ƏHLİMAN ƏMİRASLANOVUN BAZAR SİYASƏTİ
Tarix: 28-06-2012, 12:03 | Çap et
TİBB UNİVERSİTETİNDƏN TƏLƏBƏLƏRİN QOVULMASININ SİRRİ MƏLUM OLDU
DİA.AZ: - Bir müddət əvvəl parlament tribunalarından Azərbaycanın bəzi ali təhsil ocaqlarında əməlli-başlı bazarın açılması barədə fikirlər səsləndi. Bu barədə çıxış edən, Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı konkret ünvanlar da göstərdi. Deputat həmin ərəfədə bildirmişdi ki, məsələn Tibb Universitetinə həm qəbul olunmada və həm də təhsil almada çox ciddi korrupsiya halları mövcuddur.
Doğrudur, sonradan Fəzail Ağamalının bu fikirləri ATU tərəfindən inkar edilsə də, cəmiyyətin əslində deputatın söylədiklərindən çoxdan xəbərdar olması ortadakı təkziblərin inandırıcılıq payını sıfıra endirdi. Yəni, deputat ittihamlarında haqlı idi. Diqqətinizə çatdıracağımız yeni faktlar isə bir daha bu qənaəti möhkəmləndirmiş olacaq.
Billirək ki, bir neçə gün əvvəl Azərbaycan Dövlət Tibb Universitetindən (ATU) 2011-2012 tədris ilində xaric olunan tələbələrin sayı açıqlandı. Bu barədə mətbuata açıqlama verən ATU-nun rektoru, millət vəkili Əhliman Əmiraslanov bildirdiklərindən belə aydın oldu ki, həm xarici, həm də azərbaycanlılarla birgə təxminən 100 tələbə Tibb Universitetindən xaric olunub.
Həmin tələbələrin universitetdən xaric olunmasının səbəbinə gəlincə, rektor bunu tələbələrin dərsə davamiyyətinin aşağı olması, dərslərdə nizam-intizamın pozulması, imtahanlardan keçə bilməməklə əlaqələndirmişdi.
Rektor onu da əlavə edib ki, tələbələrin kursda qalmasının öz qaydası var. “Təkrar kursda saxlama məsələsi başqa, universitetdən xaricolma başqa bir qaydadır. Onlara möhlət vermə isə başqa bir qaydadır. Bunlar hamısı müəyyən qaydalara uyğun olaraq aparılır. Xaric olunmuş tələbələri biz yenidən bərpa da edirik. Əgər onlar doğurdan da öhdəlik götürürlərsə, nizam- intizamı pozmayacaqlarsa, vaxtlı-vaxtında dərsdə olacaqlarsa, onda universitetə bərpa edirik”.
Onu da bildirək ki, ATU-dan tələbələrin qovulmasının əslində başqa bir mərama xidmət etməsi barədə DİA.AZ-a olduqca ilginc məlumatlar daxil olub. Bu barədə redaksiyamızı bilgiləndirən Təhsil Nazirliyindəki mötəbər qaynağın sözlərindən belə aydın olur ki, qovulan tələbələrin bəziləri artıq yenidən təhsillərini davam etdirmə hüququ əldə ediblər ki, bu da müftə başa gəlməyib.
Mənbəmizin söylədikləri: «Əməlli-başlı bazar açılıb. Konkret olaraq keçən həftə qovulmuş tələbələrdən biri 25 min manat rüşvət verərək yenidən ATU-nun tələbəsi olub. Bu kimi onlarla fakt var və bu işdə birbaşa olaraq rektorun iştirakçı olması şübhəsizdir. Amma nədənsə korrupsiyaya qarşı mübarizə idarəsi edilən müraciətləri cavabsız qoyur».
Məlumatlı mənbənin sözlərinə görə, bu günə kimi 24 nəfər yenidən ATU-ya bərpa edilib və bu proses hələ də davam etdirilir. Onu da xatırladaq ki, bu günlərdə Bakı Dövlət Universitetinin müəllimi Məhəmməd İmanlı BDU-ya ikinci təhsil üçün qəbul olmaq istəyən vətəndaşların birindən 40 min manat rüşvət alarkən korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən həbs edilmişdi. Amma nədənsə oxşar tədbirlər ATU-da həyata keçirilmir. Hər halda, sözügedən qurumun rektor Əhliman Əmiraslanovdan və onun deputat mandatından ehtiyat etməsi o qədər də inandırıcı deyil. Çünki həmin mandatın biri də BDU-nun rektoru Abel Məhərrəmovun cibindədir.
Onu da bildirək ki, əgər qovulmuş tələbələrin tən yarısı, yəni 50 nəfəri yenidən ATU-ya bərpa olunarsa və bu prosesdə hər bərpa olunan tələbədən orta hesabla 20 min manat rüşvət alınarsa, bu da bir milyon manat edir. Hər halda, bir milyon manatın çox ciddi summa olduğunu kimsə inkar edə bilməz. Mənbəmiz isə bildirir ki, bu prosesdə təhsil nazirliyinin yüksək çinli məmurlarının da əli olduğundan əldə olunan pulun heç də hamısı ATU rəhbərliyinə çatmır. Buradan isə o məlum olur ki, əli tələbə qəbulu prosesindən çıxan təhsil nazirliyi indi tələbələri qovub-bərpa etməklə öz «yanğınlarını» söndürmüş olurlar.
Mövzu diqqətimizdədir. Araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Bizi izləyin…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Bu gün, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Bu gün, 09:03 |
|
|
|
• “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Bu gün, 07:45 |
|
|
|
• 'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Bu gün, 07:41 |
|
|
|
• "Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Bu gün, 07:30 |
|
|
|
• Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Bu gün, 07:24 |
|
|
|
• Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Bu gün, 07:19 |
|
|
|
• İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Bu gün, 07:12 |
|
|
|
• "ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Bu gün, 06:44 |
|
|
|
• İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Bu gün, 06:38 |
|
|
|
• Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Bu gün, 06:33 |
|
|
|
• Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Bu gün, 06:24 |
|
|
|
• “Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Bu gün, 06:20 |
|
|
|
• Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi - ARAŞDIRMA
Bu gün, 00:30 |
|
|
|
• DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• Sabiq nazirdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA - VİDEO
Bu gün, 00:19 |
|
|
|
• "Getdiyiniz yerləri araşdırın, maraqlanın..." - ÇAĞIRIŞ
Bu gün, 00:10 |
|
|
|
• Baş həkim İlyas İsmayılovun səhhətindən danışdı - "Onun səhhətində..."
Bu gün, 00:07 |
|
|
|
• Daşaltı əməliyyatından 33 il ötür - UNUTMARIQ!
Bu gün, 00:04 |
|
|
|
• Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
Dünən, 18:00 |
|
|
|
• “10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” - deputat
Dünən, 16:46 |
|
|
|
• "Musa küsəyəndir, çantası da qapının ağzındadır" - Təranə
Dünən, 16:44 |
|
|
|
• Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək - AÇIQLAMA
Dünən, 16:37 |
|
|
|
• AZAL-ın sabiq prezidenti yeni məqamları açdı - “Rusiya məsələni boynundan tam atmaq üçün həyasızlıq edir”
Dünən, 16:33 |
|
|
|
• Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
Dünən, 16:23 |
|
|
|
• “Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” - ÇAĞIRIŞ
Dünən, 16:20 |
|
|
|
• Çin İrəvana "sarı işıq" yandırıb - Manasaryan
Dünən, 16:18 |
|
|
|
• Vasif Xatirədən incidiyini etiraf etdi
Dünən, 16:16 |
|
|
|
• Əli Əhmədov HƏBS OLUNDU - BUNA GÖRƏ...
Dünən, 16:10 |
|
|
|
• Qonşularımız pisdir, AMMA... - GƏLİŞMƏ
Dünən, 16:08 |
|
|
|
• 1 milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi
Dünən, 16:06 |
|
|
|
• Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... - YA ALLAH...
Dünən, 16:04 |
|
|
|
• Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb - RƏY
Dünən, 14:00 |
|
|
|
• USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı – Yoxlamalar başladı
Dünən, 13:09 |
|
|
|
• Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş
Dünən, 13:06 |
|
|
|
• İran ÖZÜNƏ YIĞIŞMADI - Bakıdan qəzəb reaksiyası
Dünən, 12:21 |
|
|
|
• Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir... - ŞƏRH
Dünən, 12:05 |
|
|
|
• Paşinyandan Moskvaya qarşı NATO "oyun"u - İLGİNC...
Dünən, 12:00 |
|
|
|
• Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Dünən, 11:32 |
|
|
|
• “Toplum TV” işi üzrə ilkin istintaq bitdi - Məhkəmə başlayır
Dünən, 11:29 |
|
|
|
• Putin Trampla görüşə razılıq verdi
Dünən, 11:27 |
|
|
|
• “Qərb maliyyəni kəsən kimi, Ermənistan yanımıza qayıdacaq” - Rusiyalı politoloq
Dünən, 11:26 |
|
|
|
• "Qara qutu"nun deşifrə olması... - AÇIQLAMA
Dünən, 11:20 |
|
|
|
• “Köçəryan və Sarqsyanı da Bakı məhkəməsinə çıxarmaq lazımdır” – ALEKSANYAN
Dünən, 11:15 |
|
|
|
• “Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."
Dünən, 11:00 |
|
|
|
• Kreml Yaponiyanın Rusiyaya qarşı mövqeyini qeyri-dost hesab edir - TASS
Dünən, 10:51 |
|
|
|
• Əgər iqtisadi vəziyyət pisləşərsə, əhali günahı hökumətdə görəcək - GƏLİŞMƏ
Dünən, 10:36 |
|
|
|
• “Rusiya həmişə bizə qarşı soyqırımların törədilməsinə dəstək verib” - Deputatdan ilginc açıqlamalar
Dünən, 10:34 |
|
|
|
• Qərbdən gələn təlimatlar mənasızdır - ÇÜNKİ...
Dünən, 10:31 |
|
|
|
|