“Azəristiliktəchizat” ASC-də milyonluq tenderlər və 41 milyon borc… - İstilik abonentlərə niyə məhz 15 noyabrda verilməlidir..?
Tarix: 9-11-2022, 08:49 | Çap et
15 noyabr məsələsi Milli Məclisdə müzakirə edilməldir… Havalar soyuyan kimi Bakının “istilik dərdi” başlayır. Yaşlı Bakı sakinləri deyir ki, ehh sovetin qədrini bilmədik, nəinki mənzillər, az qala binaların “podyezdləri” də qışın soyuğunda istidən buğlanırdı. Amma 30 ildir ki, Bakının istilik dərdinə əncam çəkən yoxdur. Məlumat üçün qeyd edək ki, təkcə Bakının deyil, bütün Azərbaycanın istilik məsələsini həll etmək üçün Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamı ilə “Azəristiliktəchizat” ASC yaradıldı. Bu qurumun 100 faizlik səhm paketi dövlətə məxsusdur, yəni özəl-filan qurum deyil. Bu qurumun sədrini Prezident təyin edir. ASC təkcə yaşayış binalarını deyil, təhsil müəssisələrini, uşaq bağçalarını, xəstəxanaları istiliklə təmin edir. Daha doğrusu etmir, ETMƏLİDİR. ASC-nin təkcə Bakıda 20 İstilik Sistemləri İstismar Sahələri, 52 rayonda İstismar şöbələri, 11 istismar təsərrüfatı, sədri, müavinləri, idarə rəisləri...hamısının da Allah qoymasa bahalı xidməti avtomobillərə və daha nələr. Dövlət ASC-yə 100 milyonlarla pul ayırır. Amma... Əmması odur ki, ötən il ASC-nin 41 milyon borcu ortaya çıxdı və bunun 25 milyonu Azəriqaza olan borcudur. Bunlardan soruşan yoxdur ki, əhaliyə 1 kvm-i qızdırmaq üçün istiliyi 15 qəpiyə, qeyri-əhaliyə 25 qəpiyə satırsınız, bəs bu yığılan pullar hara gedib..? Əlbəttə, ASC-yə 17 il rəhbərlik etmiş Yaşar Həsənov özünə Troya şadlıq evi, Atilla restoranı tikəndə ASC-nin borcu 41 milyon deyil, 100 milyon da olacaq. Yaşar Həsənovun əmlakının, mülklərinin, oğlunun bahalı avtomobuillərinin siyahısını uzun-uzadı yazmağa həvəsimiz yoxdur. Təkcə onu qeyd edək ki, Yaşar Həsənov ASC-nin 1 MİLYONLUQ tenderini, müxalifətçi yerlisinə, əslən Ordubaddan olan partiya sədrinə verib. Qazanların, qurğuların alınması üçün keçirilən tenderlərin hamısını Yaşar Həsənovun qohumları udub. Qısa məlumat üçün qeyd edək ki, bu adam sabiq mer Hacıbala Abutalıbovun ailəvi yaxını olan şəxsdir. Ən dəhşətlisi odur ki, bu adam tabeçiliyində olan şəxslərə əə, xiyar, əə danabaş deyə müraciət edir, çox vaxt iclaslara telefonla qatılır, deyir noolsun, Rəsul ( Quliyev ) müəllim də partiyasını telefonla idarə edir. Sözün qısası, bu anormal tip 17 il Azərbaycanda istilik sistemlərinin başına oyunlar açıb milyonlar qazanıb, ancaq 40-50 illik istilik trubaları dəyişdirilməyib. Hər il qış gəlməyə yaxın oxuyuruq ki, filan məktəbdə şagirdlər soyuqdan donur...filan uşaq bağçasında körpələr soyuqdan titrəyir...filan binalarda istilik yoxdur...noyabrın 15-indən 10 gün keçib, ancaq binalara istilik verilmir...və daha nələr. Axı, bu qurum, yəni ASC yarananda, cənab Prezident İlham Əliyev demişdir ki, biz “Azəristiliktəchizat”-ı yaratdıq ki, Bakının və bütün ölkənin istilik problemini aradan qaldıraq. Amma bu problem illərdir ki, davam edir. Yeri gəlmişkən, ASC-nin 41 milyon borcunu nə üçün dövlət ödəməlidir..? Dövlət kiminsə dədəsi, babası deyil ee, dövlət sənsən, mənəm, bizik... Yaşar Həsənov pulları yeyəcək, niyə biz ödəməliyik..? Qoy Yaşar Həsənovun əmlakını satıb qurumun borcunu ödəsinlər. Hər il Azərbaycan qış rejiminə keçir, amma istilik gəlmir. Hər dəfə də ASC-nin məsul şəxsləri televizora çıxıb utanıb-qızarmadan deyirlər ki, qazanxanalardakı su yavaş-yavaş qızmağa başlayır. Vallah, belə hal dünyanın heç bir yerində ola bilməz. Vətəndaşın nəyinə lazımdır ki, su qızır, ya qızmır, vətəndaş pulunu ödəyib istilik almaq istəyir. Xəstəxanalarda xəstələr soyuqdan donur, Yaşar Həsənov isə 10 milyonu təmir-tikinti adı ilə bacısı oğlu ilə qaynına bağışlayıb. Nə isə, bütün bu problemlərə görə, cənab Prezident 07 fevral 2022-ci il tarixdə “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənovu vəzifəsindən azad etdi. Və onun müavini İlham Mirzəyevə sədrlik vəzifəsi müvəqqəti həvalə edildi. Bu müddət ərzində nə dəyişdi..? Mirzə Cəlil demişkən, haman göl, haman qurbağa... Yeri gəlmişkən, vətəndaşların tələb etdiyi bir məsələni də xüsusi olaraq qeyd etmək lazımdır. Axı, nə üçün məhz 15 noyabrda abonentlərə istilik verilməlidir..? Bəlkə, noyabrın 5-də, yaxud oktyabrın 20-də qar yağacaq, havalar soyuyacaq...indi vətəndaşlar titrəyə-titrəyə noyabrın 15-ini gözləməlidir..? Biz bir media olaraq hesab edirik ki, bu məsələ müvafiq dövlət qurumlarında qaldırılmalı, hətta Milli Məclisdə müzakirə edilməlidir. Əgər məsələyə hərtərəfli yanaşsaq, noyabrın 15-ini yaddan çıxararaq, heç olmasa noyabrın biri ilə əvəz etməliyik. Onda nə Sovet dövrünün alimlərinin hesablamalarını, nə də ki indiki soyuğun təsirini müzakirə etməyə ehtiyac qalmaz. P.S Soyuqdan qırılırıq, cənablar!!! //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51 |
|
|
|
• Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50 |
|
|
|
• Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33 |
|
|
|
• "Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29 |
|
|
|
• Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21 |
|
|
|
• Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08 |
|
|
|
• Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02 |
|
|
|
• Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00 |
|
|
|
• Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56 |
|
|
|
• Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52 |
|
|
|
• Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46 |
|
|
|
• DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41 |
|
|
|
• Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30 |
|
|
|
• Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26 |
|
|
|
• Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18 |
|
|
|
• Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12 |
|
|
|
• AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11 |
|
|
|
• Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08 |
|
|
|
• Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02 |
|
|
|
• AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54 |
|
|
|
• "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52 |
|
|
|
• Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50 |
|
|
|
• Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48 |
|
|
|
• Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39 |
|
|
|
• "Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29 |
|
|
|
• “Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28 |
|
|
|
• Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24 |
|
|
|
• Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16 |
|
|
|
• Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06 |
|
|
|
• Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58 |
|
|
|
• Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54 |
|
|
|
• Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50 |
|
|
|
• "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46 |
|
|
|
• İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44 |
|
|
|
• Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38 |
|
|
|
• "Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31 |
|
|
|
• Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16 |
|
|
|
• Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13 |
|
|
|
• TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02 |
|
|
|
• Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52 |
|
|
|
• Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51 |
|
|
|
• Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46 |
|
|
|
• Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44 |
|
|
|
• Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43 |
|
|
|
• "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38 |
|
|
|
• "Biz seyrə balonlarla çıxmaq istəmirik..." - GİLEY
Bu gün, 08:30 |
|
|
|
• Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... - Ekspert danışır...
Bu gün, 08:18 |
|
|
|
|