Lukaşenko Belarusda keçirilən seçkilərdə .....                     "Mənim çəkim qədər pulunuz var..." .....                     Trampın 1 həftədə etdikləri... .....                     Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir .....                     “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər .....                     Məhkəmədəki etiraf aranı qarışdırdı .....                     İşdən çıxarılan müəllimə məhkəməni uduzdu .....                     Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər .....                     Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib .....                     "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" .....                     SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? .....                     Tramp Qrenlandiyanı satın almaq istəyirsə... .....                     Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı .....                     Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də .....                     Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür .....                     Söz bitdi, iş zamanıdır... .....                     Türkiyə PUA-sı Ermənistana daxil olub? .....                     “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” .....                     Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur .....                     COVID-19 qalmaqalı alovlanır .....                     Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır .....                     Baş nazirin "psixotrop" iddiaları... .....                     Cənubi Qafqaz Birliyi .....                     "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim" .....                     Paşinyan revanş mesajı verdi .....                     “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” .....                     Belarusda prezident seçkiləri baş tutmuş elan edilib .....                     Ərdoğan öz ad günündə Xocalıya gələcək… .....                     ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: .....                     "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar" .....                     Zaur Mikayılovun adamı istədiyini edirsə.... .....                     SEPAH süni intellektli raketləri kimə tuşlayıb? .....                     “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” .....                     Ətin qiyməti niyə artıb? .....                     Avropa Birləşmiş Ştatları... .....                     İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? .....                     Araikin Bakıda etirafı Paşinyanı qorxutdu .....                     Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır .....                     “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” .....                     'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı .....                 

Şəhid atası təhqir olunaraq işdən qovuldu - BU BİR “Kristal Abşeron” KEYFİYYƏTSİZLİYİDİR...
Tarix: 21-06-2023, 17:31 | Çap et
Şəhid atası təhqir olunaraq işdən qovuldu
“Komendant məndən rüşvət tələb edirdi. Verməsəm, işdən çıxarmaqla hədələyirdi. Canım boğazıma yığılmışdı. Bir gün dözməyib, dedim ki, mən şəhid atasıyam, heç olmasa, buna görə mənə hörmət elə. O da cavabında qayıtdı ki, şəhid atasısan, gəl, otur mənim boynumda”.

Vətəndaş Saday Hüseynov Meydan TV-yə belə deyir.

O bildirir ki, “Kristal Abşeron” MTK-ya aid “Xəzər İnşaat” Mənzil-Tikinti Kooperativinin Bakının Məhsəti Gəncəvi küçəsində yerləşən iki binasında fəhlə işləyib.

Binaların inşası bitəndən sonra ona komendant köməkçisi vəzifəsi verilib:

“Səkkiz il işlədim, binaların sakinləri də məndən razı idilər. 2022-ci ilin sentyabrında şirkət Fuad Rəsulov adlı şəxsi icraçı direktor təyin etdi. Bu adam gələndən mənə göz verib, işıq vermədi. Mənim əməkhaqqım min manat, onunku isə səkkiz yüz manat idi. Əvvəl bundan başladı. Dedi ki, sən maaşının iki yüz manatını mənə verməlisən”.

“Bəzən istirahət günlərində bina sakinləri məni mənzillərində su krantının xarab olması kimi işlərə görə çağırırdılar. Gördüyüm işin müqabilində də pul verirdilər. Fuad Rəsulov da başladı ki, sən həmin pulları mənə verməlisən. Çünki şirkətdən maaş alırsan. Mən də etiraz etdim ki, mən bu pulu işdən sonra qazanıram”, – deyə o bildirib.

Saday Hüseynovun sözlərinə görə, şirkət rəhbərliyinə komendantdan şikayət etsə də, heç bir nəticəsi olmayıb:

“Onun mənə qarşı psixoloji təzyiqləri davam edirdi. Rəhbərlik hər dəfə deyirdi ki, başını aşağı sal, işlə. Nə qədər çalışdım, alınmadı. Bu alov, mən də su oldum. Deyirdi ki, burada işləmək istəyirsənsə, mənə hörmət elə, pul ver. Şirkət rəhbərliyi də deyir ki, Fuad Rəsulov elə söz deməz. Dedim ki, necə yəni deməz? Bu adam mənə işləməyə imkan vermir. Lakin xeyri olmadı. Axırda da dedi ki, işə gəlmə”.

2023-cü ilin yanvarından işsiz qalan Saday Hüseynov ona qarşı haqsızlıq edildiyini deyir:

“Yanvar ayından evimə pul girmir. Artıq o iş mənə lazım deyil. Mənə təsir edən Fuad Rəsulovun sözləridir. Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan oğlum Anar Hüseynliyə verilən şəhidlik pulundan da imtina etmişəm. Yeri gələndə, bu dövlətdən də imtina edəcəyəm. Dövlətin mənə qayğısı, hörməti budur. Mən həmin puldan imtina etdim ki, Azərbaycan öz ordusunu gücləndirsin. Gözləmirdim ki, hansısa məmur mənə belə münasibət göstərəcək”.

Vətəndaş şirkətin əməkdaşı Fuad Rəsulovun ona qarşı etdiklərinə görə cavab verməsini istəyir:

“İyunun 14-də şirkətin baş ofisinə gedib, rəhbərliklə görüşdüm. Məni İbrahim adlı bir şəxs qəbul etdi. Bildirdim ki, işçiniz məndən rüşvət tələb edib. Ona şəhid atası olduğumu deyəndə, üstəlik, məni təhqir də edib. Şirkət rəhbəri də cavabında dedi ki, deyir-deyir də, burda nə var ki?! Sözdür də, deyir. Onun ağlı ora qədər çatır. İndi mən ona nə etməliyəm? Mən də deyirəm ki, siz nəsə bir tədbir görməlisiniz, axı məni təhqir edib. Deyir ki, dayı, biz onun ağzına açar olmayacağıq. Başa salıram ki, bu adam məndən rüşvət istəyir. Cavabında deyir ki, çağırıb, onunla söhbət edərik”.

“Kristal Abşeron” MTK-dan bildirilib ki, məsələ araşdırılıb və onların Saday Hüseynov adlı işçisi yoxdur, olmayıb.

Saday Hüseyov isə deyir ki, onu işə məhz “Kristal Abşeron” götürüb.

Onun sözlərinə görə, “Xəzər İnşaat”da çalışsa da, bütün işlər “Kristal Abşeron”un baş ofisindən idarə olunur.

Fuad Rəsulov Meydan TV-yə deyib ki, Saday Hüseynovun onun ünvanına söylədikləri doğru deyil:

““Xəzər İnşaat” MTK binanı tikib təhvil verəndən sonra Nizami 9 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılıb. Bina sakinlərinin birgə razılığı ilə də mən binaya icraçı direktor təyin edilmişəm. Saday Hüseynovun bizim cəmiyyətə, binaya aidiyyəti yoxdur. O, “Xəzər İnşaat” MTK-nın işçisi olub. Binanın inşaası zamanı fəhlə işləyib. Bizim binadan əlavə iki binada tikinti işləri tamamlanmadığı üçün şirkət bir neçə fəhləni müvəqqəti olaraq binalarda saxlayıb. Saday Hüseynov da binalarda olduğu müddətdə evlərə gedib, paltaryuyan maşın quraşdırıb, su krantını dəyişib. Halbuki onun bina daxilində mənzillərə girmək səlahiyyəti yoxdur. Bununla əlaqədar ona bir neçə dəfə şifahi xəbərdarlıq etmişəm. Onun maaşının artması, yaxud da azalması mənim səlahiyyətim daxilində deyil. Şəhid atası olduğu üçün ona bu cür şər-böhtan sözlər deməyi uyğun bilmirəm. Onunla qanun müstəvisində danışa bilərəm, amma özümə yaraşdırmıram”.

“Dəfələrlə demişəm ki, Saday dayı, işçimiz deyilsən. Nasosxanadır, işıq şitləri olan yerlərə icazəsiz girmək olmaz. Bunlara rəsmi olaraq mən cavabdehəm. Hər bir binada daxili nizam-intizam qaydaları var. Şəhid atası olmaq o deyil ki, gəlib, mənə şər-böhtan atsın. Qonşular hamısı deyir ki, Fuad müəllim, bir izahat yazaq, hamımız da qol çəkək ki, sizin fəaliyyətinizdən, davranışınızdan çox razıyıq”, – deyə o bildirib.

Meydan TV










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33
"Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30
Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24
Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17
“TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15
Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35
İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32
Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28
Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22
"Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00
SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56
Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42
Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35
Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24
Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21
Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19
Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15
“Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12
Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07
COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30
Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26
Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03
Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58
"Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52
Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50
“Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06
Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03
Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08
ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38
"Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36
Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29
SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25
“İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 10:41
Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:36
Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Dünən, 10:30
İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:11
Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Dünən, 09:06
Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Dünən, 09:03
“Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Dünən, 07:45
'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Dünən, 07:41
"Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Dünən, 07:30
Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Dünən, 07:24
Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Dünən, 07:19
İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Dünən, 07:12
"ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Dünən, 06:44
İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Dünən, 06:38
Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Dünən, 06:33
Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Dünən, 06:24
“Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Dünən, 06:20
Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi - ARAŞDIRMA
Dünən, 00:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru