Ağcabədidə NƏLƏR BAŞ VERİR... - İLGİNC İDDİALAR...
Tarix: 26-05-2022, 11:33 | Çap et
İndi haqqında bəhs edəcəyimiz Ağcabədi Rayon Mərkəzi Xəstəxanası haqqında, qısa məlumat vermək istəyirik. Mərkəzi Xəstəxananın əsas binası 2013- cü ildə tikilmiş, hal-hazırda əhalinin istifadəsindədir. Rayon Mərkəzi xəstəxanası 18 şöbədən ibarətdir. 1.Cərrahiyyə şöbəsi 40 çarpayılıq 2.Terapiya şöbəsi 40 çarpayılıq 3.Pediatriya şöbəsi 30 çarpayılıq 4.Lor şöbəsi 10 çarpayılıq 5.Mama-ginekoloji şöbə də 2 hissədən ibarətdir. Doğum şöbəsi 30, ginekoloji şöbə 10 çarpayılıqdır. 6.Onkoloji şöbə 10 çarpayılıq 7.Anesteziologiya-reanimasiya şöbəsi 15 çarpayılıq 8.Hemodializ şöbəsi 5 çarpayılıq 9.Yoluxucu xəsəliklər şöbəsi 15 çarpayılıq 10.Vərəm şöbəsi 15 çarpayılıq. Özünüz də gördünüzmü, söhbət hansısa əyalət, ucqar kənd xəstənanasından deyil, müasir tələblərə cavab verən xəstəxanadan gedir. Və xəstəxananın hər bir işçisi dövlətdən əmək haqqı alır. Ağcabədi rayon Mərkəzi xəstəxanası üzrə 125 nəfər həkim çalışır. 472 nəfər orta tibb işçisinin 17 nəfəri laborant, 62 nəfəri mama, 35 nəfəri feldşer, 1 nəfər diş texniki, 2 nəfəri əczaçı, 2 nəfəri rentgen texniki, 3 nəfəri anestezist, 350 nəfəri isə tibb bacısıdır. Ötən yazımızda Agcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Təranə Məmmədova haqqında bir çox məlumatları oxucularımızın nəzərinə çatdırmışdıq. Hətta onu da bildirmişdik ki, Təranə Məmmədovanı bu işlərdə kim himayə edir. Bəli, həmin himayə olunan və himayə edən şəxslərin də himayə edənləri var imiş. Söhbət Agcabədi Rayon Səhiyyə İdarəsinin, yəni Təranə Məmmədovanın rəhbəri Paşayev Cəsur Əşrəf oğlundan gedir. Cəsur Paşayev İmişli Rayon Mərkəzi Xəstəxanasının direktoru olub. Saatlı və Sabirabad rayonlarında məlum pambıq zəhərlənmələri zamanı, xəstələri kütləvi şəkildə İmişli xəstəxanasına yerləşdirmişdilər. Həmin xəstələrdən dünyasını dəyişəndə olub, şəfa tapan da. Həmin vaxt çox çətin bir dövr olsa da, onda da Cəsur Paşayev vəzifəsinin öhdəsindən gələ bilməmişdir. Nədənsə hansısa sehrli əllər birdən-birə Cəsur Paşayevi, Ağcabədi Səhiyyə İdarəsinə direktor vəzifəzinə gətirdi. Hal-hazırda Cəsur Paşayevlə Təranə Məmmədova işlərini elə qurublar ki, "müəllifi" olduqları işlərin hamısı öz nəticəsini göstərir. Məlumatlı şəxslər onu da bildirirlər ki, son zamanlar Cəsur Paşayevlə, Təranə Məmmədovanın böyük bir problemi yaranıb. Böyük dərman maxinasiyası baş verib. Yüngül bir araşdırma hər iki həkimi həbsxanaya apara bilər. Məlumatlı şəxs onu da bildirdi ki, deyəsən onların dərman problemlərindən yuxarının da xəbəri var. Amma Cəsur Paşayev Təranə Məmmədovaya bildirib ki, mənim bacanağım generaldır, Ədliyyə Nazirliyində işləyir. Mən ona xahiş edəcəm, bizə kömək etsin. Biz bir araşdırmaçı jurnalist olaraq onu qeyd etmək istəyirik ki, edilən hər hansı bir qeyri qanuni əmələ görə cinayət məsuliyyəti nəzərdə tutulur. İstər Ədliyyə generalının bacanağı ol, istərsə də Mozanbikli qaçqının əmisi oğlu, hec fərqi yoxdur. Elə həkimlər var ki, ankoloji olmayan xəstələrə rəy verirlər və onu əlil kimi təqaüdə çıxarırlar. Adını da qoyurlar sol süd vəzinin yuxarı bayır kvadratının bədxassəli törəməsi. Əldə etdiyimiz məlumatlardan bəlli olur ki, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında özbaşınalıqlar sərhəd tanımır. Əmək Və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev bir tərəfdən əlillik dərəcələrini ləğv etsə də, o biri tərəfdən Təranə Məmmədova və Cəsur Paşayev kimilər siyahını daha da artırır. Ötən yazımızda Təranə Məmmədovanın qeyri qanuni əməlləri haqqında məlumatlar vermişdik. Məlumat üçün onu da qeyd edək ki, Təranə Məmmədova həm səhiyyənin direktor müavini, həm də və ƏN ƏSASI tibbi komissiyanın ( Tibbi-Sosial Elspert Komissiyası ) sədridir. Yəni Təranə Məmmədova istəsə qələmi ilə sağlamı zəlil, əlili isə sağlam edə bilər. Təsəvvür edirsiniz, Təranə Məmmədova sağlam şəxsləri guya Maştağada Ruhi Dispanserdə yatmaq, müalicə olunmaq adı ilə saxta yolla sənədləşdirir və sonra həmin şəxsi əlil adı ilə təqaüdə çıxardır. Və beləcə dövlət büdcəsinə yüz minlərlə ziyan vurur. Kimin şübhəsi varsa, redaksiyamıza təqdim olunan siyahıya baxa bilər: 1. Qasımov Camal Tapdıq oğlu, 2. Kazımova Aidə Alış qızı, 3. Əliyev Əli Mirzə oğlu, 4. Ağayarov Ruslan Ziyadxan oğlu və s. Bəli, bu yolla Baş həkim Təranə Məmmədova külli miqdarda pul qazanır, dövlət büdcəsini isə külli miqdarda ziyana salır. Axı biz yuxarıda qeyd etdik ki, Təranə Məmmədova ilə Cəsur Paşayev birləşərək çox dəhşətli işlərə imza atırlar. Bir soruşan yoxdur ki, bu qadın kimdir ki, ölkə qanunlarını saymır, bu boyda cinayət əməllərinə yol verir. Bəli, neçə illərdir Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə Nazirlikləri sövdələşərək minlərlə vətəndaşı saxta yolla təqaüdə çıxarıblar. Bu dövlət büdcəsinə vurulan milyonlarla ziyan deməkdir. Məhz bu səbəbdən sabiq “əmək naziri” vəzifəsindən azad edildi və üstəlik neçə ildir ki, həbsxana həyatı yaşayır. Səhiyyə naziri Oqtay Şirəliyev isə vəzifəsindən çıxarılmaqla canını qurtara bildi. Və yeni “əmək naziri” olan cənab Sahil Babayev isə Səlim Müslümovun səhvlərini düzəldərək “paçka-paçka” əlili əlillikdən məhrum edir və özünü Kürdəxanı türməsinin kameralarında yaşamağa hazırlayır. Beləcə, bu dairə qapanmaq bilmir. Elə bilirsiniz ki, ölkədə Təranə Məmmədova kimi baş həkimlər, Cəsur Paşayev kimi direktorlar birdi, ikidi...? İndi də Təranə Məmmədova təzə metod tapıb. Özündən yuxarılara razılıq məktubları gondərtdirir, özünü təriflədir, sanki səhiyyə sisteminin ən pak nümunəsidir. Amma Təranə Məmmədova və Cəsur Paşayev, inanırıq ki, sizin törətdikləriniz yaxın günlərdə Hüquq Mühafizə Orqanları tərəfindən araşdırılaraq öz hüquqi qiymətini alacaqdır. Nə qədər ki, gec deyil törətdiyiniz əməllərin siyahısını azaldın. Növbəti yazımızda Təranə Məmmədovanın və Cəsur Paşayevin özbaşınalıqlarının acı nəticələri yazısını dərc edəcəyik. Bizi izləyin. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Bu gün, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Bu gün, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Bu gün, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Bu gün, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Bu gün, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Bu gün, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Bu gün, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Bu gün, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Bu gün, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Bu gün, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Bu gün, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Bu gün, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Bu gün, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Bu gün, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Bu gün, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06 |
|
|
|
• Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02 |
|
|
|
• “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57 |
|
|
|
• Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53 |
|
|
|
• 26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53 |
|
|
|
• Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47 |
|
|
|
• Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39 |
|
|
|
• Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38 |
|
|
|
• Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35 |
|
|
|
• Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32 |
|
|
|
• ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29 |
|
|
|
• "Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22 |
|
|
|
• Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19 |
|
|
|
• “Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” - Keçmiş diplomat
Bu gün, 15:17 |
|
|
|
• Həyat yoldaşı Niyazi Mehdidən danışdı - Ayağı kəsilə bilər
Bu gün, 15:16 |
|
|
|
• Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar - BU NƏDİ BELƏ?..
Bu gün, 15:09 |
|
|
|
• Rusiyanın xəritə təklifini qəbul etmək olmaz - ÇÜNKİ...
Bu gün, 14:00 |
|
|
|
• Müəllimlər narazıdır: - "Elə nazirlikdə də qəribə proseslər baş verir"
Bu gün, 13:58 |
|
|
|
|