Azercell – gələcək texnologiyalar dünyasında sizin bələdçiniz
Tarix: 4-12-2019, 08:29 | Çap et
DİA.AZ: - Ən son yenilikləri və qabaqcıl texnoloji həlləri bir araya gətirən "Azercell Telekom" MMC, 2019-cu ilin dekabr ayının 3-dən 6-a kimi Bakı Ekspo Mərkəzində keçiriləcək “Bakutel”- Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin 25-ci Yubileyində baş sponsor və innovativ xidmətlərin təqdimatçısı qismində iştirak edir.
DİA.AZ xəbər verir ki, hələ iyun ayında ictimaiyyətə yeni brend kimliyini və rəqəmsallaşmaya doğru dəyişən strategiyasını açıqlayan Azercell şirkəti, hazırda 5G, Süni İntellekt (Aİ) və Əşyaların İnterneti (İoT) sahəsindəki ən son texnoloji nailiyyətləri yerli bazara gətirməklə, şirkətin məhsullar portfelini zənginləşdirmək üzərində çalışır. “Gələcəyin cəmiyyətini və iqtisadiyyatını formalaşdıran texnoloji tendensiyalarla ayaqlaşmağı öndə tutan bir şirkət kimi, yüksək sürətli mobil internet və daimi bağlantını təmin etməyi hədəfləyirik. Azercell növbəti dəfə yerli bazarda lider mövqeyini qoruyaraq, ölkədə ilk 5G yeni nəsil simsiz şəbəkəsini təqdim etdi. İnanırıq ki, 5G texnologiyası müasir genişzolaqlı mobil rabitə xidmətlərində çevrilişə səbəb olmaqla bərabər, sənaye sahələri və müxtəlif müəssisələrdə yüksək məhsuldarlıq və effektivlik əldə etmək, habelə müştəri təcrübəsini mükəmməlləşdirmək üçün yeni imkanlar yaradacaq"- deyə Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev dekabr ayının 3-də Azercell-in Bakutel sərgisindəki stendində baş tutmuş mətbuat konfransında çıxışı zamanı bildirdi.
Qeyd etmək lazımdır ki, mətbuat konfrasından dərhal sonra Azercell-in prezidenti Vahid Mürsəliyev və Ericsson şirkətinin Şərqi Avropa və Orta Asiya üzrə prezidenti Sebastyan Tolstoy Azərbaycanda 5G şəbəkəsinin qurulmasını və 5G texnologiyasının inkişafınının sürətləndirilməsini həyata keçirən iki strateji tərəfdaş kimi jurnlaistlər və Bakutel ziyarətçiləri qarşısında Anlaşma Memorandumu imzaladılar.
Beləliklə, bu ilin noyabr ayında Bakının Fontanlar meydanında baş tutan ilk pilot 5G şəbəkəsinin təqdimatından sonra, Azercell Telekom öz daimi tərəfdaşı Ericsson şirkətilə birlikdə ölkənin ən mühüm texnoloji tədbiri Bakutel sərgisində 5G texnologiyasına əsaslanan demo nümunələrini, həmçinin şirkətin biznes və pərakəndə müştəriləri üçün nəzərdə tutulan geniş çeşidli rəqəmsal məhsul, həllərini nümayiş etdirir!
Həmçinin sərgi çərçivəsində "SmartCell" həllinin tətbiqi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov və Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev memorandum imzalayıb. Məlumat üçün bildirək ki, "SmartCell" – üz tanıma texnologiyası (Face ID) ilə mobil nömrələrin satışını həyata keçirən rəqəmsal nömrə satışı sistemidir.
5G SÜRƏT sınağı
Azercell bütün sərgi iştirakçılarını 5G şəbəkəsinin real sürətini hiss etməyə dəvət edir. Rəqəmsal həllər təminatçısı, ziyarətçilərə stenddəki mobil telefon və böyük ekran üzərindən 5G şəbəkəsinin təmin etdiyi yüksək sürətli internetin üstünlüyünün şahidi olmaq imkanı yaradır.
5G Multisensor
Bu demonu sınaqdan keçirtmək üçün qonaqlara də 3D VR gözlüyü və coystik təqdim ediləcək. 5G şəbəkəsinin tam gücünü hiss edərək, ziyarətçilər demək olar ki, ləngimə olmadan robot idarə etmək, fərqli səthləri hiss və skan etmək üçün əvəzolunmaz fürsət qazanacaqlar.
5G Konfrans
Sərgi iştirakçıları Oculus Rift və Oculus Go komplekti vasitəsilə özlərini virtual konfrans mühitində zənn edəcəklər. Burda onlar ünsiyyət qura, müxtəlif otaqları gəzə, video, foto və 3D baxa biləcəklər.
5G Oyunlar
5G oyun təcrübəsini yeni səviyyəyə çıxarır. Artıq ləngimə olmadan, tam etibarlı bağlantının təmin olunduğu oyun həyəcanını yaşamaq mümkün olacaq..
Azercell ziyarətçiləri Virtual Reallıq texnologiyasına əsaslanan Sci-Fi top döyüşünü və Roketbol idman oyunlarını sınaqdan keçirməyə dəvət edir. İştirakçılar xüsusi Oculus RIFT komplekti vasitəsilə virtual idman ərazisində “multiplayer” rejimində özlərini çox saylı oyunçulardan biri olaraq təsəvvür edəcəklər.
Azercell-in rəqəmsal məhsullar zonası
Yeni bağlantı erasında abunəçilərinin ehtiyaclarını tam qarşılamağı hədəfləyən Azercell, öz fəaliyyətində innovativ və rəqəmsal həllərə üstünlük verir. Müasir zamanda Əşyaların İnterneti tərəfindən təqdim olunan hədsiz imkanlar, telekommunikasiya texnologiyasında misli görünməmiş bir sıçrayış daha rahat işləməyimizi, yaşamağımızı və həyatımıza tam şəkildə nəzarət etməyimizi təmin edəcək.
Azercell dünyanı dəyişdirən rəqəmsal məhsullarını xüsusi ayrılmış guşədə sərgiləyir. Burada şirkət, evinizi daha funksional, daha rahat və təhlükəsiz edəcək Əşyaların İnterneti prinsipinə əsaslanan “Azercell Ağıllı Ev” məhsulunu nümayiş etdirir. Bu xidmət sizə istənilən yerdən bir tətbiq vasitəsilə işıqlandırma, cərəyana qoşulma, temperatur və
otaqdakı hərəkətlərə tam nəzarət imkanı verərək, gündəlik həyatınızı rahatlaşdırır, təhlükəsiz bir evdə yaşamağınıza zəmanət verir.
Azercell təhsil və əyləncə məzmununu bir məhsulda cəmləyən “Azercell Kids” eksklüziv xidməti ilə həm valideynləri, həm də uşaqları sevindirir və ən etibarlı rəqəmsal mühiti kəşf etmək üçün bu stendə dəvət edir. Həmçinin ziyarətçilər xüsusi qulaqcıqlar vasitəsilə “Bookmate” tətbiqinin tərkib hissəsi olan “Audio kitab" xidməti çərçivəsində zəngin dünya ədəbiyyatının audio yazılarından elə məkanı dəyişmədən zövq ala bilərlər. Keyfiyyətli mobil oyunları Azercell abunəçiləri üçün daha əlçatan edən “Azercelloyunlar”, öz mobil hesabını idarə etmək üçün nəzərdə tutulan rahat “Kabinetim” mobil tətbiqi, kino və televiziya aləminə qapı açan “ivi” xidmətləri də stendin xüsusi zonasında nümayiş etdiriləcək.
Korporativ Biznes Seqmenti zonası
Rəqəmsal məhsulların yeni nəslini təqdim edən Azercell bütün mövcud və potensial biznes müştərilərini xüsusi guşədə qarşılayır. Bura Azercell-in korporativ seqment strukturunun nümayəndələri ilə danışıqlar aparılması üçün ideal bir yer olmaqla yanaşı, həm də şirkətin biznes müştərilərini özrəqəmsal xidmətləri ilə yaxından tanış etmək üçün ən əlverişli məkandır.
Rəqəmsal həllər təminatçısı olan “Azercell Telekom” MMC Azərbaycanda ilk dəfə Əşyaların İnterneti texnologiyasına əsaslanan “Nəqliyyat vasitələrinin idarəedilməsi və nəzarəti” xidmətini təqdim edir. Yeni servis nəqliyyat parklarına malik sahibkarlıq müəssisələrinə parklarının tam idarəedilməsi imkanını verir.
Yeni həll nəqliyyatın növündən asılı olmayaraq, müxtəlif sahəyə aid istənilən miqyaslı nəqliyyat parklarını əhatə edir. Mükəmməlləşdirilmiş real zaman interfeysi ilə “Nəqliyyat vasitələrinin idarəedilməsi və nəzarəti” xidməti sürücülərin və nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin edərək, müəssisələrin məhsuldarlığını artırmağa və əməliyyat xərclərini azaltmağa müvəffəq olacaq.
“Nəqliyyat vasitələrinin idarəedilməsi və nəzarəti” xidmətinin iş prinsipi:
“Nəqliyyat vasitələrinin idarəedilməsi və nəzarəti” müəssisələrə real zamanda korporativ nəqliyyat vasitələrinin vəziyyətini, marşrutu, səfər müddətini və yanacaq sərfiyyatını izləmək imkanı yaradır. Bundan əlavə, bu xidmət vasitəsilə nəqliyyat vasitələrinin mexaniki hissələri, mühərrik işləməsi və hətta batareya gərginliyinin göstəricisi haqqında da məlumat əldə etmək olar. “Nəqliyyat vasitələrinin idarəedilməsi və nəzarəti” xidməti həm də sürücülük davranışını (sürət həddi, sərt tormozlama və kəskin sürətlənmə) qeydə alır, ətraf-mühitə qarşı münasibətdə daha dostyana sürücülük vərdişlərinə yiyələnməyə kömək edir. Üstəlik, qəza və ya fövqəladə vəziyyət olduğu zaman xidmət avtomatik şəkildə həyəcan siqnalı göndərir.
Qeyd etmək lazımdır ki, Azercell korporativ müştəriləri üçün "Biznesim" tarif paketləri, "Biznesim Sosial şəbəkə paketləri", "Biznesim Ayrılmış İnternet Xətti" və "Biznesim Veb" xidmətləri kimi rəqəmsal məhsullar təklif edir. Azercell Azərbaycan şirkətlərinin əsas tərəfdaş seçimi olmağı hədəfləyərək, onlara internetin geniş imkanları, şirkətdaxili limitsiz danışıqlar və sərfəli qiymətlər
təqdim edir.
Ən uyğun tarif və internet paketi seç
Burada Azercell nümayəndələri müştərilərə ən uyğun məhsul və xidmətlər seçməkdə bələdçilik edir. Bu zonada müştərilər səs və internet xidmətlərinin aktiv istifadəçilərinə hədsiz imkanlar bəxş etməklə yanaşı, rabitə xərclərini azaltmaq fürsəti yaradan "Sərbəst" tarif paketi, eləcə də gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən İnternet paketləri ilə tanış ola bilər.
iPhone zonası
“Apple İnc” şirkətinin Azərbaycandakı eksklüziv telekom tərəfdaşı olan Azercell, bu guşədə iPhone pərəstişkarlarını salamlayır. Şirkət sərgi iştirakçılarına qabaqcıl texnologiyaları və istifadə rahatlığını özündə birləşdirən yeni iPhone modelləri ilə yaxından tanış olmaq fürsəti yaradır.
Azercell komandasına qoşulun
Azercell-in İnsan Kapitalının İdarəedilməsi departamentinin mütəxəssisləri çevik komandaya qoşulmaq arzusunda olan şəxsləri sərgidə gözləyəcək, onlara karyera imkanları və mövcud vakansiyalar, həmçinin məhz tələbələr üçün hazırlanan tələbə proqramları barədə geniş məlumat verəcək. Rəqəmsal gələcəyi bizimlə qurun!
Əyləncə Zonası
Rəqəmsallaşma ruhu əyləncə zonasında da hiss olunur. Burada Azercell həm böyüklər, həm də uşaqlar üçün əyləncəli rəqəmsal oyunlar təqdim edir. Bundan əlavə, Azercell bütün idman həvəskarlarını bu guşədə gözləyir və interaktiv futbol oyunu ilə öz təcrübələrini artırmağa səsləyir.
Ziyarətçilərə 5G texnologiyasının canlı təcrübəsini təqdim edən Azercell hər kəsi texnoloji yeniliklər dünyasından zövq almağa dəvət edir. Gələcəyi formalaşdıran texnologiyanın şahidi olmaq və beşinci nəsil simsiz şəbəkənin tam gücünü hiss etmək fürsətini qaçırmayın!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Bu gün, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Bu gün, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Bu gün, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Bu gün, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Bu gün, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Bu gün, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Bu gün, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Bu gün, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Bu gün, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Bu gün, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Bu gün, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Bu gün, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Bu gün, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Bu gün, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Bu gün, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Bu gün, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Bu gün, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Bu gün, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Bu gün, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Bu gün, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Bu gün, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Bu gün, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06 |
|
|
|
• Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02 |
|
|
|
• “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57 |
|
|
|
• Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53 |
|
|
|
• 26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53 |
|
|
|
• Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47 |
|
|
|
• Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39 |
|
|
|
• Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38 |
|
|
|
• Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35 |
|
|
|
• Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32 |
|
|
|
|