Peşəkar avantüraçılar Rusiyadakı Azərbaycan diasporunu dağıtmaq istəyir - İTTİHAM
Tarix: 9-09-2019, 12:23 | Çap et
2017-ci ilin mayında ləğv edilən Ümumrussiya Azərbaycanlıları Konqresindən tanıdığımız “akademik” Fazil Qurbanovun rəhbərlik etdiyi qoca autsayderlər komandası, bir dəfə üzü üstə qoyduqları prosesi, bu dəfə də “şumlamaq” qərarına gəliblər. Pis niyyətli bu komanda o şəxslərdən təşkil olunub ki, azərbaycanlıların ən böyük diaspor qurumunu indiki kritik, millətdən qopuq vəziyyətə öz intriqaları, yarıtmaz fəaliyyətləri ilə onların özləri salıblar. Fazil Qurbanovun komandası köhnə pensioner-funksioner alyansıdır və mediada onun “Azərbaycan diasporunun nümayəndələri ilə görüşdü” xəbərini eşitsəniz, bilin ki, həmin yazı sifarişlidir.
Əldə etdiyimiz xəbərlərə görə, Qurbanov öz müttəfiqlər bloku və həmfikirləri ilə ardıcıl görüşlər keçirir. Həmfikirlər siyahısında 1986-87-ci illərdə Azərbaycan SSR-in avtomobil nəqliyyatı naziri Yuri Şedrin, diolomat Ramiz Abutalıbov, professor Kamran Rüstəmov, rəssam Əsgər Məmmədov, şərqşünas Fuad İsgəndərov, şair Maya Bədəlbəyli, Baybakov Fondunun vitse-prezidenti Aleksandr Romaşin və başqaları var. “Sovet əntiqi” olan bu insanlar artıq ömürlərinin səkkizinci onilliyini yaşayır, bəzilər isə, çox çətinliklə yeriyirlər. Ancaq hansısa səbəbdən, “akademik” Qurbanov Rusiyada Azərbaycan diasporunun dirçəldilməsi yükünü məhz onların zəif çiyinləri üzərinə qoyub. Kənardan bu iddialı plana baxanda, adama elə gəlir ki, “həkim” Fazil Qurbanov “gənclik eliksiri” yaradıb. Rusiyadakı Azərbaycan diasporunun təmsilçiləri hesab edirlər ki, hərəkatın effektiv inkişafı üçün, diaspor qurumlarının Bakıdan idarə olunmasının qarşısını almaq, onları müstəqil və baxımsız saxlamaq vacibdir. Hələlik, Fazil Qurbanovun sayəsində bütün proses tərs tərəfə gedir. Bəlli olduğu kimi, Ümumrusiya Azərbaycanlıları Konqresi Fazil Qurbanovun rəhbərliyi altında çox yaşamayıb. Federasiyanın Ədliyyə Nazirliyi və Ali Məhkəməsi, Rusiya qanunvericiliyini ardıcıl pozduğu üçün, qurumun ləğv edilməsi haqqında qərarlar çıxarıb. Yəni, Ümumrusiya Azərbaycanlıları Konqresinin başlanğıcdakı uğurlarına nə Fazil Qurbanovun, nə onun Rusiya Azərbaycanlıları Liqasının, nə də Rusiyadakı Azərbaycan Qurumlarının Konfederasiyasını yaratmağa cəhd edən komandasının heç bir aidiyyatı yoxdur. Əksinə, bu gün üzvlərinin bir çoxu cənab Qurbanovun ətrafında birləşən ÜAK İcra Aparatı qurumun keçmiş prezidenti Məmməd Əliyevin uzaqlaşmasından sonra, təşəbbüsü ələ alaraq, İdarə Heyətinin qərarlarına, vitse-prezidentlərin göstərişlərinə məhəl qoymayaraq, qurumun seçkili orqanlarının nəzarətindən kənar özfəaliyyətlə məşğul olublar. Sonucda isə, həmvətənlərinin dediyi kimi, ÜAK şübhəli bir quruma çevrilib. Həmin şəxslər özfəaliyyətlərini davam etdirmək üçün, qurumun qanunvericilik çərçivəsində, şəffaf, öz missiyasına uyğun fəaliyyətini tələb edənlərin hamısını təşkilatdan uzaqlaşdırıblar. ÜAK-ın rəhbərliyini ələ keçirənlərin bilərəkdən atdığı addımlar, Rusiya dövlət orqanlarına qurumun ləğv edilməsi ilə bağlı əsas verib.
Bu gün Fazil Qurbanov Rusiya Azərbaycanlıları Liqası adlı yeni qurum yaratmaq istəyir. Etnik azərbaycanlıların bir çoxu ehtiyat edir ki, qurum onların Rusiyadakı biznesinə nəzarət imkanı əldə etmək üçün yaradılır. Fikirlərini Р�?А LIVE24-lə bölüşənlər bildiriblər ki, Fazil Qurbanov yaradacağı təşkilatın qısa zamanda qeydiyyata alınacağı ilə bağlı əminliklə danışır, hətta Rusiya Federasiyası Ədliyyə Nazirliyindən dəstək aldığını da bildirir. Ancaq bizdə olan bilgilərə görə, məsələ, heç də Fazil Qurbanovun təqdim etdiyi kimi deyil. Artıq, iki ilə yaxındır ki, Fazil Qurbanov RAL-ı Rusiyadan qeydiyyatdan keçirmək istəyir, ancaq bunu da bacarmır. RF Ədliyyə Nazirliyində onun “öz balasını” israrla qanuniləşdirmək üçün “anlaşmağa” adam axtarması təşəbbüsləri artıq zarafata çevrilib. Deyilənlərə görə, o, dəfələrlə qeydiyyata yardım etmələri üçün Ədliyyə Nazirliyində çox məmurun qapısını döyüb. Ancaq nəticə əldə edə bilməyib. Bu danılmazdır ki, Fazil Qurbanovun öz həmvətənləri arasında da nüfuzu yoxdur. Azərbaycanlıların çoxu prezident İlham Əliyevin kürəkəninin əmisi olan Fazil Qurbanovu Azərbaycan hakimiyyətinin yandaşı sayır. Ölkəni iqtisadi səbəblərdən tərk edənlərin çoxunun ona münasibəti birmənalıdır. Rusiyada yaşayan azəraycanlılar ehtiyat edir ki, Qurbanov günlərin bir günü Rusiyadakı Azərbaycan diasporunu tamamilə nəzarətinə keçirə bilər. Diaspor üzvlərinin fikrincə, Fazil Qurbanovun bu təşəbbüsü tamamilə ələ alması Rusiyada yaşayıb, çalışan 2 milyondan çox azərbaycanlı üçün əsl fəlakətə çevrilə bilər. Bu səbəbdən, çoxları onu milli icmanın idarə edilməsi üçün ən uyğunsuz namizəd hesab edir. Qurbanova etimadsızlığın əsasında həm də onun elmi adları ilə bağlı çoxsaylı şübhələr dayanır. Rusiya Elmlər Akademiyasının həqiqi üzvləri, akademikləri siyahısında onun adı yoxdur və heç zaman olmayıb. O, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür və böyük ehtimalla buna alim kimi deyil, hakim ailənin üzvü kimi nail olub. Adının siyahıda peyda olması əliyevlərlə qohumluqdan sonra baş verdiyi üçün, belə düşünməyə əsas verir. Yuxarıda sadalananları bir daha xatırladaraq vurğulamaq istəyirik ki, Fazil Qurbanovun Udmurtiyadan olan odioz Yaşa Paşayevi öz səlahiyyətli nümayəndəsi təyin etməsi də çox müəmmalı, ancaq gözləniləndir. Paşayevin təkcə müavin təyin edilməsi yox, ümumiyyətlə, işlərin bu cür gedişi anlaşılmazlıq yaradır. Ağlına gələni danışmaqda, o, yalnız Kiyev meri Vitali Kliçko ilə yarışa bilər. Rusiya Federasiyası Vergi Xidmətinin reyestr bilgilərindən aydın olur ki, Paşayev xeyli dərəcədə universal və çoxtərəfli “iş adamı”dır. Rəsmi xəbərlərə inansaq, onun əsas fəaliyyət sahəsi yeyinti, içki və tütün məhsulları ticarətidir. Onun önəmi və miqyası daha kiçik olan ikinci dərəcəli fəaliyyəti kimi körpü, tunel, yol, metro, restoran tikintisi, iri istehsalat göstərilir. Yaşa Paşayevin “fəaliyyət sahəsi”nə WhatsApp qruplarında azərbaycanlıları Rusiya Azərbaycanlıları Liqasına cəlb etmək də var. Bu görəvi ona Fazil Qurbanov şəxsən tapşırıb. Onu da vurğulayaq ki, Fazil Qurbanovun ictimai fəallığı qardaşı oğlu Səməd Qurbanovla ailə münaqişəsi fonunda baş verir. Bu münaqişənin əsasında Fazil Qurbanovun qardaşı oğlu Səmədə atası Aydın Qurbanovdan qalan təxminən 1 milyard rublluq vərəsəyə iddialı olması dayanır. Bu mövzuda araşdırmalarımız davam edir. Bizi izləyin. Anastasiya MENŞOVA. //araz.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Bu gün, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Bu gün, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Bu gün, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Bu gün, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Bu gün, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Bu gün, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Bu gün, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Bu gün, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Bu gün, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Bu gün, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Bu gün, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Bu gün, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Bu gün, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
• USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04 |
|
|
|
• “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00 |
|
|
|
• İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58 |
|
|
|
• "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50 |
|
|
|
• “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45 |
|
|
|
• 1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45 |
|
|
|
• Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38 |
|
|
|
• Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37 |
|
|
|
• USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32 |
|
|
|
• Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28 |
|
|
|
• Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23 |
|
|
|
• Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20 |
|
|
|
• "Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17 |
|
|
|
• 92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - İndi bəraət aldı
Bu gün, 15:15 |
|
|
|
|