Rusiyanın xəritə təklifini qəbul etmək olmaz .....                     Müəllimlər narazıdır: .....                     Rusiyanın müttəfiqliyə zidd addımları: .....                     Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? .....                     Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var .....                     Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır .....                     Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var .....                     Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... .....                     "Fransa erməni revanşizmini dəstəkləyir" .....                     Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Tramp BRİKS-i hədələdi .....                     Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ .....                     Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş .....                     Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb .....                     Paşinyan Trampla “səhər yeməyinə” qaçır .....                     Şahin Bağırov onların rütbəsini artırdı .....                     Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, .....                     DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib .....                     Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər .....                     Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... .....                     Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... .....                     Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi .....                     AŞPA özünü dərin böhrana sürükləyir .....                     Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... .....                     Daha iki il sərhədimizdə .....                     AŞPA-da meydan ermənilərə qalıb .....                     "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" .....                     Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... .....                     Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb .....                     Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... .....                     Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı .....                     "Bizdə internet niyə bu qədər bahadır?" .....                     “Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” .....                     Nərimanov sakinləri Elgin Həbibullayevi .....                     Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: .....                     Samir Şərifovun yerinə təyinat yubanır .....                     Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü .....                     Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU .....                     Qatillərin azad olunmasını istəyən AŞ PA... .....                 

KƏMALƏDDİN HEYDƏROV FƏRHAD ƏLİYEVİN GÖZÜ İLƏ
Tarix: 12-07-2012, 14:28 | Çap et
KƏMALƏDDİN HEYDƏROV FƏRHAD ƏLİYEVİN GÖZÜ İLƏ

KEÇMİŞ NAZİRİN AÇIQLADIĞI FAKTLAR İNDİ DƏ DƏHŞƏT YARADIR

DİA.AZ: - Hakim elitada özünəməxsus yeri olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov bir zamanlar keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə intriqada idi. Və bu intriqanın mövcudluğu tərəfləri bir-biriləri ilə bağlı ilginc faktları ortaya çıxarmağa vadar edirdi.

DİA.AZ bildirir ki, sonuncu olaraq isə Fərhad Əliyev Kəmaləddin Heydərovun nəzarətində olan iqtisadi rıçaqlara ilişmişdi. Əslində, burada Kəmaləddin Heydərovu kifayət qədər əliyalın da gördük. Onun Fərhad Əliyevdən danışmağa sözü olmasa da, Fərhad Əliyevin ondan kifayət qədər danışılası mövzuları var idi. Həmin mövzulardan biri də FHN şefinin Azərbaycanın pambıq bazarını nəzarəti altında saxlaması, pambıqla neçə-neçə «başları kəsməsi» barədə idi.

Xatırladaq ki, Fərhad Əliyev FHN şefinə son zərbəsini barəsində qurulan məhkəmə istintaqında vurdu. Biz də həmin məhkəmə prosesinin istintaq materiallarını araşdıraraq, Fərhad Əliyevin Heydərovla bağlı açıqladığı faktları araşdırmaq qərarına gəldik. Bildirək ki, Fərhad Əliyevin açıqladığı həqiqətlər günü bu gün də aktualdır.

Bəri başdan qeyd edək ki, F.Əliyev sərbəst ifadəsində xeyli məqamlara toxunub və təbii ki, bir yazıda bu məqamların hamısını ətraflı şərh etmək mümkünsüzdür. Ancaq sabiq nazirin ötəri toxunduğu, bəlkə də çoxlarının diqqətini çəkmədiyi bir detal üzərində dayanmaq istərdik. Söhbət neftdən sonra Azərbaycanın ikinci strateji məhsulu sayılan pambıqçılıqdan gedir.

Sabiq nazir bildirib ki, ölkədə pambıq, tütün, düyü, yağ, ət, şəkər və çay məhsullarının idxalı, istehsalı və satışı konkret monopolistlərin əlində cəmləşib. Bu monopolistlər də əhalinin sosial vəziyyətini nəzərə almadan, heç nə ilə hesablaşmadan qiymətləri süni şəkildə bahalaşdırırlar. Bir tərəfdən qiymətlərin bahalaşması, başqa tərəfdən isə işsizlər ordusunun yaradılması monopoliyanın nə dərəcədə zərərli olduğunu göstərir: “Bir misal çəkim. Pambıq və tütün sahələrinin bir nəfərin əlinə keçməsi bu sahələrdə çalışan 1 milyondan çox insanın sayını üç dəfə azaldıb”.

Beləliklə, hakimiyyətin mətbəxindən çıxmış F.Əliyev pambıqçılıqda manopoliyanın konkret bir şəxsin əlində cəmləşdiyini deyir və təbii ki, həmin şəxsin kimliyini də yaxşı bilir, lakin bizə naməlum səbəblərdən ad çəkmir. Halbuki bu sektora kimin və kimlərin himayədarlıq etməsi elə də qapalı məsələ deyil. Ancaq əsas məsələ bu deyil. Əsas məsələ pambıqçılıq sənayesinin həqiqətən də manapoliyada olması və sabiq nazirin dilə gətirdiyi həqiqətdir.

Mətləbə keçməzən öncə qeyd edək ki, Azərbaycanda biznesin əksər sahələri inhisarda olsa da, hələlik bunların böyük əksəriyyəti mötəbər hesabatlara daxil edilməyib. Təkcə pambıq və tütündən başqa. Bu yaxınlarda ABŞ Dövlət Departamenti Azərbaycana dair illik hesabatında ölkəmizdə pambıqçılıq və tütünçülüyün ciddi inhisarda olduğu göstərilib.

Bu onu göstərir ki, Azərbaycanda sözügedən hər iki sahə üzərində olan inhisarçılıq başqa sahələrdən fərqli olaraq daha sərt şəkildədir. Apardığımız araşdırmalar da o qənaətə gələməyə əsas verir ki, burada nəinki ciddi monopoliya mövcuddur, hətta bu sahədə insanlarla qul kimi davranılır. Pambığı əkib becərənlərə qəpik-quruş çatsa da, bu sahəni inhisara alanlar əhali ilə qul kimi davranmaq hesabına hər il pambıq satışından on milyonlarla dollar pul qazanırlar.

Bütün sahələr kimi pambıqçılıq da hakim ailəyə yaxın şəxslərin nəzarətindədir. Məlumatlara görə, hazırda ölkənin pambıqçılıqla məşğul olan rayonlarında 19-20 pambıqtəmizləmə zavodu fəaliyyət göstərir. Belə zavodların 14-ü MKT şirkətinə məxsusdur. Öncə MKT-nin şərikləri dövlət başçısının yaxın qohumu, xarici işlər nazirinin müavini, Mahmud Məmmədquliyev, fövqaladə hallar naziri Kəmaləddin Heydərov və bir Türkiyə vətəndaşı olub. Hazırda isə M.Məmmədquliyev və Türkiyə vətəndaşı oyundan kənar vəziyyətə salınıb, holdinq bütövlükdə K.Heydərovun nəzarətinə keçib. Şirkətə ümumi rəhbərliyi də K.Heydərova yaxınlığıyla tanınan İkram Kərimli edir. İ.Kərimli K.Heydərovun dəstəyilə deputat seçilən Azər Kərimlinin qardaşıdır.

Pambıqtəmizləmə zavodları indiyədək ən yaxşı halda fermerlərdən pamıbığın hər kiloqramını 30 qəpiyə alıb. Ancaq 30 qəpik də simvolik xarakter daşıyır. Çünki mafiya sadə vətəndaşların imkansızlığından yararlanmağı da unutmur. Mafiya pambıq əkmək istəyən, lakin bunun üçün yetərli imkanı olmayanlarla qabaqcadan müqavilə bağlayır. Həmin müqavilənin şərtlərinə görə zavod rəhbərliyi vətəndaşa lazım olan vəsaiti ona verir və bunun əvəzində əkinçidən hazır məhsul alır. Düzdür, ilk baxışdan burada qeyri-adi heç nə yoxdur. Ancaq məsələ burasındadır ki, monopolistlər pambığı əkib becərəndən 10 dəfə artıq qazanmasına baxmayaraq, onun yoxsulluğundan da faydalanır. Məsələn, bazarda azot kübrəsinin bir kiloqramının qiyməti 10 manat olduğu halda monpolistlər pambığı təhvil alarkən bunun qiymətini 16 manatdan hesablayır. Pambıq əkənsə hər hektar üçün ən azı 250 kiloqram azot kübrəsi almalıdır.

Ötən il dizelin hər litrinin qiyməti 45 qəpik olduğu halda maonpolistlər yanacağın hər litrinin qiymətini 60 qəpikdən hesablayıb. Pambıq sahəsinin bir hektarının şumlanması imkanlı fermerlərə 24 manata başa gəldiyi halda imkansızlar üçün bu məbləğ 36-40 manatdan hesablanıb. Toxumluq çiyidin kiloqramı 14 qəpikdən yuxarı olmadığı halda bu, imkansız fermerlərə 20 qəpiyə satılıb.

Pambıqtəmizləmə zavodları pambığı mahlıca çevirərkən müəyyən itkilərə məruz qalsalar da, bu itkilər yemlik və toxumluq çiyidin satılması hesabına kompensasiya edilir. İndi gəlin pambıq mafiyasının bir ildə qazandığı gəlirlərin təxmini məbləğini hesablayaq.

Rəsmi məlumatlara görə 2006-cı ildə ölkədə 196,06 min ton pambıq istehsal edilib. Ölkədə pambıq əkilən torpaq sahələrinin ümumi həcmi 112,445 hektar olub. Rəsmi məlumatlara inansaq, məhsuldarlıq hər hektara görə 17,5 sentner olub. Məlumat üçün deyək ki, fermerlər bu göstəricini minimum hesab edirlər. Mahlıcın bir kiloqramının dünya bazarındakı hazırki qiyməti isə 11 manatdır. Ekspertlər hesab edir ki, bütün xərclər çıxıldıqdan sonra pambıq mafiyası təkcə hazır mahlıcı ölkədən kənara satmaq hesabına hər kiloqramdan 8 sent qazanmaq imkanına malikdir.

Bu hesabla monopolistlər mahlıcın hər tonundan təxminən 800, 10 tonundan 8000, 100 tonundan 80000 dollar qazanır. Nəzərə alsaq ki, ötən il ölkədə 200 min tona yaxın pambıq istehsal edilib, bu hesabla onların illik gəliri 160 milyon dollardan az etmir. Buna ona görə “az etmir” deyirik ki, monopolistlər ölkədə istehsal edilən mahlıcın heç də hamısını xaricə satmır. Onların nəzarətində bir sıra fabriklər, kombinatlar var ki, onlar mahlıcı ipliyə və digər məhsullara çevirmək imkanındadırlar. Bu isə əlavə milyonlar deməkdir.

Təbii ki, F.Əliyev İİN başçısı postunda oturarkən manopoliyanın fermerlərə və dövlət büdcəsinə vurduğu ziyanı (fermerlərin qul kimi işlədilməsi, bu sektorda çalışanların sayının 3 dəfə azalması, büdcədən yayındırılan milyonlar və s.) görür, dövlətin antinhisar siyasətini həyata keçirən şəxs kimi bunu aradan qaldırmağa çalışırdı. Ümumiyyətlə, F.Əliyevin 2002-2005-ci illərdə əsas fəaliyyəti inhisarçılara qarşı yönəlmişdi. Ancaq F.Əliyev inhisarçılar üzərində qələb qazana bilmədi, əvəzində ikincilər onun həbsxanaya yollanmasına nail oldular. Özü də ölkənin baş monopolistinin xeyir-duası ilə.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın xəritə təklifini qəbul etmək olmaz - ÇÜNKİ...
Bu gün, 14:00
Müəllimlər narazıdır: - "Elə nazirlikdə də qəribə proseslər baş verir"
Bu gün, 13:58
Rusiyanın müttəfiqliyə zidd addımları: - Yaxud baltanı “öz ayağına vuranlar"
Bu gün, 13:12
Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? - RƏSMİ AÇIQLAMA
Bu gün, 13:01
Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var - ŞOK DETALLAR
Bu gün, 12:56
Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51
Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50
Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33
"Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29
Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26
Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21
Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08
Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02
Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00
Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56
Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52
Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46
DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41
Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30
Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26
Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18
Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12
AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11
Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08
Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02
AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54
"Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52
Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48
Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42
Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39
"Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29
“Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28
Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24
Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16
Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06
Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58
Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54
Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50
"İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46
İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44
Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38
"Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31
Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16
Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13
TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02
Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52
Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51
Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru