Kreml Trampın hədəsinə cavab verib .....                     Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi .....                     Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans .....                     Hikmət Mirzəyevə yeni müavin təyin olunub .....                     İmişli olayı: güdükdə duranlar kimdir? .....                     Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb .....                     “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” .....                     Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır .....                     “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” .....                     Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı .....                     Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... .....                     Samir Şərifova yeni vəzifə həvalə edilib .....                     Qəbələdə zibilliyə çevrilən yol kənarı: .....                     İran Azərbaycana "sevgisində" səmimi olmalıdır .....                     “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? .....                     Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: .....                     Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb .....                     Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq .....                     DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var .....                     "Balalarımız təcrübə dovşanı deyil..." .....                     ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır .....                     “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” .....                     "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam" .....                     "Qarabağ"da ən bahalı futbolçu kimdir? .....                     Qaradağın rəisi Suraxanıya təyinat aldı .....                     Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar .....                     Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... .....                     “Ferrum Kapital”ın departamentinin rəhbəri .....                     Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? .....                     Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? .....                     "Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? .....                     Biz o terrorçunun edamını istəyirik .....                     Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... .....                     Zelenski Trampla görüşə razı deyil .....                     İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? .....                     36 kiloqram narkotik vasitə aşkarlanıb .....                     Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi .....                     Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı, .....                     Şəmsi Səmədzadə azadlığa buraxılıb .....                     Bank “BTB” ASC-də Satışlar departamentinə RƏHBƏR TƏYİN OLUB .....                 

FƏZAİL AĞAMALI YENƏ MÜTƏLLİBOVA QARŞI
Tarix: 21-10-2011, 13:57 | Çap et
FƏZAİL AĞAMALI YENƏ MÜTƏLLİBOVA QARŞI

“BU, AZƏRBAYCANI GÜLÜNC VƏZİYYƏTƏ QOYA BİLƏR”

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının müsahibəsi

-Fəzail müəllim, Ana Vətən Partiyası bələdiyyələrə boş qalmış seçkilərdə iştirak etmək niyyətindədirmi?
-Yəqin ki, Ana Vətən Partiyası olaraq bələdiyyə seçkilərində iştirak edəcəyik. Artıq bununla bağlı yerlərdən təkliflər gəlir. Partiyanın mərkəzi aparatına daxil olan təkliflər ümumiləşdirilir, konkretləşdirilir. Arzu edən partiya üzvlərinin bələdiyyə seçkilərində iştirakını məqbul hesab edəcəyik və imkan daxilində onların seçkilərdə qalib gəlməsinə kömək göstərəcəyik. Dekabr ayında isə partiyanın Ali Məclisinin iclasının keçirilməsi nəzərdə tutulub. Ali Məclisin iclasında 2011-ci ildəki fəaliyətimizin yekunları və qarşıdan gələn 2012-ci ildəki fəaliyyətimizin istiqamətləri haqqında müzakirələr aparacağıq. Həmçinin təşkilatlanma işlərini gücləndirmək niyyətindəyik. Bununla bağlı partiyanın təşkilat şöbəsi artıq konkret plana malikdir. Çox güman ki, bu məsələlər də noyabrın sonuna qədər tam yekunlaşacaq və dekabrda Ali Məclisdə müzakirə ediləcək ən mühüm məsələlərdən biri də partiyanın təşkilatlanma məsələsi olacaq.

-Ali Məclisin toplantısında 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı məsələ də müzakirə edilə bilərmi?
-Xeyr! Bu barədə danışmaq hələlik çox tezdir. Prezident seçkilərinə 2 ilə yaxın bir vaxt qalıb. Ona görə də düşünürəm ki, Ali Məclisdə bu məsələnin müzakirəsinə ehtiyac olmayacaq.

-Ümumilikdə hazırda ölkədəki siyasi vəziyyəti necə qiymətləndirirsiniz? Bir sıra siyasi dairələr hakimiyyətin dəyişiklik ərəfəsində olduğu barədə cəmiyyətə mesajlar ünvanlayırlar.
-Bu cür mesajlar, fikirlər, bəyanatlar artıq illərdir ki, gündəliyə gətirilir, lakin onların düşündükləri hakimiyyət dəyişikliyi həyata keçmir. Azərbaycan xalqı Heydər Əliyev siyasi kursuna rəğbətini, inamını ifadə edərək həm parlament, həm də prezident seçkilərində bu siyasi kursa xidmət edən, sədaqət göstərən, həmin siyasi kursun daşıyıcıları olan insanlara etimad göstərir. Ona görə də müxalifətin ayrı-ayrı qanadlarının bu cür əsası olmayan, sadəcə söz və mesajdan başqa bir yükü özündə daşımayan fikirləri cəmiyyət, hətta siyasətlə məşğul olmayan statistik Azərbaycan vətəndaşı tərəfindən ciddi qəbul olunmur. Azərbaycanın radikal müxalifətinin gücü hər kəsə bəllidir. Onlar faktiki olaraq ölkənin bütün regionları, inzibati ərazisini əhatə etməyən, bir neçə nəfərdən ibarət olan təşkilatlardır və artıq ofis partiyaları səviyyəsinə düşüblər. Onların vermiş olduğu bəyanatlar da ciddi siyasi yükə malik deyil.

-Radikal müxalifət dediyiniz qanad 2013-cü ilin prezident seçkilərinə vahid namizəd müəyyənləşdirmək üçün hərəkətə keçib. Sizcə, müxalifətin müəyyən edəcəyi vahid namizəd hakimiyyətin namizədinə ciddi alternativ ola biləcəkmi?
-Mən bu qənaətdəyəm ki, müxalifətin radikal qanadı bir daha vahid namizəd məsələsini həll edə bilməyəcək. Çünki həmin qanada daxil olan partiyaların maraqları, iddiaları, baxışları toqquşur. Həmçinin digər səbəblər də var. Əgər 2013-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək haqqında ölkə prezidenti İlham Əliyev qərar verərsə və eyni zamanda radikal müxalifət vahid namizəd məsələsini həll edə bilsə belə onların namizədi cənab prezident üçün hansısa bir problem yaratmayacaq. Çünki İlham Əliyev bu gün Azərbaycanda çox ciddi və böyük reytinqə malik olan siyasətçi və dövlət xadimidir. İlham Əliyevlə rəqabətə girib onunla mübarizədən kiminsə qalib gəlməsini birmənalı şəkildə görmürəm. Ona görə də bu məsələ ətrafında indidən müxalifət qütbündə açılan müzakirənin belə perspektivinə nikbin yanaşmıram və tamamilə əminəm ki, 2013-cü ilin prezident seçkilərində ənənəvi müxalifətin istər bir, istərsə də bir neçə namizədi məğlubiyyətə uğrayacaq. Çünki onların cəmiyyətdə nüfuzu, sosial dayaqları yoxdur.

-“Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər payız sessiyasında mümkün olacaq?
-Bu günlərdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun sözügedən məsələ ilə bağlı verdiyi açıqlamalar nikbinlik yaradır. Hesab edirəm ki, “Siyasi partiyalar haqqında” qanun layihəsinin payız sessiyasında müzakirəsi gözlənilir.

-“Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunu ilə bağlı sizin fikirləriniz bir qədər fərqlidir və hesab edirsiniz ki, bu statusun Ayaz Mütəllibova da şamil edilmısi doğru olmaz. Fikirlərinizi nəylə əsaslandırırısınız?
-Mən reallığa, Azərbaycanın qanunvericilıiyinə, eləcə də dünya praktikasına söykənərək qeyd edirəm ki, müstəqillik qazanmış ölkədə kim prezident seçilirsə həmin qanun ona şamil edilə bilər. Ayaz Mütəllibov Azərbaycan Sovet Sosialist Respublikasının zamanında həmin rejimin seçki qaydaları, prinsipləri, üsul və metodları ilə seçilən prezidentdir. Bu hadisə baş verib 1991-ci il, sentyabrın əvvəllərində. Azərbaycanın müstəqillik haqqında konstitusiya aktı isə həmin il, oktyabrın 18-də qəbul edilib. Dekabrın sonlarında isə məsələ ümumxalq səsverməsinə çıxarılıb. Müstəqil Azərbaycan bu gün Azərbaycan SSR-nin varisi deyil. Onun nə siyasi, nə iqtisadi, nə sosial, nə hüquqi, nə də digər üsulu, idarəetmə forması, qanunları bu gün müstəqil Azərbaycan dövlətində işləmir. Müstəqil Azərbaycan 1918-20-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq sözün həqiqi mənasında dünyəvi, demokratik, hüquqi bir dövlətdir. Əgər müstəqil Azərbaycan Azərbaycan SSR-ninn varisi deyilsə onda Azərbaycan SSR dövründə prezident seçilən Ayaz Mütəllibov necə müstəqil Azərbaycan dövlətinin eks-prezidenti ola bilər? Onda belə çıxır ki, Sovet zamanında seçilmiş deputatların da statusunu indiki deputatların statusu ilə eyniləşdirməliyik. Bəzən deyirlər ki, Ayaz Mütəllibov o zaman fəaliyyətdə olub, bir sıra sənədlərə qol çəkib və s. Düçünürəm ki, bu olduqca zəif bir arqumentdir. Digər bir tərəfdən 1991-ci il, sentyabrın əvvəllərində keçirilən prezident seçkilərində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə Muxtar Respublika həmin seçkilərdə iştirak etməkdən imtina edib. Konkret desək Muxtar Respublika həmin seçkiləri boykot edib. Əgər Ayaz Mütəllibova eks-prezident statusu verilərsə belə olan təqdirdə Muxtar Respublikada eks-prezident statusu daşıyır, yoxsa yox? Əlbəttə ki, daşımır. Nəhayət, üçüncü vacib məqam ondan ibarətdir ki, biz hüquqi bir dövlətik və hüquqi dövlət olduğumuzu da bütün dünyaya bəyan etmişik. Azərbaycan bu gün burmənalı şəkildə beynəlxalq aləmdə hüquqi, demokratik bir dövlət kimi tanınır. Ayaz Mütəllibovun üzərində cinayət işi var. Eyni zamanda o axtarışdadır. Həmin cinayət işi öz hüquqi həllini tapmadan bu məsələ necə həll edilə bilər? Təqdim edilən qanun layihəsində “prezident seçilməmişdən əvvəl və ya prezident seçildiyi dövrdə yol vermiş olduğu hərəkətləri və hərəkətsizliyinə görə inzibati və cinayət məsuliyyəti daşıya bilməz” kimi anlaşılmaz və qəbuledilməsi mümkün olmayan bir müddüa var. Əgər Ayaz Mütəllibovun üzərindən bütün cinayət işləri götürülürsə bu anoloqu olamayan bir hadisədir. Düşünürəm ki, bu Azərbaycanı çox çətin və gülünc vəziyyətinə qoya bilən bir məqamdır.Ancaq ümumilikdə Ayaz Mütəllibovun Azərbaycanna gəlişi, onun burada yaşamasının əleyhinə deyiləm. Artıq ixtiyar yaşına çatıb. Ancaq ilk növbədə ona qarşı qaldırılmış cinayət işinə görə cavab verməlidir. Çünki biz hüquqi dövlətik və dəfələrlə deyirik ki, tutmuş olduğu mövqeyi və vəzifəsindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları qanun qarşısında eyni dərəcədə məsuliyyət daşıyır. Bir tərəfədən belı deyirik, digər tərəfdən isə parlament vasitəsilə Ayaz Mütəllibovun imunitetini təmin edir, onun üzərindən cinayət işini götürürük. Bu nə dərəcə siyasi və hüquqi cəhətdən düzgün addımdır? Düşünürəm ki, bu çox böyük bir problem yaradan, cəmiyyətdə birmənalı qəbul edilməyən məsələ olardı. Əgər Ayaz Mütəllibov Azərbaycana gəlmək istəyirsə buyurub gəlsin və ona qarşı qaldırılmış cinayət işinə baxılsın. Hətta mümkün olsa həmin cinayət işi xətm edilsin. Ondan sonra isə gedib öz həyatını yaşasın. Bu adam indiyə qədər Xocalı faciəsindəki səhlənkarlığına görə Azərbaycan xalqından üzr istəməyib, indi isə eks- prezident statusu istəyir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kreml Trampın hədəsinə cavab verib
Bu gün, 16:03
Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Bu gün, 16:01
Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Bu gün, 16:00
Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Bu gün, 15:57
İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Bu gün, 15:38
Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Bu gün, 15:33
“Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Bu gün, 15:32
Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Bu gün, 15:28
“Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Bu gün, 15:27
Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Bu gün, 15:22
Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Bu gün, 15:20
Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Bu gün, 15:18
Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Bu gün, 14:42
İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Bu gün, 14:00
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:58
Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07
Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05
Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03
DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55
"Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52
ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49
“Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44
"Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38
"Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37
Qaradağın rəisi Suraxanıya təyinat aldı - ƏMR
Bu gün, 12:36
Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar - AÇIQLAMA
Bu gün, 12:34
Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... - Görünəni odur ki...
Bu gün, 12:31
“Ferrum Kapital”ın departamentinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 12:28
Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? - TƏFƏRRÜAT
Bu gün, 12:26
Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
Bu gün, 12:18
"Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 12:15
Biz o terrorçunun edamını istəyirik - TƏLƏB!
Bu gün, 12:05
Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... - aKOMEDİK ÇAX-ÇUX...
Bu gün, 12:01
Zelenski Trampla görüşə razı deyil - "Bloomberg"
Bu gün, 11:40
İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? – Kursu dəyişdirən səbəb
Bu gün, 11:38
36 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 11:35
Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi
Bu gün, 11:32
Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı, rəhbəri təyin edildi
Bu gün, 11:30
Şəmsi Səmədzadə azadlığa buraxılıb - İŞ OLAN YERDƏ PROBLEMLƏR DƏ OLUR
Bu gün, 11:27
Bank “BTB” ASC-də Satışlar departamentinə RƏHBƏR TƏYİN OLUB - BUNDAN SONRA...
Bu gün, 11:24
Xırdalan məktəbi `AD ÇIXARIBMIŞ`... - TOTAL NARAZILIQ...
Bu gün, 11:17
Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU - VİDEO
Bu gün, 11:01
Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB – “Past”
Bu gün, 10:54
Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... - İcazə verin şübhələnək...
Bu gün, 10:52
Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ... - SİYAHI
Bu gün, 10:46
Vuçiç Trampın “100 gün” planına şübhə ilə yanaşır
Bu gün, 10:36
Ekstrasensdən qorxunc proqnoz: - Sabah dəhşətli olacaq!
Bu gün, 10:32
Ermənistan-Azərbaycan sərhədində son durum: - “Başladılar”
Bu gün, 10:30
Qiymətlər o qədər də qalxmayıbsa, niyə daha çox görünür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:28
Mərkəzi Bank daha bir “exchange”ə lisenziya verib
Bu gün, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru