Tibbimizin yırtığı: Onurğa sütununda korrupsiya əməliyyatları - ARAŞDIRMA
Tarix: 9-09-2024, 10:54 | Çap et
Azərbaycanda İcbari Tibbi Sığorta (İTS) sistemi tətbiq olunana qədər insanlar aylarla, illərlə hansısa xəstəliklə yaşayırdılar. Xüsusən də cərrahi müdaxilənin vacib olduğu xəstəliklərdən əziyyət çəkənlər. Çünki xəstəxanalarda, əsasən də özəl klinikalarda tibbi müayinə və əməliyyat xərcləri yüksək idi. Çoxlarının bu xərcləri qarşılamaq imkanı olmurdu. Ancaq İTS-nin tətbiqindən, sığorta zərfinin genişlənməsindən sonra vəziyyət xeyli dəyişib və səhiyyə xidmətinin əlçatanlığı getdikcə daha da artır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bu ilin mayında açıqladığı "2023-cü il üzrə fəaliyyətə dair hesabat" da dediklərimizi təsdiq edir. Belə ki, ötən il dövlət tibb müəssisələrinə 5 milyon şəxs 22 milyondan çox müraciət edib. Bu o deməkdir ki, ölkə əhalisinin 50%-i icbari tibbi sığortadan yararlanıb. İTS-nin tətbiq olunduğu tibb müəssisələri üzrə 2023-cü il ərzində 33%-i (1 664 080 ) uşaq olmaqla (0-17 yaş) 5 011 538 vətəndaş tibbi xidmətlərdən faydalanıb. 2022-ci il ilə müqayisədə bu göstərici 10% artıb. İTS-nin tətbiqi ilə icra olunan cərrahiyyə əməliyyatlarının sayında da artım müşahidə olunur. 2022-ci illə müqayisədə 2023-cü ildə cərrahi əməliyyatların sayı da 10% artıb.
İTS-nin bir çox insanlara sağlamlıqlarını yaxşılaşdırmaq imkanı yaratdığına dair başqa arqument və rəqəmlər də gətirmək olar. Amma buna ehtiyac yoxdur. Çünki yeni sistemin tətbiqinin müsbət nəticələrini heç kim inkar etmir. Ancaq təəssüf ki, İTS ilə bilavasitə cərrahiyyə əməliyyatlarının icrası zamanı bir çox qanunsuz, hətta deyərdik ki, dələduzluq əməllərinə yol verilir ki, bu da yalnız həkimlərin deyil, bütövlükdə Azərbaycan səhiyyəsinin, icbari sığortaya cavabdeh qurumların gördüyü işə kölgə salır. Bəs, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bundan xəbəri varmı? Onların belə neqativ hallara münasibəti necədir? Bu barədə bir qədər sonra... DƏLƏDUZLUĞUN İMPLANT SƏVİYYƏSİ Hələliksə həmin neqativ halların yalnız biri barədə danışmaq istəyirik. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda cərrahiyə əməliyyatlarının sayı ildən-ilə artır. Son vaxtlar cərrahların ən çox həyata keçirdiyi əməliyyatlardan biri də fəqərələrarası disk yırtığının aradan qaldırılması ilə bağlıdır. Bakupost.az -ın əldə etdiyi məlumata görə, İTS sistemində əsas qanunsuzluqlardan biri bu əməliyyatın icrası zamanı həyata keçirilir. Belə ki, cərrahlar icbari tibbi sığorta ilə əməliyyata gələn pasiyentlərə fiksasiya əməliyyatı edirlər. Yəni əməliyyatdan əlavə pasiyentlərin fəqərələri arasına implant yerləşdirirlər. Məsələ burasındadır ki, bu implantlardan xüsusi göstərişlə, yalnız zəruri hallarda istifadə olunmalıdır.
Mütəxəssislərin bildirdiyinə görə, pasiyentin fəqərəsinə implant yalnız instabil hallar müşahidə oldunduqda, yaxud belə bir halın yaranacağına dair ciddi əlamətlər olduqda icazə verilir. Dəhşətlisi odur ki, hazırda Azərbaycandakı dövlət xəstəxanalarının əksəriyyətində ağına-bozuna baxmadan, kimə gəldi fiksasiya əməliyyatı edirlər. Təbii olaraq, sual yaranır: Həkimlər niyə bu addımı atırlar? Ehtiyac olmadığı halda niyə fəqərələrarası disk yırtığı əməliyyatı ilə kifayətlənmir, əlavə olaraq, fiksasiya əməliyyatı icra edib pasiyentin fəqərələri arasına implant qoyurlar? Əldə etdiyimiz məlumata görə, bunun sığortalı xəstələrə şamil olunması təsadüfi deyil. Belə ki, sığorta ödənişi ilə əməliyyat zamanı həkim anlayır ki, pasiyentdən əlavə pul ala bilməyəcək. Ona görə də o, belə bir dələduzluğa əl atır. Xəstəyə bildirir ki, sizə implant qoymalıyıq, implantın pulunu isə sığorta ödəmir, onu özünüz verərsiniz. Hər xəstədən 1000 manat alan həkim onun 500-nü implant üçün ödəyir, 500-nü isə cibinə qoyur. Bununla da ayda 10-20 əməliyyat edən həkim maaşdan əlavə 5-10 min manat qazanc əldə edir. Beləliklə, əlavə qazanc naminə fəqərələrarası disk yırtığı əməliyyat üçün müraciət edən pasiyentləri ucdantutma fiksasiya əməliyyatı edirlər.
HƏKİMLƏRİ DƏLƏDUZLUĞA MƏCBUR EDƏN AMİL Qeyd edək ki, rəsmi statistika da son vaxtlar icbari tibbi sığorta hesabına fəqərələrarası disk yırtığı əməliyyatlarının sayının artdığını göstərir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanladığımız sorğuya bildirilib ki, təkcə 2024-cü ilin ilk 6 ayı ərzində 2014 sayda fəqərələrarası disk yırtığı əməliyyatı icra olunub: "Bunlardan 792-si TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, 1222-si isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində həkim göstərişi əsasında aparılıb". Göründüyü kimi, ildə təqribən 4 mindən artıq fəqərələrarası disk yırtığı əməliyyatı İTS ödənişləri ilə ya dövlət xəstəxanalarında, ya da Agentliklə müqaviləsi olan klinikalarda həyata keçirilir.
Maraqlıdır, bəs İTS-nin dövlət xəsətxanalarında işləyən cərrahlar niyə bu dələduzluğa əl atırlar? Araşdırmalarımız zamanı bu sualın cavabı da aydın oldu. Proses barədə bilgili olan həkimlərdən aldığımız məlumata görə, sözügedən əməliyyatların xeyli hissəsi məhz dövlət xəstəxanaları və ya İTS ilə müqaviləsi olan klinikalara yönləndirilir: "Həkimlərə deyirlər ki, gedib özəl klinikalarda işləməyin, gəlin dövlətdə işləyin, sizə əməliyyat verəcəyik. İşə cəlb olunanlara fiks maaş verirlər. Məsələn, hazırda uzman həkimlərə 5-8 min manat arası maaş verilir. Adi həkimlərə isə 1100-1400 manat. O da baxır hansı sahənin həkimidir. Çoxtapılan həkimdirsə, ona 1100 manatdan artıq maaş vermirlər. Xəstədən də xüsusi hallar xaric pul almağa qoymurlar. Həkim də baxır ki, 1 əməliyyatdan ona 17-25 manat bonus yazılır. Ona görə də heç kim 17-25 manata görə xəstə ilə üz-üzə qalmaq istəmir. Çünki bu riskə dəymir. Deyək ki, 1100 manat maaş alan cərrah ayda lap 100 əməliyyat edir. 20 manatdan götürsək, maaşdan əlavə 2000 manat bonus alır. Ümumilikdə aylıq qazancı 3000-3500 manat olur. O da düşünür ki, 12 il əziyyət çəkib 3-4 minə görə oxumamışam ki... Ona görə də belə həkimlər xəstə yaxınlarını aldadıb guya, xəstənin fiksasiya əməliyyatına ehtiyacı olduğunu bildirilər". İndi isə qayıdaq yuxarıda qoyduğumuz suallara: TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bundan xəbəri varmı? Pasiyentin müvafiq tibbi göstəriş arasında əməliyyat olunmasına kim nəzarət etməlidir? Məsələ ilə bağlı hər iki dövlət qurumuna sorğu ünvanladıq, davamı olacaq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07 |
|
|
|
• Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05 |
|
|
|
• Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03 |
|
|
|
• DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55 |
|
|
|
• "Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52 |
|
|
|
• ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49 |
|
|
|
• “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44 |
|
|
|
• "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38 |
|
|
|
• "Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37 |
|
|
|
• Qaradağın rəisi Suraxanıya təyinat aldı - ƏMR
Bu gün, 12:36 |
|
|
|
• Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... - Görünəni odur ki...
Bu gün, 12:31 |
|
|
|
• “Ferrum Kapital”ın departamentinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 12:28 |
|
|
|
• Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? - TƏFƏRRÜAT
Bu gün, 12:26 |
|
|
|
• Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
Bu gün, 12:18 |
|
|
|
• "Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 12:15 |
|
|
|
• Biz o terrorçunun edamını istəyirik - TƏLƏB!
Bu gün, 12:05 |
|
|
|
• Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... - aKOMEDİK ÇAX-ÇUX...
Bu gün, 12:01 |
|
|
|
• Zelenski Trampla görüşə razı deyil - "Bloomberg"
Bu gün, 11:40 |
|
|
|
• İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? – Kursu dəyişdirən səbəb
Bu gün, 11:38 |
|
|
|
• 36 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 11:35 |
|
|
|
• Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi
Bu gün, 11:32 |
|
|
|
• Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı, rəhbəri təyin edildi
Bu gün, 11:30 |
|
|
|
• Şəmsi Səmədzadə azadlığa buraxılıb - İŞ OLAN YERDƏ PROBLEMLƏR DƏ OLUR
Bu gün, 11:27 |
|
|
|
• Bank “BTB” ASC-də Satışlar departamentinə RƏHBƏR TƏYİN OLUB - BUNDAN SONRA...
Bu gün, 11:24 |
|
|
|
• Xırdalan məktəbi `AD ÇIXARIBMIŞ`... - TOTAL NARAZILIQ...
Bu gün, 11:17 |
|
|
|
• Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB – “Past”
Bu gün, 10:54 |
|
|
|
• Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... - İcazə verin şübhələnək...
Bu gün, 10:52 |
|
|
|
• Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ... - SİYAHI
Bu gün, 10:46 |
|
|
|
• Vuçiç Trampın “100 gün” planına şübhə ilə yanaşır
Bu gün, 10:36 |
|
|
|
• Ekstrasensdən qorxunc proqnoz: - Sabah dəhşətli olacaq!
Bu gün, 10:32 |
|
|
|
• Ermənistan-Azərbaycan sərhədində son durum: - “Başladılar”
Bu gün, 10:30 |
|
|
|
• Qiymətlər o qədər də qalxmayıbsa, niyə daha çox görünür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:28 |
|
|
|
• Mərkəzi Bank daha bir “exchange”ə lisenziya verib
Bu gün, 10:25 |
|
|
|
• “USAİD-in Azərbaycanda fəaliyyəti dayandırılmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 10:19 |
|
|
|
• "Veysəloğlu" daha 35 nəfər qazi əməkdaşını psixoloji yardıma cəlb etdi - FOTO
Bu gün, 10:10 |
|
|
|
• Naxçıvan Sukanalizasiya İdarəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:06 |
|
|
|
• Əyalət mollasının XƏYALƏT İDEYASI... - VİDEO-ARAŞDIRMA
Bu gün, 10:05 |
|
|
|
• Deputatlar nə fikirləşir, hara baxırlar? - REPL
Bu gün, 09:55 |
|
|
|
• “Adını sənətkar qoyub, sənətdən başqa hər şeylə məşğul olanlar...”
Bu gün, 09:44 |
|
|
|
• “Xumar Qədimova klipimi yutubdan sildirdi” - VİDEO
Bu gün, 09:42 |
|
|
|
• Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
Bu gün, 09:37 |
|
|
|
• MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Bu gün, 09:29 |
|
|
|
• Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək - ŞƏRH
Bu gün, 09:24 |
|
|
|
• Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. - “Hraparak”
Bu gün, 09:17 |
|
|
|
• Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... - Ekspert danışır...
Bu gün, 09:09 |
|
|
|
• Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00 |
|
|
|
|