narahat edən əsas məsələ Avropada millətçi kəsimin önə çıxmasıdır -ŞƏRH
Dünən, 18:13 |
|
|
|
• Nəqliyyat məsələlərinə həsr olunan müşavirə keçirilib, Prezident İlham Əliyev çıxış edib
Dünən, 18:09 |
|
|
|
• Əfqan Süleymanov bu rayona icra başçısı təyin edilir - İDDİA
Dünən, 18:06 |
|
|
|
• Ali Attestasiya Komissiyasına sədr müavini təyin edilib - SƏRƏNCAM
Dünən, 17:55 |
|
|
|
|