Ziya Məmmədovun `BADIMCAN` KORRUPSİYASI... - Hələ də HESABI SORULMUR...
Tarix: 23-05-2022, 10:45 | Çap et
Bir neçə il öncə ölkəyə “London taksi”ləri gətirilməyə başladı. O dövrdə hamı tərfifləyirdi. Hətta bəhbəhlə ölkə başçısına da təqdim etdilər. Amma bir müddət sonra, hamı başa düşməyə başladı ki, bəs bu “London taksiləri” heç də sərfəli deyilmiş. Yavaş-yavaş bu taksiləri sıradan çıxarmağa başladılar. Bu gün isə Binəqədi qəsəbəsində “London taksisi” qəbirstanlığı yaranıb. Bəli, yalnış anlamadınız, sözün əsl mənasında qəbirtsanlıq. Sınıq salxaq, sıradan çıxmış, istismara yarasız və yararlı bütün onlarla “London taksiləri” bu “qəbirstanlığa” yığılır. “London taksiləri”nin növbəti partiyası, 2020 -ci ilə Bakıya gətirildi. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən ''Bakı Taksi Xidməti'' MMC-nin sifarişi əsasında Böyük Britaniyanın “London EV”(LEVC) şirkətindən 100-ə yaxın avtomobuil alınaraq Bakıya gətirildi. “London taksilərinin” qiyməti haqqında heç bir məlumat verilməsə də, “London EV”-i şirkətinin saytında qeyd edilir ki, bu model avtomobillərin qiyməti 54 690 funt-sterlinq (110 000 manat) ilə 60 695 funt-sterlinq (122 000 manat) arasında dəyişir. diaaz.space-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, London taksilərini keçmiş Nəqliyyat Nazir Ziya Məmmədov və onun biznes ortağı “Hafka” ləqəbi ilə tanınan Hafiz Məmmədov gətirirdi. Onlar Azərbaycanda taksi fəaliyyətinin təkmilləşdirilməsi üçün belə bir addım atdılar.
“Bildiyimə görə, o vaxt 1000 avtomobil gətirilmişdi. Sonradan Dövlət Gömrük Komitəsindən möhlət istədilər ki, avtomobillərin ölkəyə buraxılmasına və istismarına icazə verilsin, işlədikcə onların gömrük qeydiyyatından keçirilməsi həyata keçirilsin. Ancaq söz verib, aldatdılar. Yalan danışdılar. Həmin avtomobillər 2015-ci ildə keçirilən yarışlarda da istifadə olundu. Və söz verdilər ki, bundan sonra həll olunacaq. Amma yenə də həll etmədilər, Gömrük qeydiyyatını həyata keçirmədilər. Və beləcə Gömrük Komitəsi də o avtomobilləri cərimə meydançalarına yığdı ki, nə zaman qeydiyyatdan keçərilərsə, o zaman azad edilər.
Bir miqdarını qeydiyyatdan keçirmişdilər. Sonra da onları sadə vətəndaşlar da ala bildi. Yəni əvvəlki sürücülər o avtomobili 15-16 minə ala bilirdi. Alıb özəlləşdirdilər, rəngini dəyişdilər. Bir çox yeniliklər etdilər. İndi siz şəhərdə həmin avtomobillərin müxtəlif rənglərini görə bilərsiniz. Həmin avtomobillər şəxsi sayılır. İndi onlardan taksi kimi də istifadə edənlər var, şəxsi maşın kimi də” - deyə ekspert bildirib. Onun sözlərinə görə, son zamanlar Rəqəmsal İnkişaf Nazirliyi həmin avtomobillərin birçoxu ilə bağlı artıq qayda qanun yaratmağa çalışır.
“Bir müsəsisə yaradılıb. Həmin müəssisə, bu taksiləri restavrasiya və təmir edir. İçində salamatı varsa, onları təmir edib, yenidən istismara cəlb edirlər. Bu proses bir neçə aydır ki, davam edir. O taksilərin bir neçəsi də xidmətdədir. ““Bakı taksi MMC” bu işi həyata keçirir. Çox güman ki, nə qədər ələ gələn və salamat taksi varsa, onlar cari təmir işlərindən sonra normal qaydada istismar olunacaq.
O vaxt boş yerə milyonlarla vəsaiti xərclədilər. Ziya Məmmədov, bunu Hafiz Məmmədovun boynuna atdı. Hafiz Məmmədov da Ziya Məmmədovu günahlandırdı. Heç biri sahib çıxmadı və o pullar havaya sovrulmuş kimi oldu. Yəni milyonlarla pul məhv oldu, havaya getdi. Səmərəli şəkildə ondan istifadə edə bilərdilər. Çünki onların sistemli yanaşması yox idi. Nabələd insanları gətirib o sahəyə rəhbər təyin edirdilər. Onlar da nəzarət edə bilmədiklərinə görə, sürücülər o avtomobilləri bərbad günə saldılar.
İndi Binəqədi rayonunda bəzi yerlərdə görə bilərsiniz, sanki London taksilərinin qəbirstanlğı yaranıb Baxaq görək Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi nə edəcək. Düzdür, o 1000 avtomobilin hamısını ələ gətirmək mümkün deyil. Amma bir hissəsini təmir edib, istismar etmək olar” - deyə ekspert bildirib.
Qeyd edək ki, məsələ ilə bağlı “Bakı Taksi Xidməti”nə sorğu göndərdik. Cavab gələcəyi təqdirdə, sizinlə paylaşacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Bu gün, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Bu gün, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Bu gün, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Bu gün, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Bu gün, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Bu gün, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Bu gün, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Bu gün, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Bu gün, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Bu gün, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Bu gün, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Bu gün, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Bu gün, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Bu gün, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Bu gün, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06 |
|
|
|
• Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02 |
|
|
|
• “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57 |
|
|
|
• Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53 |
|
|
|
• 26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53 |
|
|
|
• Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47 |
|
|
|
• Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39 |
|
|
|
• Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38 |
|
|
|
• Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35 |
|
|
|
• Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32 |
|
|
|
• ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29 |
|
|
|
• "Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22 |
|
|
|
• Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19 |
|
|
|
• “Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” - Keçmiş diplomat
Bu gün, 15:17 |
|
|
|
• Həyat yoldaşı Niyazi Mehdidən danışdı - Ayağı kəsilə bilər
Bu gün, 15:16 |
|
|
|
• Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar - BU NƏDİ BELƏ?..
Bu gün, 15:09 |
|
|
|
• Rusiyanın xəritə təklifini qəbul etmək olmaz - ÇÜNKİ...
Bu gün, 14:00 |
|
|
|
• Müəllimlər narazıdır: - "Elə nazirlikdə də qəribə proseslər baş verir"
Bu gün, 13:58 |
|
|
|
|