“HƏR İKİSİ MƏNİM ÖVLADIMDIR”
Tarix: 16-07-2012, 15:31 | Çap et
“HƏR İKİSİNİN MƏSULİYYƏTİ, ÇƏKİSİ EYNİDİR”
Həyat bir musiqidir. İnsan dünyaya ağlayaraq göz açır. Lay-lay ilə böyüyür. Sonra hərə öz taleyinə yazılmış fərqli ritmli melodiyaları ifa etməli olur. Kimisi ritmik, dinamik həyat sürür, kiminin həyatı hərbi marş dəqiqliyi ilə ölçülüb biçilir, kimi keşməkeşli ömür yolunu improvizasiyalarla dolu olan caz notları ilə davam etdirir, bir başqaları isə minor və ya major əhval-ruhiyə ilə yaşayır. Sonda bu musiqi hər kəsi ağladır.
Çox şükür ki, insan ömrü yeknəsəq deyil, onun müxtəlif mərhələlərində fərqli musiqilər səslənir. Məhz buna görə də biz insanlar həyatdan zövq almaqda davam edirik.
Bugünkü qonağım musiqiləri və şeirləri ilə bizlərə zövq verən Xanım İsmayılqızıdır.
- Xanım İsmayılqızının təqdimata ehtiyacı varmı?
- Bəli, təqdimata ehtiyac var. Şairə-bəstəkar Xanım İsmayılqızı.
- Necə oldu ki, birdən-birə bu cür tanınmağa başladınız?
- Yəqin ki, şansım gətirdi. Amma bu, birdən-birə olmadı. Tanınana qədər uzun bir yol var idi və mən o yolun çətinliyini dada-dada, keçə-keçə çox çətinliklərdən sonra dinləyicilərim və tamaşaçılarımla görüşə bildim. Təbii ki, mahnılarım və şeirlərimlə. Kənardan bu, bəlkə də birdən-birə kimi görünə bilər.
- Bəstəkarlıqda son zamanlar peşəkarlıq və qeyri-peşəkarlıq söhbəti gedir. Siz necə, bunun fərqinə varırsınızmı?
- Mən bu suala çox cavab vermişəm. Təkrarçılıq olsa da, bir də deyəcəyəm: “Mənim üçün mahnı faktoru var. Mahnı, şeir keyfiyyətlidirsə, səviyyəlidirsə, məzmunludursa, mənalıdırsa, kimin yazdığının fərqinə varmıram. İstər peşəkar olsun, istərsə də qeyri-peşəkar, əsas məsələ odur ki, zövqlərə xələl gətirəcək mahnılar yazılmasın. Ümumiyyətlə, bu həyatda hər bir şeyin öz məsuliyyəti var. Özünün, sözünün, əməllərinin, həyatının, yaradanların və yaratdıqlarının məsuliyyətini anlayan insan məsuliyyətsiz ola bilməz. O ki qaldı mənim yaradıcılığıma, həm şeirlərimin, həm də mahnılarımın altında mənim imzam yazılır, hər ikisi mənim övladımdır. Odur ki, hər ikisinin məsuliyyəti, çəkisi eynidir.
- Neçə ildir bu sənətdəsiniz?
- Artıq 20 ildir ki, mahnılarım səslənir və sevilir. Amma 26 ildir yazıram.
- Hansı müğənnilərlə çalışırsınız?
- Adlarını sadalasam, çox böyük bir siyahı alınar. Odur ki, qısaca deyim ki, sənət aləminin 80 faizi ilə işləmişəm və işləyirəm.
- Hansı müğənnilərlə çalışmaq sizə rahatdır?
- Ümumiyyətlə, yaradıcılıqda rahat alınan heç bir şey olmur. Əslində elə yazdıqlarım çətinliklərdən doğub və onların araya-ərsəyə gəlməsi də asanlıqla başa gəlməyib.
- Həyatdan küsdüyünüz anlar olubmu?
- Həyatdan küsdüyüm anlar da olub, bezdiyim anlar da olub, təbii ki.
- Neçə-neçə nəğmələrin müəllifi olan Xanım müəllimə hansı nəğməsini ürəyinin nəğməsi adlandırır?
- Hamısını. Mahnılarımın, şeirlərimin hər biri mənim həyatımın hansısa dönəmində yaşadığım kədərin, sevincin qığılcımlarıdır. O qığılcımlar da mənim ürəyimdən qopur.
- İndi hansı nəğmənizi bizə zümzümə etmək istərdiniz?
- Hal-hazırda heç birini. Çünki zümzümə etmək əhvalında deyiləm.
- Ailənizdə sizin yaradıcılığınızı dəstəkləyirlərmi?
- Ümumiyyətlə, yaradıcı insan və ailə – bu, çox çətindir. Ailənin öz ağırlıqları, çətinlikləri var. Yaradıcılığın da həmçinin. Dəstəkləmək deyəndə ki, mənə yaradıcılığımda indiyə qədər mane olmayıblarsa, bu elə dəstəkləmək deməkdir.
- Bir çox həmkarınız şəxsi həyatını qabartmağı sevmir. Sizin necə, bu tip suallara qarşı kompleksiniz var?
- Bir həyatın ki adı şəxsi həyatdır, o, niyə qabardılmalı, gündəmə gəlməlidir? Bu mövqedə olanlara hörmətim xüsusidir.
- Ailədə yolunuzu davam etdirən oldumu?
- Xeyr, ailədə bu sahənin adamı yoxdur. Övladlarım musiqi təhsili alıb, amma onlar başqa peşənin sahibidirlər.
- Bugünkü ünsiyyətimizdən necə, razı qaldınızmı?
- Baxmayaraq ki, mən sənətə gələndən bu günə kimi dönə-dönə eyni suallara cavab verirəm, razı qalmamağa səbəb yoxdur. Anlayıram ki, yeni gənc nəsil gəlir və sizlər bizi yenidən onlara təqdim edirsiniz. Buna, bu müsahibəyə gənc nəsillə yenidən tanışlıq kimi qiymət verirəm. Bu tanışlığa görə sizə minnətdaram.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• `Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49 |
|
|
|
• Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42 |
|
|
|
• Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33 |
|
|
|
• "Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30 |
|
|
|
• Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24 |
|
|
|
• Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17 |
|
|
|
• “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15 |
|
|
|
• Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35 |
|
|
|
• İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28 |
|
|
|
• Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22 |
|
|
|
• "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56 |
|
|
|
• Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42 |
|
|
|
• Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35 |
|
|
|
• Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24 |
|
|
|
• Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21 |
|
|
|
• Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19 |
|
|
|
• Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15 |
|
|
|
• “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12 |
|
|
|
• Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07 |
|
|
|
• COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30 |
|
|
|
• Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26 |
|
|
|
• Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03 |
|
|
|
• Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58 |
|
|
|
• "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52 |
|
|
|
• Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50 |
|
|
|
• “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06 |
|
|
|
• Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03 |
|
|
|
• Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08 |
|
|
|
• ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38 |
|
|
|
• "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36 |
|
|
|
• Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29 |
|
|
|
• SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25 |
|
|
|
• “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 10:41 |
|
|
|
• Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:36 |
|
|
|
• Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Dünən, 10:30 |
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Dünən, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Dünən, 09:03 |
|
|
|
• “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Dünən, 07:45 |
|
|
|
• 'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Dünən, 07:41 |
|
|
|
• "Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Dünən, 07:30 |
|
|
|
• Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Dünən, 07:24 |
|
|
|
• Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Dünən, 07:19 |
|
|
|
• İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Dünən, 07:12 |
|
|
|
• "ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Dünən, 06:44 |
|
|
|
• İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Dünən, 06:38 |
|
|
|
• Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Dünən, 06:33 |
|
|
|
• Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Dünən, 06:24 |
|
|
|
|