Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir .....                     “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər .....                     Məhkəmədəki etiraf aranı qarışdırdı .....                     İşdən çıxarılan müəllimə məhkəməni uduzdu .....                     Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər .....                     Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib .....                     "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" .....                     SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? .....                     Tramp Qrenlandiyanı satın almaq istəyirsə... .....                     Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı .....                     Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də .....                     Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür .....                     Söz bitdi, iş zamanıdır... .....                     Türkiyə PUA-sı Ermənistana daxil olub? .....                     “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” .....                     Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur .....                     COVID-19 qalmaqalı alovlanır .....                     Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır .....                     Baş nazirin "psixotrop" iddiaları... .....                     Cənubi Qafqaz Birliyi .....                     "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim" .....                     Paşinyan revanş mesajı verdi .....                     “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” .....                     Belarusda prezident seçkiləri baş tutmuş elan edilib .....                     Ərdoğan öz ad günündə Xocalıya gələcək… .....                     ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: .....                     "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar" .....                     Zaur Mikayılovun adamı istədiyini edirsə.... .....                     SEPAH süni intellektli raketləri kimə tuşlayıb? .....                     “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” .....                     Ətin qiyməti niyə artıb? .....                     Avropa Birləşmiş Ştatları... .....                     İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? .....                     Araikin Bakıda etirafı Paşinyanı qorxutdu .....                     Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır .....                     “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” .....                     'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı .....                     "Şagirdlərdə əlavə stres yaradır..." .....                     Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... .....                     Beyləqanda Şəhid ailəsinin iztirabları... .....                 

Rauf Vəliyev Prezidentin tapşırığına niyə əməl etmir? - Müharibə iştirakçısını "yararsız" hesab edən ASCO
Tarix: 21-08-2023, 11:30 | Çap et
Rauf Vəliyev Prezidentin tapşırığına niyə əməl etmir?
Aylar öncə Vətən müharibəsi iştirakçısı Məmmədov Samran Rəffaq oğlu Publika.az-a müraciət edərək ixtisası üzrə iş tapa bilmədiyini vurğulamışdı.

Samran Məmmədov 2018-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının Azərbaycan Dənizçilik Kollecindən “Gəmilərin təmiri” ixtisası üzrə məzun olub. Dəfələrlə aidiyyəti qurumlara müraciət etməsinə baxmayaraq, onun üçün iş tapmaq müşkülə çevrilib.

Samran Məmmədov 44 günlük Vətən müharibəsində “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Hazırda çətin durumda olan Məmmədov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə bir neçə dəfə müraciət edib. Lakin onun müraciətinə baxılmadığını bildirib. Lakin Publika.az bu məsələni ictimailəşdirəndən sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən bildirdilər ki, müharibə iştirakçısının problemi nəzarətə götürüləcək.

Samran Məmmədov bildirib ki, həmin yazıdan sonra onunla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dan əlaqə saxlayıblar və müəyyən sənədləri toplayaraq idarəyə gəlməsini tələb ediblər. Samran sənədləri toplayaraq idarəyə gedib:

“Danışarkən mənə "medalların vəsiqəsini götür" demişdilər. Heç bir imtahandan söz açılmamışdı. Sənədləri toplayıb, getdim. Amma heç vəsiqələrə baxan da olmadı, mənə 100 sual verdilər. Cəmi 33 sualı düz yazdım. təbii ki, hazırlıqsız olmağım bunun əsas səbəbi idi. Onlara dedim ki, məktəbi 2018-də bitirmişəm, üstündən 5 il keçib. Həmçinin müharibə görmüşəm. Bütün bu olanlardan sonra 33 düz cavab yazmışamsa, bu, yaxşı nəticə sayılmalıdır. Ora imtahan ediləcəyimdən xəbərsiz, heç bir hazırlıq görmədən getmişdim. Lakin bildirdilər ki, sizin nəticəniz aşağıdır, biz sizi işə götürə bilmərik”.

Rauf Vəliyev Prezidentin tapşırığına niyə əməl etmir?

Vətən müharibəsində iştirak edən gənclərin məşğulluq məsələləri, peşə qabiliyyətinin təkmilləşdirilməsi ölkə rəhbərinin də diqqətindədir.

Prezident İlham Əliyev 2022-ci il fevralın 18-də yeni təyin olunan icra başçılarını qəbul edərkən Vətən müharibəsi iştirakçılarının məşğulluğu məsələsinə toxunub. Dövlət başçısı bəyan edib ki, onların peşə qabiliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər görülməlidir:

“Mənim tərəfimdən sahibkarlara tövsiyə edilib ki, işə qəbulda, ilk növbədə, Vətən müharibəsində fərqlənmiş gənclərimizi nəzərə alsınlar. Əlbəttə ki, dövlət qurumları qarşısında bu vəzifəni mən qoymuşam. Siz də bu amili nəzərə almalısınız ki, öz canını fəda etməyə hazır olan gənclərimiz işlə təmin edilsin. Onların peşə qabiliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər görülməlidir. Yəni, biz onları gələcək fəaliyyətə hazırlamalıyıq. Bir daha qeyd etmək istəyirəm ki, kadr məsələlərinin düzgün təşkilində əsas prinsiplər, bax, dediyim iş qabiliyyəti, vətənpərvərlik və dövlətçilik əsasları olmalıdır”, - dövlət başçısı qeyd edib.

Rauf Vəliyev Prezidentin tapşırığına niyə əməl etmir?

Maraqlıdır, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Prezidentin tapşırığına belə əməl edir? Müharibəyə aparılarkən yararlı olan bir gənc, ixtisasına uyğun olaraq fəhlə işi istəyəndə yarasız olur?

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev Publika.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Prezident İlham Əliyevin dövlət qurumları qarşısında qoyduğu tapşırıqlara uyğun olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) də Vətən müharibəsində şanlı tarix yazan Şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin işlə təminatı daim diqqətdə saxlayır:

"İndiyədək bu kateqoriyadan olan 138 nəfər ASCO-da işlə təmin olunub. Onlarin hər biri mövcud vakansiyanın tələblərinə uyğun gəldikləri üçün işə götürülüb. Ümumiyyətlə, ASCO-da Vətən müharibəsi Şəhidlərinin ailə üzvlərinin və bu müharibədə iştirak etmiş qəhrəmanlarımızın müraciətlərinə baxılması üçün Komissiya fəaliyyət göstərir. Komissiyanın əsas məqsədi şəhid ailə üzvləri və Vətən müharibəsi iştirakçılarının müraciətini araşdırmaq və müvafiq qaydada cavablandırmaq, problemlərinin həlli istiqamətində tədbirlər görmək, onların sosial rifahlarının yaxşılaşdırılmasını daha səmərəli təşkil etməkdən ibarətdir".

M.Mehdiyev qeyd edib ki, sözügedən Komissiya tərəfindən Məmmədov Samran Rəffaq oğlunun da işə qəbul üçün müraciətinə müvafiq qaydada baxılıb:

"Onun üçün növbədənkənar işə qəbul imtahanı təşkil edilib. Lakin təəssüflər olsun ki, onun imtahanda göstərdiyi nəticə müraciət etdiyi vakansiyanın tələblərinə uyğun olmayıb".

Vəssalam. Bəs Prezidentin tövsiyəsi necə olsun? Axı cənab Prezident göstəriş verib ki, müharibə iştirakçılarının peşə qabiliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər görülməlidir. ASCO bu yöndə Samrana hansı dəstəyi göstərib? Heç bir dəstək olmayıb, sadəcə "yararsızsan" deyib yola salıblar.

Üstəlik, mətbuat xidmətinin rəhbəri Publika.az-ı bu məsələni gündəmdə saxladığı üçün də ittiham edib: "O müharibə iştirakçısı sizin qohumunuzdur ki, bu məsələni gündəmdə saxlayırsınız?"

Bildiririk ki, Samran Məmmədov Publika.az-ın heç bir əməkdaşının qohumu deyil. Amma həm də hamımızın qohumudur. Vətən uğrunda vuruşmuş hər bir şəxs hamının qohumu olmalıdır. Ümid edirik ki, nə vaxtsa bunu ASCO rəhbərliyi də anlayar. Ona da ümid edirik ki, Prezidentin tövsiyə və tapşırıqlarına başdansovdu yanaşan qurumun rəhbər şəxslərinə də "gözün üstə qaşın var" deyən tapılar.
//Publika.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17
“TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15
Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35
İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32
Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28
Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22
"Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00
SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56
Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42
Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35
Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24
Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21
Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19
Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15
“Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12
Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07
COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30
Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26
Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03
Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58
"Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52
Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50
“Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06
Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03
Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08
ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38
"Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36
Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29
SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25
“İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 10:41
Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:36
Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Dünən, 10:30
İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:11
Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Dünən, 09:06
Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Dünən, 09:03
“Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Dünən, 07:45
'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Dünən, 07:41
"Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Dünən, 07:30
Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Dünən, 07:24
Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Dünən, 07:19
İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Dünən, 07:12
"ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Dünən, 06:44
İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Dünən, 06:38
Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Dünən, 06:33
Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Dünən, 06:24
“Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Dünən, 06:20
Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi - ARAŞDIRMA
Dünən, 00:30
DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? - BU NƏDİ BELƏ?
Dünən, 00:24
Sabiq nazirdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA - VİDEO
Dünən, 00:19
"Getdiyiniz yerləri araşdırın, maraqlanın..." - ÇAĞIRIŞ
Dünən, 00:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru