“Mahmudovçu”ların intihara sürüklədiyi şəxsin qardaşı bəraət istəyir - İLGİNC DETALLAR
Tarix: 27-09-2023, 11:38 | Çap et
“MTN işi” üzrə zərərçəkənin hüquqi varisi Arif Məmmədov Ali Məhkəmənin Plenumuna mərhum qardaşı Cahangir Məmmədov barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22.09.2014-cü il tarixli, 1(088)-134/2014 saylı hökmünün ləğv edilməsi və bəraətverici əsaslarla cinayət işinə xitam verilməsi barədə qərar verilməsi üçün müraciət edib.
Arif Məmmədov şikayətində göstərib ki, qardaşı vaxtilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - E.M.) İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyev və idarənin müstəntiqi Yasin Məmmədov tərəfindən qanunsuz olaraq məhkum edilib. Baş verənlərin sonucu olaraq qardaşı intihar edib.
Arif Məmmədov Mövlam Şıxəliyev və digər 3 işçisi - Yasin Məmmədov, Vüsal Ələkbərov və Sahib Ələkbərovun cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdı. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Arif Məmmədovun mülki iddiası təmin edilərək, 80 min manat maddi və 10 min manat mənəvi ziyanın Mövlam Şixəliyev və Yasin Məmmədovdan tutulmasını da qərara almışdı.
Ali Məhkəməyə müraciətində Arif Məmmədov yazır: “Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin 1041 saylı cinayət işinin istintaq materiallarından görünür ki, Cahangir İbrahim oğlu Məmmədov və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs tamah məqsədilə külli miqdarda dəyəri olan pirotexniki məmulatları və "skoç"u Gürcüstan Respublikasından qaçaqmalçılq yolu ilə, yəni sənədlərdən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən keçərək Azərbaycan Respublikasına gətiriblər. Guya bununla da Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədiblər.
Cinayət işinin materiallarında Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayevin MTN-in İstintaq Baş İdarəsinin Mövlam Şıxəliyevə ünvanladığı 13\03-22\09046 saylı 25.09.2013-cü il tarixli məktubu var. Həmin məktubdan görünür ki, bu şəxslərin Gürcüstan Respublikasından gətirdikləri pirotexniki malların Azərbaycan Respublikası ərazisindən keçməklə İran İslam Respublikasına aparılması nəzərdə tutulub.
Azərbaycan Respublikası 11.02.2000-ci il tarixdən “Beynəlxalq yük daşımaları müqaviləsi haqqında” Konvensiyaya qoşulub. Beynəlxalq yük daşımaların qaydalarına əsasən qanunla qadağan edilmiş mallar(yüklər) istisna olmaqla daşınan yüklərə hər hansı müdaxilə ola bilməz. Belə olan halda daşınan yüklər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin predmeti ola bilməz. Bundan əlavə, Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 11-ci bəndində göstərilir ki, qaçaqmalçılıq zamanı sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etmə dedikdə, gömrük orqanlarına CM-in 206-cı maddəsində göstərilmiş malların və digər əşyaların keçirilməsi üçün saxtalaşdırılmış və ya qeyri-qanuni yolla əldə olunmuş, yaxud başqa mallara aid olan, habelə hüquqi qüvvəsi olmayan sənədlərdən, eləcə də saxta gömrük plomblarından, möhürlərdən, markalardan, ştamplardan və digər eyniləşdirmə vasitələrindən (GM-in 87-ci maddəsində göstərilmiş) istifadə olunması başa düşülür. Belə hallarda sənədləri saxtalaşdırmış, yaxud da saxta sənədlərdən istifadə etmiş şəxsin əməlinin CM-in 206-cı maddəsi ilə yanaşı, həm də CM-in 320.1 və 320.2-ci maddələri ilə tövsif edilməsinə ehtiyac yoxdur.
Cinayət işinin materiallarından göründüyü kimi, təqsirləndirilən Cahangir Məmmədov Gürcüstan Respublikasından keçirilən malları qanunla müəyyən edilmiş qaydada bəyan etmiş və hər hansı bir digər saxta sənəd təqdim etməmiş, gizli yolla malların keçirilməsinə cəhd etməyib.
Bütün bunlara dözməyən, yəni həbsdən azad edildikdən sonra yaranmış borclarını ödəməkdən ötrü özünə məxsus evini satmış, ailəsi ilə mütəmadi olaraq söz-söhbətlər yaranmış, bu vaxta qədər əldə etdiyi hər şeyini itirdiyinə maddi, mənəvi və psixi əziyyət çəkdiyinə görə Cahangir Məmmədov 13 iyul 2015-ci ildə ülgüc və bıçaqla özünə xəsarət yetirib, cərrahiyyə əməliyyatı olub, 14 iyul 2015-ci il tarixdə özünü müalicə aldığı xəstəxananın mətbəx otağının pəncərəsindən atıb intihar edib".
Arif Məmmədov mərhum qardaşı barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2014-cü il tarixli hökmünün ləğv edilməsini və bəraətverici əsaslarla cinayət işinə xitam verilməsini istəyir. //“Yeni Müsavat”//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Bu gün, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Bu gün, 09:03 |
|
|
|
• “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Bu gün, 07:45 |
|
|
|
• 'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Bu gün, 07:41 |
|
|
|
• "Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Bu gün, 07:30 |
|
|
|
• Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Bu gün, 07:24 |
|
|
|
• Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Bu gün, 07:19 |
|
|
|
• İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Bu gün, 07:12 |
|
|
|
• "ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Bu gün, 06:44 |
|
|
|
• İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Bu gün, 06:38 |
|
|
|
• Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Bu gün, 06:33 |
|
|
|
• Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Bu gün, 06:24 |
|
|
|
• “Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Bu gün, 06:20 |
|
|
|
• Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi - ARAŞDIRMA
Bu gün, 00:30 |
|
|
|
• DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• Sabiq nazirdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA - VİDEO
Bu gün, 00:19 |
|
|
|
• "Getdiyiniz yerləri araşdırın, maraqlanın..." - ÇAĞIRIŞ
Bu gün, 00:10 |
|
|
|
• Baş həkim İlyas İsmayılovun səhhətindən danışdı - "Onun səhhətində..."
Bu gün, 00:07 |
|
|
|
• Daşaltı əməliyyatından 33 il ötür - UNUTMARIQ!
Bu gün, 00:04 |
|
|
|
• Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
Dünən, 18:00 |
|
|
|
• “10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” - deputat
Dünən, 16:46 |
|
|
|
• "Musa küsəyəndir, çantası da qapının ağzındadır" - Təranə
Dünən, 16:44 |
|
|
|
• Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək - AÇIQLAMA
Dünən, 16:37 |
|
|
|
• AZAL-ın sabiq prezidenti yeni məqamları açdı - “Rusiya məsələni boynundan tam atmaq üçün həyasızlıq edir”
Dünən, 16:33 |
|
|
|
• Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
Dünən, 16:23 |
|
|
|
• “Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” - ÇAĞIRIŞ
Dünən, 16:20 |
|
|
|
• Çin İrəvana "sarı işıq" yandırıb - Manasaryan
Dünən, 16:18 |
|
|
|
• Vasif Xatirədən incidiyini etiraf etdi
Dünən, 16:16 |
|
|
|
• Əli Əhmədov HƏBS OLUNDU - BUNA GÖRƏ...
Dünən, 16:10 |
|
|
|
• Qonşularımız pisdir, AMMA... - GƏLİŞMƏ
Dünən, 16:08 |
|
|
|
• 1 milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi
Dünən, 16:06 |
|
|
|
• Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... - YA ALLAH...
Dünən, 16:04 |
|
|
|
• Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb - RƏY
Dünən, 14:00 |
|
|
|
• USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı – Yoxlamalar başladı
Dünən, 13:09 |
|
|
|
• Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş
Dünən, 13:06 |
|
|
|
• İran ÖZÜNƏ YIĞIŞMADI - Bakıdan qəzəb reaksiyası
Dünən, 12:21 |
|
|
|
• Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir... - ŞƏRH
Dünən, 12:05 |
|
|
|
• Paşinyandan Moskvaya qarşı NATO "oyun"u - İLGİNC...
Dünən, 12:00 |
|
|
|
• Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Dünən, 11:32 |
|
|
|
• “Toplum TV” işi üzrə ilkin istintaq bitdi - Məhkəmə başlayır
Dünən, 11:29 |
|
|
|
• Putin Trampla görüşə razılıq verdi
Dünən, 11:27 |
|
|
|
• “Qərb maliyyəni kəsən kimi, Ermənistan yanımıza qayıdacaq” - Rusiyalı politoloq
Dünən, 11:26 |
|
|
|
• "Qara qutu"nun deşifrə olması... - AÇIQLAMA
Dünən, 11:20 |
|
|
|
• “Köçəryan və Sarqsyanı da Bakı məhkəməsinə çıxarmaq lazımdır” – ALEKSANYAN
Dünən, 11:15 |
|
|
|
• “Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."
Dünən, 11:00 |
|
|
|
• Kreml Yaponiyanın Rusiyaya qarşı mövqeyini qeyri-dost hesab edir - TASS
Dünən, 10:51 |
|
|
|
• Əgər iqtisadi vəziyyət pisləşərsə, əhali günahı hökumətdə görəcək - GƏLİŞMƏ
Dünən, 10:36 |
|
|
|
• “Rusiya həmişə bizə qarşı soyqırımların törədilməsinə dəstək verib” - Deputatdan ilginc açıqlamalar
Dünən, 10:34 |
|
|
|
• Qərbdən gələn təlimatlar mənasızdır - ÇÜNKİ...
Dünən, 10:31 |
|
|
|
|