Ucar icra hakimiyyəti şikayətləri qulaqardına vurur... - "Harada görülüb ki, dövlət vətəndaşa ev tikib verməlidir"
Tarix: 15-04-2019, 12:18 | Çap et
“Evimiz qəzalıdır. Sonuncu zəlzələdən sonra daha da bərbad hala düşüb. Bu gün-sabah uçacaq deyib, gecələr yatmağa da qorxuruq”.
Ucar rayonunun Məlikballı kəndinin sakini Ramilə Namazova belə deyir. O, 1948-ci ildə tikilən bu evin onlara yoldaşının babasından qaldığını söyləyir. Uçub-tökülən evi təmir etmək üçün ailənin maddi imkanı yoxdur:
“Çox yerə müraciət etdim ki, evimiz qəzalıdır, kömək edin. Hətta Mehriban xanım Əliyevaya, Fövqəladə Hallar Nazirliyinə ərizələr yazdım. Bütün cavablar baxılması üçün göndərilir Ucar Rayon İcra Hakimiyyətinə. Onlar da baxmırlar. Deyirlər, elə qurum yoxdur ki, sizə kömək etsin”.
“İcranın nümayəndəsi baxdı, dedi, bəli, qəzalıdır, təhlükəlidir”
Ramilə Namazova deyir ki, bu qədər məktublara cavab gəlir. Ancaq bir çağırıb deyən yoxdur ki, dərdiniz nədir, siz niyə şikayət edir, ərizə yazırsınız:
“İcra Hakimiyyətindən bir nəfər nümayəndə gəlmişdi. Evə baxdı, dedi, bəli, qəzalıdır, pis vəziyyətdədir. Burada yaşamaq təhlükəlidir. Sonra da çıxıb getdi. O gündən onlardan başqa xəbər almamışıq”.
“Divarlar nəmlənir, qurumur, altı çökür”
R.Namazova deyir ki, yağış yağanda evinin içinə su dolur. Divarlar nəmlənir, qurumur, altı çökür:
“Biz artıq gecələri evdə yatmaqdan da qorxuruq ki, tavan aşıb töküləcək uşaqlarımın başına. 4 uşaq böyüdürəm, çətindir. İmkansız adamıq. İndiki zəmanədə təsərrüfatla da məşğul olmaq çətindir. Şərait yoxdur, toxum, gübrə almağa imkan olmur. Bir-iki şey əkirik, o da bir neçə ayı güclə görür. Ailədə 6 nəfərik. Qızlarımın dördü də məktəblidir. Onları güc-bəla ilə oxuduruq. Əksər hallarda çox şeylərini çatdıra da bilmirik”.
“Sonuncu zəlzələdə evi daha da bərbad hala salıb”
Ramilə Namazova deyir ki, dünənədək ünvanlı sosial yardım alırmışlar. Bu da onların aztəminatlı ailə olduğunu bir daha sübut edir. Odur ki, ailənin evini yenidən tikmək bir yana, sadə təmir etmək imkanları belə yoxdur: “Otaqlarda çatlar var. Bəzi yerlər, ümumiyyətlə, aralanıb. Həmin aralı hissələri sıvamağa belə imkanımız yoxdur, qaldı, gələn nümayəndə dedi ki, ev tamamilə qəzalıdır və yenidən tikilməlidir. Biz evi nə ilə yenidən tikək? Bu gündən sabaha ümidi olmayan insanlarıq. Mən çox şey istəmirəm, nolar, aztəminatlı, sonuncu zəlzələdə evi daha da bərbad hala düşmüş ailə kimi bizə kömək etsinlər. Mən başqaları kimi imkansızlığı bəhanə edib, uşaqlarımı təhsildən də yayındırmıram. Ac qalıram, amma onları məktəbə göndərirəm ki, ölkəmizə yararlı övlad olsunlar. Nolar, dövlət də bizi azacıq düşünsün, uşaqlarıma isti bir ev, normal şərait qurmağımıza kömək etsin”.
“Səhərəcən evi dolanıram ki, birdən nəsə olar”
Ailə övladlarının yeməyini, geyimini güclə çatdırır. Deyir, qış aylarında hətta kommunal xidmət haqlarını ödəməkdə də çətinlikləri olur. Yenə də hallarından narazı deyillər, birtəhər dolana bildiklərini söyləyirlər. Bircə problemləri qəzalı evləridir. Onların bu evdən başqa heç nələri yoxdur: “İnanın, o qədər çətindir ki, odun sobası yandırırıq. Qazı çox işlətmirik ki, ödəmək çətindir. İşığı da çatdıra bilmirik. Biz bu çətinliklərə dözürük, bunları birtəhər yola vermək olur. Amma qəzalı evi təmir edəcək gücə malik deyilik. Evin hər yeri dəlmə-deşikdir. Külək əsir, evin içindədir, yağış yağır, evə damır. O gün kiçik qızım gəlib ki, ana, yorğanım sudur. Baxıram ki, yuxarıdan damıb. Yatağının yerini dəyişmişəm. Yağış yağanda biz yatmırıq. Səhərəcən evi dolanıram ki, birdən nəsə olar”, – R. Namazova belə söyləyir.
“Bu qədər kasıbçılıq, zülmlə övladlarımızın hamısına təhsil verməyə çalışırıq”
Evləri 2 otaq, bir eyvandan ibarətdir. Otaqlarından birinin tamamilə qəzalı olduğunu deyirlər. Həmin otağın qapısını bağlayıblar, istifadə etmirlər. Gələcəkdə bütün otaqların bu hala düşəcəyindən qorxduqlarını söyləyən ailə, belə olacağı təqdirdə nə edəcəklərini bilmədiklərini deyirlər: “Böyük qızım 11-c sinifdə oxuyur. Ağdaşda tibb kursu var, ora göndəririk. İkinci isə universitetə hazırlaşır. Əlaçı olduğundan məktəb müəllimləri təmənnasız hazırlaşdırırlar, sağ olsunlar. Hamısı oxumaq istəyir, özü də əlaçıdırlar. Kaş imkan ola, oxudaq. Sonuncu qızım isə 4-cü sinfdə oxuyur, o da əlaçıdır. Biz bu qədər kasıbçılıq, zülmlə hamısına təhsil verməyə çalışırıq. Cəmiyyətə yararlı övlad yetişdiririk. Buna çətinliklə də olsa, gücümüz çatır. Amma gücümüzün çatmadığı şeylər də var. Nə olar, buna da dövlətimiz dəstək versin”.
“Dedim heç olmasa borc verin, aybaay qaytaraq, vermədilər”
Ramilə Namazova deyir ki, evləri 2007-ci ildə olan zəlzələdən sonra daha da pis hala düşüb. Bu zaman evdə böyük çatlar əmələ gəlib, otağın biri tamamilə uçub:
“Onda evin yarısı dağıldı. Birtəhər, gücümüz çatdığı qədər düzəltdik. Zamanla yenə yavaş-yavaş tökülüb, gedir. Hara da yazırıq, cavab icraya gəlir. Daha bezmişik. Onlar da birmənalı şəkildə kömək etmək istəmirlər. Dedim, heç olmasa borc verin, aybaay qaytaraq. Onu da etmədilər”. İcra Hakimiyyəti: “Bizim onlara ev tikmək üçün büdcəmiz yoxdur”
Ucar Rayon İcra Hakimiyyətindən isə deyilib ki, onların vətəndaşlara aid fərdi, qəzalı evləri təmir etmək üçün büdcələri yoxdur:
“Harada görülüb ki, dövlət vətəndaşa ev tikib verməlidir. Deyirlər, zəlzələdə olub, bəs bugünədək niyə səslərini çıxarmırdılar? Adətən zəlzələdə uçan, dağılan evləri rayonun Fövqəladə Hallar Komissiyası qeydə alır və həmin şəxslərə köməklik göstərilir. Vaxtında müraciət etmək lazımdır. İndi bizim onlara ev tikmək üçün büdcəmiz yoxdur”.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə ünvanladığımız sorğuya cavab almaq mümkün olmayıb.
Son illər dövlət Şamaxı, Zaqatala, İsmayıllı, Balakən və s. bölgələrdə baş verən zəlzələlərdən sonra əhaliyə dəyən zərəri kompensasiya edib. Evi uçan və ya qəzalı hala düşən yüzlərlə sakinə yeni evlər tikilib və ya qəzalı hala düşən evləri təmir olunub.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Bu gün, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
• USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04 |
|
|
|
• “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00 |
|
|
|
• İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58 |
|
|
|
• "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50 |
|
|
|
• “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45 |
|
|
|
• 1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45 |
|
|
|
• Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38 |
|
|
|
• Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37 |
|
|
|
• USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32 |
|
|
|
• Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28 |
|
|
|
• Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23 |
|
|
|
• Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20 |
|
|
|
• "Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17 |
|
|
|
• 92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - İndi bəraət aldı
Bu gün, 15:15 |
|
|
|
• Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39 |
|
|
|
• İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37 |
|
|
|
• Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30 |
|
|
|
• "Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" - deputat
Bu gün, 14:00 |
|
|
|
• Mövcud olmayan sensasiya - Ortada heç bir əsas yoxdur axı...
Bu gün, 13:58 |
|
|
|
• Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:51 |
|
|
|
• Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ - AKTUAL
Bu gün, 13:04 |
|
|
|
• Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? – Onun adı hallanır
Bu gün, 13:01 |
|
|
|
• Sərkisyana sui-qəsdlə bağlı iki versiya: - onu kim öldürüb?
Bu gün, 13:00 |
|
|
|
• AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu - İMZALANIB
Bu gün, 12:54 |
|
|
|
• Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır – Rəsmi statistika
Bu gün, 12:47 |
|
|
|
• Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir - GƏLİŞMƏ
Bu gün, 12:44 |
|
|
|
|