Təhsil İdarəsi məktəbi bağlayır, ancaq məktəbin xəbəri yox... - DƏLİXANADIR...
Tarix: 19-07-2022, 11:04 | Çap et
Ötən gün Təhsil Nazirliyinin nəzdində yerləşən Bakı Təhsil İdarəsinə fiziki məhdudiyyətli uşaqların aidiyyəti məktəblərdə təhsil alma problemi ilə bağlı sorğu göndərmişdik. Sorğumuza idarə tərəfindən baş-ayaq cavab verilsə də, bir suala qəliz cümlələrlə də olsa, cavab verməyi bacarmışdılar. Həmin sorğu redaksiyamız tərəfindən vətəndaş müraciəti əsasında formalaşmışdı və aidiyyəti quruma – Bakı Təhsil İdarəsinə tərəfimizdən yönləndirilmişdi. Bu gün həmin məktəblərdən biri ilə bağlı daha bir maraqlı fakt ortaya çıxıb. Səndemə, 1939-u ildə əsası qoyulan və fiziki məhdudiyyətli şagirdlərə on illərdir təhsil verən 219 nömrəli evdə təhsil tam orta məktəbi barədə Bakı şəhəri Təhsil İdarəsi tərəfindən həmin məktəbin müəllim heyətinin xəbəri olmadan monitorinq keçirilib və bir sıra qərarlar qəbul edilib. Adıçəkilən məktəbdə müəllimlərin 219 nömrəli bu məktəbin fəaliyyətinin məhdudlaşdırılması barədə həmin monitorinqdən xəbərsiz olduqlarını dünən redaksiyamıza etdikləri müraciət əsasında öyrənə bildik. Belə ki, məktəbdə fəaliyyət göstərən bir qrup müəllim redaksiyamıza yazaraq bildiriblər ki, Bakı şəhəri Təhsil İdarəsinin keçirdiyi həmin monitorinqdən və o monitorinqin nəticələrindən irəli gələn qərarlardan xəbərsizdirlər: "Bakı Təhsil İdarəsinin sorğunuza verdiyi cavabda qeyd olunanlar və həmin monitorinq barədə məktəbimiz məlumatlandırılmayıb" -deyə, 219 nömrəli məktəbdən redaksiyamıza bildirilib. Məktəbdə işləyən başqa bir təhsil işçisi isə yazıb: "Mən 219 nömrəli məktəbin müəlliməsiyəm və mənim işlədiyim müəssisənin bağlanması haqqında məlumat məndən öncə sizə necə çatıb? ...nə bizim məktəb rəhbərliyi, nə də Baş İdarədə heç bir rəsmi məlumat yoxdur".
Məktəb çalışanları monitorinqin nə zaman keçirildiyi barədə israrla bizdən cavab tələb etsələr də, təəssüf ki, onların bu sualını cavablandıra bilmədik. Ona görə ki, Bakı şəhəri Təhsil İdarəsi sorğumuza verdiyi cavabda qeyd etdiyi monitorinq fəaliyyətinin hansı tarixdə keçirildiyi barədə heç bir qeyd etməyib və təəccüblü məqam da orasındadır ki, məktəb barədə yuxarı instansiya hesab olunan bu İdarə tərəfindən qərar qəbul edilir, lakin həmin məktəbin müəllim heyəti bunu ancaq mətbuat vasitəsilə, özü də Təhsil Nazirliyinin yox, müstəqil mətbuat orqanı vasitəsilə öyrənir. Hər bir halda Təhsil Nazirliyi və həmçinin Bakı Təhsil İdarəsi üçün bu, olduqca acınacaqlı bir haldır. Ötən gün həmin idarə tərəfindən sorğumuza göndərilən cavabı bir daha oxucularımızın diqqətinə çatdırırıq və bildiririk ki, quruma göndərilən sorğuya verilən cavab tam olaraq oxucuların nəzərinə çatdırılır və idarənin 219 nömrəli məktəbin təhsil işçilərini bu barədə məlumatlandırmamasından redaksiyamız məsuliyyət daşımır. Hər bir halda, həm Təhsil Nazirliyinin, həm də Təhsil İdarəsinin mətbuat şöbəsi var və bu şöbələr öz üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirməli idilər. Belə görünür ki, nə Təhsil Nazirliyinin Təhsil İdarəsindən, nə də bu idarənin öz nəzdində olan məktəblərindən xəbəri var...
Sorğumuza verilən cavabı yenidən oxucularımızla bölüşürük:
“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən, 219 nömrəli evdə təhsil tam orta məktəbin təlim-tərbiyə prosesinin təşkilinin, tədris, pedaqoji və metodiki sənədlərlə işin, əmək və təhsil qanunvericiliyi tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizatın və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi, məlumatların toplanması, təhlil edilməsi, ümumiləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsi məqsədilə monitorinq keçirilib. Monitorinq zamanı 219 nömrəli evdə təhsil tam orta məktəbin fəaliyyətində tədris-pedaqoji sənədlərin mövcud qanunvericiliyin tələblərinə və evdə təhsilin təşkilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş ”Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydaları”na uyğun aparılmadığı müəyyən olunub. Bunları nəzərə alaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun təhsilalanların hüquq və vəzifələrinin həyata keçirilməsi baxımından evdə təhsilə cəlb olunacaq yeni şagirdləri 219 nömrəli evdə təhsil tam orta məktəbinə yönləndirməməsi, 219 nömrəli evdə təhsil tam orta məktəbində təhsil alan şagirdlərin müvafiq məktəblərdə evdə təhsillərinin davam etdirmələri məsələsinə PTPK tərəfindən baxılaraq qərar verilməsi və 219 nömrəli evdə təhsil tam orta məktəbinin pedaqoji heyətinin digər məktəblərdə işlə təmin edilməsi ilə bağlı müvafiq işlərin görülməsinə başlanılıb”. Bizimyol.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33 |
|
|
|
• "Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29 |
|
|
|
• Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21 |
|
|
|
• Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08 |
|
|
|
• Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02 |
|
|
|
• Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00 |
|
|
|
• Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56 |
|
|
|
• Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52 |
|
|
|
• Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46 |
|
|
|
• DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41 |
|
|
|
• Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30 |
|
|
|
• Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26 |
|
|
|
• Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18 |
|
|
|
• Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12 |
|
|
|
• AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11 |
|
|
|
• Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08 |
|
|
|
• Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02 |
|
|
|
• AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54 |
|
|
|
• "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52 |
|
|
|
• Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50 |
|
|
|
• Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48 |
|
|
|
• Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39 |
|
|
|
• "Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29 |
|
|
|
• “Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28 |
|
|
|
• Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24 |
|
|
|
• Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16 |
|
|
|
• Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06 |
|
|
|
• Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58 |
|
|
|
• Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54 |
|
|
|
• Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50 |
|
|
|
• "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46 |
|
|
|
• İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44 |
|
|
|
• Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38 |
|
|
|
• "Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31 |
|
|
|
• Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16 |
|
|
|
• Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13 |
|
|
|
• TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02 |
|
|
|
• Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52 |
|
|
|
• Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51 |
|
|
|
• Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46 |
|
|
|
• Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44 |
|
|
|
• Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43 |
|
|
|
• "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38 |
|
|
|
• "Biz seyrə balonlarla çıxmaq istəmirik..." - GİLEY
Bu gün, 08:30 |
|
|
|
• Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... - Ekspert danışır...
Bu gün, 08:18 |
|
|
|
• Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:29 |
|
|
|
• "Rəsmi İrəvan çox dəqiq anlayır ki..." - GƏLİŞMƏ
Bu gün, 07:23 |
|
|
|
|