Naxçıvan DİN-in əlindən qaçıb ERMƏNİLƏRƏ SIĞINDI... - ŞOK MƏLUMAT
Tarix: 6-04-2022, 12:37 | Çap et
Dünəndən Naxçıvan DİN-nin rəhbərliyi tikan üstündə oturub. Buna səbəb Ordubad rayonunun Gilançay kəndinin Vəli Əliyev (ad şərtidir) adlı sakininin yoxa çıxmasıdır. Soruşa bilərsiniz: Naxçıvandan gündə yüzlərlə, minlərlə adam cəlai-vətən olub xarici dövlərlər qaçır, dolayısıyla “yağlı əppək” olub göyə çəkilir. Burda nə var ki, Vəlinin yoxa çıxması Naxçıvandakı istibdad rejimini bu qədər narahat etsin? Məsələ burasındadır ki, Vəlinin yoxa çıxması Naxçıvan əhlinin alnına yazılmış gündəlik hadisələrdən deyil. Əvvəla, ona görə ki, Gilançay sakini Muxtar Respublika DİN-in sıxışdırması nəticəsində və polislərin əlindən yaxasını qurtararaq kənddən qaçıb. İkincisi ona görə ki, Vəli qaçarkən üzünü nə İrana, nə də Türkiyə, məhz Ermənistan istiqamətinə tutub. Hadisənin təfsilatına gəlincə, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindəki adının çəkilməsini istəməyən mənbəmizdən aldığımız məlumata görə, Ordubad rayon sakini 55 yaşlı Vəli Əliyevin evində axtarış aparılarkən külli miqdarda silah-sursat aşkarlanıb. Maraqlıdır ki, axtarışı Ordubad rayon Polis İdarəsi yox, Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları aparıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində evdən 450 ədəd istifadəyə yararlı mərmi, 2 ədəd ov silahı, 2 ədəd kamuflaj geyimi, 3 ədəd ov üçün tələ və 60 kq ov əti (dağ keçisi) aşkar edilərək götürülüb. Bundan sonra vətəndaş Naxçıvan şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gətirilib. Hadisə ilə bağlı 1-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Şəmsi Mirzəliyev Naxçıvan MR Daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılova məruzə edib. Rəşad İsmayılov isə öz növbəsində şəxsin əməlində cinayət tərkibi olduğunu bildirib və vətəndaşa yalnız bir yolla bağışlana biləcəyi mesajını çatdırıb: külli miqdarda əfv pulu. İddiaya görə, Naxçıvan 1-ci Polis Bölməsinin əməkdaşları saxladıqları vətəndaşa açıq-aşkar bildiriblər ki, cənab nazir Rəşad İsmayılov özünə yeni villa alır və pulu da ona görə istəyir. Vətəndaş Vəli Əliyevin isə “tamahkarı hiyləkər aldadar” məntiqindən çıxıb edərək, “cənab nazir”i “dimdiyindən tora salmaq” planı qurub. Polislərə evində 2 ədəd istifadəyə yararlı SVD snayperinin və 1 ədəd Kalaşnikov avtomatının olduğunu bildirib və sərbəst buraxılacağı təqdirdə onları da könüllü təhvil verəcəyini deyib. Məsələ yenidən nazir Rəşad İsmayılova məruzə edilib və Rəşad müəllim də buna razılıq verib. Beləcə, dünən 05.04.2022 ci il tarixdə polis əməkdaşları Vəli Əliyevlə birlikdə onun evinə tərəf yola düşüblər. Vəli Əliyev yaşadığı kəndin girişinə çatanda yolun kənarındakı atı göstərərək polis əməkdşalarına bir ricada bulunub: "Atım bir neçə gündür orada bağlıdır. İcazə verin, ona su verim gedək". Polis əməkdaşları isə buna razılıq veriblər. Atın yanına çatan Vəli Əliyev ata minərək Azərbaycan-Ermənistan sərhədinə doğru çapıb. Səhər saatlarından etibarən Naxçıvan Şəhər Polis İdarısinin, Ordubad Rayon Polis Şöbəsinin, Daxili Qoşunları Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının əməkdaşları sərhəd boyu Vəli Əliyevi axtarıblar. Hətta axtarış tədbirlərində Naxçıvan MR daxili işlər naiziri Rəşad İsmayılov da iştirak edib. Amma nə atı, nə vətəndaşı gördüm deyən olmayıb. Naxçıvan DİN-i ən çox narahat edən də elə vətəndaşın Ermənistana keçmə ehtimalıdır.
Mənbəmiz çiçəyi burnunda olan nazirin səhlənkarlığının bütün günahını Ali Məclisinin hüquq şöbsəsinin müdiri Cəlil Rüstəmovda görür. “Niyə”sini isə belə əsaslandırır: “Rəşad İsmayılovun pul hərisliyi ucbatından bir vətəndaş məcbur olaraq Ermənistana tərəf qaçıb. Həmin vətəndaşın sağ və ya ölü olması məlum deyildir. Naxçıvan Ali Məclisinin hüquq şöbsəsinin müdiri Cəlil Rüstəmov "polis sahə inspektorlarına çanta verərkən" bundan əvvəlki iki nazirin fəaliyyətini yarıtmaz olaraq qiymətləndirmişdi. Hörmətli Cəlil müəllim, istər Əhməd Əhmədov, istərsə də Fazil Ələkbərovun qondarma da olsa generallıq və nazirlik təcrübəsi var idi. Sənin kirvən olan Rəşad İsmayılovun isə heç bir idarəetmə qabiliyyəti yoxdur. Cəlil Rüstəmov və Rəşad İsmayılov siz nə bilirnisiz axı dövlət nədir, dövlətçilik nədir, dövlət idrarəetməsi nədir?”. Mənbəmiz sonda söz verdi ki, Rəşad İsmayılov nazir təyin olunandan bəri keçən son 3 ay ərzində Naxçıvan DİN-də kimlərdən nə qədər rüşvət alındığı barədə bizə müfəssəl məlumatlar verəcək: “Fazil Ələkbərov güya "pul haqq-hesabına" görə vəzifəsindən azad oldu. Ay, Cəlil və Rəşad müəllim, sizin Fazil Ələkbərovdan, Mustafa Mustafayevdən, Elnur İsmayılovdan fərqniz nədir?”. Naxçıvan MR DİN-nin və el arasında “Gestapo” ləqəbilə məşhur olan Cəlil Rüstəmovun bu suala cavabını məmnuniyyətlə dərc etməyə hazırıq. //OVQAT.COM//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Bu gün, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Bu gün, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Bu gün, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Bu gün, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Bu gün, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Bu gün, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Bu gün, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Bu gün, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Bu gün, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Bu gün, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Bu gün, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Bu gün, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Bu gün, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Bu gün, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Bu gün, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Bu gün, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Bu gün, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Bu gün, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Bu gün, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06 |
|
|
|
• Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02 |
|
|
|
• “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57 |
|
|
|
• Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53 |
|
|
|
• 26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53 |
|
|
|
• Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47 |
|
|
|
• Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39 |
|
|
|
• Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38 |
|
|
|
• Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35 |
|
|
|
• Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32 |
|
|
|
• ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29 |
|
|
|
• "Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22 |
|
|
|
• Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19 |
|
|
|
|