"DİM-in strukturu dəyişilməlidir" - ÇAĞIRIŞ
Tarix: 13-12-2022, 12:42 | Çap et
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin məzunu Rüstəm İsmayılbəyli deyir, hələ təhsil aldığı dövrdən çalışıb ki, ixtisasına uyğun iş tapsın. Amma hara müraciət etsə də, nəticə əldə edə bilməyib:
“Mən təhsilimin bitməyinə yaxın iş axtarmağa başlamışdım. Həmin dövrdə xaricdəki dostların da köməyi ilə özümə ingilis dilində kifayət qədər yaxşı bir CV hazırladım. Orada dil biliklərim, getdiyim kurslar qeyd olunmuşdu. Hər gün iş elanlarına baxırdım. Marketdə bir anbardar işi var idi, müraciət etdim, oradan belə geri dönüş olmadı” – Rüstəm deyir.
Bəs təhsil müəssisələrində ixtisasların əmək bazarına uyğun olub-olmaması necə müəyyən edilir?
“Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nda qeyd olunub ki, Elm və Təhsil Nazirliyi təhsil müəssisələrinə tələbə qəbulunda nəzərdə tutulan ixtisasların əmək bazarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün təkliflər hazırlamalıdır. Proqrama əsasən nazirlik bu işi 2020-2021-ci illərdə tamamlamalı idi.
Elm və Təhsil Nazirliyi bu müddət ərzində hansı təklifləri hazırladığı ilə bağlı sorğumuza cavab verməyib.
"DİM-in strukturu dəyişilməlidir"
Təhsil eksperti Elşən Qafarov deyir ki, ölkədə 45 ali məktəb və ali təhsil üzrə 6 filial var. Bununla bərabər, 55 orta ixtisas təhsil, təqribən 30-a yaxın peşə təhsil müəssisəsi fəaliyyət göstərir. Amma Elm və Təhsil Nazirliyi əmək bazarına uyğun ixtisasları necə müəyyən edir, bu aydın deyil:
"Hazırda ölkədə əmək bazarını öyrənən bir mexanizm yoxdur. 2020-ci ildə ölkə prezidenti əmək bazarının tələblərinin öyrənilməsi üçün elmi-tədqiqat insitutlarının yaradılması ilə bağlı sərəncam verdi. Ölkədə kadrların hazırlanması ilə bağlı ixtisasları və bu ixtisas üzrə tələbə yerlərinin sayını Təhsil Nazirliyi təqdim edir, Nazirlər Kabineti isə təsdiq edir. Ancaq bizdə bu kadr hazırlığı nəyin əsasında aparılır, biz nəyə əsaslanaraq hansı ixtisasları müəyyən edirik, ixtisaslar üzrə tələbə yerlərini necə müəyyən edirik, bu bəlli deyil. Ona görə də təhsil alanlar öz ixtisasları üzrə iş tapa bilmirlər”.
Ekspert deyir ki, ixtisaslar üzrə əmək bazarının tələbləri öyrənilməlidir və bu tələbləri təkcə dövlət qurumları yox, həm də qeyri-hökumət təşkilatları etməlidir. Onun sözlərinə görə, QHT-ləri bu işlərə təşviq etmək üçün müəyyən miqdarda maliyyə ayrılmalıdır:
“Biz yalnız o zaman "əmək bazarının tələblərinə uyğun kadr hazırlaya bilirik" deyə bilərik. İkinci, ən böyük problem isə Dövlət İmtahan Mərkəzinin dünyanın heç bir yerində olmayan qəbul mexanizmidir. İllərdir təklif edirik ki, DİM-in strukturu dəyişilməlidir, imtahanları keçirən texniki qurum olmalıdır. Azərbaycan gənci hansı ixtisası arzulayırsa, o istiqamətdə oxumalıdır və gələcəkdə də həmin ixtisas üzrə mütəxəssisləşib cəmiyyətə və dövlətə faydalı olmalıdır” – deyə təhsil eksperti Elşən Qafarov bildirib.
İxtisasına uyğun iş tapa bilməyən Rüstəm hazırda Türkiyənin Altınbaş Universitetində Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə magistr təhsili alır. O deyir ki, bu ixtisas üzrə doktorantura dərəcəsini də bitirib, akademiyada bu sahə üzrə işləməyi düşünür.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əvəzçilik üzrə işləyən işçilərin... - Ekspert danışır...
Bu gün, 10:02 |
|
|
|
• “Kəsilmək” sırası plastik cərrahların özünə çatdı - son iki gün...
Bu gün, 09:58 |
|
|
|
• “Oğlum xəstə idisə, klinikada necə video çəkirdi?” - VİDEO
Bu gün, 09:57 |
|
|
|
• “İslamda olan salavatın Peyğəmbərdən başqasına dəxli yoxdur” - İlahiyyatçı
Bu gün, 09:46 |
|
|
|
• Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...
Bu gün, 09:43 |
|
|
|
• Zaur `yeməyə` NİYƏ TƏLƏSDİ?.. - Az yatsa da... `ÇOX YUXU GÖRÜB`...
Bu gün, 09:37 |
|
|
|
• Gürcüstanla quru sərhədi açılsa, ətin qiyməti ucuzlaşar - AKTUAL
Bu gün, 09:35 |
|
|
|
• Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində SƏS VERDİ
Bu gün, 09:29 |
|
|
|
• Paşinyan-kilsə savaşı yenidən qızışdı - bu dəfə TAM FƏRQLİ...
Bu gün, 09:27 |
|
|
|
• Rövşən Rzayevin rəhbərlik etdiyi şirkət hakim qarşısında: Keçmiş prezident nə istəyir? - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
Bu gün, 09:20 |
|
|
|
• Ermənistan kəşfiyyatının yalanları İFŞA EDİLDİ - DETALLAR
Bu gün, 09:12 |
|
|
|
• Ermənistana göndəriləcək ABŞ hərbçiləri “harda qaldı”? - Görünəni odur ki...
Bu gün, 09:11 |
|
|
|
• Şəhid Elfaq Nağıyevin xatirəsinə həsr edilmiş karate turniri keçirilib
Bu gün, 09:05 |
|
|
|
• “Rusiyaya ayıb olsun ki, öz vətəndaşlarını da öldürdükləri hadisədə belə mövqe tutur” - ETİRAZ
Bu gün, 08:55 |
|
|
|
• SOCAR-da VAKANSİYA ŞOUSU... davam edir... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:54 |
|
|
|
• Bakının Xəzər və Nizami rayonlarında səsvermə başlayıb - FOTO
Bu gün, 08:45 |
|
|
|
• Azərbaycanda məntəqələr bələdiyyə seçkilərində səsvermə üçün açılıb - DİQQƏT
Bu gün, 08:05 |
|
|
|
• XİN töhmət alan diplomatı niyə vəzifəyə təyin edib? - Rəsmi
Bu gün, 08:03 |
|
|
|
• Dörd qurum hərəkətə keçdi: iki gün sonra kim qalib gələcək? - AKTUAL
Bu gün, 07:38 |
|
|
|
• Metropolitenin "minnətli" qiymət artımı... - Sərnişindaşıma daha ucuz başa gəlsə də...
Bu gün, 07:16 |
|
|
|
• Kreml İrəvan üçün "oksigen balonudur" - FAKT BUDUR!
Bu gün, 07:13 |
|
|
|
• Tramp hökuməti artıq hər gün 1 milyard dollara qənaət edir
Bu gün, 06:47 |
|
|
|
• "Əgər dalaq və ödü yoxdursa, uşağım necə sağlam ola bilər?" - GİLEY
Bu gün, 06:43 |
|
|
|
• Suvarma Sistemləri İdarəsində “ailə“podratı - Rəis 4 ayda oğlunun vəzifəsini 3 dəfə dəyişib
Bu gün, 06:39 |
|
|
|
• "Bu şəxslər başa düşərlər ki..." - REAKSİYA
Bu gün, 06:26 |
|
|
|
• Həsənağa Turabovun xanımı VƏFAT ETDİ - 85 yaşında...
Bu gün, 06:21 |
|
|
|
• Tramp uşaqların cinsiyyətinin dəyişdirilməsi əməliyyatlarının maliyyələşdirilməsini qadağan edib
Bu gün, 06:19 |
|
|
|
• Sudan istifadə edənlər birliyinin əməkdaşları “peçat” hədəsi ilə işdən çıxarıldı? - ARAŞDIRMA
Bu gün, 01:27 |
|
|
|
• Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...
Bu gün, 01:23 |
|
|
|
• Kremlin "qara günləri" indi başlayır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:17 |
|
|
|
• Belarus, Lukaşenko və seçki imitasiyası... - UNİAN
Bu gün, 01:15 |
|
|
|
• BAŞLANDI: “Təmiz Qaz”da kütləvi ixtisarlar - “İşçilərin məhkəməyə müraciət etmək hüququ var”
Bu gün, 00:45 |
|
|
|
• Ölkənin baş gömrükçüsünün ABSURD İZAHATI... - Necə olur ki, texniki nasazlıq üç ay davam edir?”
Bu gün, 00:36 |
|
|
|
• "Rusiya tərəfi vaxtında Azərbaycandan üzr istəməli idi" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:32 |
|
|
|
• Ankara masanı böyüdür, Bakı susur... - NƏ BAŞ VERİR?
Bu gün, 00:28 |
|
|
|
• Moskvada Bakı sancısı: “Həm təyyarəmi vur, insanımı öldür, həm də...” - NƏ ETMƏLİ?
Bu gün, 00:25 |
|
|
|
• Ərdoğan Azərbaycana gəlir: - Xocalıda Türkiyə konsulluğu açıla bilərmi?
Bu gün, 00:16 |
|
|
|
• Zaur Hüseynovun mədəni "dilənçiliyi", ifşa olunan yalanlar - İLGİNC
Bu gün, 00:14 |
|
|
|
• "Bir türk və Qafqaz kişisi yalnız rəqs edərkən ya da bayraq qarşısında diz çökər..."
Bu gün, 00:12 |
|
|
|
• Bu gün Azərbaycanda seçkilərdir - DİQQƏT
Bu gün, 00:06 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyində XƏYANƏT - AXI NECƏ?..
Bu gün, 00:03 |
|
|
|
• Qida şirkəti “Delta Qrup C.O” ölkədən pul çıxarmaqda ittiham edilir - TƏFƏRRÜAT
Dünən, 19:00 |
|
|
|
• “Siyasi repressiya” anonsu: - “Vəzifəli şəxs tutulanda əl çalırıq, amma…”
Dünən, 18:17 |
|
|
|
• Quql Meksika körfəzinin adını dəyişdi
Dünən, 18:14 |
|
|
|
• Makronu narahat edən əsas məsələ Avropada millətçi kəsimin önə çıxmasıdır -ŞƏRH
Dünən, 18:13 |
|
|
|
• Nəqliyyat məsələlərinə həsr olunan müşavirə keçirilib, Prezident İlham Əliyev çıxış edib
Dünən, 18:09 |
|
|
|
• Əfqan Süleymanov bu rayona icra başçısı təyin edilir - İDDİA
Dünən, 18:06 |
|
|
|
• Ali Attestasiya Komissiyasına sədr müavini təyin edilib - SƏRƏNCAM
Dünən, 17:55 |
|
|
|
• Ramiz Rövşəndən ikinci ev iddialarına - Cavab
Dünən, 17:54 |
|
|
|
|