Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb .....                     Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib .....                     Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu .....                     "Roşka" yenidən .....                     Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib .....                     Ailəsi Lalə Şövkətin .....                     İrəvan xanlığı yaranacaq .....                     İrəvan Aİİ-dən çıxsa... .....                     Azərbaycanda müavinsiz işləyən icra başçıları .....                     Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir .....                     "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi .....                     İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, .....                     Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi .....                     Paşinyan cəmiyyətini qınadı .....                     Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... .....                     “Bu, Ermənistan üçün fəlakətdir” .....                     "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, .....                     PROBLEMLİ KREDİTLƏR... .....                     İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi .....                     Ağır qəzaya düşən Ayla Şiriyevanın .....                     "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." .....                     Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var .....                     Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu... .....                     Tanınmış müğənni həmkarlarına SATAŞDI: .....                     Ermənistan Aİİ-də özünü yaxşı hiss edir .....                     “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” .....                     Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü .....                     26 min əsgərimizi mühasirədən belə xilas etdim .....                     Əliyevin həmləsindən sonra geri addım: .....                     Paşinyan etiraf etdi: Trampla görüş alınmadı .....                     Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır .....                     Kanadadan Bakıya həyasız tələb .....                     Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib .....                     Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı .....                     ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! .....                     "Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" .....                     Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır .....                     “Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” .....                     Həyat yoldaşı Niyazi Mehdidən danışdı .....                     Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar .....                 

ATU-nin Onkoloji Klinikası BAZARA ÇEVRİLİB... - BU DA FAKT!!!
Tarix: 3-08-2022, 12:01 | Çap et
ATU-nin Onkoloji Klinikası BAZARA ÇEVRİLİB...
Xərçəngdən ölənlərin sayı kəskin dərəcədə artıb.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, hər il 14 milyondan artıq insana xərçəng diaqnozu qoyulur. Bu rəqəmin 2030-cu ilə qədər 21 milyona çatması gözlənilir.

Təşkilat bildirir ki, bütün dünyada xərçəng xəstəliyindən ölənlərin sayı 2000-ci illərlə müqayisədə 27,5 faiz artaraq 8,8 milyona çatıb.

Açıqlamada deyilir ki, əgər bu xəstəlik daha tez aşkarlansa, xəstənin sağalma ehtimalı da yüksək olur. Amma, nə yazıq ki, Azərbaycan səhiyyəsində elə bir vəziyyət yaranıb ki, müraciət edən xəstələrin vəziyyətindən əvvəl əlinə və cibinə baxılır. Maddi vəziyyəti ağılabatandırsa, xəstəliyi vaxtında aşkar olunur, deyilsə, həmin xəstə qalır evi ilə xəstəxana arasında yollarda. Salırlar get-gələ. Bunu biz demirik, bu vəziyyəti yaşayan yüzlərlə, hətta minlərlə vətəndaşlar deyir.

Qaldı ki, vətəndaşların doğru, yaxud səhiyyə işçilərinin dili ilə desək, "yalan" danışdığına, bunu da əyani olaraq, aşağıdakı linkdə izləyə bilərsiniz.



Bilirsiniz ki, hər zaman doğruları yayımlayan "DogruXeber.az" istənilən mövzuda əmin olmadığı və əlində reallığı sübut edən maddi dəlillərin olmadığı məlumatlar dərc etmir. Odur ki, izlədiyiniz bu görüntülər də 76 yaşlı Tibb Elmləri doktoru, professor, akademik Cəmil Əliyevin rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzində lentə alınıb. Yeri gəlmişkən bu barədə əvvəllər də redaksiyamızda materiallar dərc olunub. Bizi yenidən mövzuya qayıtmağa vadar edən isə, sözügedən müəssisədə proseslərin eyni qaydada aparılması, bu qədər müraciət və şikayətlərə rəğmən vəziyyətin olduğu kimi qalmasıdır. Eyni zamanda, yaxınlarda redaksiyamıza göndərilən daha bir video materialdır ki, həmin görüntülər də Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasında lentə alınıb.

Görüntülərdən də aydın görünür ki, burada "pul tələb etmə" elə qapıdan girən kimi başlayır. Klinikaya daxil olanlar qeydiyyatdan keçməsi üçün yönləndirilir. Qeydiyyat şöbəsində çalışan xanımlar isə bunun üçün 5 (beş) manat ödəniş tələb edir. Özü də ödənilən bu məbləğ üçün heç kimə ödəniş qəbzi təqdim edilmir. Çünki müəssisə dövlət müəssisəsidir və kassa sistemi yoxdur. Belə olan halda sual yaranır, bəs hər kəsdən tələb olunan bu 5 manatlar hansı əsasla, kim (yaxud kimlər) üçün yığılır?

Yeri gəlmişkən, qeyd edək ki, məsələdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi də xəbərdardır. Yəni, əgər əvvəllər xəbəri yox idisə də, biz "DogruXeber.az" redaksiyası olaraq, dəfələrlə rəsmi müraciətlər göndərib, xəbərdar etmişik.

Lakin, cavabsız qalan müraciətlərdən və hər hansı bir tədbirin görülməsi barəsində redaksiyamıza heç bir məlumat verilməməsindən aydın oldu ki, bizə bu xəbəri verdiyimiz üçün "muştuluq da düşmür". Yəni, qurum müəssisədə olanlardan xəbərdardır və niyəsə susur.

Biz ötən yayımımızda da vurğuladığımız kimi Səhiyyə Nazirliyinin mətbuat xidmətində çalışan Fərid bəyə məlumat verdiyimizdə, o bizi ATU-nin özünün mətbuat xidməti ilə əlaqə saxlamağımızı tövsiyyə etdi. Halbuki, birbaşa cavabdeh qurum olduğu üçün dərhal məsələ barəsində araşdırmalara başlanılmalı və barəsində müvafiq tədbirlər görülməli idi.

Biz Fərid bəyin "tövsiyyə"si ilə ATU-nin mətbuat xidmətində çalışan Günel xanım ilə telefon əlaqəsi saxladıq. O da müəssisənin rəhbəri ilə görüşüb, onlarla danışmağımızı tövsiyyə etdi. Beləcə "Məlikməmməd" nağılında olduğu kimi ötür-ötur gedib, nəhayət ki, ATU-nin Onkoloji Klinikasının rəhbəri Leyla xanım ilə görüşdük.

Leyla xanım isə çözüm əvəzinə məsələni bizim də ört-basdır etməyimiz üçün "qeyri-rəsmi yolla razılığa gəlmək" təklifini etdi. Məsələnin bu qədər sərbəst şəkil alması ilə üst-üstə düşən təklifdən anladıq ki, bu nə ilkdir, (qarşısı alınmazsa) nə də ki, son. Görünür, Leyla xanım da, ondan əvvəlki rəhbərlər də həmişə bu kimi olayları "qeyri-rəsmi yollarla" ört-basdır edərək, özləri şərait yaradıblar ki, bu da rəhbər şəxsin özünün bu mövzuda şəxsi maraqları olduğuna işarə edir.

Nə hələ Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yaradılmamışdan əvvəl Milli Onkologiyada lentə alınmış rüşvət almanı əks etdirən görüntülərə, nə ATU-nin Onkoloji Klinikasında lentə alınan görüntülərə, nə də Akademik Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzində qeydə alınan maddi dəlillərə və məlumatlara məhəl qoymamasından isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bu kimi halların bu həddə çatmasında birbaşa səbəbkar və maraqlı tərəf olduğunu göstərir. Belə olmasaydı, məlumatlar hələ dərc edilmədən əvvəl, tərəfimizdən rəsmi müraciət daxil olan kimi dərhal həmin məsələ barəsində araşdırma başladılıb, lazımi tədbirlər görülərdi.

Deyək ki, Səhiyyə Nazirliyini başa düşdük. Bir sahədə çalışanların biri -biri ilə əlbir olması gözləniləndir.

Qanun pozuntuları, korrupsiya halları barəsində qanuni tədbir görməli olan hüquq-mühafizə orqanı - Azərbaycan Respublikasının Baş Prokurorluğu hansı səbəbdən haqqında şikayətlər və faktlar olan tibb işçiləri, yaxud müəssisələri barəsində heç bir müvafiq tədbirlər görmür?

Halbuki dəfələrlə bir neçə müəssisə, iaşə obyektləri, qanunsuz, gizlin kəsilən ağaclar və sair barəsində dəfələrlə redaksiyamız adın rəsmi müraciətlər göndərmişik.

Keçmiş Qobustan rayon Mərkəzi Xəstəxanasının baş həkimi, hazırkı "Şamaxı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsinin direktoru Emin Hüseyin barəsindəki iddiamız əlimizdə kifayət qədər materiallar olduğu halda digər vətəndaşların çoxsaylı şikayətləri kimi rədd edildi. Kəsilən ağaclar barəsindəki müraciətə baxılması prosesi uzadıldı və ümumiyyətlə qapadıldı. Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzində baş verənlər barəsindəki müraciətimizə hələ də heç bir məlumat, heç bir cavab yoxdur. Onkoloji klinika barəsindəki məlumatlar da həmçinin qapadıldı. Necə ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi tapşırıq verməsinə baxmayaraq, Ordubad rayonu, Vənənd kənd sakini Nihal Hüseynovun övladı Uğur Hüseynovun müalicəsində etməli olduqları kömək başlamadan bitdi.



Necə olur ki, sosial şəbəkələrdə yazdığı sərbəst, şəxsi fikirlərinə görə jurnalistlər və sıravi vətəndaşlar prokurorluğa dəvət edilir, bu boyda korrupsiya, rüşvət, özbaşınalıq faktları və vətəndaş şikayətləri, media müraciətləri olduğu halda, yuxarıda qeyd etdiyimiz və etmədiyimiz bu kimi qanun pozuntuları bu qurum tərəfindən görməzdən gəlinir?

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 17:41
Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Bu gün, 17:40
Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Bu gün, 17:38
"Roşka" yenidən HƏBS EDİLDİ
Bu gün, 17:36
Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Bu gün, 17:32
Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Bu gün, 17:29
İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Bu gün, 17:23
İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Bu gün, 17:19
Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Bu gün, 17:16
Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Bu gün, 17:08
"2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02
İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58
Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55
Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51
Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47
“Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45
"Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44
PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39
İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38
Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35
"Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32
Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25
Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09
Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06
Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02
“Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57
Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53
26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53
Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49
Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47
Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39
Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38
Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35
Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32
ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29
"Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22
Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19
“Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” - Keçmiş diplomat
Bu gün, 15:17
Həyat yoldaşı Niyazi Mehdidən danışdı - Ayağı kəsilə bilər
Bu gün, 15:16
Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar - BU NƏDİ BELƏ?..
Bu gün, 15:09
Rusiyanın xəritə təklifini qəbul etmək olmaz - ÇÜNKİ...
Bu gün, 14:00
Müəllimlər narazıdır: - "Elə nazirlikdə də qəribə proseslər baş verir"
Bu gün, 13:58
Rusiyanın müttəfiqliyə zidd addımları: - Yaxud baltanı “öz ayağına vuranlar"
Bu gün, 13:12
Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? - RƏSMİ AÇIQLAMA
Bu gün, 13:01
Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var - ŞOK DETALLAR
Bu gün, 12:56
Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51
Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50
Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33
"Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29
Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru