“Xəstəxanadan edilən səhv kodlaşmaya görə əlliyimi təyin etdirə bilmirəm” - GİLEY
Tarix: 14-06-2022, 10:19 | Çap et
DİA.AZ-ın məlumatına görə, Gəncə sakini Rasim Salmanov “Gözətçi”yə bildirib ki, o, 2018-2020-ci illərdə Azərbaycan Sülhməramlı Qüvvələrdə xidmətdə olub. 2020-ci ilin may ayından xəstəliyi ilə əlaqədar xidmətdən təxris olunub.
“2020-ci il fevralın 21-də ürəkdöyünmə və tənginəfəslik şikayəti ilə hərbi hissənin tibb məntəqəsinə müraciət etmişəm. Edilən EKQ müayinəsində “ürək ritminin mədəcik ekstrasistoliyası tipdə pozulması” aşkarlanıb (ürək aritmiya red.). Fevralın 27-də hərbi hissə komandiri tərəfindən müayinə və müalicə üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına (SQ BKH) göndərilmişəm. Orada 3 ay 10 gün müalicə aldıqdan sonra may ayında xəstəliyimlə əlaqədar Sülməramlı Qüvvələrdən təxris olunmuşam.”
Şikayətçi deyir ki, SQ BKH-dan verilən sənədlərə əsasən əlliyini təyin etdirmək üçün Göygöl rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ancaq xəstəxanadan edilən səhv kodlaşmaya görə ona imtina cavabı gəlib.
“Hospitaldan verilən sənədləri rayonun Mərkəzi Xəstəxanasına təqdim etdim. 2021-ci ilin yanvar ayında sənərlərim sistemə vuruldu, ancaq cavab oktyabr ayının sonlarında gəldi. İmtinada cavabında “natamam doldurma” göstərilmişdir. Bununla bağlı araşdırmaya müraciət etdim. Məlum oldu ki, xəstəxanadan mənim sənədlərim səhv kodlaşdırılıb. Sistemə vurulan sənəddə xəstəliyim yüngül beyindaxili təzyiq göstərilib”.
Rasim Salmanovun sənədləri ikinci dəfə sistemə vurulub və aprelin 23-də ona təkrar imtina cavabı gəlib. İmtinanın səbəbi kimi isə göstərilib ki, “Dövlət Səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Mütəxəssis rəyləri xəstəliyin ağırlaşmasını təsdiq edən instrumental müayinələr əətraflı qeyd olunsun”.
R. Salmanov deyir ki, bu imtinadan sonra Əlilliyin Bərpa Mərkəzində qeydiyyatdan keçmək üçün Bakıya gəlib.
“Aprelin 26-da üçüncü dəfə sənədlər sistemə vuruldu. Bildirdilər ki, iyirmi iş günündə sizə cavab gələcək. Ancaq bir aydan çoxdur ki, nə təsdiq. Nə də imtina cavabı gəlməyib”.
Məsələ ilə bağlı Göygöl rayon Mərkəzi Xəstəxanasının baş həkimi ilə əlaqə saxladıq. Baş həkim Vasif Əliyev bildirdi ki, Rasim Salmanovun sənədləri 2021-ci il sentyabr ayının 16-da xəstəxana tərəfindən alt sistemə vurulub, aprel ayında isə imtina cavabı gəlib:
“Rasim Salmanov Tibbi Sosial Ekspert Komissiyasında (TSEK) müayinədə olub. Bizdə əlimizdə rəsmi sənədlər də var. Sadəcə Sosial Müdafiə Nazirliyi tərəfindən ona imtina cavabı gəlib”.
“Gözətçi” olaraq məsələ ilə Səhiyyə Nazirliyinə sorğu göndərilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47 |
|
|
|
• Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39 |
|
|
|
• Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38 |
|
|
|
• Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35 |
|
|
|
• Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32 |
|
|
|
• ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29 |
|
|
|
• "Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22 |
|
|
|
• Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19 |
|
|
|
• “Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” - Keçmiş diplomat
Bu gün, 15:17 |
|
|
|
• Həyat yoldaşı Niyazi Mehdidən danışdı - Ayağı kəsilə bilər
Bu gün, 15:16 |
|
|
|
• Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar - BU NƏDİ BELƏ?..
Bu gün, 15:09 |
|
|
|
• Rusiyanın xəritə təklifini qəbul etmək olmaz - ÇÜNKİ...
Bu gün, 14:00 |
|
|
|
• Müəllimlər narazıdır: - "Elə nazirlikdə də qəribə proseslər baş verir"
Bu gün, 13:58 |
|
|
|
• Rusiyanın müttəfiqliyə zidd addımları: - Yaxud baltanı “öz ayağına vuranlar"
Bu gün, 13:12 |
|
|
|
• Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? - RƏSMİ AÇIQLAMA
Bu gün, 13:01 |
|
|
|
• Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var - ŞOK DETALLAR
Bu gün, 12:56 |
|
|
|
• Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51 |
|
|
|
• Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50 |
|
|
|
• Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33 |
|
|
|
• "Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29 |
|
|
|
• Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21 |
|
|
|
• Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08 |
|
|
|
• Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02 |
|
|
|
• Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00 |
|
|
|
• Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56 |
|
|
|
• Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52 |
|
|
|
• Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46 |
|
|
|
• DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41 |
|
|
|
• Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30 |
|
|
|
• Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26 |
|
|
|
• Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18 |
|
|
|
• Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12 |
|
|
|
• AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11 |
|
|
|
• Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08 |
|
|
|
• Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02 |
|
|
|
• AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54 |
|
|
|
• "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52 |
|
|
|
• Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50 |
|
|
|
• Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48 |
|
|
|
• Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39 |
|
|
|
• "Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29 |
|
|
|
• “Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28 |
|
|
|
• Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24 |
|
|
|
• Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16 |
|
|
|
• Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06 |
|
|
|
• Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58 |
|
|
|
|