Emin Əmrullayaevin Qarabağ Regional Təhsil İdarəsindəki kadrının əməllərindən xəbəri varmı - İTTİHAM VAR...
Tarix: 31-08-2024, 14:10 | Çap et
Ağdam rayon 95 nömrəli məktəbin kollektivi tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına 22 avqust 2024-cü il tarixli ərizə ilə müraciət edilmişdir. Bir surəti də Aktualinfo.org-a daxil olan müraciətdə məktəbin müəllim kollekivinin Qarabağ Regional Təhsil İdarəsinin rəhbərləri tərəfindən məktəbə qarşı qərəzli münasibətdən narahat olduqlarını və rəhbərliyin qanunsuz hərəkətlərinə son qoyulmasına köməklik göstərilməsi xahiş olunur:
Möhtərəm Prezident!
Məlum edirik ki, Qarabağ Regional Təhsil İdarəsinin rəhbərləri tərəfindən məktəbimizə qarşı qərəzli münasibət hələ də davam edir. Öz övladını bizim məktəbə qoyan valideyinə QRTİ-i tərəfindən zəng edilərək (bu nömrə ilə050-553-41-11) deyilir ki, uşağınızı 95 nömrəli məktəbdən çıxarın orada olan başqa bir məktəbə qoyun. Qeyd edirəm ki, həmin valideyin eyni zamanda 95 nömrəli məktəbin müəllimidir. Sizdən xahiş edirəm ki, QRTİ-nin bu özbaşınalığına və dövlətin verdiyi vəzifənin imkanlarından sui istifadə edərək , açıq şəkildə edilən “reketçiliyinə” qanunun tələblərinə uyğun son verilməsinə köməklik edəsiniz. Hörmətlə 95 nömrəli məktəbin kollektivi. Ağdam rayon 95 nömrəli tam orta məktəbin direktoru Novruzov Kərim Əvəz oğlu tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə göndərilən ərizə əhəmiyyətli olduğuna görə onu da dəyərli oxucularımıza olduğu kimi təqdim edirik:
“Yazıb sizə bildirirəm ki , Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyi bizim məktəbimizə və şəxsən mənə qarşı xeyli vaxtdır tamamilə əsassız və qərəzli münasibət göstərir . Bu barədə dəfələrlə aidiyyatı qurumlara həm kollektiv formada, həm də mən şəxsən müraciət etmişəm. Ancaq, yerli qurumlar heç bir tədbir görməyiblər. Odur ki, xahiş edirəm sizə olunan müraciətimin araşdırılmasını nəzarətdə saxlayasınız. Öz övladını bizim məktəbə qəbul etdirən valideyinə Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşı tərəfindən ( 050 553 41 11 nömrəli telefon vasitəsilə) zəng edilərək təzyiq olunur ki, o öz övladını 95 nömrəli məktəbdən çıxarıb başqa məktəbə qəbul etdirsin. Qeyd edim ki, həmin valideyin də bizim məktəbimizin müəllimidir və bu qanunsuz göstərişi icra etmək istəmir. Bundan başqa məzuniyyət pulunu 1 aydan sonra almaqla yanaşı,mənə verilən 56 günlük məzuniyyət pulunun yarısından çoxunu, təxminən 1253 ( min iki yüz əlli üç) manatı rəhbərliyin göstərişinə əsasən mühasibatlıq tərəfindən saxlanılmışdır. Nəzərinizə çatdırım ki, əksər məktəb direktorlarınında məzuniyyət pullarının bir qismini saxlayırlar. Sadəcə olaraq nədənsə çəkindikləri üçün,hüquqlarını tələb etməkdən qorxurlar. Nəzərinizə çatdırmaq istəyirəm ki, atam və qardaşım Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən ağır döyüşlərdə həlak olmuşdur. Lakin Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyi həmişə mənə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə istifadə edərək təzyiqlər etmiş, hətta ləkələməyə belə çalışmışlar. Bir şəhid övladına, şəhid qardaşına qarşı bu addımı atanların hansı qüvvələrin xidmətçisi olduğunu aşkara çıxarmaq olduqca vacibdir. Odur ki, Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyinin bu qanunsuz göstərişinin qarşısının alınması və bütün bunlara hüquqi qiymət verilməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirəm. Məktəbin direktoru: Kərim Novruzov
Aktualinfo.org xatırladır ki, Məcidov Anar Rafik oğlu 1984-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2006-ci ildə Gəncə Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı müəllimi” ixtisası üzrə bakalavr təhsilini bitirdikdən sonra Universitetin göndərişi əsasında Qəbələ rayon Uludaşkənd tam orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmişdir. 2006- 2007-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, xidmət müddəti bitdikdən sonra təyinatı üzrə əmək fəaliyyətini davam etdirmişdir. 2019-cu ildə Oğuz Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər Rayon Təhsil Şöbələrinin əsasında yaradılmış Qarabağ Regional Təhsil İdarəsinə Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə 29 aprel 2022-ci il tarixdə müdir müavini vəzifəsinə təyin edilib. Araşdırmalar zamanı məlum olmuşdur ki, A.Məcidov 2019-2022-ci illərdə rəhbərlik etdiyi Oğuz Rayon Təhsil Şöbəsində ciddi qanun pozuntularına yol vermişdir. Araşdırmalar zamanı A.Məcidovun 3 illik fəaliyyəti dövründə yüz minnərlə manat dövlət əmlakının mənimsənilməsi faktı ortaya çıxıb. Nəticədə cinayət məsuliyyətinə cəlb edilməməsi üçün dövlətə vurduğu ziyanın bir qismini ödəməklə vəzifəsindən “öz xahişi ilə” azad edilmişdir. Oğuz kimi balaca bir rayonda orta məktəblərin təmir və yenidən qurulması adı altında 5 milyon manata qədər dövlətə vurulan ziyanın məbləği çox böyükdür. Amma buna baxmayaraq qısa müddətdə A.Məcidovun bu fitri istedadına və “göstəricisi”nə heyran olan yuxarıda oturanlar 2022-ci ilin aprelin 29-da onun vəzifəsini yüksəldərək əvvəlcə Qarabağ Regional Təhsilİdarəsinin müdir müavini, sonra isə müdir vəzifəsini icrası vəzifəsini həvələ etmişlər.
Bütün yuxarıda qeyd edilənlənlərdən bezən 95 saylı məktəbin direktoru Novruzov Kərim Əvəz oğlu 6 avqust 2024-cü il tarixli ərizə ilə Elm və Təhsil naziri cənab Emin Əmrullayaevə müraciət eədərək onun adı bir müəllim kimi Xankəndi şəhərində pedaqoji fəaliyyətinin davam etdirmək üçün xahiş etmişdir: Ərizənin sonunda isə qeyd etmişdir: “… atam və qardaşım Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə hərbi qulluqcu kimi qəhrəmancasına şəhid olmuşlar, bir qardaşım isə həmin döyüşlərdə ağır yaralanaraq 2-ci qurup qarabağ əlili olmuşdur. Hal-hazırda anamla birgə yaşayıram, evliyəm və iki övladım var. Hörmətli Nazır. Sizdən xahiş edirəm Xankəndi şəhərində içtimai,siyasi,elmi,pedaqoji və marifləndirici sahədə xalqımıza,dövlətimizə, dövlətçiliyimizə sədaqətlə xidmət edə bilməyim üçün Xankəndi şəhərində işlə təmin olunmağıma köməklik göstərəsiniz.”
Aktualinfo.org
P.S. Şəhid övladı olan Kərim Novruzov onu da xüsusi qeyd etdi ki, Qarabağ Regional Təhsil İdarəsi rəhbərliyinin özbaşnalığı barədə yuxarı instansiyaya məlumat veririk. Lakin bizə cavab verirlər ki, gedin özləri ilə danışın. İdarə rəhbərliyi də açıq aşkar bizə irad bildirir ki, “NİYƏ GƏLİB BİZİ GÖRMÜRSÜNÜZ!”. Axı mənim vicdanım yol verə bilməz ki, hansısa müəllimdən pul tələb edim. Mənim atam və qardaşım bundan ötəri qanlarını töküb şəhid olmayıblar ki, mən ən şərəfsiz və alçaq bir işlə məşğul olub ailəmə çörək aparım. Amma çox təəssüflər olsun ki, QRTİ-nin tabeliyində olan digər məktəb direktorlarının da məzuniyyət pulları mühasibatlıq tərəfindən mənim kimi tutulsa da onlar səslərini çıxarmağa cürət etmirlər.” P.P.S. Mövzuya bir daha qayıdacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Bu gün, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Bu gün, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Bu gün, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Bu gün, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Bu gün, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Bu gün, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Bu gün, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Bu gün, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Bu gün, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Bu gün, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Bu gün, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Bu gün, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Bu gün, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Bu gün, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Bu gün, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Bu gün, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Bu gün, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Bu gün, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Bu gün, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Bu gün, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Bu gün, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Bu gün, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Bu gün, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Bu gün, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Bu gün, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Bu gün, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Bu gün, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Bu gün, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Bu gün, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Bu gün, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Bu gün, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Bu gün, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Bu gün, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Bu gün, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Bu gün, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Bu gün, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Bu gün, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Bu gün, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Bu gün, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Bu gün, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Bu gün, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07 |
|
|
|
• Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05 |
|
|
|
• Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03 |
|
|
|
• DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55 |
|
|
|
|