"Şəhid qızıyam çarəsiz qalmışam, SƏSİMİ EŞİDƏN YOXDUR" .....                     Əvəzçilik üzrə işləyən işçilərin... .....                     “Kəsilmək” sırası plastik cərrahların özünə çatdı .....                     “Oğlum xəstə idisə, klinikada necə video çəkirdi?” .....                     “İslamda olan salavatın Peyğəmbərdən başqasına dəxli yoxdur” .....                     Texniki Universitetdə BAZAR QAYDALARI... .....                     Zaur `yeməyə` NİYƏ TƏLƏSDİ?.. .....                     Gürcüstanla quru sərhədi açılsa, ətin qiyməti ucuzlaşar .....                     Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində .....                     Paşinyan-kilsə savaşı yenidən qızışdı .....                     Rövşən Rzayevin rəhbərlik etdiyi şirkət hakim qarşısında: Keçmiş prezident nə istəyir? .....                     Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? .....                     Ermənistan kəşfiyyatının yalanları İFŞA EDİLDİ .....                     Ermənistana göndəriləcək ABŞ hərbçiləri “harda qaldı”? .....                     Şəhid Elfaq Nağıyevin xatirəsinə həsr edilmiş karate turniri keçirilib .....                     “Rusiyaya ayıb olsun ki, öz vətəndaşlarını da öldürdükləri hadisədə belə mövqe tutur” .....                     SOCAR-da VAKANSİYA ŞOUSU... davam edir... .....                     Bakının Xəzər və Nizami rayonlarında səsvermə başlayıb .....                     Azərbaycanda məntəqələr bələdiyyə seçkilərində səsvermə üçün açılıb .....                     XİN töhmət alan diplomatı niyə vəzifəyə təyin edib? .....                     Dörd qurum hərəkətə keçdi: iki gün sonra kim qalib gələcək? .....                     Metropolitenin "minnətli" qiymət artımı... .....                     Kreml İrəvan üçün "oksigen balonudur" .....                     Tramp hökuməti artıq hər gün 1 milyard dollara qənaət edir .....                     "Əgər dalaq və ödü yoxdursa, uşağım necə sağlam ola bilər?" .....                     Suvarma Sistemləri İdarəsində “ailə“podratı .....                     "Bu şəxslər başa düşərlər ki..." .....                     Həsənağa Turabovun xanımı VƏFAT ETDİ .....                     Tramp uşaqların cinsiyyətinin dəyişdirilməsi əməliyyatlarının .....                     Sudan istifadə edənlər birliyinin əməkdaşları “peçat” hədəsi ilə işdən çıxarıldı? .....                     Həbibullayevdən TİKİNTİ XAOSU .....                     Kremlin "qara günləri" indi başlayır .....                     Belarus, Lukaşenko və seçki imitasiyası... .....                     BAŞLANDI: “Təmiz Qaz”da kütləvi ixtisarlar .....                     Ölkənin baş gömrükçüsünün ABSURD İZAHATI... .....                     "Rusiya tərəfi vaxtında Azərbaycandan üzr istəməli idi" .....                     Ankara masanı böyüdür, Bakı susur... .....                     Moskvada Bakı sancısı: “Həm təyyarəmi vur, insanımı öldür, həm də...” .....                     Ərdoğan Azərbaycana gəlir: .....                     Zaur Hüseynovun mədəni "dilənçiliyi", ifşa olunan yalanlar .....                 

Kənd Təsərrüfatı Nazirliyinin ifşa olunan YALANI... - Kəndlilər heyvan saxlamaqdan niyə kütləvi şəkildə imtina edir?
Tarix: 15-06-2023, 12:17 | Çap et
Kənd Təsərrüfatı Nazirliyinin ifşa olunan YALANI...
Azərbaycanın kəndlərində heyvan saxlamaqdan kütləvi şəkildə imtina olunur. Kənd Təsərrüfatı Nazirliyi təsəlliverici məlumatlar vermək əvəzinə, real iş görməlidir.

Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalmaqda davam edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü il yanvar ayının birinə ölkəmizdə iribuynuzlu heyvanların sayı 2 milyon 628.6 min, xirdabuynuzlu heyvanların sayı isə 7 milyon 772.1 min baş təşkil edib. Bu da əvvəlki illə müqayisədə iribuynuzlu heyvanların sayının 0.8% və ya 20.2 min, xırdabuynuzlu heyvanların sayının isə 1.6% və ya 127.6 min baş azalması deməkdir. Belə ki, 2022-ci ilin yanvar ayının birində iribuynuzlu heyvanların sayı 2 milyon 648.8 min, xırdabuynuzlu heyvanların sayı isə 7 milyon 899.7 min baş olub.

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) rəsmiləri ölkədə heyvanların sayının azalmasını fermerlərin xaricdən gətirilən yeni sort heyvanlara üstünlük verməsi ilə izah edirlər. Onların sözlərinə görə, fermerlər öz təsərrüfatlarında gündə 2 litr süd verən 3 inək saxlamaq əvəzinə, süni mayalanma yolu ilə alınmış gündə 10 litr süd verən 1 inək saxlamağa üstünlük verirlər. Bu səbəbdən ölkədə heyvanların baş sayı azalsa da, ət və süd istehsalı artıb.

Lakin “Yeni Çağ”ın apardığı araşdırma zamanı KTN rəsmilərinin açıqlmalarının həqiqətlə uyğunlaşmadığı üzə çıxıb. Məlum olub ki, hazırda Azərbaycanın kəndlərində yaşayan ailələr heyvan saxlamaqdan kütləvi şəkildə imtina edirlər. Buna səbəb isə onların heyvan saxlamaq üçün şərait və imkanlarının olmamasıdır. Belə ki, əksər kənd yerlərində, xüsusilə də istirahət zonalarında bələdiyyələrin balansında olan örüş yerləri müxtəlif şəxslərə satılıb. Həmin yerlərdən örüş kimi deyil, digər məqsədlər üçün istifadə olunur. Məsələn, İsmayıllı rayonunun bir sıra kəndlərini buna misal göstərmək olar. Bu hal qoyun sürülərinin bəsləndiyi yerlərə, xüsusilə də Mərkəzi Aran rayonlarında yerləşən qışlaqlara da aiddir. Örüş yeri olmadığı üçün heyvanları daimi tövlə şəraitində saxlamaq isə kəndli üçün sərfəli deyil. Nəzərə alaq ki, hazırda 1 ədəd ot tayının qiyməti 4-6 manat, arpanın 1 kiloqramı 35-45 qəpikdir. Mövsüm bitəndən sonra, yəni payız və qış aylarında isə bu qiymətlər daha da artır. Belə olan halda heyvanların bəslənməsi üçün çəkilən xərclər gəlirlərdən çox olur. Buna görə də, kənd yerlərində yaşayan insanlar üçün heyvan saxlamaq sərfəli görünmür. Bu səbəbdən onlar heyvanlarını satır, pay torpaqlarında isə ya taxıl əkir, ya da həmin əraziləri başqalarına icarəyə verirlər. İcarəyə alınan torpaqlarda da əsasən taxıl becərilir. Beləliklə də, ölkə üzrə heyvanların sayı azalır.

Respublikada yaradılan yeni, müasir standartlara cavab verən təsərrüfatların sayı isə olduqca azdır. Müqayisə üçün bildirək ki, sovetlər dönəmində demək olar ki, Azərbaycanın hər bir kəndində 1 təsərrüfat var idi. Həm də hər bir ailə fərdi şəkildə heyvan bəsləyirdi. İndi isə həmin təsərrüfatlar yoxdur. Fərdi şəkildə heyvan bəsləyənlərin sayı da getdikcə azalır.

Mütəxəssislər hesab edirlər ki, bu məsələyə ciddi yanaşılmalıdır. KTN rəsmiləri təsəlliverici məlumatlar yaymaq əvəzinə, real iş görməlidirlər. Xüsusilə kənd yerlərində yaşayan insanların heyvandarlığa marağı artırılmalı, bunun üçün müvafiq yollar tapılmalıdır. Məsələn, bunun üçün kənd təsərrüfatı kooperasiyalarının yaradılması üzərində dayanmaq olar. Amma burada vacib bir məsələni vurğulamaq lazımdır ki, kooperasiyaların yaradılması üçün lazım olan vəsait və s. fermerlərin hesabına olmalıdır. Lakin nəzərə almaq lazımdır ki, hazırda kənd yerlərində yaşayanların bir çoxu bu resurslara malik deyil. Bir çoxlarının da kooperasiyalar barədə məlumatı yoxdur. Ona görə də, KTN və digər aidiyyəti qurumlar bu məsələnin üzərində ciddi düşünməlidirlər. Hesab olunur ki, kooperasiyaların yaradılması işini pilot layihə olaraq, dövlətin dəstəyi ilə 1 rayon və ya ayrı-ayrı kəndlər üzrə həyata keçirmək mümkündür. Daha sonra isə işi sürətləndirmək olar.

Qeyd edək ki, heyvandarlığın əsaslı inkişafı torpaqların da səmərəli istifadəsinə imkan yarada bilər. Belə ki, hazırda ölkə üzrə əkin sahələrinin əksər hissəsindən ildə 1 dəfə istifadə olunur. Əsasən də həmin torpaqlarda taxıl əkilir. Halbuki sovetlər dönəmində əkin sahələrinin əksər hissəsində ildə azı iki dəfə əkin aparılırdı. İndi də həmin torpaqlarda bu prosesi həyata keçirmək mümkündür.

Beləliklə, ölkədə heyvandarlığın əsaslı inkişafını təmin etməklə, həm bu sahənin yüksəlişinə, həm də torpaqlardan səmərəli istifadəyə nail olmaq mümkündür. Bu isə bir çox sahələrə müsbət təsir göstərə bilər. Həm də kənd yerlərində işsizliyin və kənddən şəhərə axının qarşısının alınmasına kömək edər.

“Yeni Çağ”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Şəhid qızıyam çarəsiz qalmışam, SƏSİMİ EŞİDƏN YOXDUR" - MÜRACİƏT
Bu gün, 10:09
Əvəzçilik üzrə işləyən işçilərin... - Ekspert danışır...
Bu gün, 10:02
“Kəsilmək” sırası plastik cərrahların özünə çatdı - son iki gün...
Bu gün, 09:58
“Oğlum xəstə idisə, klinikada necə video çəkirdi?” - VİDEO
Bu gün, 09:57
“İslamda olan salavatın Peyğəmbərdən başqasına dəxli yoxdur” - İlahiyyatçı
Bu gün, 09:46
Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...
Bu gün, 09:43
Zaur `yeməyə` NİYƏ TƏLƏSDİ?.. - Az yatsa da... `ÇOX YUXU GÖRÜB`...
Bu gün, 09:37
Gürcüstanla quru sərhədi açılsa, ətin qiyməti ucuzlaşar - AKTUAL
Bu gün, 09:35
Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində SƏS VERDİ
Bu gün, 09:29
Paşinyan-kilsə savaşı yenidən qızışdı - bu dəfə TAM FƏRQLİ...
Bu gün, 09:27
Rövşən Rzayevin rəhbərlik etdiyi şirkət hakim qarşısında: Keçmiş prezident nə istəyir? - TƏFƏRRÜAT
Bu gün, 09:25
Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
Bu gün, 09:20
Ermənistan kəşfiyyatının yalanları İFŞA EDİLDİ - DETALLAR
Bu gün, 09:12
Ermənistana göndəriləcək ABŞ hərbçiləri “harda qaldı”? - Görünəni odur ki...
Bu gün, 09:11
Şəhid Elfaq Nağıyevin xatirəsinə həsr edilmiş karate turniri keçirilib
Bu gün, 09:05
“Rusiyaya ayıb olsun ki, öz vətəndaşlarını da öldürdükləri hadisədə belə mövqe tutur” - ETİRAZ
Bu gün, 08:55
SOCAR-da VAKANSİYA ŞOUSU... davam edir... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:54
Bakının Xəzər və Nizami rayonlarında səsvermə başlayıb - FOTO
Bu gün, 08:45
Azərbaycanda məntəqələr bələdiyyə seçkilərində səsvermə üçün açılıb - DİQQƏT
Bu gün, 08:05
XİN töhmət alan diplomatı niyə vəzifəyə təyin edib? - Rəsmi
Bu gün, 08:03
Dörd qurum hərəkətə keçdi: iki gün sonra kim qalib gələcək? - AKTUAL
Bu gün, 07:38
Metropolitenin "minnətli" qiymət artımı... - Sərnişindaşıma daha ucuz başa gəlsə də...
Bu gün, 07:16
Kreml İrəvan üçün "oksigen balonudur" - FAKT BUDUR!
Bu gün, 07:13
Tramp hökuməti artıq hər gün 1 milyard dollara qənaət edir
Bu gün, 06:47
"Əgər dalaq və ödü yoxdursa, uşağım necə sağlam ola bilər?" - GİLEY
Bu gün, 06:43
Suvarma Sistemləri İdarəsində “ailə“podratı - Rəis 4 ayda oğlunun vəzifəsini 3 dəfə dəyişib
Bu gün, 06:39
"Bu şəxslər başa düşərlər ki..." - REAKSİYA
Bu gün, 06:26
Həsənağa Turabovun xanımı VƏFAT ETDİ - 85 yaşında...
Bu gün, 06:21
Tramp uşaqların cinsiyyətinin dəyişdirilməsi əməliyyatlarının maliyyələşdirilməsini qadağan edib
Bu gün, 06:19
Sudan istifadə edənlər birliyinin əməkdaşları “peçat” hədəsi ilə işdən çıxarıldı? - ARAŞDIRMA
Bu gün, 01:27
Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...
Bu gün, 01:23
Kremlin "qara günləri" indi başlayır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:17
Belarus, Lukaşenko və seçki imitasiyası... - UNİAN
Bu gün, 01:15
BAŞLANDI: “Təmiz Qaz”da kütləvi ixtisarlar - “İşçilərin məhkəməyə müraciət etmək hüququ var”
Bu gün, 00:45
Ölkənin baş gömrükçüsünün ABSURD İZAHATI... - Necə olur ki, texniki nasazlıq üç ay davam edir?”
Bu gün, 00:36
"Rusiya tərəfi vaxtında Azərbaycandan üzr istəməli idi" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:32
Ankara masanı böyüdür, Bakı susur... - NƏ BAŞ VERİR?
Bu gün, 00:28
Moskvada Bakı sancısı: “Həm təyyarəmi vur, insanımı öldür, həm də...” - NƏ ETMƏLİ?
Bu gün, 00:25
Ərdoğan Azərbaycana gəlir: - Xocalıda Türkiyə konsulluğu açıla bilərmi?
Bu gün, 00:16
Zaur Hüseynovun mədəni "dilənçiliyi", ifşa olunan yalanlar - İLGİNC
Bu gün, 00:14
"Bir türk və Qafqaz kişisi yalnız rəqs edərkən ya da bayraq qarşısında diz çökər..."
Bu gün, 00:12
Bu gün Azərbaycanda seçkilərdir - DİQQƏT
Bu gün, 00:06
Dövlət Ehtiyatları Agentliyində XƏYANƏT - AXI NECƏ?..
Bu gün, 00:03
Qida şirkəti “Delta Qrup C.O” ölkədən pul çıxarmaqda ittiham edilir - TƏFƏRRÜAT
Dünən, 19:00
“Siyasi repressiya” anonsu: - “Vəzifəli şəxs tutulanda əl çalırıq, amma…”
Dünən, 18:17
Quql Meksika körfəzinin adını dəyişdi
Dünən, 18:14
Makronu narahat edən əsas məsələ Avropada millətçi kəsimin önə çıxmasıdır -ŞƏRH
Dünən, 18:13
Nəqliyyat məsələlərinə həsr olunan müşavirə keçirilib, Prezident İlham Əliyev çıxış edib
Dünən, 18:09
Əfqan Süleymanov bu rayona icra başçısı təyin edilir - İDDİA
Dünən, 18:06
Ali Attestasiya Komissiyasına sədr müavini təyin edilib - SƏRƏNCAM
Dünən, 17:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru