Dəmiryolçunun ümidinə qalan Kəlbəcər RİH... - İLGİNC İDDİALAR...
Tarix: 10-05-2023, 08:26 | Çap et
Azərbaycan cəmiyyətində belə bir fikir var idi ki, yaşlı nəsil tədricən öz yerini gənc nəsilə verməlidir, vəzifələrə gənclər gəlməlidir. Yəni bu bir ictimai sifariş idi. Və son illər bu proses sürətləndi. Xeyli sayda gənclərimiz mühüm vəzifələrə təyin olundu. Bu gün onlarla gənc icra başçısı, nazir, komitə sədri, nazir müavini kimi mühüm vəzifələrdə çalışır. Hətta onların tərcümeyi-halında xarici dilləri bilmələri də xüsusi olaraq vurğulanır. Biz gənclərimizin irəli çəkilməsinin əleyhinə deyilik, onsuz da tədricən idarəetmədə nəsildəyişmə prosesi getməlidir. Amma... Əmması odur ki, gənc icra başçısının əcnəbi dili bilməsi yaxşıdır. Amma icra başçısı hər şeydən öncə kəndlinin, çobanın, torpağın, suyun, əkinin, biçinin, ağacın, otun, pambığın, tütünün, baramanın, arının, mal-qaranın və s dilini bilməlidir. Gənclər dalğasında yüksək vəzifəyə gələnlərdən biri də Kəlbəcər rayonunun icra başçısı Azər Qocayevdir. Bu şəxs 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt Dövlət Universitetinin Elektroenergetika fakültəsini bitirib, ixtisasca energetikdir. Əmək fəaliyyətinə 2009-cu ildə "Azərenerji" ASC-nin "Sumqayıt elektrik şəbəkə" ASC-də nəzarətçi kimi başlayıb. Sonradan “Azərbaycan Dəmir Yolları”QSC-də elektrik satışı işlərinə baxıb. Vəssəlam. Və 13.05.2020-ci il tarixdə 35 yaşında Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Yəni bu şəxs nəinki kəndlinin, torpağın dilini bilmir, hələ üstəlik bir günlük idarəetmə təcrübəsi də yoxdur. Sözün qısası, indi isə 3 ildir icra başçısı kreslosunda oturan işıqçı icra başçısının qaranlıq əməllərinə nəzər salaq. Bu adam qısa müddətdə Kəlbəcər camaatının gözündən düşdü, nufuz qazana bilmədi. Gənc icra başçısı kresloya oturan kimi məktəb direktorlarını çağırıb bazarlığa başladı. Çünki icra başçıları bilir ki, məktəblərdə xeyli ölü canlar, müftə maaş alanlar var. Azər Qocayev də bu məqsədlə ilk işini məktəblərdən başladı. Yəni alırsınız, mənimlə bölüşməlisiniz. Beləcə hər məktəb direktoruna 500 manat “aylıq” qoyuldu. Hətta mediada yayılan xəbərlərdən belə məlum olur ki, Azər Qocayev vəzifəsindən sui-istifadə etməklə rayonun Təhsil Şöbəsinin müdir əvəzi İsmayıl Məmmədovun vasitəçiliyilə məktəb direktorlarından rüşvət tələb edərək alıb. İcra başşçısının Kəlbəcər RTŞ-nin tabeliyindəki 5, 9, 10, 11, 22, 55, 98, 109, 115 saylı və digər məktəblərin direktorlarının hər birindən 500 manat rüşvət alması ilə bağlı müvafiq qurumlarda sübutlar var. Bu barədə mediada məlumat yayılıb və qarşı tərəf bunu təkzib etməyib. Hətta mediada yayılan xəbərə görə, Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Azər Qocayevə cinayət işi açılıb. Kəlbəcər rayon Prokurorluğunun icraatında olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci (passiv rüşvətxorluq), eləcə də AR CM-nin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ibtidai araşdırma üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin icraatına qəbul edilib. Hazırda iş üzrə zəruri istintaq və hüquqi tədbirlər davam etdirilir. Və məktəb direktorları yazılı izahat veriblər. Biz dəfələrlə cənab Qocayevdən soruşmuşuq ki, əgər bu xəbərlər yalan, böhtandırsa, niyə təkzib etmirsən..? Gənc icra başçısının özünü idmançı kimi aparması, vətəndaşlara kabinetində əzələ nümayiş etdirməsi barədə də çox yazılıb. Amma bu adamdan soruşan olmayıb ki, səni o boyda rayona icra başçısı təyin edən cənab Prezident səni xalqa xidmət etməyə göndərmişdi, adam döyməyə yox. Gənc icra başçısı qısa vaxtda xeyli sayda məcburi köçkünün müavinətlərini də mənimsəyib. Bu hələ harasıdır..? Məlumdur ki, hər rayonun icra başçısının İANƏ FONDU olur. ( Bu özü də maraqlı mövzudur ). Deməli, Azər Qocayev köhnə icra başçısının dövründən qalan ianə fondunu basıb yeyib və izi itirmək üçün fondu ümumiyyətlə ləğv edib. Son günlər redaksiyamıza Azər Qocayevin daha bir qara əməli barədə məlumat daxil olub. Məlumdur ki, rayon daxilində yığılan vergilər rayonun büdcəsinə daxil olur. Məlumata görə, rayonun büdcəsinə şəxsən Azər Qocayevin özü nəzarət edir. Və icra başçısı qanunsuz olaraq büdcədən kimə istəyirsə yardım etməklə bağlı sərəncam verir. Amma icra başçısı Kəlbəcərdən olan şəhid və qazi ailələrinə kömək etmir. Cənab Azər Qocayevdən soruşan lazımdır ki, sənin babanın erməni tapdağı altında olan qəbrini şəhidlər və qazilər azad ediblər. Gənc icra başçısının tez-tez köməkçi və katibə dəyişdirməsi isə başqa bir yazının mövzusudur. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Bu gün, 19:10 |
|
|
|
• Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Bu gün, 19:02 |
|
|
|
• Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Bu gün, 19:00 |
|
|
|
• Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Bu gün, 18:58 |
|
|
|
• Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Bu gün, 18:17 |
|
|
|
• Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Bu gün, 18:11 |
|
|
|
• UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Bu gün, 18:07 |
|
|
|
• Tanınmış rejissora ağır itki
Bu gün, 18:02 |
|
|
|
• Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Bu gün, 18:00 |
|
|
|
• Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Bu gün, 17:59 |
|
|
|
• Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Bu gün, 17:52 |
|
|
|
• Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:47 |
|
|
|
• Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Bu gün, 17:40 |
|
|
|
• Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Bu gün, 17:31 |
|
|
|
• Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:18 |
|
|
|
• Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Bu gün, 17:11 |
|
|
|
• Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Bu gün, 17:07 |
|
|
|
• Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
• Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Bu gün, 17:01 |
|
|
|
• İsmayıllıda doğuş zamanı körpə ölüb
Bu gün, 16:51 |
|
|
|
• Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Bu gün, 16:50 |
|
|
|
• Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Bu gün, 16:49 |
|
|
|
• Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:42 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:34 |
|
|
|
• Suriya və Ermənistan arasında razılaşma - KİV
Bu gün, 16:28 |
|
|
|
• “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Bu gün, 16:14 |
|
|
|
• Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Bu gün, 16:13 |
|
|
|
• "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Bu gün, 16:04 |
|
|
|
• Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Bu gün, 16:03 |
|
|
|
• İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Bu gün, 15:58 |
|
|
|
• Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Bu gün, 15:57 |
|
|
|
• "Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Bu gün, 15:52 |
|
|
|
• Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Bu gün, 15:50 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb
Bu gün, 15:42 |
|
|
|
• Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib
Bu gün, 15:39 |
|
|
|
• Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib
Bu gün, 15:37 |
|
|
|
• Nəzrinlə bağlı ekspertiza və xəstəxana rəyləri niyə üst-üstə düşmür? - VİDEO
Bu gün, 15:35 |
|
|
|
• Həcc ziyarətinə gedən uşaqlar üçün qiymətlər necədir? - AÇIQLANDI
Bu gün, 15:24 |
|
|
|
• Elariz Məmmədoğlunun həbsdə olan kürəkəni özünü təqsirli bilməyib - TƏFƏRRÜAT
Bu gün, 15:21 |
|
|
|
• Aİ Rusiyaya qarşı sanksiyaları uzadıb
Bu gün, 15:18 |
|
|
|
• Paşinyan “erməni soyqırımı”nı inkar edir - Revanşist “Ayakve”
Bu gün, 15:15 |
|
|
|
• Teodoros Rosopulos yenidən AŞPA-nın prezidenti seçilib
Bu gün, 15:12 |
|
|
|
• Bank kartlarımızdan pul oğurlanır: nə etməli? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanda MTK ləğv olunur
Bu gün, 13:58 |
|
|
|
• FONTANA restoranı qanunlara ZİDD GETDİ VƏ...
Bu gün, 13:05 |
|
|
|
• Ermənistan Rusiyanın brokin mərkəzi funksiyasını yerinə yetirir - deputat
Bu gün, 13:05 |
|
|
|
• Ermənistanda yeni 20 min dramlıq əskinas tədavülə buraxılıb
Bu gün, 13:02 |
|
|
|
• Bakıda fantastik qiymətlərə mənzillər: - Son bir ildə daşınmaz əmlak nə qədər bahalaşıb?
Bu gün, 13:00 |
|
|
|
• Rusiyanın məcburi müharibəyə apardığı azərbaycanlı haradadır? - AÇIQLAMA
Bu gün, 12:53 |
|
|
|
|