MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib .....                     Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək .....                     Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. .....                     Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... .....                     Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi .....                     İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? .....                     Ermənistan dörd kəndi də təhvil verəcək .....                     Zəngəzur dəhlizi açılsa nələr baş verəcək? .....                     Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması… .....                     "“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..." .....                     Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” .....                     "Azərbaycanın AŞ PA-dan gözləntisi budur..." .....                     "İcranın işçisi məndən on min manat rüşvət istədi" .....                     Sərhəddəki “casus”ların fevral hazırlığı .....                     İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR .....                     Fuad Hacıyevin YEYİNTİ macəraları .....                     Ağır şərtlərlə kredit götürməyə məcbur olan... .....                     Təcili Yardımın TƏXİRƏSALINMAZ problemi .....                     Naxçıvanda vergi xidməti özü problem yaradır .....                     Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? .....                     Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI .....                     Bu ərazilər nəzarətimizə keçə bilər .....                     Trampdan radikal addımlar .....                     “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” .....                     Aqiyə Naxçıvanlıya ağır itki .....                     İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış .....                     Ərzaq məhsulları bahalaşacaq .....                     İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: .....                     Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: .....                     Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... .....                     Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq .....                     Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... .....                     Həbsdə olan sayt rəhbərinə hökm oxunub .....                     Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? .....                     19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? .....                     Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha .....                     "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. .....                     İranda hərbi təyyarə qəzaya uğrayıb .....                     İki düşmən Bakıya görə bir araya gəldi .....                     Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq! .....                 

"Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq" - ŞƏRH
Tarix: 19-12-2024, 09:25 | Çap et
"Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq"
Çin məhkəməsi 3,06 milyard yuanı (təxminən 426 milyon dollar) mənimsəmiş və rüşvət almış Hohhot Texno-İqtisadi İnkişaf Zonasının keçmiş rəhbəri Li Jianpin haqqında ölüm hökmü çıxarıb. Edama məhkum olunan şəxsin bütün şəxsi əmlakı müsadirə edilib.

Bu hadisə Azərbaycanda korrupsiyaya görə həbs edilən, milyonlar mənimsədiyi sübuta yetirilən məmurların bir müddət sonra hansısa yolla məhkəmələrdə cəzalarını azaltması, 3-5 il sonra azadlığa çıxıb oğurladıqları ilə keyfini davam etdirməsini yada salır və müqayisə üçün əsaslar yaradır. Bir çox ekspertlər bildirir ki, ölkədə uzun illərdir aparılan antikorrupsiya, antirüşvət əməliyyatlarına rəğmən büdcə oğurluqlarının yeni gələnlər tərəfindən davam etdirilməsi həm də məhz həbs edilmiş korrupsionerlərin tez bir zamanda azadlığa çıxması, bəzi hallarda az cəza alması ilə əlaqədardır. Bizdə də Çindəki kimi ən ağır cəza, ömürlük həbs tətbiq olunsa, rüşvət, korrupsiya azalar, minimuma enərmi?

Tanınmış vəkil Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda qüvvədə olan “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun əks motivasiyadır, korrupsiyanın qarşısını almaq əvəzinə onun genişlənməsinə xidmət edir: “Korrupsiya ilə əsasən kim məşğul olur? Məmurlar. Onlar korrupsiya ilə aşkar məşğul olurlar? Əlbəttə, yox, bunu gizli edirlər. Deməli, məmurların cinayətlərini müəyyən etmək üçün ilk növbədə onların gəlir və xərcləri üzərində nəzarət olmalıdır. Başqa sözlə, məmurların gəlir və xərclərinin bəyan edilməsi haqda qanunvericilik qəbul edilməli və mütləq icra olunmalıdır. Digər tərəfdən, dövlət büdcəsinin icrası üzərində ictimai nəzarətin qanunverici təminatı olmalıdır. Hər bir dövlət qurumu (hərbi və təhlükəsizlik sahələri istisna olmaqla) xərclərini gündəlik əsasda onlayn rejimdə saytında dərc etməlidir: Hamı üçün aşkar olmalıdır ki, xalqın pulları hara gedir. Başqa misal: dövlət vəsaiti hesabına güzəştli kreditləşdirmə şəffaf deyil. Hər bir sahədə. Mərkəzi Bankın kreditləri də, ipoteka kreditləri də, sahibkarlara güzəştli kreditlər də və s. qeyri-şəffaf şəraitdə verilir. Qanunla nəzərdə tutmaq lazımdır ki, belə kreditlər də kredit verən qurumların saytlarında tam açıqlanmalıdır. Amma əlbəttə, qanunvericiliyin icrasında da xeyli problem var. Məsələn, "Dövlət satınalmaları haqqında" Qanun var, amma ona əməl edən dövlət qurumlarını barmaqla göstərmək olar. Hər il üzrə potensial satınalmaların planı qabaqcadan dərc olunmalıdır. Demək olar ki, əməl edən yoxdur. Digər misal: açıq tenderlər elektron qaydada hökumət portalında keçirilməlidir. Amma buna çox nadir hallarda rast gəlmək olar.

Onun tərəfdarıyam ki, korrupsiya cinayətlərinə görə ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq olunmalıdır. Amnistiya, əfv korrupsiya cinayətlərinə görə həbs olunanlara şamil olunmasın. Cinayəti törədən bilsə ki, ömürlük cəza alacaq, ona hər hansı bir güzəşt olunmayacaq, bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq. İndiki halda isə sistemsiz şəkildə iş aparılır. Ədalətsizlik də elə budur. Büdcə pullarını oğurlayan da fikirləşir ki, oğurlayaram, oğurladığımın bir hissəsini qaytararam, açıb buraxarlar məni. Azərbaycanda korrupsiya ilə ancaq icra başçıları məşğul olmur. Dövlət məmurlarının mütləq əksəriyyəti bu işlə məşğuldur. Publik hüquqi şəxslər də bura daxildir. Formal olaraq dövlət qulluqçusu hesab edilmirlər. Amma büdcədən maliyyələşirlər və əlləri çatan pulları özününküləşdirə bilirlər. Azərbaycan məhkəmələrinin korrupsiya cinayətləri ilə bağlı tutduğu mövqe də bu cinayətin genişlənməsi üçün münbit şərait yaradır. Toyuq oğrusuna 11 il cəza verilirsə, o, 11 ildən sonra azadlığa çıxır. Büdcədən milyonları oğurlayan, əhalinin aztəminatlı ailələrinə ayrılan qəpik-quruşu belə qamarlayan məmur isə 11 il cəza alır və uzağı 5 ilə azadlığa çıxır. Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 10 milyonlarla manat büdcə vəsaitini oğurladı, tutuldu və məhkəmədən şərti iş verib azad etdilər. Səlim Müslümovun büdcədən külli miqdarda oğurluqdan sonra azadlıqda qaldığını görən digər məmur nə fikirləşəcək? Fikirləşəcək ki, əlini korrupsiyaya bulaşdırdınsa, bacardıqca daha çox oğurlamalısan ki, tutuldun, bir hissəsini verib məhkəmədən azadlığa çıxa biləsən. Azərbaycanda qanunların bu şəkildə tətbiqi korrupsiya cinayətlərinin qarşısını almır, əksinə, korrupsiya cinayətlərinin daha miqyaslı şəkildə törədilməsini stimullaşdırır. Az oğurlayan tutulanda həbsdən canını qurtara bilmir. Çox oğurlayan isə (Səlim Müslümov nümunəsində bunu gördük) rahat şəkildə canını həbsdən qurtara bilir. Mümkün qədər çox oğurlayanın tutulanda azadlıq şansı da çoxdur".

Əkrəm Həsənovun sözlərinə görə, Azərbaycanda belə təəssürat formalaşıb ki, sərt qanun qəbul edildisə, cinayətin də qarşısı alınacaq. Əslində isə belə deyil: “Qanun qəbul edəndə fikirləşilməlidir ki, reallıqda tətbiqi necə olacaq. Qanunu qəbul etməklə deyil ki. Qanunun işləməsini təmin etmək lazımdır. Azərbaycanda "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun var. Çox təəssüf ki, bu qanun işləmir! Bu qanun əks-motivasiyadır. Yəni korrupsiyanı stumullaşdıran qanundur. Məmur da qanunla tanış olur, görür ki, büdcəni nə qədər çox yesə, ələ keçəndə bir o qədər də çox azadlıq şansı var. Ona görə də büdcədən oğurluğu bacardığı qədər çox edir. Bunun əsas səbəbləri sırasında ictimai nəzarətin olmaması, məmurların gəlir bəyannaməsi verməməsidir. Bütün dövlət reyestrləri də bağlıdır. Halbuki bütün dövlət reyestrləri açıq olmalıdır ki, istənilən məmurun nəyi var, nəyi yoxdur bu bilinsin. Sabah məmur həbsə alınanda hamı bilməlidir ki, bunun nəyi var, nəyi yoxdur. Azərbaycanda isə bunu yalnız hüquq-mühafizə orqanı bilir və həbsə alınan məmur da onu tutanla razılaşmağa meyl edəcək. Çünki qarşısındakı da məmurdur, o da qazanmaq istəyir. Əlini bulaşdırmaq istəməsə, ondan yuxarıdakı bulaşdıracaq. Şəffaflıq olsa, hər kəs biləcək ki, məmurların nələri var, harada var? Bu halda korrupsiya cinayətlərinin qarşısını almaq mümkün olacaq".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Bu gün, 09:29
Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək - ŞƏRH
Bu gün, 09:24
Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. - “Hraparak”
Bu gün, 09:17
Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... - Ekspert danışır...
Bu gün, 09:09
Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01
Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00
Zəngəzur dəhlizi açılsa nələr baş verəcək? - İNCƏLƏMƏ
Bu gün, 08:58
Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması… - GƏLİŞMƏ
Bu gün, 08:57
"“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..." - GİLEY
Bu gün, 08:48
Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:43
"Azərbaycanın AŞ PA-dan gözləntisi budur..." - deputat
Bu gün, 08:41
"İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39
Sərhəddəki “casus”ların fevral hazırlığı - gərginlik artır...
Bu gün, 08:34
İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
Bu gün, 08:32
Fuad Hacıyevin YEYİNTİ macəraları - İTTİHAM VAR...
Bu gün, 08:30
Ağır şərtlərlə kredit götürməyə məcbur olan... - ONU NECƏ ÖDƏYƏCƏK Kİ?..
Bu gün, 08:26
Təcili Yardımın TƏXİRƏSALINMAZ problemi - "...necə olardı VƏTƏNDAŞ olan bizim axırımız?"
Bu gün, 08:19
Naxçıvanda vergi xidməti özü problem yaradır - FAKT BUDUR!
Bu gün, 08:12
Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? - GƏLİŞMƏ
Bu gün, 07:03
Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI - BU NƏDİ BELƏ?
Bu gün, 06:24
Bu ərazilər nəzarətimizə keçə bilər – Sərhəd müzakirəsinin detalları
Bu gün, 06:05
Trampdan radikal addımlar – Sürprizlər hələ qarşıdadır
Bu gün, 06:02
“Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48
Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45
İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05
Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02
İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02
Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00
Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58
Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02
Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52
Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46
Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43
19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24
Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20
"Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19
İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13
İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10
Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01
"Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59
Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56
"Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54
Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47
Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41
"Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39
Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35
Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34
Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru