Əliyevin həmləsindən sonra geri addım: .....                     Paşinyan etiraf etdi: Trampla görüş alınmadı .....                     Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır .....                     Kanadadan Bakıya həyasız tələb .....                     Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib .....                     Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı .....                     ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! .....                     "Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" .....                     Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır .....                     “Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” .....                     Həyat yoldaşı Niyazi Mehdidən danışdı .....                     Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar .....                     Rusiyanın xəritə təklifini qəbul etmək olmaz .....                     Müəllimlər narazıdır: .....                     Rusiyanın müttəfiqliyə zidd addımları: .....                     Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? .....                     Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var .....                     Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır .....                     Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var .....                     Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... .....                     "Fransa erməni revanşizmini dəstəkləyir" .....                     Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Tramp BRİKS-i hədələdi .....                     Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ .....                     Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş .....                     Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb .....                     Paşinyan Trampla “səhər yeməyinə” qaçır .....                     Şahin Bağırov onların rütbəsini artırdı .....                     Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, .....                     DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib .....                     Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər .....                     Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... .....                     Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... .....                     Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi .....                     AŞPA özünü dərin böhrana sürükləyir .....                     Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... .....                     Daha iki il sərhədimizdə .....                     AŞPA-da meydan ermənilərə qalıb .....                     "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" .....                 

Beyləqanda müdiri ifşa edən işçinin başına oyun açırlar... - GİLEY
Tarix: 13-06-2022, 09:44 | Çap et
Beyləqanda müdiri ifşa edən işçinin başına oyun açırlar...
"Məsələn, "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rayonda 200-dən çox artezian quyusu var. Həmin quyuların sayğaclarındakı rəqəmlər hər ay 2-3 dəfə şişirdilir, bir müddətdən sonra izi itirmək üçün həmin sayğaclar qəsdən yandırılır. Hərbi hissələr var ki, yerləri dəyişdirilib, köhnə hərbi hissələrin sayğacları yoxdur, deyək ki, orda təkcə gözətçi qalır. Sayğac və binada fəaliyyət olmadığı halda şişirdilmiş rəqəmlərlə işıqpulu yazılır. Halbuki, bir gözətçi o binada nə qədər işıq işlədir ki? Bu rəqəmlər gəlib mənə çatanda, onları sistemə vurmaqdan imtina edirdim, deyirdim, bu rəqəmlər şişirdilib. Bu da şəbəkə rəhbərliyinin xoşuna gəlmirdi”.

Beyləqan sakini, Füzuli Həsənov Meydan TV-yə danışır ki, Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Beyləqan Elektrik Şəbəkəsinin rəhbərliyinin qanunsuz əməllərini ifşa etdiyinə görə işsiz qalıb.

Onun sözlərinə görə, şəbəkəyə yeni rəhbərlik gələndən qanunsuzluqlar çoxalıb. O da bu barədə müxtəlif qurumlara yazıb:

"Beyləqan Elektrik Şəbəkənin rəisi Zülfü Salahov, Satış şöbəsinin rəisi Anar Mirzəyev, Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elnur Həsənov əlbir olaraq qanunsuzluqlarla məşğul idilər. Mənsə onlardan bu qanunsuzluqları dayandırmağı tələb edirdim”.

"Mən informasiya mühəndisiydim, onların bütün qanunsuzluqlarını görən bəlkə də yeganə işçiydim. Çünki bütün məlumatlar gəlib məndən keçirdi. Onlar çox vaxt məni də bu qanunsuzluqlara ortaq olmağa məcbur edirdilər, mən isə razı olmurdum. Buna görə də məndən zəhlələri gedirdi, çünki əl-ayaqlarına dolaşırdım”.
Füzuli Həsənov deyir ki, onlardan DTX-ya, digər qurumlara yazmağa başlayanda bu adamlar da onu hədələməyə başlayıblar:

"Dedilər, səni ləkələyib işdən Əmək Məcəlləsinin 70c bəndiylə qovacağıq, əmək kitabçanı korlayacağıq, heç yerdə səni işə götürməyəcəklər”.

Keçmiş işçi deyir, şəbəkənin rəisi 2020-ci ilin oktyabrında, satış şöbəsinin rəisi Anar Mirzəyevsə 2021-ci ilin avqustunda həmin vəzifələrə təyin olunub. Elə həmin vaxtdan da şəbəkədəki qanunsuzluqlar, rüşvət halları artıb:

"Mən bunların qanunsuz əməllərindən yazdıqca, bunları çağırıb sorğu-sual etməkdənsə, vəzifələri artırılır. Anar Mirzəyev əvvəllər Bakının Xətai rayonunda işləyib, qanunsuz əməllərinə görə işdən çıxarılıb, sonra nə yollasa Füzuliyə göndərilib. Orda da düzgün işləməyib, işdən çıxarılaraq bizə – Beyləqana göndərilib. Mənim qurumlara yazdığım məktublardan sonra – bu ilin martında qanunsuz əməllərini ört-basdır etmək üçün Zərdaba göndərilib”.

Füzuli Həsənovun sözlərinə görə, elə onun özü də bu ilin martından işsiz qalıb:

"Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elnur Həsənov martın əvvəli məni yanına çağırıb dedi ki, sənin işin çətindir. Hamıyla düşmən olmusan, münasibətləri korlamısan. Biz məcburuq ki, səni maddəylə işdən çıxaraq, əmək kitabçan korlanacaq, özünə iş tapa bilməyəcəksən. Gəl özün ərizə yaz, narahat olma, işsiz qalmayacaqsan, başqa şəbəkəyə keçirərik. Mən də düşündüm ki, sonradan işsiz qalmaqdansa, ərizə yazım, bəlkə ən doğru yolu bu olar. Ərizəmi yazan kimi əmrimi verdi, özümü də qovdu”.

Füzuli Həsənov deyir, bu ilin yanvarından DTX-ya, DİN-ə, Baş Prokurorluğun Korrupsiya İdarəsinə, Müdafiə Nazirliyinə, Meliorasiya və Su Təsərrüfatı ASC-yə, "Azərişıq” ASC-yə elektron məktublar göndərib. Ancaq həmin qurumların heç biri məsələ ilə maraqlanmayıb:

"Yalnız zəng vuraraq bildiriblər ki, müraciətiniz quruma çatdı. Vəssalam. Nə bir maraqlanan var, nə də araşdıran…”.

Ancaq iş yoldaşları da Füzuli Həsənovdan qurumlara şikayətlər yazıblar:

"Mən o şəbəkədə 6 rəis, iki regional rəis dəyişmişəm, qüsursuz işləmişəm, 12 ildə bircə dəfə də töhmətim olmayıb. Mənə böhtan atırdılar ki, guya kiməsə xətt satmışam, rüşvət almışam, rəqəmləri saxtalaşdırmışam. Halbuki, bunların heç biri mənim vəzifəmə aid deyil. Mənim işim kompüter mühəndisliyidir, abonentə necə xətt sata bilərəm? Yaxud, kompüter mühəndisi hansı işə görə rüşvət ala bilər? Mənim sahəmdə rüşvət verilməsi üçün heç nə yoxdur axı…”.
Füzuli Həsənov mart ayından işsiz qalıb və çətinliklərə düşdüyünü deyir:

"İki övladım var, ikisi də nitq qüsurludur, 5-6 yaşları var, danışmırlar. Onların müalicəsi üçün bankdan 8 min manat kredit götürmüşəm, işləyib kreditimi ödəyirdim, indi borcların qarşısında çarəsiz qalmışam. Uşaqların müalicəsi dayanıb. Mənim bircə yolum qalıb ki, gəlib "Azərişıq” ASC-nin qarşısında aksiya keçirim. Bir var yararsız kadr olasan, çıxarıb atalar çölə. Bir də var, dediyim kimi, 12 il qüsursuz, töhmətsiz işləmişəm. Həmişə qanuna hörmətlə yanaşmışam, özbaşınalığa etiraz etdiyim üçün məni işsiz qoyublar. Fakrlar yazıram ki, bu adamlar belə edir, baxan da yoxdur”.

Beyləqan Elektrik Şəbəkənin rəisi Zülfü Salahov Meydan TV-yə bildirib ki, Füzuli Həsənovun özünün fəaliyyətində neqativ hallar olub:

"Əslində o neqativ hallarla bağlı işdən çıxarılmalıydı. Ancaq öz ərizəsiylə işdən çıxdı. İşdən çıxandan sonra da yazdıqlarıyla bağlı araşdırma olub, izahat verib ki, əsəbləşib yazmışam”.

Füzuli Həsənovsa keçmiş rəisinin yalan danışdığını bildirib: ""Azərişıq” ASC-dən zəng vurub dedilər ki, belə bir şeylər yazmısan, əsəbi olub yazmısan, gəl bir izahat yaz ki, əsəbi olmuşam, mən dediklərini etmədim”.

Meydan TV










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49
Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47
Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39
Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38
Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35
Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32
ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29
"Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22
Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19
“Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” - Keçmiş diplomat
Bu gün, 15:17
Həyat yoldaşı Niyazi Mehdidən danışdı - Ayağı kəsilə bilər
Bu gün, 15:16
Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar - BU NƏDİ BELƏ?..
Bu gün, 15:09
Rusiyanın xəritə təklifini qəbul etmək olmaz - ÇÜNKİ...
Bu gün, 14:00
Müəllimlər narazıdır: - "Elə nazirlikdə də qəribə proseslər baş verir"
Bu gün, 13:58
Rusiyanın müttəfiqliyə zidd addımları: - Yaxud baltanı “öz ayağına vuranlar"
Bu gün, 13:12
Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? - RƏSMİ AÇIQLAMA
Bu gün, 13:01
Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var - ŞOK DETALLAR
Bu gün, 12:56
Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51
Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50
Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33
"Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29
Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26
Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21
Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08
Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02
Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00
Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56
Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52
Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46
DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41
Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30
Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26
Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18
Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12
AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11
Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08
Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02
AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54
"Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52
Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48
Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42
Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39
"Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29
“Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28
Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24
Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16
Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06
Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru