Azərbaycanda səhmdar cəmiyyət .....                     “Azinşaat Servis” ASC səhmdarlarının .....                     "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" .....                     “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” .....                     Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək .....                     "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq .....                     Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... .....                     Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat .....                     Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi .....                     Azərbaycanda çörək bahalaşdı .....                     Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır .....                     Moskvadan gəırginliyi artıran addımlar: .....                     Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur .....                     Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil .....                     "Paylaşımı silmək üçün 10 min istədi" .....                     Azərbaycanda 2 yeni radio açılır .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? .....                     FHN universitetdə yoxlamalar apardı .....                     " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" .....                     AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib .....                     Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb .....                     Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib .....                     Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu .....                     "Roşka" yenidən .....                     Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib .....                     Ailəsi Lalə Şövkətin .....                     İrəvan xanlığı yaranacaq .....                     İrəvan Aİİ-dən çıxsa... .....                     Azərbaycanda müavinsiz işləyən icra başçıları .....                     Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir .....                     "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi .....                     İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, .....                     Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi .....                     Paşinyan cəmiyyətini qınadı .....                     Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... .....                     “Bu, Ermənistan üçün fəlakətdir” .....                     "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, .....                     PROBLEMLİ KREDİTLƏR... .....                     İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi .....                 

Heydər Əsədov İsmət Abbasovun «qanadlarını» necə budayır? - ŞOK FAKTLAR - BÖYÜK PUL DAVASI
Tarix: 23-01-2014, 15:29 | Çap et
Heydər Əsədov İsmət Abbasovun «qanadlarını» necə budayır?
DİA.AZ: - Kənd təsərrüfatı naziri postuna yiyələndikdən sonra kimiləri üçün fağır təsiri bağışlayan Heydər Əsədov çox cilddi «nailiyyətlər» əldə edib. Hər halda, bu gün görünəni odur. Əslində açıqlayacağımız faktlar tək-tük adamlara məlum olduğundan görüntüdə fərqli bir mənzərənin mövcudluğunu qeyd etsək, daha doğru olar. Bəs gerçəklikdə, kənd təsərrüfatı nazirliyində Heydər Əsədovun gəlişindən sonra nələr baş verir?

Heydər Əsədov tam bir peşəkardır…

Bəli, o, tam bir peşəkardır. Amma kənd təsərrüfatının yox, pul-para işinin. Dünənə qədər Hesablama Palatasının rəhbərliyində topladığı təcrübəsi yetərlidir ki, bu adam istənilən bir nazirliyin gəlir gətirən yerlərini müəyyən edib, ortaya çıxarsın. Necə ki, bu gün İsmət Abbasova çox ciddi zərbə təsiri bağışlayan addımlarını atmağa müvəffəq olub.

Bu bir faktdır ki, İsmət Abbasov hələ də qanunlara uyğun olaraq KTN üzərində hökmranlığını qoruyub, saxlayır. Yəni bu gün baş nazirin müavini görəvini daşıyan sabiq nazir birbaşa olaraq KTN-yə nəzarət imkanına malikdir. Amma bu şəraitdə belə Heydər Əsədov İsmət Abbasovun gəlir yerlərini bir-birinin ardından uğurlu şəkildə aşkarlayaraq, oralara öz adamlarını yerləşdirməkdədir.

Heydər Əsədov İsmət Abbasovun «qanadlarını» necə budayır?

DİA.AZ-a bilgili qaynaqlardan ötürülən informasiyalardan aydın olur ki, bu gün Heydər Əsədov əslində Hesablama Palatası üzərində də nəzarətini qoruyub saxlamaqdadır və bu imkanlarından KTN şefi postundakı mövqeləri naminə istifadə edir. Mənbənin söylədikləri: «KTN-nin ayrı-ayrı strukturları üçün Hesablama Palatası bir kabusa çekvrilib. HP Heydər Əsədovun ən ağır silahıdır. Şübhəli qaldığı istənilən bir KTN strukturu məhz HP-nin mütəxəssisləri tərəfindən təftiş olunur».

İsmət Abbasovun «incə nöqtələri» hədəfə alınıb

Xatırladaq ki, bu günlərdə HP tərəfindən belə bir açıqlama verildi ki, qurum KTN-nin strukturlarından olan «Aqrolizinq»də yoxlama həyata keçirəcək. Əslində bu başlanğıc, anons idi. Və realda təkcə yoxlanılanı «Aqrolizinq» deyildi. Bu barədə danışan mənbə bildirir ki, İsmət Abbasovun bütün yeyinti yerlərini bir-birinin ardından aşkara çıxaran Heydər Əsədov paralel şəkildə «Aqrolizinq»də, Dövlət Baytarlıq İdarəsində, «Fitosanitar» idarəsində, «Aqrokredit»də yoxlamalar təşkil edib:

«Bu qurumlar məhz İsmət Abbasovun «incə nöqtələri» hesab olunurdu. Yəni gəlir gətirən yerləri. Eyni zamanda Heydər Əsədov Hesablama Palatasının mütəxəssislərinə KTN xətti ilə subsidiyaların verilməsi prosesini də analiz etdirir və ortaya ilginc faktlar çıxır. Belə ki, aydın olur ki, sən demə, bu günə qədər İsmət Abbasov yerlərdə subsidiyalar hesabına çox ciddi gəlir əldə edirmiş».

Mənbə bildirir ki, hər bir rayonda bu iş icra başçısının müavinlərindən birinin nəzarəti altında olur: «Əkilməyən torpaqlar belə əkilmiş torpaq kimi rəsmiləşdirilir. Bu ona görə lazımdır ki, dövlət tərəfindən əkin və biçin üçün ayrı-ayrılıqda ayrılan 40 manat, ümumi olaraq ayrılan 80 manatlıq vəsait mənimsənilsin. Təsəvvür edin, hər hektardan mənimsənilən 80 manat hesabına dövlət büdcəsindən hansı həcmdə pul oğurlanıb?».

Pulyığma nöqtələri ələ keçirilib…

Heydər Əsədov İsmət Abbasovun «qanadlarını» necə budayır?

Tək mənimsəniləni bunlar deyil. Mənbəmiz bildirir ki, Heydər Əsədov gələndən sonra İsmət Abbasovun digər «incə nöqtələrini» - gəlir yerlərini də aşkarlayaraq ortaya çıxarıb və hər bir sahəyə öz adamlarını təyin edib: «Bu gün KTN sistemində pul gətirən bütün istiqamətlərdə Heydər Əsədovun adamları yerləşdirilib. Halbuki dünənə qədər həmin sahələrdə İsmət Abbasovun adamları idi. Bu sahələrə nəzarət üçün mütəxəssis olmaq o qədər də vacib deyil. Əsas olanı pul yığmağı bacarasan».

Mənbəmiz bildirir ki, yuxarıda qeyd olunan bütün istiqamətlər təftişə uğradığından və əl dəyişdirdiyindən bu gün «Aqrolizinq»də, Dövlət Baytarlıq İdarəsində, «Fitosanitar» idarəsində, «Aqrokredit»də və subsidiyaların verilməsində rüşvətin miqdarı 5 faiz artıb. Maraqlıdır ki, bu beş vaizlik artım «Hesablama Palatasının payı» kimi xarakterizə olunur. Yəni Heydər Əsədov HP-dən ayrılsa da, oradakı dostları üçün «çörəkpulu yeri» imkanı da yaratmağı unutmur».

Bu gün «Aqrolizinq»də, Dövlət Baytarlıq İdarəsində, «Fitosanitar» idarəsində, «Aqrokredit»də Heydər Əsədovun adamlarının meydan suladığını bildirən mənbəmiz əlavə edir ki, bütün bunlara paralel olaraq yeni KTN şefi İsmət Abbasov üçün dəyərli hesab olunan spirtli içki sənayesi biznesinə nəzarəti də ələ keçirib və bunun da nəticəsində sözügedən istiqamətdə də ciddi RÜŞVƏT BAHALAŞMASI müşahidə olunmaqdadır.

Mənbənin bildirdiyinə görə, əgər dünənə qədər, yəni İsmət Abbasovun vaxtında çaxır və şampan içkilərinin istehsalı üçün müəssisələr KTN-dən bir lisenziyaya görə 60 min manat rüşvət ödəyirdilərsə, Heydər Əsədovun gəlişindən sonra rüşvətin miqdarı 80 min manata qədər qalxıb. Bu hələ harasıdır? Əsas bahalaşmanın araq sənayesində özünü göstərdiyini bildirən mənbəmiz iddia edir ki, dünənə qədər araq istehsalı üçün tələb olunan lisenziyaya 120 min manat ödəyən sahibkarlardan bu gün 150 min manat rüşvət istənilir. Yəni Heydər Əsədovun gəlişi özünü bu şəkildə göstərib: RÜŞVƏTİN BAHALAŞMASI FORMASINDA…

Onu da bildirək ki, Heydər Əsədov İsmət Abbasovun iqtisadi qanadlarını qırmaqla yetinməyib və ona qarşı siyasi xarakterə malik kompramatlar da toplamaqla məşğuldur. Bu isə yeni nazirə ona görə lazımdır ki, özünün bundan sonrakı yeyintisinii rəsmiləşdirə bilsin. Yəni İsmət Abbasov bu gün Heydər Əsədovun hansı istiqamətlərdən pul qazana biləcəyini yaxşı bilir. Və Heydər Əsədova lazımdır ki, bu qədər YAXŞI BİLƏN bir şəxsi birdəfəlik susdursun, onun prezidentə çıxış yollarını bağlasın. Ona görə də Heydər Əsədov İsmət Abbasovu yıxacaq ciddi kompramatları birbaşa olaraq dövlət başçısına ünvanlamağa hazırlaşır ki, bu faktlarla sizi yaxın vaxtlarda tanış edəcəyik.

Bizi izləməkdə davam edin…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05
“Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
"Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53
“35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51
Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40
"Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33
Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31
Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28
Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18
Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58
Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21
"Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17
Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06
Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05
FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00
" Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58
AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54
Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41
Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40
Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38
"Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36
Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32
Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29
İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23
İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19
Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16
Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08
"2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02
İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58
Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55
Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51
Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47
“Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45
"Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44
PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39
İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38
Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Dünən, 16:35
"Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Dünən, 16:32
Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Dünən, 16:25
Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Dünən, 16:09
Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Dünən, 16:06
Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Dünən, 16:02
“Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Dünən, 15:57
Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Dünən, 15:53
26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Dünən, 15:53
Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Dünən, 15:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru