“Xumar Qədimova klipimi yutubdan sildirdi” .....                     Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... .....                     MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib .....                     Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək .....                     Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. .....                     Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... .....                     Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi .....                     İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? .....                     Ermənistan dörd kəndi də təhvil verəcək .....                     Zəngəzur dəhlizi açılsa nələr baş verəcək? .....                     Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması… .....                     "“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..." .....                     Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” .....                     "Azərbaycanın AŞ PA-dan gözləntisi budur..." .....                     "İcranın işçisi məndən on min manat rüşvət istədi" .....                     Sərhəddəki “casus”ların fevral hazırlığı .....                     İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR .....                     Fuad Hacıyevin YEYİNTİ macəraları .....                     Ağır şərtlərlə kredit götürməyə məcbur olan... .....                     Təcili Yardımın TƏXİRƏSALINMAZ problemi .....                     Naxçıvanda vergi xidməti özü problem yaradır .....                     Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? .....                     Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI .....                     Bu ərazilər nəzarətimizə keçə bilər .....                     Trampdan radikal addımlar .....                     “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” .....                     Aqiyə Naxçıvanlıya ağır itki .....                     İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış .....                     Ərzaq məhsulları bahalaşacaq .....                     İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: .....                     Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: .....                     Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... .....                     Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq .....                     Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... .....                     Həbsdə olan sayt rəhbərinə hökm oxunub .....                     Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? .....                     19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? .....                     Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha .....                     "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. .....                     İranda hərbi təyyarə qəzaya uğrayıb .....                 

Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? - AÇIQLAMA
Tarix: 19-12-2024, 09:42 | Çap et
Siyasi partiyalara maliyyə yardımı niyə artırılır?
Maliyyə naziri Samir Şərifov Milli Məclisin plenar iclasında müzakirə edilən 2025-ci ilin dövlət büdcəsi barədə çıxışı zamanı Prezidentin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsaitin 1 milyon manat və ya 20 faiz artırılmasının proqnozlaşdırıldığını açıqlayıb.
Qeyd edək ki, "Siyasi partiyalar haqqında" qanunun 25-ci maddəsində siyasi partiyaya dövlət maliyyə yardımı ayrılması qaydası əks olunub.
Yeni qüvvəyə minən "Siyasi partiyalar haqqında" Qanuna görə, dövlət tərəfindən ayrılan vəsaitin 40%-i parlamentə düşən partiyalar arasında bərabər bölünür, 50%-i deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir, 5%-i təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara ayrılır, 2,5 faizi isə parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər, yerdə qalan 2.5%-i isə həmin partiyalar arasında proporsional qaydada (yəni aldıqları səsə uyğun olaraq) bölünür.
Milli Cəbhə partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev deyir ki, hazırda parlamentdə çoxluğu Yeni Azərbaycan Partiyasından olan deputatlar təşkil edir və digər partiyalardan 1-3 arası deputat təmsil olunur:
"Buna görə də, ayrılan vəsaitin çoxu hakim partiyaya çatır, yəni digər partiyalar daha az məbləğ alırlar".

Partiya sədrinin sözlərinə görə, siyasi partiyaların fəaliyyət göstərməsi üçün böyük məbləğ tələb olunur:
"Azərbaycandakı siyasi partiyalar digər mənbələrdən maliyyə cəlb edə bilmirlər və onlar dövlət büdcəsindən ayrılan vəsaitdən asılıdırlar. Bu vəsait də siyasi partiyalarda texniki işlərin aparılmasına, əməkhaqlarının ödənilməsinə, rayon şöbələrinin və mərkəzi qərargahının saxlanılmasına sərf olunur. Bu, böyük məbləğ deyil. Məbləğin artırılmasına görə də, hökumətə sağol deyirik. Amma o da nəzərə alınmalıdır ki, parlamentdə təmsil olunan partiyaların da sayı artır. Siyasi partiyalar haqqında qəbul olunan qərara görə, son seçkilərdə iştirak edən partiyalara da vəsait ayrılır. Yeni ildən vəsaitin nə qədər olacağını deyə bilmərəm. Bu, məbləğ köçürüləndən sonra məlum olacaq. Ancaq böyük bir məbləğdən söhbət getmir. Partiyaların parlamentdə təmsil olun deputatlarının sayına görə də həmin rəqəm bölüşdürülür".
Razi Nurullayev sədri olduğu partiyada üzvlərdən üzvlük haqqı yığılmadığnı da bildirib:
"Mənə elə gəlir ki, hazırkı şəraitdə üzvlük haqqı yığa bilən yeganə partiya YAP-dır. Digər partiyaların da üzvlük haqqı yığması barədə isə məlumatım yoxdur".

Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev isə deyib ki, siyasi partiyalara maliyyə yardımının artırılacağı ilə bağlı məlumat onlar üçün xoş xəbər olub:
"Siyasi partiyalar ölkənin siyasi institutunun tərkib hissəsidir. Siyasi partiyaların mövcud olması ölkənin imicinə müsbət təsir edir və onların mövcud olmasında bütün cəmiyyət maraqlı olmalıdır".

"Mövcud qanunvericiliyə görə, həm parlament partiyaları, həm də seçkilərdə iştirak edən digər partiyalar vəsait alır. Bu vəsaitin artırılması siyasi partiyaların fəaliyyətinə çox müsbət təsir göstərəcək. Ümumiyyətlə 2020-ci ildən sonra Prezident İlham Əliyevin göstərişi əsasında ölkədə siyasi partiyalarla dialoq mühitinin yaxşılaşdırılması istiqamətində çox işlər görülüb. Bununla bağlı prezident adiministrasiyasında xüsusi şöbə yardılıb və daha yüksək səviyyəli dialoq mühiti qurulub. Hesab edirəm ki, siyasi hakimiyyətlə siyasi partiyalar arasında dialoqun qurulması münasibətlərin yaxşılaşmasına kömək edir", - Elşad Musayev qeyd edib.

Elşad Musayevin sözlərinə görə, maliyyə vəsaitinin artırılması yeni iş yerlərinin açılmasına, ölkənin siyasi məkanına yeni şəxslərin gəlməsinə imkan verir:
"Partiyalarda üzvlük haqqı toplanır, amma siyasi partiyalar dövlət tərəfindən verilən vəsait əsasında fəaliyyət göstərir. Açıq danışsaq üzvlük haqqı ilə nəsə etmək mümkün deyil, üzvlük haqqı simvolik bir şeydir. Biz insanlarımızın maddi vəziyyətini də nəzərə alırıq. Hesab edirəm ki, siyasi partiyaların cəmiyyətdə rolunu artırmalıyıq. Hesab edirəm vəsaitin artırılması siyasi sistemin inkişafı üçün də xeyirlidir".
Xatırladaq ki, 2024-cü ilin büdcəsindən partiyalar üçün 5 milyon manat vəsait ayrılıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Xumar Qədimova klipimi yutubdan sildirdi” - VİDEO
Bu gün, 09:42
Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
Bu gün, 09:37
MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Bu gün, 09:29
Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək - ŞƏRH
Bu gün, 09:24
Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. - “Hraparak”
Bu gün, 09:17
Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... - Ekspert danışır...
Bu gün, 09:09
Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01
Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00
Zəngəzur dəhlizi açılsa nələr baş verəcək? - İNCƏLƏMƏ
Bu gün, 08:58
Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması… - GƏLİŞMƏ
Bu gün, 08:57
"“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..." - GİLEY
Bu gün, 08:48
Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:43
"Azərbaycanın AŞ PA-dan gözləntisi budur..." - deputat
Bu gün, 08:41
"İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39
Sərhəddəki “casus”ların fevral hazırlığı - gərginlik artır...
Bu gün, 08:34
İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
Bu gün, 08:32
Fuad Hacıyevin YEYİNTİ macəraları - İTTİHAM VAR...
Bu gün, 08:30
Ağır şərtlərlə kredit götürməyə məcbur olan... - ONU NECƏ ÖDƏYƏCƏK Kİ?..
Bu gün, 08:26
Təcili Yardımın TƏXİRƏSALINMAZ problemi - "...necə olardı VƏTƏNDAŞ olan bizim axırımız?"
Bu gün, 08:19
Naxçıvanda vergi xidməti özü problem yaradır - FAKT BUDUR!
Bu gün, 08:12
Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? - GƏLİŞMƏ
Bu gün, 07:03
Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI - BU NƏDİ BELƏ?
Bu gün, 06:24
Bu ərazilər nəzarətimizə keçə bilər – Sərhəd müzakirəsinin detalları
Bu gün, 06:05
Trampdan radikal addımlar – Sürprizlər hələ qarşıdadır
Bu gün, 06:02
“Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48
Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45
İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05
Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02
İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02
Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00
Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58
Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02
Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52
Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46
Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43
19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24
Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20
"Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19
İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13
İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10
Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01
"Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59
Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56
"Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54
Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47
Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41
"Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39
Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru