Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... .....                     İcra başçısı həmin gün harada olub? .....                     Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub .....                     “Zevs”in qardaşı hakim qarşısına çıxır .....                     Həkimdən deputata cavab: .....                     Eçmiədzindəki qondarma “Artsax bayrağı” .....                     Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı .....                     "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..." .....                     Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? .....                     Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Mesaj verildi: .....                     Ermənistan buna qarşı çıxsa... .....                     Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? .....                     "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" .....                     Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? .....                     Tramp və Putin niyə hələ də görüşməyib? .....                     İlyas İsmayılovun son durumu açıqlandı .....                     Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? .....                     Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar .....                     Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı .....                     İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? .....                     Tiktokda “Bakcell”in adından dələduzluq edilir .....                     “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü .....                     Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs .....                     "Paşinyan türklərin ayaqlarına düşür" .....                     “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” .....                     Rövşən Mehdiyev həbsdə qaldı .....                     USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? .....                     “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? .....                     İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? .....                     "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış" .....                     “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır .....                     1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR .....                     Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib .....                     Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir .....                     USAID onlara görə bağlandı: .....                     Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək .....                     "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." .....                     Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb .....                     Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? .....                 

“Mənim duyğularımda, həyata baxışımda heç nə dəyişməyib” - Nurəddin Mehdixanlı
Tarix: 8-10-2016, 10:18 | Çap et
“Mənim duyğularımda, həyata baxışımda heç nə dəyişməyib”
"60 yaş... Mənim duyğularımda, həyata baxışımda heç nə dəyişməyib. Adi bir iş günü kimi işə gəldim. İnsan özünü hansı yaşda hiss edirsə, o yaşdadır”. Xalq artisti Nurəddin Mehdixanlının həyat eşqində, işinə məhəbbətində sürətlə artan illərin rolu olsa da, maneəsi yoxdur. Yubileyini qeyd edən aktyorun "Kaspi”yə müsahibəsi bütünlüklə sənət və həyat barədədir.

Mənim həyatım...

- Hər gün məbəd dediyiniz bu binaya daxil olanda nə düşünürsünüz? «Yaxşı ki mən bu sənəti seçdim», «Nə yaxşı ki mən aktyoram”, ya bəlkə «Kaş ki bu sənətə gəlməzdim» deyirsiniz?
- Bir az qarışıq hisslər olur. Bu, əhvaldan asılıdır. Uğurlu bir iş olubsa, deyirsən ki, nə yaxşı bu sənəti seçmişəm. Əgər hansısa bir işinin qarşısını kəsən maneə olubsa, «Nədən bu sənəti seçdim»,- deyə düşünürsən. Ancaq nəticə etibarilə artıq sən bu peşəni seçmisən və bu işlə yaşayırsan. Bu peşə artıq sənin ömrünün bir parçasına çevrilib. Necə ki, insan nəfəs almasa yaşaya bilməz, eləcə də bu işsiz dayana bilməz. Xüsusi imkanlar və bacarıqlar tələb edən sənətlərdə - musiqidə də, ədəbiyyatda da, rəssamlıqda da bu, belədir.

- Bəzən insanlar məşğul olduqları iş haqqında, məsələn, "Kino, teatr və yaxud jurnalistika mənim həyatımdır” deyirlər. Bütün bunlar işdir. Axı bizim öz şəxsi həyatımız var. Sizcə, bir az pafos kimi səslənmir?
- Mən deyə bilmərəm ki, bu, mənim həyatımdır. Bu, mənim peşəmdir. Təhsil aldım, bu peşəni öyrəndim və bu işlə məşğulam. Mən bununla həyatımın həm maddi, həm də mənəvi tərəfini ödəyirəm. Ancaq «Teatr mənim həyatımdır» sözünü demərəm. Çünki mənim həyatım həm də mənim ailəmdir, övladlarımdır, mənsub olduğum böyük ailədir, nəslimdir, oradakı ocaqlardır. Mənim həyatım ətrafımda olan insanlardır, vətəndaşı olduğum, doğulduğum ölkədir. Bunların hamısı həyatımızın ayrı-ayrı hissələridir. Ancaq demək ki, «Sənətim mənim həyatımdır», məncə, bu, yanlış yanaşmadır.

- Belə bir fikir var ki, kino kütləyə, teatr isə seçilmiş insanlara ünvanlanıb. Hansı auditoriyanın qarşısında oynamaq daha rahatdır?
- Teatr daha çətindir. Düzdür, kinonun da öz çətinlikləri var. Kino 3-5 aya və ya bir ilə çəkilir. Ssenarinin müxtəlif hissələrində çəkilirsən. Bəzən bir dəqiqəlik kadra çəkilmək üçün bütöv günü sərf edirlər. Orada dubllar var, alınmırsa, ikincini, üçüncünü edirlər. Ancaq teatrda aktyorun bu şansı yoxdur. Saat 7-də tamaşa başlayır. 3 saat müddətində sən tamaşaçı ilə ünsiyyətdəsən. Orada elə bir enerji, güc sərf etməli, elə bir oyun göstərməlisən ki, tamaşaçı sonda durub səni alqışlasın, yarımçıq qalxıb getməsin. Bu mənada teatr çətin sahədir. Bəzən ayda 10 və ya 20 tamaşa oynayırsan. Bunlar ayrı-ayrı tamaşalar, obrazlar və talelərdir. Bütün bunlar bir ayın içərisində baş verir. Deyim ki, həm dünya, həm keçmiş sovet, həm də Azərbaycan kinosunda ən uğurlu filmlər məhz teatr aktyorlarının oynadığı filmlərdir. Çünki teatr aktyoru hər gün işləyir, məşq edir, hər gün laboratoriyadadır, hər gün səhvləri və düzləri ilə başbaşadır. Ancaq bir şey də var, teatrda bir tamaşada etdiyin səhvi gələn tamaşada düzəltmək imkanın var. Kinoda isə bu imkan yoxdur, çünki film bir dəfə çəkilir.

- Gəncliyinizin teatrıdır?
- Bəli, gəncliyimin teatrıdır. Mən 1978-ci ildə İncəsənət Universitetinin dram-kino aktyorluğunu bitirdim. Sənət müəllimimiz böyük rejissor və pedaqoq Adil İsgəndərov, səhnə danışığı müəllimimiz Əzizağa Quliyev, Mikayıl Mirzə idi. O zaman təyinatla Akademik Dram Teatrına gəldim. Teatrın baş rejissoru Tofiq Kazımov üçüncü kursda bizim işimizə baxmışdı və məni teatra dəvət elədi. Təsəvvür edin, 21-22 yaşlı gənc üçün Akademik Milli Dram Teatrına təyinat almaq yuxu kimi bir şey idi. Bu, müqəddəs arzunun gerçəkləşməsi idi. Mənə ilk rol kimi Şekspirin «Heç nədən hay-küy» əsərində Don Xuan rolu verildi. Oktyabr ayında hərbi xidmətə getdiyim üçün o tamaşanı oynamaq mənə qismət olmadı. Hərbi xidmətdən qayıdandan sonra may ayında Tofiq Kazımovla görüşdüm. «Sənlə bağlı yaxşı planlarım var» dedi. Avqust ayında isə Tofiq Kazımovun qəzaya düşüb həyatını dəyişdiyini eşitdim. Onunla birbaşa işləmək mənə qismət olmadı. Ancaq taleyə bax ki, bu teatrda mənim ilk rolum məhz Tofiq Kazımovun quruluş verdiyi, İlyas Əfəndiyevin «Unuda bilmirəm» tamaşasındakı Kamran obrazı oldu. O zaman tamaşanı bərpa etmək Xalq artisti Məmmədrza Şeyxzamanova həvalə olundu. Kamran rolu məni tamaşaçılara aktyor kimi tanıtdıran və sevdirən vəsiqəm oldu. Həmin tamaşanı 565 dəfədən çox oynadım. Azərbaycanda elə bir rayon, kənd, qəsəbə olmadı ki, biz o tamaşanı oynamayaq. Amaliya Pənahova, Muxtar Avşarov, Sofiya Bəsirzadə, Rəfail Dadaşov, İlham Əhmədovla bu tamaşa ilə ölkəni qarış-qarış gəzdik. Həmçinin bu tamaşa ilə bir ay boyunca Gürcüstana qastrol səfərində olduq. Mənim aktyor taleyimi həmin rol həll etdi.

Qızıl ortanı tapmaq

- Siz həm təhsil illərində, həm də çalışdığınız dövrdə görkəmli sənətkarların əhatəsində olmusunuz. Bəzən mən hansısa tamaşaya gəlmək istəyəndə «İndi filan aktyorlar yoxdur» - deyə ölçüb-biçirəm. Əgər desəm ki, bəzən teatr mənə bir az darıxdırıcı da görünür, xətrinizə dəyməz ki?
- Qətiyyən... Bu, sadəcə, nəsillərin dəyişməsidir. Bu, həmişə ağrılı prosesdir. 30, 40 və ya 50-ci illərin teatrlarından ciddi sənət nümunəsi kimi danışmaq düzgün olmazdı. Suflyor teatrına ciddi sənət kimi baxmaq olardımı? Ancaq o dövrün insanları üçün bu, sehirli bir dünya idi. Çünki onu əvəz edəcək başqa bir əyləncə yeri yox idi. Bugünkü Azərbaycan tamaşaçısı ilə o zamankı Azərbaycan tamaşaçısının təhsil, savadlılıq faizini nəzərə almaq lazımdır. Bizim elə böyük sənətkarlarımız olub ki, onlara qulaq asanda bəzən sözləri doğru ifadə etmədiklərini görürsən. Amma o zaman teatra böyük eşq var idi. Onlar dəlicəsinə bu sənətin vurğunu idilər. Təsəvvür edin, onlar teatra küçədə gəzdikləri ayaqqabı ilə daxil olmurdular. Ona görə teatra məbəd, müqəddəs bir yer kimi baxırdılar. Teatra vurğunluq, hər şeyi qurban vermək bacarığı ancaq onlara məxsus idi. Onların böyük olmalarının bir tərəfi də budur. Sonra zaman dəyişdi, dünya teatrında başqa proseslər yer aldı, ayrı cərəyanlar yarandı. Bu toqquşmalarda tamamilə yeni bir xətt ortaya çıxdı. Bilirsinizmi, keçmiş həmişə maraqlıdır və ona qarşı hər zaman bir həsrət var. Çünki o, bir də olmayacaq. Ancaq dünəni unudarsansa, bu günü qura bilməyəcəksən. Bu günü qura bilməsən, sabahın da olmayacaq. Azərbaycan milli teatrının çox dərin kökləri var. Bizə gərəkli olan şeyləri oradan götürüb istifadə edəcəyik. Biz də öyrəndiklərimizi özümüzdən sonrakılara ötürəcəyik. Nəsillər arasındakı bu proses ağrılıdır. Ancaq bəzən kimlərsə bunu «Biz də varıq» anlayışı ilə düşünülmüş şəkildə daha da ağırlaşdırırlar. Mənə elə gəlir ki, sənətə münasibətdə qrup və ya sekta anlayışı ilə yanaşmaq olmaz. Biz teatr aləmində bütün xətləri, cərəyanları öyrənirik, ancaq o qızıl ortanı tapmaq lazımdır ki, uğura aparsın. Əslində teatr aləmindəki çalxantılar o qızıl ortanı tapmaq üçün vacib olan proseslərdir. Ancaq bu proseslər yaradıcı insanları bir-birinə qarşı qoymamalıdır. Hər kəs ruhuna, düşüncəsinə, savadına, dünyagörüşünə görə öz istiqamətini seçir və o yolla gedir. Biz dünənki tearı – sizin və ya başqalarının sevdiyi teatrı inkar edə bilmərik. Biz də bu teatr sənətinin yolçularıyıq. Bu yoldur – hər kəsin gücünə, intellektinə, yolu necə və ya haraya qədər gedə bilmək qabiliyyətinə bağlı məsələdir.

- Necə etmək olar ki, insanlar əvvəlki illərdə olduğu kimi teatrın kassası qabağında növbəyə dayansınlar?
- Sizin də dediyiniz kimi, teatr sənəti seçilmiş sənətlərdəndir. Teatr sənəti xüsusi adamlara hesablanmış sənətdir. Yaşam tərzləri dəyişdikcə, zaman keçdikcə teatr ətrafında baş verən proseslər onun özünəməxsus mühitini dağtmağa nail ola bildi. Nəticədə teatr o sirrini və sehrini itirdi. Yoxsa aktyor ustalığı nöqteyi-nəzərdən bugünkü aktyorlar heç bir halda dünənki sənətçilərimizdən geri qalmırlar. Həqiqəti demək dünənə sayğısızlıq göstərmək deyil. Bu gün tamam başqa zaman gəlib: indi kompyuter, internet dövrünün adamlarıdır. Texnologiya insanları tənhalığa, tərki-dünyalığa sövq edir. Virtual dünya insanları aldatmaqla məşğuldur. İnsanların başı bu aləmə qarışıb. Bu gün internet insanını özünə baxmağa cəlb eləmək, onu 3 saat salonda saxlamaq daha böyük güc, enerji və cazibə tələb edir. Ona görə mən zamanların arasında bəzən düşünərəkdən ziddiyyətlər yaradılmasını qəbul etmirəm. Hər zamanın öz tələbi, oyun qaydaları, repertuarı, mövzuları var. Tutaq ki, 30-40 il bundan əvvəl teatrın səhnəsində sevgidən, saf və doğru olmaqdan bəhs edən pyeslər vardı. Baxın, bu gün hansı teatrın səhnəsində saf sevgidən, duyğulardan, sədaqətdən, dostluqdan bəhs edən əsərlər var? Onda biz niyə şikayət etməyə başlayırıq ki, mediada, televiziya kanallarında kriminal xəbərlər baş alıb gedir? İnsanlar vəhşiləşməyə doğrumu gedir? Bu mənada nəsə boşluq yaranıb. O boş yeri çox fəsadlı şeylər doldurur. Yadımdadır, «Pəncərədə işıq» televiziya tamaşasında oynamışdım. Səhəri gün artıq bütün Azərbaycanda məşhur idim. Bir ayda televiziyanın redaksiyasına 2700 məktub gəlmişdi. Dağılmaq ərəfəsində olan və ya dağılan ailələr var idi ki, o tamaşadan sonra birləşmişdilər. İnsanlar mənə yazır və tamaşaya görə təşəkkür edirdilər. Amma indi qəzet, televiziya, seriallar və müəyyən tamaşalarımızda cəmiyyətə nə deyirik? «Teatr məktəbdir» - deyirlər, ancaq həm də məktəb deyil. Teatr əslində yaşadığımız cəmiyyətin mikromühitidir – cəmiyyətdə nə baş versə, burada baş verir. Biz müəyyən mənada əlaqəni itirdik. O seçilmişlər çəkildilər, bir az boşluq yarandı. Teatr bəzən onu tanımayan adamların ixtiyarına verildi. O adamlar teatrı döydülər, söydülər, sındırdılar. Bir şeyə əminəm ki, Azərbaycan teatrı öz yolunu tapmaqdadır. Bu gün milli teatrın tamaşaçı problemi yoxdur, biz tamaşaçılarımızı geri qaytarırıq.

- Siz müxtəlif tamaşalarda fərqli-fərqli qadınları sevirsiniz. Maraqlıdır, sonra o sevgi həyata sirayət edirmi?
- Sən səhnədə təksən, amma səni sevənlər çoxdur. Əgər sən onlara o hissləri yaşada bilirsənsə, bu, böyük işdir. Çünki əsl mənada sevgini yaşayan insanlar əclaf ola bilmirlər. Onlar pis adam ola bilməzlər. Sevgi Allahın işığıdır: kimin içindən keçirsə, onu müəyyən mənada təmizləyir. Ola bilməz ki, sən sevgi kimi gözəl bir hissi yaşayasan və o, beynində və ya ürəyində qalmasın. Sevgi xeyirxahlıq və başqasına dəyər verməkdir. Bu hissləri yaşayan adam bunu yaşamamışlar qədər əclaf ola bilməz. Müxtəlif güllər içindən sən bir gülü seçirsən. Yəni səni sevənlər içindən yol yoldaşı seçirsən. Amma başqalarında sevgi duyğularını oyatmaq ayrı şeydir. Çünki o, səhnədəki Kamranı sevir. Bəzən belə şeylər olurdu və onlara hər şeyi izah edirdik. İnandrıram sizi, onların 99 faizi ilə dost kimi ayrılırdıq. O zamanın tamaşaçıları var ki, bu gün də mənə böyük sevgi və diqqətlə yanaşır, bəzən bunu mənə sosial şəbəkələrdə də xatırladırlar. Mən demirəm ki, bütün insanları səhnədən deyilən sözlərlə dəyişmək olar, ancaq buna cəhd eləmək lazımdır. Sən yüz insandan onuna bu işdə yardımçı ola bilmisənsə, bu, az şey deyil. Sənətin gərəkliliyi ondadır ki, o, insanlara fayda verir.

60 yaş... Nə olsun?

- «Ad günü kədərli bayramdır» - bir rus mahnısında belə deyilir. Əgər insan 60 yaşına çatıbsa…
- 60 yaş... Nə olsun? Mənim duyğularımda, həyata baxışımda heç nə dəyişməyib. Adi bir iş günü kimi işə gəldim. İnsan özünü hansı yaşda hiss edirsə, o yaşdadır. Sadəcə, doğum tarixi bir sənədə yazılır. İnsan var 25-30 yaşındadır, artıq sönüb, qurtarıb. İnsan var 100 yaşı var, gözündə eşq var. Bu, Allahın sənə verdiyi əmanətdən sevərək və qoruyaraq istifadə etmək bacarığıdır. Sağlamlığım, qolumun gücü yerindədir. Əgər bir gündə 3-4 tamaşada oynaya bilirəmsə, onda problem yoxdur. Sadəcə, həmişə Allahdan bir arzum olub ki, hansı gün qələmimi sındıracaqsa, o günə qədər ağlım, şüurum, gücüm yerində olsun. Və sonuncu günə qədər yaşadığım cəmiyyətə, Vətənimə, ailəmə faydalı ola bilim.

- Sizinlə həm də Beynəlxalq Təbəssüm Günündə görüşdük. Necə edək ki, üzümüzdən təbəssüm əskik olmasın?
- Çinlilərdə belə bir adət var: səhər tezdən qarşılarına çıxan digər çinliyə təbəssüm göstərirlər. Həmin insanın həyatı həmin gün o təbəssümlə yaşayır. Yaponlar bir-birlərinə gülüb baş əyə-əyə bütün dünyanı özlərinə baş əydirdilər. Sən əgər bir insanı bir anlıq da olsa sevindirə bilirsənsə, dünyanın və Allahın ən çox sevdiyi bəndəsən. Sən o təbəssümü göstər ki, sənin də ona ehtiyacın olacaq. Qoy ehtiyacın olanda onu sənə sevərək bağışlasınlar. Ona görə bir-birinizə təbəssüm göstərin. Çünki indiyə qədər bir-birinə səmimi qəlbdən gülən insanlar heç biri fəlakət yaşamayıblar. Bir-birimizə gülək, təbəssüm göstərək ki, bir olaq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Bu gün, 18:14
İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Bu gün, 18:10
Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Bu gün, 18:06
“Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Bu gün, 18:03
Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Bu gün, 17:58
Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Bu gün, 17:52
Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43
"O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40
Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36
Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30
Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22
Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16
Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08
"6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02
Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59
Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56
İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53
Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48
Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43
Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41
İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39
Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36
“Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32
Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24
"Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22
“Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18
Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09
USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04
“Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00
İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58
"Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50
“Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45
1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45
Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38
Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37
USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32
Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31
"Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28
Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23
Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20
"Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17
92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - İndi bəraət aldı
Bu gün, 15:15
Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40
Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39
İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37
Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30
"Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" - deputat
Bu gün, 14:00
Mövcud olmayan sensasiya - Ortada heç bir əsas yoxdur axı...
Bu gün, 13:58
Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:51
Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ - AKTUAL
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru