Həbsdəki jurnalistin anası Prezidentdən ƏFV DİLƏDİ - MÜRACİƏT
Tarix: 27-04-2023, 12:58 | Çap et
"Əksər insanlar kimi mənim övladım Sənan Abdullayevin də bir insan kimi günahı var. Sabah öləcək ananın tabutunu oğulsuz qoymamalıdır. Mənim üçün xoşbəxtlik həm də oğlumun çiynində qəbir evinə getməkdir. 70 Yaşlı ana kimi gözəl bilirəm ki, siz azadlıqlarını itirmiş insanlara da xoşbəxtlik nəsib etmək gücündəsiniz".
Bu sözləri hal-hazırda həbsdə olan 5 il 6 ay azadlıqdan məhrum edilən jurnalist Sənan Həsənoğlunun anası ölkə başçısına ünvaladığı müraciətində yazıb. Ana ölkə başçısından oğlunun əfv edilməsin xahış edib, müraciətin bir nüsxəsini "Azərbaycan Reallığı"na göndərərək ictmayiləşdirilməsin istəyib.
Sözü gedən müraciəti olduğu kimi təqdim edirik:
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə
Yevlax Şəhəri Salatın Əsgərova küç. Ev-38 yaşayan Kazımova Solmaz Məhər qızı tərəfindən
MURACİƏT
Möhtərəm prezident!
Sizlərə təkcə ölkəmizin rəhbərləri kimi yox, həm də Milli adət-ənənələrimizə sadiq və qayğıkeş azərbaycanlı ailəsinin başçıları kimi müraciət edirəm. Mən həbsdə olan jurnalist Sənan Abdullayevin anası, 70 yaşlı Solmaz Kazımova olaraq sizdən övladımın əfv edilməsini xaiş edirəm.
Oğlum 30 ilə yaxındır ki, ölkəmizin müxtəlif KİV-lərində çalışıb və hər zaman dövlətçiliyə və Heydər Əliyev siyasi kursuna sadiq olubdur. Sənan 1993-cü ildən 2003-cü ilədək "Ədalət", "Odlar yurdu", "Soydaş" və başqa kütləvi informasiya vasitələrində repartyor olaraq, 2003-cü ildən 2020-ci ilədək isə "SPACE" , "ATV" və "AZTV"-nin Qarabağda bölgə müxbiri kimi fəaliyyət göstərərək mərkəzçi mövqeyini sərgiləyərək dövlətçiliyə xidmət edibdir.
Çünki onun atası Həsən Abdullayev də dövlətə və dövlətçiliyə sadiq, Heydər Əliyev ideyalarına dərin inamı olan şəxsiyyət olaraq tanınıbdır. Elə ona görə də rəhmətlik atası kimi, Sənan da ölkəmizin qurucusu Heyder Əliyevin və Sizin daxili və xarici siyasətinizə daim dəstək olduğunu öz peşə fəaliyyəti ilə sübut ediblər. 2016-cı ilin aprel döyüşləri zamanı "AZTV"nin Qarabağ bölgə muxbiri kimi, onun peşəkarlığı ali hərbi komandanlıq tərəfindən fəxri diplomla qiymətləndirilib.
44 günlük Zəfər müharibəsi zamanı isə Sənan Abdullayev rəsmi olaraq ölkəmizdə fəaliyyət göstərən internet televiziyalarının savaş müxbiri kimi Müzəffər Ordumuzun Ali baş komandanı İlham Əliyevin rəhbərliyi altında, rəşadətli qələbə xəbərlərini yaymaqla öz peşə borcunu layiqincə yerinə yetirib. Onun anası kimi mən də ömrümün 40 ilini əmək fəaliyyəti ilə məşğul olmaqla övladlarımı zəhmətlə və qayğıkeşliklə böyütmüşəm.
Cənab prezident!
Əksər insanlar kimi mənim övladım Sənan Abdullayevin də bir insan kimi günahı var və biz bunu inkar edə bilmərik. Amma onun günahları ucbatından həbsdə yatması bu gün – sabah öləcək ananın tabutunu oğulsuz qoymamalıdır. Yuxarıda da qeyd etdiyim kimi mənim 70 yaşım var. Necə deyərlər bir ayağım burda bir ayağım gordadır. Yaşımdan irəli gələn ağır xəstəliklərim var.
Sənanın 3 övladı və 2 nəvəsi var. Demək olar ki, ailəsinin maddi durumu acınacaqlıdır. Sənan 2-ci tip kardioloji xəstədir, ikinci qrup gözdən əlildir, ürəyində 7 stenti var və ağır şəkər xəstəsidir. Birinci Qarabağ müharibəsi iştirakçısıdır.Sənan Abdullayev, Gəncə Ağir Cinayətlər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir və artıq 18 aydır ki, həbsdədir.
Cənab Prezident!
Siz Ümummilli lider Heydər Əliyevin davamçısı kimi artıq 20 ilə yaxındır ki Azərbaycan Respublikasının Prezidentisiniz. Dahi liderin dahi də davamçısı olur. Dahi davamçılar isə ölkənin vətandaşları liderin həqiqətən onların maraqlarını düşündüyünü hiss etdikdə yaranır. Unutmayaq ki, insanlar yalnız etibar etdiklərinə inanırlar. Məhz Siz, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev olaraq, 10 millyondan artıq Azərbaycan xalqının inamını qazanmağı bacarmısınız.
Razılaşaq ki, liderlik məşhurluq deyil-səmimiyyətdir; o, hakimiyyət deyil-məqsəddir; liderlik vəzifə deyil - istedaddır. Yəni təkcə biz deyil, bütün Azərbaycan anaları Sizin kimi səmimi, məqsədli, humanist prezidentimizin olması ilə fəxr edir və edəcəkdir. Ən əsası da Siz bütün vətandaşlarımızın, elecə də məhkumluq həyatı yaşayan şəxslərin hüquqlarının təminatına daim xüsusi önəm vermisiniz.
Sizin hakimiyətiniz dörvründə 36 əfv sərancam ilə 6 mindən cox məhkumu bağışlamaqla onları ailələrinə qovuşdurmusunuz. Məhkum edilmiş şəxslərin əfv olunması hümanist addım olmaqla yanaşı insan və vətandaş hüquq və azadlıqlarına hörmət və ehtiramın bariz nümunəsidir. Elə ona görədə düz deyirlər ki, müdrik liderlər həmişə qayğıkeş olurlar.
Cənab prezident!
Sizdən ağbirçək ana kimi xahiş edirəm ki, Sənan Abdullayevin törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini, ilk məhkumluğunu, törətdiyi əməldən səmimi peşman olmasını, islah olunmasını, zərərçəkənlərlə barışıq əldə etməsini nəzərə alaraq, Prezident kimi müstəsna səlahiyyətlərinizdən istifadə edərək onu əfv edəsiniz.
Cənab Prezident!
Ağbirçək ana kimi gözəl bilirəm ki, Siz təkcə hazırda azadlıqda xoşbəxt yaşayanlara deyil, həmçinin azadlıqlarını itirmiş insanlara da xoşbəxtlik nəsib etmək gücündəsiniz. Mənim üçün xoşbəxtlik həm də oğlanlarımın çiynində qəbir evinə getməkdir. Siz təkcə Sənanı bağışlamaqla ona azadlığı bəxş etməyəcəksiniz, bizi, ailəsini,övladlarını sevindirməyəcəksiniz, Siz həm də onu bir ömür “anamı hamı kimi qəbir evinə yola salmadım” kimi vicdan əzabından qurtaracaqsınız.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? - AKTUAL
Bu gün, 23:22 |
|
|
|
• Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı - DETALLAR
Bu gün, 23:16 |
|
|
|
• "Xalq artistləri sakit durublar, mən də susacağam"
Bu gün, 21:34 |
|
|
|
• Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Bu gün, 21:32 |
|
|
|
• Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Bu gün, 19:10 |
|
|
|
• Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Bu gün, 19:02 |
|
|
|
• Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Bu gün, 19:00 |
|
|
|
• Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Bu gün, 18:58 |
|
|
|
• Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Bu gün, 18:17 |
|
|
|
• Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Bu gün, 18:11 |
|
|
|
• UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Bu gün, 18:07 |
|
|
|
• Tanınmış rejissora ağır itki
Bu gün, 18:02 |
|
|
|
• Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Bu gün, 18:00 |
|
|
|
• Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Bu gün, 17:59 |
|
|
|
• Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Bu gün, 17:52 |
|
|
|
• Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:47 |
|
|
|
• Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Bu gün, 17:40 |
|
|
|
• Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Bu gün, 17:31 |
|
|
|
• Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:18 |
|
|
|
• Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Bu gün, 17:11 |
|
|
|
• Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Bu gün, 17:07 |
|
|
|
• Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
• Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Bu gün, 17:01 |
|
|
|
• İsmayıllıda doğuş zamanı körpə ölüb
Bu gün, 16:51 |
|
|
|
• Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Bu gün, 16:50 |
|
|
|
• Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Bu gün, 16:49 |
|
|
|
• Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:42 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:34 |
|
|
|
• Suriya və Ermənistan arasında razılaşma - KİV
Bu gün, 16:28 |
|
|
|
• “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Bu gün, 16:14 |
|
|
|
• Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Bu gün, 16:13 |
|
|
|
• "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Bu gün, 16:04 |
|
|
|
• Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Bu gün, 16:03 |
|
|
|
• İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Bu gün, 15:58 |
|
|
|
• Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Bu gün, 15:57 |
|
|
|
• "Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Bu gün, 15:52 |
|
|
|
• Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Bu gün, 15:50 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb
Bu gün, 15:42 |
|
|
|
• Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib
Bu gün, 15:39 |
|
|
|
• Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib
Bu gün, 15:37 |
|
|
|
• Nəzrinlə bağlı ekspertiza və xəstəxana rəyləri niyə üst-üstə düşmür? - VİDEO
Bu gün, 15:35 |
|
|
|
• Həcc ziyarətinə gedən uşaqlar üçün qiymətlər necədir? - AÇIQLANDI
Bu gün, 15:24 |
|
|
|
• Elariz Məmmədoğlunun həbsdə olan kürəkəni özünü təqsirli bilməyib - TƏFƏRRÜAT
Bu gün, 15:21 |
|
|
|
• Aİ Rusiyaya qarşı sanksiyaları uzadıb
Bu gün, 15:18 |
|
|
|
• Paşinyan “erməni soyqırımı”nı inkar edir - Revanşist “Ayakve”
Bu gün, 15:15 |
|
|
|
• Teodoros Rosopulos yenidən AŞPA-nın prezidenti seçilib
Bu gün, 15:12 |
|
|
|
• Bank kartlarımızdan pul oğurlanır: nə etməli? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanda MTK ləğv olunur
Bu gün, 13:58 |
|
|
|
• FONTANA restoranı qanunlara ZİDD GETDİ VƏ...
Bu gün, 13:05 |
|
|
|
|