Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? .....                     Şimal-qərb küləyi əsəcək .....                     ABŞ-də söz azadlığı: .....                     Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir .....                     Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... .....                     Roşka yenidən həbs edildi .....                     Ruslar keçmişin həsrəti ilə yaşayır .....                     Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR .....                     "Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." .....                     Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər .....                     Məşhur iş adamı həbsin bir addımlığında .....                     Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş .....                     Abbas Əliyevə yeni vəzifə verildi .....                     Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? .....                     Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir .....                     İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA .....                     İrəvanı qorxuya salan üç ssenari: .....                     Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir .....                     Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... .....                     Əhməd Əliyev həbsdə öldü .....                     İran İrəvan və Bakıdan təhdid istəmir .....                     Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... .....                     Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü .....                     Ermənistanın addımı Çini qəzəbləndirdi .....                     “Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” .....                     Ötən gün həlak olan əsgər barədə DETALLAR .....                     Muxtar Babayev direktoru vəzifəsindən azad etdi .....                     “5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” .....                     Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... .....                     Həbs olunan tiktokerlər azadlığa buraxıldılar .....                     QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib .....                     İcra hakimiyyətlərinin dövrü çoxdan bitib .....                     Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı .....                     Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... .....                     Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... .....                     Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? .....                     İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir .....                     Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? .....                     Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... .....                 

Məqamlarını "ata mülkü" zənn edən başçıların sərgüzəştləri - "Serial" davam edir...
Tarix: 6-01-2024, 10:32 | Çap et
Məqamlarını "ata mülkü" zənn edən başçıların sərgüzəştləri
"Kanal14"ün efirində Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov fəaliyyətindən (daha doğrusu fəaliyyətsizliyindən) bəhs edən "serial" davam edir.

Artıq, iki aydan çoxdur ki, Xocavənd rayon sakinləri dərdlərini demək, çıxışlarında "jurnalistlər mənim dostumdur" deyən ölkə başçısına heçolmasa mətbuat vasitəsilə problemlərini bildirmək və çarə tapmaq ümidi ilə "Kanal14" YouTube kanalımıza axışırlar.

İstər kanalın canlı yayımında dərdini danışan, istərsə də şərh bölməsində fikirlərini bölüşən bütün Xocavənd sakinlərini birləşdirən bir ortaq səbəbkar var ki, bu da əkinə yararlı bütün torpaq sahələrini özünün və yaxınlarının, dostlarının adına rəsmiləşdirdiyi, rayon sakinlərini əkin və örüş sahələrinə möhtac qoyduğu deyilən 64 yaşlı Eyvaz Hüseynovdur. Qeyd edək ki, cəmi bir neçə ay sonra əyləşdiyi kürsünün 32 ili tamam olacaq.

32 il - el arasında "bir igidin ömrüdür" deyərlər. Bəs bu 32 illik "igid ömrü"ndə Eyvaz Hüseynovdan hesabat tələb edilmədimi ki, sən bu illər ərzində daşıdığın vəzifədə hansı yaxşı əmələ imza atmısan?

Şəhid ailələri "DogruXeber.az"a bildirir ki, "Qaradağlı kəndinin şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün, özümüzün cibimizin pulu ilə inşa etdirdiyimiz abidəni Eyvaz Hüseynov icra hakimiyyətinin balansına keçirib". Həmçinin, daha dözə bilməyib taa paytaxt Bakıya qədər gəlib, mətbuat konfransı keçirən 82 şəhidin ailəsi 30 ildən çoxdur təsərrüfat üçün lazım olan hər şeydən Eyvaz Hüseynov sayəsində məhrum olduqlarını dedilər.





Eyvaz Hüseynovun yenə də "tükü tərpənmədi"...

Maraqlıdır ki, bu qədər şikayət və narazılıqlara rəğmən bu adama heç "gözün üstə qaşın var" deyən də olmur.

Yuxarıda, vəzifə başında "igid ömrü" qədər əyləşdiyini qeyd etdiyimiz icra başçısı, belə çıxır ki, 32 ildir vətən üçün canını verən igidlərin ailələri və özlərindən kimsəyə bəlli olmayan səbəblərin qisasını alır. Hər halda bunu illərdir icra başçısından "qara qəpiklik" kömək görmədiklərini iddia edən Xocavənd rayon sakinləri - qazilər, müharibə veteranları və şəhid ailələri deyir, 14 ildir seçki komissiyasının üzvü olduğu üçün seçkidə iştirak etdiyi zaman özündən xəbərsiz işində azad edildiyini və onun yerinə Eyvaz Hüseynovun dostunun gənc qızı Əfsanə xanımın işə alındığını deyən Vəzifə Bayramova deyir, iki qəhrəman şəhidin bacısı Məhrubə Dadaşova deyir...

Yeri gəlmişkən, Xocavənd rayon Muğanlı kənd sakini Vəzifə xanım Bayramova bir neçə dəfə "Kanal14" ün efirində canlı yayımlanan "Kamalın zamanı" proqramında iştirak edərək, 20 ilə yaxın pedaqoji fəaliyyət göstərdiyi orta məktəbindəki işindən məhz Eyvaz Hüseynovun tapşırığı ilə azad olunduğunu, onun yerinə Eyvaz Hüseynovun dostunun qızı olan Əfsanə adlı gənc xanım təyin olunduğunu iddia edirdi. Hansı ki, həmin Əfsanə xanım indi Eyvaz Hüseynovun müavini vəzifəsində çalışır.



Nəticədə ali təhsilli dil-ədəbiyyat müəllimi olan Vəzifə xanım 14 ildir işsiz qalıb.

Vəzifə xanımın iddiasına görə, Eyvaz Hüseynov onunla 14 ildir qərəz apardığı üçün xanımı işinə bərpa olmasına imkan vermir. Səbəb isə budur ki, illər əvvəl mətbuatda Eyvaz Hüseynovun qardaşlarından birinin dövlət çevrilişinə cəhddə iştirak etdiyi barəsində bəzi məlumatlar dərc edilib. Düzdür, xanımın sözlərinə görə Eyvaz Hüseynov yüksək məbləğlər sayəsində həmin məlumatların az qisminin silinməsinə nail ola bilib. Və icra başçısı həmin məlumatları mətbuata məhz Vəzifə Bayramovanın sızdırdığını düşündüyü üçün onu qərəzli şəkildə 14 ildir işsiz qoyub. Lakin, apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, sən demə məlumatlar Vəzifə xanım deyil, məhz Eyvaz Hüseynova yaxın olan bir şəxs tərəfindən mətbuata ötürülüb. Amma, nə yazıq ki, "qurunun oduna, yaş da alovlanıb".

Məhrubə xanım isə iddia edir ki, 1993-cü ildən bu günə qədər yaşlı atası ilə Mingəçevir şəhərində kanalizasiya xəttinin düz üstündə inşa edilmiş köhnə beton qarajda məskunlaşıblar. Onlar bu illər ərzində nə məcburi köçkün ailəsi kimi, nə də iki qəhrəman oğlunu şəhid verən ailə olaraq mənzillə təmin olunmayıblar, baxmayaraq ki, illərdir müraciət etmədikləri idarə qalmayıb.



Eynilə Cəbrayıl rayonundan olan şəhid Kərimov Elçin Ataş oğlunun ailəsi kimi. Hansı ki, onlar da 7 nəfərlik ailə üzvlərilə birlikdə 30 ildən çoxdur ki, köhnə yataqxananın bircə otağında sığınıblar. Nə icra başçısı Kamal Həsənov, nə də rayonu Milli məclisdə güya təmsil edən Ceyhun Məmmədov şəhid ailəsinin problemi ilə maraqlanmır, həlli üçün aidiyyatı qurumlara müraciət etməyi "özlərinə yaraşdırmırlar".

Həmçinin Beyləqan rayon Aşağı Çəmənli kənd sakini şəhid anası Kətan Həsənova da 30 ilə yaxındır mənzillə təmin olunmayıb, çünki Beyləqan rayon icra hakimiyyəti məsuliyyətsizlik göstərərək, ananın adını zamanında aidiyyatı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməyib.

Əlqərəz...

Elə Eyvaz Hüseynov da Kamal Həsənov kimi rəhbərlik etdiyi, 32 ildir çörəyini yediyi, sayəsində özünə sərvətlər toplayıb, səltənət qurduğu rayonun sakinlərə - ona milyonlar qazandıran torpağın uğrunda canını qurban verən şahidlərin ailələrinə biganəlik nümayiş etdirir. Məhrubə xanım deyir, - "Eyvaz Hüseynov məni telefonda dinləyir, sonra deyir, "get evini al daa, mən sənə ev alanam?" Bu icra başçısına yaraşan sözdürmü? Deputatımızın adını isə siz sual verəndə sizdən eşitdim. Ümumiyyətlə bu adamı tanımıram".

Yeri gəlmişkən, onu da qeyd edək ki, təqribən iki il əvvəl Cəbrayıl rayonunun icra başçısı Kamal Həsənovun barəsində "DogruXeber.az" informasiya portalında məlumat dərc ediləndə, üzərimizə "hücum çəkən trol dəstəsi"nin üzvləri "Kamal Həsənov özü də müharibə veteranıdır. Xocavəndin icra başçısı Eyvaz Hüseynov ilə Kamal Həsənov yeganə başçıdırlar ki, Qarabağda döyüşüblər" deməklə, nəyəsə nail olmağa çalışırdılar. Eləcə də Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyevin də müharibə veteranı olduğu çeşid-çeşid dərc olunurdu.

Maraqlısı da budur ki, şəhid ailələrinin, qazilərin və veteranların narazılığı da bu 3 rayonda daha çoxdur.

Axı bu nəyin qisasıdır, cənab başçılar???

P.S: Xocavənd rayon sakinlərinin narazılıqları ilə bağlı qarşı tərəf olaraq İcra Hakimiyyətinin də mövqeyini dinləmək məqsədilə dəfələrlə ictimai əlaqələr şöbəsinə zəng etsək də dəstəyi qaldıran olmadı. Belə olan halda məcburiyyət qarşısında Eyvaz Hüseynovun mobil telefonuna zəng etdik, lakin o, da işçiləri kimi telefona cavab vermədi ki, vermədi...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? - Bu sənədlər ləğv edildi
Bu gün, 12:24
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22
ABŞ-də söz azadlığı: - illüziyaya çevrilən vədlər
Bu gün, 12:20
Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir - Qazaxıstan Baş nazirinin müavini
Bu gün, 12:19
Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... - GİLEY
Bu gün, 12:18
Roşka yenidən həbs edildi
Bu gün, 12:05
Ruslar keçmişin həsrəti ilə yaşayır - Putinin itaət formulu
Bu gün, 12:01
Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR - TƏFƏRRÜAT
Bu gün, 11:54
"Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." - Estetik klinikaların qalmaqallı sahibi məhkəməyə verilir
Bu gün, 11:51
Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək
Bu gün, 11:40
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər - Kanat Bozumbayev
Bu gün, 11:38
Məşhur iş adamı həbsin bir addımlığında - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:27
Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş - Qadının avtomobilini qaçırıb
Bu gün, 11:25
Abbas Əliyevə yeni vəzifə verildi - ƏMR
Bu gün, 11:19
Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? - NARAZILIQ VAR...
Bu gün, 11:15
Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:10
İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA - dövlətin belə bir planı yoxdur...
Bu gün, 11:04
İrəvanı qorxuya salan üç ssenari: - Mehridən Göyçəyə qədər...
Bu gün, 11:00
Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO
Bu gün, 10:54
Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... - BAĞLANMA QƏRARI VERİLDİ...
Bu gün, 10:52
Əhməd Əliyev həbsdə öldü
Bu gün, 10:45
İran İrəvan və Bakıdan təhdid istəmir - erməni politoloq
Bu gün, 10:41
Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... - FOTO
Bu gün, 10:35
Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:32
Ermənistanın addımı Çini qəzəbləndirdi – “Buna dözməyəcəklər”
Bu gün, 10:29
“Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” - Svyatoslav Boqdanov
Bu gün, 10:20
Ötən gün həlak olan əsgər barədə DETALLAR - Atası rəhmətə gedib, bir bacısı var
Bu gün, 10:18
Muxtar Babayev direktoru vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:16
“5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” - İş adamı şikayətçidir
Bu gün, 10:15
Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... - gələcəkdə “faydalı ola bilər”
Bu gün, 10:02
Həbs olunan tiktokerlər azadlığa buraxıldılar
Bu gün, 09:55
QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
Bu gün, 09:53
İcra hakimiyyətlərinin dövrü çoxdan bitib - NƏ BAŞ VERİR?
Bu gün, 09:50
Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:30
Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... - Ekspert danışır...
Bu gün, 09:25
Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... - "Newsgeorgia"
Bu gün, 09:19
Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08
Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56
Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54
Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52
Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45
Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37
“Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35
Rusiya Ermənistanı buna məcbur etdi - Simonyan
Bu gün, 08:31
Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? - NƏ ETMƏLİ?
Bu gün, 08:29
Elektron imtahana keçid: Test üsulu ləğv edilir? - ARAŞDIRMA
Bu gün, 08:27
3 minə yaxın şikayət məktubu yazıb... - AMMA...
Bu gün, 08:25
Tramp praqmatik və rasional siyasətçidir - BUNA GÖRƏ DƏ...
Bu gün, 07:29
Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Bu gün, 07:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru