Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... .....                     MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib .....                     Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək .....                     Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. .....                     Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... .....                     Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi .....                     İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? .....                     Ermənistan dörd kəndi də təhvil verəcək .....                     Zəngəzur dəhlizi açılsa nələr baş verəcək? .....                     Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması… .....                     "“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..." .....                     Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” .....                     "Azərbaycanın AŞ PA-dan gözləntisi budur..." .....                     "İcranın işçisi məndən on min manat rüşvət istədi" .....                     Sərhəddəki “casus”ların fevral hazırlığı .....                     İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR .....                     Fuad Hacıyevin YEYİNTİ macəraları .....                     Ağır şərtlərlə kredit götürməyə məcbur olan... .....                     Təcili Yardımın TƏXİRƏSALINMAZ problemi .....                     Naxçıvanda vergi xidməti özü problem yaradır .....                     Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? .....                     Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI .....                     Bu ərazilər nəzarətimizə keçə bilər .....                     Trampdan radikal addımlar .....                     “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” .....                     Aqiyə Naxçıvanlıya ağır itki .....                     İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış .....                     Ərzaq məhsulları bahalaşacaq .....                     İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: .....                     Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: .....                     Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... .....                     Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq .....                     Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... .....                     Həbsdə olan sayt rəhbərinə hökm oxunub .....                     Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? .....                     19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? .....                     Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha .....                     "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. .....                     İranda hərbi təyyarə qəzaya uğrayıb .....                     İki düşmən Bakıya görə bir araya gəldi .....                 

"Ermənistanda minalanmış ərazilərin dəqiq xəritəsi var ..." - deputat
Tarix: 14-12-2024, 00:57 | Çap et
"Ermənistanda minalanmış ərazilərin dəqiq xəritəsi var ..."
Müharibənin bitməsindən 4 ildən vaxt keçsə də Ermənistan hələ də minalanmış ərazilərin düzgün xəritəsini təqdim etməkdən boyun qaçırır. Bu da təbii ki, soydaşlarımızın öz doğma yurdlarına qayıtmasını gecikdirir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda mina təhlükəsi davam edir. Azərbaycanda mina qurbanlarının sayı 3 min 400 nəfərdən çoxdur. Ölkəmizdə mina qurbanlarından 359 nəfəri uşaq, 38 nəfəri qadındır: "2020-ci il noyabrın 10-dan bu günədək 382 nəfər mina partlayışının qurbanı olub. Nəticədə 70 nəfər həlak olub, 312 nəfəri xəsarət alıb. Həlak olanlardan 55-i, xəsarət alanlardan isə 143-ü mülki şəxslərdir.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Elçin Mirzəbəyli bildirib ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərində ermənilər tərəfdən yerləşdirilən minalar müdafiə xarakterli deyil və hərbi texnikanın sıradan çıxarılmasından daha çox çoxsaylı insan ölümünün baş verməsinə xidmət edir:

"Ermənilər nəinki təminat yollarına, bütövlükdə insan ayağının dəyə biləcəyi hər yerə xüsusi kombinasiyalarla həssaslığı təmin olunan minalar quraşdırıblar ki, Azərbaycan vətəndaşlarını mümkün qədər daha çox itkiyə məruz qoysunlar və minaya düşən şəxslərin sağ qalmaq ehtimalı olmasın. Minaların zərərsizləşdirilməsi zamanı tank əleyhinə minaların üzərinə piyada əleyhinə minaların qoyulması da bunu sübuta yetirir.

Burada Ermənistanın hərbi-cinayətkar ünsürləri iki məqsəd güdüblər. Bunlardan birincisi, minaların daha həssas olması və cüzi toxunuşla nəinki toxunan subyektə, daha geniş ərazidəki canlı qüvvəyə, mülki şəxslərə və texnikaya ziyan vurması və piyadalar əleyhinə minalardan istifadə edilməsinin ört-basdır edilməsi. Məlumdur ki, piyadalar əleyhinə minaların partlayışdan sonra partlayış qüvvəsi altdakı tank əleyhinə minaları işə salır və partlayışdan sonra piyadalar əleyhinə minalardan istifadə edildiyini sübuta yetirmək çətin olur.

Qeyd edim ki, Ermənistan piyadalar əleyhinə minaların qadağan edilməsi haqqında Konvensiyaya (Ottava müqaviləsi) qoşulmasa da, sözügedən sənədin müddəalarının istisnasız olaraq bütün ölkələr tərəfindən yerinə yetirilməsi zəruridir. Ermənistan həm də bu baxımdan, yəni Piyadalar əleyhinə minaların qadağan edilməsi haqqında Konvensiyanın yurisdiksiyası altına düşməmək üçün piyada və tank əleyhinə minaların kombinasiyasını yaradaraq tətbiq edib ki, bu da sözügedən ölkənin əsas məqsədinin azərbaycanlıları məhv etmək, soyqırımına məruz qoymaqdan ibarət olduğunu sübuta yetirir".

Deputat vurğulayıb ki, bir qayda olaraq, nizami ordular bu tip "sürpriz-minalar"dan istifadə etmirlər:

"Belə minalardan adətən diversiya terror aktları zamanı istifadə olunur və bu, Ermənistan tərəfinin terrorçu niyyətinin bariz nümunəsidir. Buna nümunə olaraq, vaxtilə İŞİD terror təşkilatının nəzarətə keçirdiyi ərazilərdə tətbiq etdiyi mina "kombinasiyalarını" xatırlatmaq yetərlidir.

Xatırladım ki, Ermənistanda hələ sovet dövründən tank və piyadalar əleyhinə mina istehsal edən zavod fəaliyyət göstərib. Görünür SSRİ-nin hərbi-sənaye kompleksinə rəhbərlik edən şəxslər ermənilərin torpağın altında tələlər qurmaqda, hiylə işlətməkdə və digər xırda-para biliklər ilə "mahir" olduqlarını, klassik goreşənlikləri ilə nəzərə alıblar.
SSRİ-nin süqutundan sonra zavod həm Ermənistan ordusunun, həm də KTMT üzvü olan bəzi dövlətlərin sifarişi ilə, onları TM-62 və TM-57 minaları təmin edib.

44 günlük müharibə dövründə diqqət çəkən məqamlardan biri də Ermənistanda tank və piyadalar əleyhinə mina istehsalının sürətlə artması idi. Doğrudur, bununla bağlı məlumatların heç birində piyadalar əleyhinə minaların istehsalından danışılmırdı. Amma minaların zərərsizləşdirilməsi prosesində, TM-62 və TM-57 minaları ilə yanaşı, PMN-2 – piyadalar əleyhinə minalarla qarşılaşmaları da sübuta yetirir ki, Ermənistan hələ də qadağan edilmiş minaların istehsalı ilə məşğuldur".

Deputat söyləyib ki, Ermənistanın Azərbaycan tərəfinə təqdim etdiyi minalanmış ərazilərin xəritələrinin qeyri-dəqiqliyi, bu ölkənin məqsədinin Azərbaycanın daha çox dinc sakinini öldürməkdən ibarət olduğunu sübuta yetirir:

"Minaların xaotik şəkildə basdırıldığı barədə nəzəriyyələr isə boşboğazlıq və məsuliyyətdən yayınmaq cəhdindən başqa bir şey deyil. Çünki ermənilər 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan ərazilərinin təbii sərvətlərini istismar edib, əkin sahələrindən, otlaqlardan yararlanıblar. Bu isə o deməkdir ki, Ermənistanda minalanmış ərazilərin dəqiq xəritəsi var və bu terrorçu ölkə məqsədyönlü şəkildə dəqiqliyi 25% təşkil edən xəritələri Azərbaycana təhvil verir ki, daha çox insanın ölümünə zəmin yaransın, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq, bərpa işləri mümkün qədər ləngisin, azərbaycanlılar öz doğma yurdlarına tez bir zamanda qayıda bilməsinlər.

Bu, Ermənistan tərəfindən dövlət səviyyəsində həyata keçirilən terrordur. Ermənilərin XIX əsrin sonlarında, XX əsrin əvvəllərində yaratdıqları QNÇAK və Daşnaksutyun kimi terroru mübarizə üçün əsas vasitə seçən təşkilatların, onların davamçıları olan Njde, Dro kimi faşistlərin, ASALA və digər erməni terror təşkilatlarının vəhşi terrorçu "ideologiyası" müasir Ermənistanın siyasətinin təməlini təşkil edir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
Bu gün, 09:37
MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Bu gün, 09:29
Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək - ŞƏRH
Bu gün, 09:24
Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. - “Hraparak”
Bu gün, 09:17
Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... - Ekspert danışır...
Bu gün, 09:09
Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01
Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00
Zəngəzur dəhlizi açılsa nələr baş verəcək? - İNCƏLƏMƏ
Bu gün, 08:58
Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması… - GƏLİŞMƏ
Bu gün, 08:57
"“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..." - GİLEY
Bu gün, 08:48
Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:43
"Azərbaycanın AŞ PA-dan gözləntisi budur..." - deputat
Bu gün, 08:41
"İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39
Sərhəddəki “casus”ların fevral hazırlığı - gərginlik artır...
Bu gün, 08:34
İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
Bu gün, 08:32
Fuad Hacıyevin YEYİNTİ macəraları - İTTİHAM VAR...
Bu gün, 08:30
Ağır şərtlərlə kredit götürməyə məcbur olan... - ONU NECƏ ÖDƏYƏCƏK Kİ?..
Bu gün, 08:26
Təcili Yardımın TƏXİRƏSALINMAZ problemi - "...necə olardı VƏTƏNDAŞ olan bizim axırımız?"
Bu gün, 08:19
Naxçıvanda vergi xidməti özü problem yaradır - FAKT BUDUR!
Bu gün, 08:12
Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? - GƏLİŞMƏ
Bu gün, 07:03
Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI - BU NƏDİ BELƏ?
Bu gün, 06:24
Bu ərazilər nəzarətimizə keçə bilər – Sərhəd müzakirəsinin detalları
Bu gün, 06:05
Trampdan radikal addımlar – Sürprizlər hələ qarşıdadır
Bu gün, 06:02
“Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48
Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45
İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05
Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02
İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02
Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00
Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58
Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02
Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52
Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46
Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43
19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24
Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20
"Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19
İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13
İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10
Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01
"Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59
Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56
"Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54
Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47
Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41
"Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39
Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35
Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru