Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - İLGİNC FAKTLAR
Tarix: 14-08-2024, 15:02 | Çap et
Milli Məclisin qocaman üzvlərindən olan Səttar Möhbalıyev millət vəkili kreslosundan əl çəkmək istəmir. O bu dəfə də deputat olmaq istəyir. Rəsmi məlumata əsasən, Möhbalıyev bitərəf şəxs kimi 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə namizədliyini verib və onun namizədliyi qeydə alınıb.
S.Möhbalıyev yenidən millət vəkili seçilərsə, onun deputatlıq fəaliyyəti 30 ilə çatacaq.
İlk dəfə 2000-ci ildə deputat olan Möhbalıyev 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən seçkilərdə parlamentə düşə bilib. Artıq 24 ildir ki, deputat olan S.Möhbalıyev ahıl yaşını millət vəkili kimi qarşılamağı arzulayır.
S.Möhbalıyev müsbət imici olmayan şəxslərdən biridir. O, uzun müddətdir ki, bir neçə postu tutur və siyasi, ictimai fəaliyyəti əsasən mənfi cəhətlərinə görə yadda qalıb.
Möhbalıyev 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, 2010-cu ildən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədridir.
Həmkarlar təşkilatlarının əsas məqsədi işləyənlərin əmək hüquqlarının qorunması, onlar üçün layiqli iş şəraitinin yaradılması olsa da, qocaman millət vəkilinin bu istiqamətdə təsirli fəaliyyəti görünmür. Mehbalıyev heç vaxt müxtəlif sahələr üzrə müstəqil həmkarlar təşkilatının yaranmasına da imkan verməyib.
Milli Məclisin iclaslarında da kifayət qədər passiv olan Möhbalıyev hətta onun peşə fəaliyyətinə aid olan məsələlərin müzakirəsi zamanı da susmağı üstün tutur.
S.Möhbalıyevin millət vəkili, konfederasiya rəhbəri postlarından bərk-bərk yapışmasının əslində başqa məqsədləri var. Bu postlar Möhbalıyevin, onun ailəsinin biznes imkanlarının genişləndirilməsinə himayədarlıq edir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası böyük maddi texniki bazası, iri maliyyə vəsaitləri olan təşkilatlardandır. Qurumun balansında çoxlu sayda istirahət, idman və əyləncə qurğuları mövcuddur. Möhbalıyevin adı bu qurğuların bəzilərinin satılması işində hallanır.
Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan məhkəmə araşdırması göstərir ki, Möhbalıyevin rəhbərlik etdiyi konfederasiya Gəncə, Göygöl və başqa yerlərdə olan stadionlarını öz mülkü kimi satıb. S.Möhbalıyevin adı həm də Bakının Yasamal rayonundakı “Məhsul” stadionunun satışı ilə bağlı cinayət işində keçir.
Stadionun ərazisini satmaq adı ilə dələduzluq etməkdə suçlanan Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənov 2 ilə yaxındır ki, həbsdədirlər. İddia olunur ki, onlar bina tikintisi ilə məşğul olan bir neçə sahibkarı aldadaraq, həmin əraziyə görə onlardan külli miqdarda pul alıblar. Zərərçəkmiş qismində tanınan sahibkarların təkcə elə birindən beh kimi 900 min manat pul alınıb.
Nadir Əliyev isə istintaqa ifadəsində günahkar olmadığını iddia edir. O hətta Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri S.Möhbalıyevin də adını çəkib, prosesə onun rəhbərlik etdiyini bildirib. Bu işlərlə bağlı məhkəmə prosesi davam edir. Digər bir iddiaya əsasən konfederasiya rəhbəri həmkarlara məxsus mülklərin ərazisini müxtəlif yollarla özəlləşdirməklə çoxmərtəbəli binaların inşasını həyata keçirir. Onun artıq xeyli müddətdir ki, tikinti biznesinə böyük sərmayə qoyduğu bildirilir. Biznes fəaliyyəti isə sadəcə Azərbaycanla məhdudlaşmayıb. Konfederasiya rəhbəri ailə üzvlərinin adına Türkiyədə yaratdığı və nizamnamə kapitalı 250 min dollar olan şirkət vasitəsilə qardaş ölkədə biznesini genişləndirib. Möhbalıyevin qızının Türkiyədə bahalı villa alması da xaricə qoyulan “investisiya”lardan biridir.
S.Möhbalıyevin rəhbərlik etdiyi həmkarlar təşkilatı faktiki ailə təşkilatına çevrilib. Sədrin ailə üzvlərinin təşkilatda mühüm mövqeləri tutması bunun sübutudur. Mehbalıyevin xanımı, 1960-cı il təvəllüdlü Böyükxanım Mirzə qızı Möhbalıyeva qurumun beynəlxalq əlaqələr departamentinin əməkdaşıdır. Qızı, 1988-ci il təvəllüdlü Lalə Möhbalıyeva isə Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür. Konfederasiyanı xarici ölkələrdə keçirilən tədbirlərdə bir qayda olaraq deputatın xanımı və qızı təmsil edir. Möhbalıyevin biznes və siyasi imkanlarının genişlənməsində Əli Həsənovla quda olması da mühüm rol oynayıb. Ə.Həsənovla qohumluqdan sonra onun xüsusən tikinti biznesinin xeyli böyüdüyü görünüb.
Son illərdə adı korrupsiya faktlarında daha tez-tez çəkilən, siyasi fəaliyyəti görünməyən Möhbalıyev kimi şəxslərin yenidən millət vəkili olması ehtimalı təəssüf doğurur. Belə şəxslərin əvəzinə aktiv, reputasiyası yüksək olan insanların Milli Məclisdə xalqı təmsil etməsi daha yaxşı olardı.
Sfera.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Dünən, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Dünən, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Dünən, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Dünən, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Dünən, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Dünən, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Dünən, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Dünən, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Dünən, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Dünən, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Dünən, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
• Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Dünən, 13:07 |
|
|
|
• Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Dünən, 13:05 |
|
|
|
• Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Dünən, 13:03 |
|
|
|
|