"2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi .....                     İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, .....                     Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi .....                     Paşinyan cəmiyyətini qınadı .....                     Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... .....                     “Bu, Ermənistan üçün fəlakətdir” .....                     "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, .....                     PROBLEMLİ KREDİTLƏR... .....                     İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi .....                     Ağır qəzaya düşən Ayla Şiriyevanın .....                     "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." .....                     Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var .....                     Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu... .....                     Tanınmış müğənni həmkarlarına SATAŞDI: .....                     Ermənistan Aİİ-də özünü yaxşı hiss edir .....                     “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” .....                     Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü .....                     26 min əsgərimizi mühasirədən belə xilas etdim .....                     Əliyevin həmləsindən sonra geri addım: .....                     Paşinyan etiraf etdi: Trampla görüş alınmadı .....                     Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır .....                     Kanadadan Bakıya həyasız tələb .....                     Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib .....                     Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı .....                     ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! .....                     "Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" .....                     Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır .....                     “Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” .....                     Həyat yoldaşı Niyazi Mehdidən danışdı .....                     Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar .....                     Rusiyanın xəritə təklifini qəbul etmək olmaz .....                     Müəllimlər narazıdır: .....                     Rusiyanın müttəfiqliyə zidd addımları: .....                     Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? .....                     Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var .....                     Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır .....                     Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var .....                     Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... .....                     "Fransa erməni revanşizmini dəstəkləyir" .....                     Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: .....                 

İTV-VƏTƏNDAŞ QALMAQALI DAVAM EDİR
Tarix: 3-07-2012, 11:28 | Çap et
İTV-VƏTƏNDAŞ QALMAQALI DAVAM EDİR

ŞƏFA HƏŞİMOVUN KANAL RƏHBƏRLİYİNƏ SUALLARI VAR

DİA.AZ: - Məcburi köçkün Şəfa Həşimovla İctimai TV arasında qalmaqal davam edir. Qeyd edək ki, məsələyə İTV nümayəndəsi artıq reaksiya verib. Və bu reaksiyanın da narazı tərəfi qane etmədiyi aydın olur və redaksiyamıza Şəfa Həşimovun adından daha bir müraciət daxil olub. DİA.AZ-ın elektrob poçtuna göndərilən həmin məktubu diqqətinizə təqdim edirik:

“Hörmətli redaksiya. Sizə İTV-də yayımlanan “pöhrə-2012” layihəsi ilə bağlı üzləşdiyim problemdən bəhs etmişdim. Göstərmişdim ki, övladım Qalib Həşimov münsif rəyinin nəzərə alınmadığı müsabiqədə sms amili əsas götürülərək ikinciliyə layiq görülmüş, mən isə buna etiraz əlaməti olaraq övladıma verilən diplomları geri qaytarmışdım.

Sizlərin köməyi sayəsində bugünlərdə müraciətimə cavab verən İTV məsuliyyətdən yaxa qurtarmaq üçün gülünc müddəalar ortaya atıb. İndi sizə İTV-nin mənə ünvanladığı həmin müraciəti və o cümlədən mənim bu müraciətə cavabımı diqqətinizə çatdırıram. Bir vətəndaş olaraq redaksiyanızın mənə verdiyi dəstəyə görə də hər birinizə minnətdaram.

İTV-nin Musiqi, bədii və əyləncəli verilişlər departamentinin direktoru Natiq Abdullayev adından daxil olan məktubda deyilir: “Sizin İctimai Televiziya və Radio Yayımları Şirkətinə ünvanladığınız məktuba cavab olaraq bildirmək istəyirik ki, övladınızın da iştirak etdiyi “Pöhrə-2012”müsabiqəsinin təşkili və keçirilməsi məsuliyyəti bütünlüklə müstəqil “Sehirli Aləm” cəmiyyətinə məxsusdur. Bu qurum müstəqil təşkilatdır, öz əsasnaməsinə uyğun fəaliyyət göstərir və İctimai Televiziya və Radio Yayımları Şirkətinə heç bir aidiyyatı yoxdur. Müsabiqənin İctimai Televiziyanın efirində yayımlanmasına gəldikdə isə bildirmək istəyirik ki, cəmiyyətin sədri Azər Abdullayev yarışmadan xeyli öncə İctimai Televiziyaya məktubla müraciət edərək rəhbərlik etdiyi təşkilatın uşaqlar arasında uzun illərdən bəri müxtəlif müsabiqələr keçirilməsini əsas gətirərək “Pöhrə-2012”-nin İctimai Televiziyada yayımlanmasını xahiş etmişdir. İctimai Televiziyanın Direktorlar Şurası həmin müraciətə baxaraq yarışmanın uşaqlara aid olduğunu və belə müsabiqələrin böyüməkdə olan nəslin yaradıcılıq imkanlarının üzə çıxarılmasında əhəmiyyətini nəzərə alıb “Sehirli Aləm” cəmiyyətinin xahişinə müsbət cavab vermiş, təmənnasız olaraq efir vaxtı ayırmışdır.

Aydınlıq üçün qeyd edək ki, müsabiqənin ideyası, formatı, şərtləri, hazırlanması və gedişatı bütünlüklə “Sehirli Aləm” cəmiyyəti tərəfindən həyata keçirilib. Bir daha xatırladırıq ki, layihə bütünlüklə “Sehirli Aləm” cəmiyyətinin müəlliflik hüququna aid olduğuna görə İctimai Televiziyanın ona hər hansı müdaxiləsi mümkünsüzdür. Buna baxmayaraq sizin narahatlığınızla bağlı layihənin rəhbəri Azər Abdullayevə müraciət olunmuş və onun təqdim etdiyi izahatı diqqətinizə çatdırırıq. Bir daha qeyd edək ki, sizin ünvanladığınız sualları cavablandırmaq İctimai Televiziyanın məsuliyyətinə aid deyil. Vətəndaş olaraq öz mövqeyinizi “Sehirli Aləm” cəmiyyətinin rəhbərliyi ilə aydınlaşdırmaq sizin hüququnuzdur”.

ITV-nin cavab məktubuna mənim münasibətim isə bundan ibarətdir: “İTV-nin cavab məktubu ilə bağlı öncə onu deyim ki, bu məktub sırf adıçəkilən televiziyanın maraqlarının qorunmasına hesablanıb və bu səbəbdən də məktubun hər sətirində İTV-nin baş verənlərlə əlaqəsi olmadığı söylənilir. Layihənin “Sehirli Aləm” cəmiyyətinin rəhbəri Azər Abdullayevə məxsus olduğunu, bütün şərtlərin məhz bu cəmiyyət tərəfindən hazırlandığını əsas gətirən İTV, bununla məni heç bir məsuliyyət daşımadığına inandırmağa çalışır. Halbuki, layihənin reallaşdığı ünvan məhz İTV kanalıdır və bu gün İTV-nin ancaq Azər Abdullayevin adı ilə bağlamağa çalışdığı layihə məhz aylar uzunu bu kanalda reallaşıb. Odur ki, İTV bu layihənin efir vasitəsilə xalqa çatdırılmasına şərait yaradan bir televiziya kimi əsla məsuliyyətdən kənarda qala bilməz.

Müsabiqədə yer tutan iştirakçılara Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı İTV rəhbəri İ.Ömərovun adından da diplom təqdim edilib. Bu, İTV-ni “Pöhrə-2012”müsabiqəsi ilə əlaqələndirən çox ciddi bir faktdır. İTV-nin açıqlamasından belə çıxır ki, hər hansı bir televiziya öz efir məkanını ona müraciət edən istənilən layihəyə aça, kanal rəhbərliyi adından kimə necə gəldi diplom paylaya və bundan sonra istənilən zaman baş verənlərin ona aidiyyatı olmadığını bildirərək yaxasını kənara çəkə bilər… Görəsən, ona ünvanladığım müraciətə öz əməkdaşının dili ilə cavab verən hörmətli İsmayıl müəllimin özünə İTV adından elan edilən bu fikirlər az da olsa, inandırıcı gəlirmi?”.

Şübhəsiz, bu məktub məni qane etmədi. Bu məktub məndə sadəcə olaraq gülüş doğurdu və mənim suallarımla İTV-nin cavabları arasındakı hədsiz uzaqlıq, kəskin rabitəsizlik məndə təbəssüm oyatdı. Ədalət naminə qeyd edim ki, çoxdandır bu cür ürəkdən güldüyüm yadıma gəlmir. Mən bu məktubla tanış olandan sonra yurdundan yuvasından ayrı düşən, illərdir vətən həsrəti ilə qovrulan, üzü gülsə də qəlbi ağlayan bir insanın gülə biləcəyi qədər güldüm. Odur ki, mənə əzab və iztirab dolu həyatımda bu cür gülüş bəxş etdiyi üçün İTV-ə və onun rəhbərliyinə öz minnətdarlığımı bildirirəm və çox təəssüf ki, bu məktubu mənim üçün dəyərli edən yeganə amil elə budur. Bununla yanaşı qeyd edirəm ki, haqlı olduğumu sübut etmək üçün qanunun mənə verdiyi bütün hüquqlardan istifadə edərək gərəkli addımları atacağam”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02
İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58
Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55
Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51
Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47
“Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45
"Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44
PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39
İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38
Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35
"Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32
Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25
Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09
Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06
Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02
“Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57
Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53
26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53
Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49
Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47
Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39
Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38
Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35
Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32
ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29
"Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22
Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19
“Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” - Keçmiş diplomat
Bu gün, 15:17
Həyat yoldaşı Niyazi Mehdidən danışdı - Ayağı kəsilə bilər
Bu gün, 15:16
Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar - BU NƏDİ BELƏ?..
Bu gün, 15:09
Rusiyanın xəritə təklifini qəbul etmək olmaz - ÇÜNKİ...
Bu gün, 14:00
Müəllimlər narazıdır: - "Elə nazirlikdə də qəribə proseslər baş verir"
Bu gün, 13:58
Rusiyanın müttəfiqliyə zidd addımları: - Yaxud baltanı “öz ayağına vuranlar"
Bu gün, 13:12
Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? - RƏSMİ AÇIQLAMA
Bu gün, 13:01
Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var - ŞOK DETALLAR
Bu gün, 12:56
Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51
Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50
Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33
"Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29
Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26
Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21
Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08
Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02
Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00
Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56
Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52
Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46
DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41
Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru